Metsamor AES: Regional Təhlükəsizlik Mərkəzinin yaranmasına səbəb oldu - Faiq İsmayılov
A A A
11/27/2016
Oxunma sayısı : 26342

Faiq İsmayılov
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki 
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
 ictimai birliyinin sədri


Regionda Metsamor Atom Elektirik Stansiyasının yarada biləcəyi fəsadlar barədə ilk növbədə Ermənistanın özündə aparılmalı olan tədqiqatlar mənim üçün maraqlı idi. Mən bu araşdırmanı apardım və bu ölüm yuvasına Ermənistanın özündə belə münasibətlərin birmənalı olmadığının şahidi oldum. Ermənistan hökumətinin ciddi-cəhdlə faktları gizlətməsinə baxmayaraq Metsamor AES-də çalışan işçilərin və stansiyaya yaxın ərazilərdə yaşayan əhalinin radiasiyaya yoluxduğu hətta bir neçə nəfərin radiasiyadan dünyasını dəyişdiyi məlum oldu. Metsamor AES-in təhlükəsizliyi ilə bağlı dünyada mütəmadi olaraq təbliğat aparan Ermənistan Hökuməti stansiyanın 3 – 7 kilometrliyində çiyələk və tut meyvələrinin istifadəsinə istifadəsinə qadağa qoyması, bu stansiyada vəziyyətin kritik həddə çatdığını göstərir.

Son illər Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının gələcəkdə doğura biləcək fəsadlar barədə müxtəlif məlumatlar Gürcüstanında kütləvi informasiya vasitələrinin səhifələrini zəbt edib. Gürcüstanın Terror və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Tbilisi Dövlət Universitetinin müəllimi, politoloq Badri Natçkebia Azərbaycanın Report-a saytına açıqlamasında deyib ki, “MAQATE və digər nüfuzlu beynəlxalq təşkilatlar Cənubi Qafqaz regionuna nəzarəti gücləndirməlidir. Çünki Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütövlükdə dünya üçün ciddi təhlükə mənbəyidir.”



216.jpgMetsamor AES-ə ən yaxın ölkələrdən biri olan Gürcüstana səfər etmək orada gürcü ziyalıları ilə görüşüb Qafqazın Regional təhlükəsizliyinə təhlükə olan bu stansiyanın fəaliyyətinə münasibətlərini öyrənmək və Gürcüstan Milli Dövlət Arxivindən Metsamor AES-in tikintisinə dair yeni məlumatların əldə edilməsi məqsədi ilə 16.11.2016-cı il tarixdə Tiflisə yola düşdüm.

Gürcüstan Şimaldan Rusiya, şərqdən Azərbaycan, cənubdan Ermənistan və Türkiyə ilə həmsərhəddir. Paytaxtı Tbilisi şəhəridir. Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Hazırda ölkənin ərazisi 69.700km², əhalisi isə rəsmi rəqəmlərə görə təxminən 3.7 milyon nəfərdir.

Uzaq keçmişdə indiki Gürcüstan İberiya və Kolxidan ibarət iki dövlətdən ibarət idi:. Bu dövlətlər 337-ci ildə xristianlıq qəbul etdilər. Bizans və ərəb istilalarını dəf edən gürcü məlikləri XI əsrdə torpaqlarını birləşdirib müstəqil Gürcü şahlığını yaratdılar. XII əsrdə bu şahlıq qonşu əraziləri fəth edib müstəqil dövlətə çevrildi. 1801-ci ildə Gürcüstan Rusiya tərəfindən zəbt edildi. 1810 Rusiya qərbi gürcü İmereti şahlığını da özünə tabe etdi. 1918-ci ilə 1921-ci illər arasında Gürcüstan müstəqillik qazandı. 1921-ci ildə rus ordusu Gürcüstana daxil olub, müstəqilliyi ləğv etdi və SSRİ-nin tərkibində Gürcüstan Sovet Sosialist Respublikası yaradıldı. 1922-1936-cı illərdə Gürcüstan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasına daxil olaraq onun siyasi mərkəzinə çevrildi. 1991-ci ildən sonra Gürcüstana Respublikası yenidən müstəqil ölkədir.

Mənim Gürcüstana səfərim Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınin maliyyələşdirdiyi “Ermənistandakı Metsamor AES-nin yarada biləcəyi fəsadlar və onların aradan qaldırılması yolları haqqında hesabatın hazırlanması” layihəsi çərçivəsində baş tutdu. 

