“Böyük ömrə qisa baxiş” adli kitabi ictimayyətə təqdim edildi
A A A
03/16/2017
Oxunma sayısı : 136441

|

“BÖYÜK ÖMRƏ QISA BAXIŞ” ADLI KITABI ICTIMAYYƏTƏ TƏQDIM EDILDI

Martın 15-də tanınmış publisist, “Fəxrimiz” jurnalı və “hakimiyyet.az” saytının təsisçisi olan Nurəli Məmmədovun “Böyük ömrə qısa baxış” adlı kitabının təqdimatı keçirilib.

Qafqaznews.az-ın məlumatına görə, tədbiri giriş sözüylə açanQafqaz Xəbər Media Mərkəzinindirektoru Rəşad Rüstəmov bildirib ki, kitab “SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin fəxri əməkdaşı” adına layiq görülən ehtiyatda olan palkovnik Elşad Şabanovun həyatından bəhs edir. Ehtiyatda olan palkovnik Elşad Şabanov müstəqil Azərbaycanda Silahlı Qüvvələrin yaranmasında fəal iştirak edib və xeyli kəşfiyyatçının yetişməsində əvəzsiz rol oynayıb.

Onun sözlərinə görə, kitabda Elşad Şabanov haqda tanınmış ictimai, siyasi xadimlərin, hərb adamlarının fikirləri yer alıb.

“Oxucular kəşfiyyatçı və əks-kəşfiyyatçı olan Elşad Şabanovun SSRİ hərbi birləşmələrinin tərkibində Əfqanıstana yardım, habelə terrorizmə qarşı həyata keçirilən əməliyyatlarda iştirakı haqda, eləcə də Qarabağ döyüşlərində göstərdiyi mübarizə barədə məlumatlanacaqlar. Nurəli Məmmədov bu kitabında qocaman kəşfiyyatçı Elşad Şabanovun həyat yoluna işıq tutub və oxucular üçün yaxın keçmişdə baş verən bir çox hadisələr barədə maraqlı məlumatlar təqdim edib.

Ümumiyyətlə, SSRİ dövründə Azərbaycan xalqı bir çox kadrlar yetişdirib ki, onların çoxunu ictimaiyyət yaxşı tanımır. Elşad Şabanov da belə kadrlardandır və hesab edirəm ki, sözügedən kitab nəinki Elşad Şabanovu tanımağa, SSRİ dövründə təhlükəsizlik qüvvələrində xidmət edən həmvətənlərimizin şücaəti barədə müsbət təsəvvürün formalaşmasına kömək edəcək”, – deyə R.Rüstəmov vurğulayıb.

Müəllif Nurəli Məmmədov bildirib ki, o, Elşad Şabanovla yaxından tanış olduqdan sonra, təqaüddə olan polkovnikin yaşadıqlarını dinləyərək, qələmə almaq ehtiyacı duyub: “Bu cür insanlar bizim canlı tariximizdir. Xalqımızın yetişdirdiyi mərd insanlar var ki, onlar öz igidlikləri ilə hər zaman ölümə qalib gəlmiş, zabit şərəfini qorumuşlar. Elşad Şabanov Azərbaycanın müstəqilliyinin ilk illərində Silahlı Qüvvələrin formalaşmasında fəal iştirak edib və xeyli kəşfiyyatçının yetişməsində əvəzsiz rol oynayıb. Mənim üçün bu kitabı yazmaq böyük şərəf və məsuliyyət idi”.


Azərbaycan Respublikası Veteranlar Şurasının sədr müavini ehtiyatda olan palkovnik Cəlil Xəlilov bildirdi ki, Azərbaycanın müharibə şəraitində olduğunu nəzərə alaraq, hərbi vətənpərvərliyi yüksəldən nəşrlərə, kitablara ehtiyac var: “Kitabda Elşad Şabanovun iştirak etdiyi bir sıra mühüm əməliyyatlar barədə geniş məlumat yer alır. Düşünürəm ki, “Böyük ömrə qısa baxış” adlı bu kitab Azərbaycan cəmiyyətində hərbi vətənpərvərliyin təbliğatına mühüm töhfədir”.

