Mediatorlar Macar - Türk Ticaret Odasını ziyarət edib - FOTOLAR
Azərbaycan Respublikasının Mediasiya Şurasının mediatorlardan ibarət nümayəndə heyəti Türk Dünyası Mediatorlar Birliyinin iştirakı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Macarıstana səfəri zamanı Budapeşt şəhərində yerləşən Macar - Türk Ticaret Odasını ziyarət edib.
QHT.az xəbər verir ki, görüş zamanı Macar - Türk Ticaret Odası və Türk Dünyası Mediatorlar Birliyi ilə əməkdaşlıq imkanları və hər iki təşkilatın gördüyü işlər və gələcək perspektivlər müzakirə edilib.