Gürcüstanda ilk müraciət etdiyim təşkilat Gürcüstan Dövlət Milli Arxivi oldu. Tiflis şəhəri XIX – XX əsrlərdə Cənubi Qafqazın ictimai və siyasi mərkəzi olduğundan Gürcüstanın dövlət arxivində o dövrlərə aid bir çox diqqətçəkən mühüm sənədlərin olmasına şübhəm yox idi. Lakin arxivdə mənə məlumat verdilərki tarix şöbəsində yalnız 1920-ci ilə qədər olan məlumatlar saxlanılır. Arxivin baş direktoru Teona Uaşvili arxivdə olacağım müddətdə mənə hərtərəfli yardım ediləcəyini bildirdi. Mən xanım Teona Uaşvili ilə gələcək əməkdaşlıq barədə şifahi razılaşma əldə etdim

20161.jpg

Gürcüstan Dövlət Milli Arxivin baş direktoru Teona Uaşvili.(17.11.2016)

21.11.2016-cı il tarixdə Cavaxişvili adina Dövlet Universitetinin professoru. Qafqazşunaslıq institutunun direktoru Linqvist -politoloq Tsira Baramidze məni görüşə dəvət etdi. Mən Cavaxişvili adina Dövlet Universitetinə getdim. Universitetlə ilk tanışlığım məndə bu insanlara qarçı böyük rəğbət hissi yaratdı. Universitet rəhbərliyi öz daxili imkanları hesabına təhsil müəsisəsində o qədərdə böyük olmayan Heydər Əliyev guşəsi yaratmışdılar. Qonşu ölkənin təhsil müəsisəsində belə bir guşənin təşkili həm də Azərbaycana olan dost qardaş münasibətin nəticəsi idi. Biz Tsira xanımla Universitetin Heydər Əlitev guşəsində görüşdük. Bizim söhbətimiz Qafqaz regionunun milli-mədəni dəyərlərinin mühafizəsindən, regional təhlükəsizliyə qədər olan böyük bir sahəni əhatə etdi. Biz yekunda Qafqazın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə iki ölkə arasında səylərin birləşdirilməsi qənaətinə gəldik. Görüşümüzün sonunda, Tsira xanım 01.12.2016-cı il tarixdə region alimlərinin iştirakı ilə Tibilisidə təşkil edəcəkləri “Kavkaz naşa rodina” adlı elmi konfransa məni də dəvət edəcəyini bildirdi.

_141924.jpg

Tsira Baramidze. 21.11.2016

Gürcüstan Memarlar Assosiasiyasının təsisçisi (CEO). STYLE jurnalının redaktoru. Memarlıq Klubunun direktoru Nino Lagidze, Gürcüstan Tarix və Mədəniyyət Abidələrinin memarlıq üslubundan və spesfik xüsusiyyətlərindən söhbət açdı. Gürcü memarlığının qorunması istiqamətində işlərin yarıtmaz olduğunu, işğal altındakı abidələrdən (burada Abxaziya və Cənubi Osetiya əraziləri nəzərdə tutulur). Xəbərsiz olduqları barədə məlumat verdi və bu istiqamətdə Azərbaycan tərəfinin təcrübəsindən istifadə etməyin vacibliyindən danışdı. Nino xanım Mədəni dəyərlərə edilən təcavüz Müesamor AES-in törədə biləcəyi faciədən daha ağır olduğunu vurğuladı. O, Azərbaycan ərazilərinin 20%-inin uzun illərdən bəri erməni işğalı alıında olduğunu ürək ağrısı ilə xatırlatdı. Nino Lagidze Qarabağ abidələrinin Dünya mədəniyyət abidələri sırasında önəmli yer tutduğunu bildirdi və Azıx mağarasının dünya svilizasiya mərkəzlərindən biri olduğunu bildirdi. Xanım Nino Lagidze Qarabağın memarlıq abidələri adlı kitab hazırlayacağı barədə fəxrlə danışdı və bu istiqamətdə ona Azərbaycan tərəfinin dəstəyinə ehtiyacı olduğunu bildirdi.

1520.jpg

Ortada, Gürcüstan Memarlar Assosiasiyasının təsisçisi (CEO). STYLE jurnalının redaktoru. Memarlıq Klubunun direktoru Nino Lagidze, sağda Dono Evropa Təşkilatının Gürcüstan təmsilçisi Gültəkin xanım.

Quram Rajdenoviç Marxuliya Tarix elmləri doktoru professor. Sxumi Dövlət Universitetinin müəllimi, Beynəlxalq Qafqaz Araşdırmalar Mərkəzinin Prezidenti (Gürcüstan). Quram müəllimin dediyinə görə, “Metsamor” Atom Elektrik Stansiyasının yaratdığı təhlükənin coğrafiyası Ermənistan ərazisindən yüz dəfələrlə böyükdür. Öz dövlət ənənələri olmayan Ermənistanın stansiyadakı radioktiv maddələri qara bazarlarda satışa çıxarması, bu maddələrin qaçaqmalçıların əlinə keçməsi təhlükəsini yaradır. Bu isə yaşadığımız dünyanın təhlükəyə atılması deməkdir. Nüvə tullantılarının terror qruplaşmalarının əlinə düşməsi dünyanın bir çox ölkələrinin ciddi fəlakətlə üzləşəcəyi riskini yaradır. Bütün bu faktlar Metsamor Atom Elektrik Stansiyasının təkcə region üçün deyil, bütün dünya üçün də təhlükə mənbəyi olduğunu ortaya qoyur. Quram Rajdenoviç sonda qeyd etdi ki, əgər Regional Təhlükəsizlik Mərkəzi yaradılarsa o Azərbaycanın yanında olacaqdır.

