Yol-nəqliyyat qəzalarının qarşısını almaq üçün nə etmək lazımdır?
A A A
10/13/2016
Oxunma sayısı : 34811

Əkrəm Bəydəmirli,

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri


Baş Dövlət Yol Polis İdarəsinin avtomabil yol qəzaları ilə bağlı verdiyi 25 illik statiskaya görə, 1988-ci ildən, 2016-ci ilin may ayına kimi avtomabil yollarında 74406 yol qəza hadisəsi qeydə alınmışdır. Bu qəzalarda 25588 nəfər insan dünyasını dəyişib, 77216 nəfər isə yaralanmışdır. Azərbaycanda hər il təxminən, 3500-dən artıq yol nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda hər il, 1000-dən artıq insan dünyasını dəyişir, 3000-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər almşdır.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, 2016-ci ilin 9 ayı ərzində respublika ərazisində 1499 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 571 nəfər həlak olub, 1555 nəfər yaralanıb. Qeydə alınmış yol-nəqliyyat hadisələrinin çoxu piyadaların vurulması ilə baş verib. Baxmayaraq ki, ötən illərlə müqayisədə bu rəqəmlərdə azalma müşahidə olunur, ancaq bütün hallarda böyük itikidir. Bəs, bu, qəzaları tamamilə azaltmaq və yaxud onu yox etmək mümkündürmü?

Verilən məlumatlara görə, Avropa məkanında, əhalisi Azərbaycandan da xeyli çox olan ölkələrdə heç bu qədər yol-nəqliyyat hadisələri baş vermir. Təəssüf ki, bizim yollarımızda bu qəzalar davam etməkdədir. Bunun kifayət qədər səbəbləri var. Mütəmadi olaraq həmin səbəblər göstərilir. Ancaq bir vacib məqam odur ki, bu hadisələrdən heç kim sığırtalanmayıb.

Bu gün paytaxtımızdakı sıxlıq, yol-nəqlyyat qəzaları, və digər problemlər əslində hər birimizi düşündürməlidir. Heç şübhəsiz ki, Dövlət Yol Polisinin, müxtəlif media qurumları vasitəsilə apardığı təbliğat işləri, bu sahədə qanunlarda dəyişikliklər, cəzaların sərtləşməsi və digər addımlar atılır. Bunun özünün də müsbət tərəfləri var. Ancaq bu sahədə daha ciddi islahatlara ehtiyac var.

Bu islahatlar nədən ibarət ola bilər?

Birincisi, sürücülük vəsiqələrinin verilməsi məsələsi Tələbə qəbulu üzrə Dövlət Komissiyasına verilməsi məqbul olar. Çünki bir çox problemlər ondan başlayır ki, sürücülər yol hərəkəti nişanları haqqında məlumatı olmur.Ümumilikdə sürücülük vəsiqələrinin verilməsin ciddi qüsurlar qalmaqdadır. İkincisi, bu sahədə maarifçilik daha da sürətlənməli və bu məqsədlə sosial reklam çarxlarının çəkilişi aparılmalıdır. Bu sosial və maarifləndirici xarakterli reklam rolikləri telekanallarla bərabər digər media qurumlarında yayımı faydalı olar.

Üçüncüsü, avtomobil idarə edərkən yol hərəkənin tələblərinə, mövcud qanunlara əməl etməyən və hər an qəza şəraiti yaradan bəzi imkanlı şəxslərin övladları barəsində daha ciddi tədbirlər görülməlidir. Birbaşa həmin imkanlı şəxslərə qarşı öz övladlarına görə, ictimai qınaqla bərabər sərt hüquqi məsuliyyət müyyənləşməlidir. Bir sözlə qanuna qarşı heç kim harınlıq, hörmətsizlik etməməlidir.

Dördüncüsü, avtomobil yollarında mövcud olan müxtəlif tipli radar sisteminin bir neçə dəfə artırılmasına ehtiyac var. Çünki radar müşahidə sisteminin mövcud olduğu ərazilərdə sürücülər daha məsuliyyətli avtomobil idarə edirlər. Bunu təsdiqləyən kifayət qədər faktlar var.