Tədbirdə iştirak edən Əfqanıstan və Qarabağ müharibəsi veteranı, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti Sərraf Orucov isə bildirdi ki, Azərbaycandan 9500 döyüşçü Əfqanıstan müharibəsində iştirak edib: Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, Azərbaycan Republikası Dövlət Təhlükəsizlik Komitəsinin ehtiyyatda olan polkovnik Şabanov Elşad Yusif oğlud onlardan biridi. Elşad Şabanov 1985-1987-ci illərdə Əfqanistann Demakratik Respublikasında zabit kimi hərbi xidmətini keçmişdir. Elşad Şabanov Əfqanıstanda xidməti vəzifəsini yerinə yetirdiyi müddətdə hərbi əməliyatlarda iştirak edərkən göstərdiyi sücayətlərinə və qəhramanlıqlarına görə onlarla yüksək döyüş orden və medallarla təltif olunmuşdur.

Ehtiyyatda olan cəsur döyüşçü zabit polkovnik Elşad Şabanovun keçdiyi həyat yolun haqqında eşitdiyim söhbətləri eşitdikdə, mən Elşad Şabanovu, 1941-1945-ci illərdə Alman faşstlərinin ordusunda zabit kimi xidmət etmiş Qəhraman Mehti Hüseyinzadə ( Mixayılov və Şitilist) kimi cəsur kəşviyyatçı döyüşçü kimi hesab edərək onun Əfqanıstandakı göstərdiyi xidmətlərini, o dövürdəki, Sovet İttifaqı Qəhramanın göstərdiyi sücayət kimi qiymətləndirirəm.

Sovetlər birliyi dağıldıqdan sonra, Elşad Şabanov 1991-1994-cü illərdə könüllü olaraq keçmiş döyüşçü zabit kimi Azərbaycan Milli Ordusunun və Azərbaycan Republikası Dövlət Təhlükəsizlik Komitəsinin Xüsusi Təyinatlı bölməsinin yaranmasında yaxından iştirak edərək müxtəlif yüksək rütbəli vəzifələrdə xidmət etmişdir.

Elşad Şabanov 1991-ci ildə, Azərbaycan Republikası Dövlət Təhlükəsizlik Komitəsinin Xüsusi Təyinatlı bölməsinə rəhbərlik edərək Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir.

Bu gün, Elşad Şabanov, Azərbaycanın Milli Qəhramanı Əfqan Hüseyinov, Rafiq Alıcanov, Mübariz Ibrahimov, Fərid Əhmədov, Murad Mirzəyevvə başqa qəhraman oğullarımız kimi yenidən fədakarlıq göstərərək Qarabağ torpağı uğrunda döyüşməyə hazırdı.  Əgər işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması istiqamətində sülh danışıqları nəticə verməzsə, Elşad Şabanovda, Azərbaycan Silahlı Qüvələrinin Veteranlarını, ehtiyatda olan hərbiçilərlə və biz keçmiş beynəlmiləlçi döyüşçülər birlikdə, Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə səfərbər olaraq əbədi və əzəli torpaqlarımızın ermənilərdən təmizləyib azad etmək üçün yenidən döyüşə getməyə hazırdı və bu əmiri səbirsizliklə gözləyənlərdən biridi. Biz bu ağır yükü və problemi gənc nəsilə saxlamamalıyıq!

Bu gün Elşad Şabanov kimi müharibə veteranları böyüməkdə olan gənc nəsilin hərbi vətənpərvərlik ruhunda böyümələri üçün örnək olmalıdırlar. Amma çox təsüflər olsun ki, bu gün keçmə-keşli şərəfli döyüş yolu keçmiş, hər vaxt ölümlə üz-üzə qalmış Elşad Şabanov kimi igid, cəsur qəhrəman oğlarımızı yeniyetmə və gənclərimiz tanımırlar. Düşünürəm ki, Elşad Şabanov kimi şəxsiyyətlər gənclərimiz üçün müsbət nümunədir və onların həyat yolu barədə daha geniş auditoriyalarda da söz açılmalıdır”.

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun İdarə Heyyəti adından və şəxsən öz adımdan Elşad Şabanova ən başlıca uzun ömür, can sağlığı və gələcək fəaliyyətində yeni-yeni müvəfəqqiyətlər arzulayırıq.

