Möminlərin göz yaşı-həzrəti Hüseyn əleyhissəlam
A A A
10/05/2016
Oxunma sayısı : 12325


İslam şəxsiyyətləri sırasında öndə gedən simalardan biri də, əməlləriylə hər birimizə örnək olan Peyğəmbər əleyhissəlamın sevimli nəvəsi Həzrəti Hüseyn əleyhissəlamdır. Bu müqəddəs varlığın həyatını təkcə Kərbəla hadisəsinə nəzər salmaqla yaxından öyrənmək olar. Aşura faciəsindən əlli il qabaq islam Peyğəmbərini itirən ümmət bir çox hadisələrin şahidi olmuş, bu illər ərzində islamın həqiqətlərindən demək olar ki, uzaqlaşmışlar. Hicrətin 61-ci ilində baş vermiş hadisə dinimizə yeni bir nəfəs verməklə yanaşı islam ümmətinin təfəkkür tərzində böyük bir dönüş yaratmışdır.


Aydın hadisədir ki, haqq və batil daim mübarizə aparmaqdadır. Batilin qarşısında haqqı müdafiə edənlər mujdələnənlər, qarşı tərəfdə olanlar isə axirətini itirənlərdir. Hər iki tərəfdə rəhbərlər insanları müəyyən ideyalar uğrunda vuruşmağa sövq edirlər. Bir tərəfdə həqiqət, digər tərəfdə isə yalan və hiylə mühum rol oynayır. Bu qarşıdurmalardan biri qalib, digəri isə məğlub olaraq ayrılır. Bəlkə də, tarixdə ilk hadisədir ki, tərəflərin biri məğlub olsada həqiqətini aləmə bəyan etmişdir.
Bəzən tarixdə hadisələr baş verdikdə onun nəqlində müəyyən qüsurlar və siyasi təsirlər mövcud olur. Kərbəla hadisəsini ilkin qaynağ olaraq nəql edənlər tövhid amalından başqa heç bir siyasi ideologiyaya xidmət etməmişlər. Aşura raviləri Əli qızı Zeynəb (s) və İmam Zeynülabidin (ə) olmuş, hadisənin mahiyyətini onlar xalqa çatdırmış, kimin haqq, kimin nahaq olmasını bildirmişlər.
Kərbəla hadisəsini yaradan səbəblərə Quran və səhih hədislərlə nəzər saldıqda hadisənin böyük əhəmiyyətə malik olduğunu görürük. Allah Qurani-Kərimdə bir neçə ayədə şəhidlik və onun üstünlükləri barədə məlumat vermiş, haqqın müdafiəçilərini müjdələmişdir. Allah-təala Bəqərə surəsinin 154-cü ayəsində buyurur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.”
Zikr olunan ayədə Allah şəhidlərə “Ölü deməyin” xitabını edərək onların diri olmasından xəbər vermiş, adi insanlar tərəfindən bu məqamın dərk olunmasının qeyri mümkün olduğunu bəyan etmişdir. Şəhidlik məqamını anlamaq şəhadət yolundan keçir, bunu qazananlar isə bu məqamı dərk edərək özlərindən sonra şəhid olub mükafata layiq olanları səbirsizliklə gözləyirlər.
Digər bir ayədə isə şəhidlər haqqında oxuyuruq: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. (Ali İmran 169-170)
İslamda Üsuliddinlə yanaşı Furuiddin də böyük əhəmiyyət kəsb edir. Əgər Üsuliddin tövhidi və onun əhatə etdiyi mövzuları ehtiva edirsə, Furuiddin isə Üsuliddinin fel olaraq əməllərdə təcəssüm etdirir. Üsuliddin və Furuiddini bir-birinə bağlayan isə Tövhid (ət-təuhid) prinsipidir. Tövhid bütün səmavi dinlərin əsası olmaqla ilahi elçilərin təbliğat vasitəsi olmuşdur. Qurani-Kərimdə ən çox toxunulan mövzulardan biri də, Tövhid-Allahın yaradan olaraq şəriksiz olması barədədir. Qurani-Kərimdə oxuyuruq: “(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: "Məndən başqa heç bir tanrı yoxdur, buna görə də yalnız Mənə ibadət edin!" - deyə vəhy etməyək.” (Ənbiya, 25)


Allah yolunda şəhid olmaq tövhidi və onun prinsiplərini qorumaq deməkdir. Bu isə imanlı müsəlmanların ən böyük vəzifəsidir. Həzrəti Hüseyn əleyhissəlam tövhidin təbliğ olunduğu ailədə böyümüş, Allaha bəndəçilik təlimini vəhy evində almış və sona qədər bu ideologiyaya sadiq olmuşdur.
Bu cür tərbiyə alan və imanını kamilləşdirən Hüseyn əleyhissəlam Üsuliddin və Furuiddini mənimsəmiş və onların müdafiəsinə qalxmışdır. Hətta Həzrəti Hüseyn əleyhissəlam Həcc əməlini kamil surətdə yerinə yetirməyib Kufəyə dönmüşdür. Bu tarixi hadisənin səbəblərini araşdırdıqda aydın olur ki, əgər İslam düzgün təqdim olunmursa Həcc əməlinin heç bir faydası yoxdur. Artıq hicrətin 60-cı ilində Həcc əməlinin vacibliyi qısa müddətdə islam ümmətinin üzərindən götürülmüş, haqqın insanlara çatdırılması və yolunu azmış bəndələrin düz yola yönəlməsi vacib olmuşdur. Buradan aydın olur ki, Həzrəti Hüseyn əleyhissəlam Kərbəla müsibətiylə Furuiddinlə Üsuliddinə olan imanını tamamlamışdır.