Nəhayət yol polisinin özündə də islahatlara ehtiyac hiss olunmaqdadır. Bir sözlə daha innovativ mexanizmlər tapılmalıdır. Yalnız təbliğat aparmaqla və yaxud gecə gündüz cərimə yazmaqla problemi həll etmək çətin məsələdir. Ona görə bu işə kompleks yanaşıb daha məqbul mexanizmlər üzərində düşünmək lazımdır.

Sonda sərnişin nəqliyyatı ilə bağlı bəzi məqamlara diqqət yetirmək istərdim.

Yoruculuq olmasın bu fikri bir daha təkrar səsləndirəcəyəm. Məşhur teatrşünas Stanislavskinin belə bir fikri var: “Teatrda mədəniyyət qarderobdan başlayır”. İnsanın gün ərzində rastlaşdığı hər hansı ilk xoş münasibət onda yaxşı ovqat yaradır və yaxud əksinə. Bəlkə də şəhərimizin də mədəni həyatı elə nəqliyyatdan start götürür desək yanılmarıq. İctimai nəqliyyatdan istifadə edən insanlar mənim fikirlərimi təsdiqləyər.

Paytaxtımızda sərnişin daşımada istifadə olunan bəzi avtobuslarda total mədəniyyətsizlik baş alıb gedir. Sürücünün davranışı əsəbi atmosfer yaradır. Bu ağrılı məsələlərin çözülməsi üçün kart sisteni ilə çalışan avtobusların sayının artırılması zəruridir. Əslində bir çox məsələlərdə, o cümlədən sərnişin nəqliyyatında ictimai nəzarət güclənməlidir. Bu sahəyə cavabdeh şəxslər düşünməlidir ki, onların nümunəvi fəaliyyət gostərməsi tək para qazanmağa deyil, həmçinin yol-nəqliyyat qəzalarının qarşısını almağa istiqamətlənməlidir.

ŞƏRHLƏR
XƏBƏRLƏR
QHT sədri: "Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi" - 12 / 12 / 2018 16:56
“Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə. - 12 / 12 / 2018 12:48
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - 12 / 12 / 2018 04:44
Qrant verə bilən dövlət qurumları - SİYAHI - 11 / 12 / 2018 15:37
“Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib - 11 / 12 / 2018 15:06
Respublika Veteranlar Təşkilatının VIII Plenumu keçirilib - 11 / 12 / 2018 14:56
Gənclər siyasəti sahəsinə ayrılan qrantlar Gənclər Fondu ilə razılaşdırılacaq - FƏRMAN - 11 / 12 / 2018 05:59
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib - 10 / 12 / 2018 17:30
Tbilisidə keçirilən beynəlxalq tədbirdə vərəmə qarşı birgə mübarizənin perspektivləri müzakirə olunub - 10 / 12 / 2018 16:42
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20
Ailə Dünyası "İlin Fovariti" Milli Mükafatına layiq görülüb - 08 / 12 / 2018 06:53
Göyçayın Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - 07 / 12 / 2018 16:30
Aprel şəhidinin həyat yoldaşı QHT təsis edib - 07 / 12 / 2018 15:59
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub-Video - 06 / 12 / 2018 17:41
"Düzgün idarəetmə Azərbaycanda terrorun qarşısını alır" - 06 / 12 / 2018 17:03
“Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib - 06 / 12 / 2018 17:01
Azay Quliyevdən irad: “Münaqişənin adını doğru ifadə edin” - 06 / 12 / 2018 13:40
“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib - 05 / 12 / 2018 17:34
Sağlam Düşüncə,sağlam cəmiyyətdir mövzusunda təlimlər davam edir - 05 / 12 / 2018 15:12
Xeyriyyəçilərə vergi güzəşti olmalıdır - 05 / 12 / 2018 14:12
Впереди – 75-летие Великой Победы - 05 / 12 / 2018 12:35
Xidməti müqavilələr ilə bağlı vergi 5 faizə qaldırılır - 04 / 12 / 2018 19:10
Avropa Şurası vətəndaş cəmiyyətinə dair yeni qərar qəbul etdi - 04 / 12 / 2018 16:07