0995_n.jpg

Quram Rajdenoviç Marxuliya Tarix elmləri doktoru professor. Sxumi Dövlət Universitetinin müəllimi, Beynəlxalq Qafqaz Araşdırmalar Mərkəzinin Prezidenti (Gürcüstan).(sağdan ikinci)

Tarix elmləri doktoru professor, Beynəlxalq Qafqaz Universitetinin müəllimi Ketevan Şoşiaşvili, ilə mən təqribən bir ilə yaxındır dostluq edirəm. O, Azərbaycanın işğgal altındakı tarix və mədəniyyət abidələri barədə qibtə ediləcək bilgiyə malikdir. Ketevan Şoşiaşvili Mədəni dəyərlərin regional Təhlükəsizlik Mərkəzinin yaradılması ideyasının müəlliflərindən biridir.

Ketevan Şaşiaşvilisöhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin baş vermə səbəbləri barədə danışdı. O, qeyd edib ki, SSRİ dağıldıqdan sonra imperialist qüvvələr Cənubi Qafqazı Rusiyanın nəzarətində saxlamaq üçün Gürcüstanın dövlət müstəqilliyinin bərpasına yol verməmək üçün müxtəlif planlar hazırladılar: “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı da bu planın tərkib hissəsi idi. Dağlıq Qarabağ və ona bitişik digər rayonlar SSRİ dövründə və ondan əvvəlki dövrlərdə də Azərbaycana məxsus olub. Gürcüstanın da ərazilərinin işğalı eyni ssenari əsasında həyata keçirilib. Bütün bunların bir məqsədi olub: iki dost və qardaş ölkə olan Azərbaycanın və Gürcüstanın müstəqil dövlət kimi dünya birliyində layiqli yer tutmalarına mane olmaq, inkişafdan saxlamaq.

Dünya birliyini erməni vandalizminə qarşı mübarizəyə səsləyən professor dedi ki, Gürcüstan hökuməti bununla bağlı xüsusi layihə hazırlayıb.

_131111.jpg

Beynəlxalq Qafqaz Universitetinin müəllimi, Tarix elmləri doktoru professor Ketevan Şoşiaşvili

Lakob Mansvetaşvili adına fondun baş direktoru David Tsertsvadze Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası artıq bir neçə ildir ki, ciddi təhlükə mənbəyinə çevrilsə də, onun fəaliyyətinin dayandırılması istiqamətində Beynəlxalq təşkilatlar tərəfindən heç bir ciddi addım atılmır. Beynəlxalq təşkilatlar "dünyanın ən riskli, ən təhlükəli atom-elektrik stansiya"ları siyahısına 5 stansiya daxil ediblər ki bu siyahıya Ermənistandakı Metsamor Atom Elektirik Stansiyası başçılıq edir.

Təbii ki, o qədər də etibarlı işləməyən Metsamor AES bölgə üçün böyük təhlükə mənbəyidir. Metsamor AES köhnə, istifadə müddəti bitmiş avadanlıqla təchiz edilib. Reaktorlarda qəzanın baş verməsi və ciddi qəza baş verməsi ehtimalı çox böyükdür. Metsamor Atom Stansiyası İrəvan şəhərindən 28 km, Türkiyə və İrandan 16 – 60 km, Gürcüstan və Azərbaycandan 120 – 150 km məsafədə yerləşir.

5206.jpg

Lakob Mansvetaşvili adına fondun baş direktoru David Tsertsvadze


_1312.jpg

Gürcüstan-Azərbaycan Milli Konqresinin sədri Əli Babayev

20_133.jpg

Pirosman Beynəlxalq Yaradıcılıq Birliyinin Vitse-Prezidenti Alı İsayev


Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 19:37
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25
“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin bağlanış mərasimi keçirilib. - 08 / 11 / 2018 11:09
Tamxil Ziyədinoğlu “Oxu Akademiyası” tərəfindən Fəxri diplomla təltif edilib - 08 / 11 / 2018 10:34
Şuranın dəstəyilə hazırlanan “İrəvan - Azərbaycanın qədim mədəniyyət mərkəzi” adlı kitabın təqdimatı olub - 08 / 11 / 2018 10:09
Onlayn mediaya maliyyə dəstəyi günün tələbidir - 08 / 11 / 2018 08:32
Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkdilər - 08 / 11 / 2018 08:13
Gənclər təşkilatı “İnteqrasiya olunmuş sosial xidmətlər modelini” təqdim etdi - 08 / 11 / 2018 08:11
Şəmistan Əlizamanlı “Diriliş Ərtoğrul”da mahnı oxudu - VİDEO - 07 / 11 / 2018 21:06
Sumqayıtda "Uşaqlar hüquqlarını bilirlərmi" mövzusunda seminar təşkil olundu - 07 / 11 / 2018 19:44
Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gedir - 07 / 11 / 2018 17:08