Həzrəti Hüseyn əleyhissəlam bir daha bu ayələri qəlbən yaşayaraq əməllərində yaşatmışdır. Kərbəla faciəsi barədə əziz islam Peyğəmbərinin illər öncə söylədiyi kəlamlarından məlumat alırıq. İmam Hüseyn hələ körpə ikən Mələk Cəbrəil Peyğəmbər əleyhissəlamın yanına gəlib nəvəsi Hüseynin Kərbəlada şəhid olacağı xəbərini ona verir və bunu eşidən Peyğəmbərmizin gözləri yaşarır. Daha sonra Mələk Cəbrəil bildirir ki, “Ya Rəsulullah onun şəhid olacağı yerdən bir parça torpaq gətirməyimi istəyirsənmi?”. Peyğəmbər cavab verir ki, “Bəli”. Həzrət Cəbrəil ona bir ovuc Kərbəla torpağı verir və Rəsulullah ağlayaraq torpağı xanımı Ümmi Sələməyə verərək “Bu torpağı qana boyanan görəndə bil ki, Hüseyn şəhid edilib,” deyir. (Bu hədis İmam Qəzalinin “Sırrül-aləmin” əsərində, Əhməd bin Hənbəlin “Müsnəd” əsərində və İmam Beyhəqi, İmam Şəabi, İmam Hakim və b. Ravilər tərəfindən “Mişkətül-Məsabih” əsərində nəql olunmuşdur.)
Peyğəmbərin söylədiyi başqa bir hədisindən şərəfli şəhadət yolunu seçən əziz nəvəsi Hüseyn əleyhissəlamın Kərbəla faciəsində dərin hüzn, kədər və müsibət olmasını öyrənirik. Böyük islam alimlərindən olan Beyhəqinin nəql etdiyinə görə Hüseyn bin Əli öldürüləndə, günəş elə tutulmuşdu ki, günorta çağı ulduzlar görünürdü. (Əbu Bəkr Beyhəqi, “Sünəni-Kübra” (Heydarabad nəşri, il 1344), cild III, səh. 337).


Allah bu cinayəti törədənləri cəzasız qoymamış, sağ ikən onları əzaba düçar etmişdir. Bu barədə böyük islam tarixçisi İbn Kəsir yazır: “Əlinin oğlu Hüseynin qatillərinin aqibəti haqqında deyilənlərin əksəriyyəti səhihdir. Onların çoxu əqllərini itirmiş, ağır xəstəliklərə düçar olaraq dünyadan köçmüşlər.” (əl-Bidayə vən-Nihayə)
Beləliklə, Kərbəla hadisəsini anlamaq hər bir insanın iman prinsipinə əsaslanır. Kərbəlanı öz şəxsi mənafeyinə, ideologiyasına görə şərh edənlər anlamalıdılar ki, bu böyük tarixi əhəmiyyətli hadisəni islam Peyğəmbəri əvvəlcədən xəbər vermiş, haqqın kimin tərəfində olduğunu bəyan etmişdir. Bu məsələdə ifrata varmaq, tarixi hadisələri dəyişmək, təhrif etmək islama əl uzatmaq deməkdir. Kərbəla islamın şərəf löhvəsidir və onu dəyişmək, kiçikləşdirmək olmaz.
Əsrlər keçməsinə baxmayaraq müsəlmanlarla yanaşı digər əqidə ardıcılları da gənc nəslin tərbiyəsində, vətənpərvərliyin və milli ideologiyanın aşılanmasında Kərbəla hadisəsini nümunə göstərmiş, bir çox hallarda da nəaliyyətlər qazanmışlar.


Bu gün Həzrəti Hüseyn əleyhissəlamın yolunu, əqidəsini və amalını yüksək səviyyədə təbliğ etməli, Həzrətin qəhrəmanlıqlarla dolu ömür yolunu gənc nəslə çatdırmalıyıq. Allaha iman anlayışının daxilində-vətənpərvərliyi, milli-mənəvi dəyərləri, milli qürur hissini və ailədaxili əlaqələri təhlil edib problemlərin düzgün həllinə çatmalıyıq.

Samid Quliyev
Lənkəran rayonu Ləj kənd məscidinin axundu,
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı

ŞƏRHLƏR
XƏBƏRLƏR
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 19:37
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25
“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin bağlanış mərasimi keçirilib. - 08 / 11 / 2018 11:09
Tamxil Ziyədinoğlu “Oxu Akademiyası” tərəfindən Fəxri diplomla təltif edilib - 08 / 11 / 2018 10:34
Şuranın dəstəyilə hazırlanan “İrəvan - Azərbaycanın qədim mədəniyyət mərkəzi” adlı kitabın təqdimatı olub - 08 / 11 / 2018 10:09
Onlayn mediaya maliyyə dəstəyi günün tələbidir - 08 / 11 / 2018 08:32
Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkdilər - 08 / 11 / 2018 08:13
Gənclər təşkilatı “İnteqrasiya olunmuş sosial xidmətlər modelini” təqdim etdi - 08 / 11 / 2018 08:11
Şəmistan Əlizamanlı “Diriliş Ərtoğrul”da mahnı oxudu - VİDEO - 07 / 11 / 2018 21:06
Sumqayıtda "Uşaqlar hüquqlarını bilirlərmi" mövzusunda seminar təşkil olundu - 07 / 11 / 2018 19:44
Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gedir - 07 / 11 / 2018 17:08