Xocalı rayonunun ilk və son polis rəisi olan Sabir Məmmədov işğal ərəfəsində Xocalının yaşadığı çətinliklərdən, vətənpərvər könüllülərin üzləşdiyi problemlərdən söz açdı. “O zaman paytaxtla rayonlar arasında əlaqə yaxşı səviyyədə deyildi, istədiyimiz köməyi vaxtında ala bilmirdik. Hətta Xocalıda aclıq hökm sürürdü, şəhərin müdafiəsinə gələn könüllülər yeməyə çörək tapmırdı. Çox çətin idi, amma vətənpərvər oğullarımız vətəni qorumaq üçün əlindən gələni edir, hər əzaba qatlanırdı. Bu gün şükürlər olsun ki, ordumuz yetərincə güclüdür və bacarıqlı hərbçilərimiz yetişir. Lakin gənclərimizin nümunə alacağı canlı əfsanələrimiz də var ki, onları unutmamalıyıq. Elşad Şabanovun sinəsindəki medallara baxın, o medalların hər birini öz həyatını riskə ataraq əldə edib. Dəfələrlə, ölümlə üz-üzə olub, Əfqanıstanda təhlükəli əməliyyatlara gedib, üzüağ qayıdıb. Ona görə də, mən Elşad Şabanova uzun ömür, can sağlığı arzulayrıam və bu cür mərd insanların barəsində kitab yazılmasını alqışlayıram”, – deyə S.Məmmədov bildirdi.

Kitabın redaktoru, Zərdabi Mətbuat Mərkəzinin direktor müavini Əsəd Əliyev bildirib ki, gənclərimizin çoxu öz qəhrəmanlarını tanımır. “Bəzi qəhrəmanlar da var ki, onlar mətbuata, televiziyalara çıxmır, ictimaiyyətə təqdim olunmur. Bu igidlərin hansı təhlükələrlə üzləşdiyini, nə kimi müsibətlərin qarşısını aldığı haqda çox az adam bilir. Elşad Şabanov öz gəncliyini təhlükəsizlik strukturlarında, ən təhlükəli əməliyyatları yerinə yetirməklə keçirib. Bu gün Azərbaycanın təhlükəsizlik qüvvələrində Elşad Şabanov kimi qocaman kəşfiyyatçıların yolunu davam etdirən xeyli gənclərimiz var. Onlar terrorçulara qarşı mübarizə aparır, dövlətin və cəmiyyətin təhlükəsizliyinə, xalqımızın əmin-amanlıq içində yaşaması üçün göz qırpmadan canlarını fəda edirlər”, – deyə Ə.Əliyev qeyd etdi.

Tədbirdə bir sıra müharibə veteranları, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Sərraf Orucov

ŞƏRHLƏR
XƏBƏRLƏR
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20
Ailə Dünyası "İlin Fovariti" Milli Mükafatına layiq görülüb - 08 / 12 / 2018 06:53
Göyçayın Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - 07 / 12 / 2018 16:30
Aprel şəhidinin həyat yoldaşı QHT təsis edib - 07 / 12 / 2018 15:59
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub-Video - 06 / 12 / 2018 17:41
"Düzgün idarəetmə Azərbaycanda terrorun qarşısını alır" - 06 / 12 / 2018 17:03
“Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib - 06 / 12 / 2018 17:01
Azay Quliyevdən irad: “Münaqişənin adını doğru ifadə edin” - 06 / 12 / 2018 13:40
“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib - 05 / 12 / 2018 17:34
Sağlam Düşüncə,sağlam cəmiyyətdir mövzusunda təlimlər davam edir - 05 / 12 / 2018 15:12
Xeyriyyəçilərə vergi güzəşti olmalıdır - 05 / 12 / 2018 14:12
Впереди – 75-летие Великой Победы - 05 / 12 / 2018 12:35
Xidməti müqavilələr ilə bağlı vergi 5 faizə qaldırılır - 04 / 12 / 2018 19:10
Avropa Şurası vətəndaş cəmiyyətinə dair yeni qərar qəbul etdi - 04 / 12 / 2018 16:07
Böyük şirkətlərin qurbanına çevrilənlər - Sadələşdirilmiş vergi ləğv olunur? - 04 / 12 / 2018 16:01
QHT Şurası üzvündən qrantlarla bağlı şok açıqlamalar - 04 / 12 / 2018 08:37
Vüsal Məmmədov “Maarifçilik məktəbi”-nin qonağı oldu - 03 / 12 / 2018 15:00
"Səssiz Dünyaya Körpü" kitabı işıq üzü görüb - 02 / 12 / 2018 20:30
Xidmət müqaviləsi ilə çalışanlar nəyi, necə ödəyəcəklər? - 01 / 12 / 2018 21:28
“Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsinin icrasına başlanılıb - 01 / 12 / 2018 10:30
Mikayıl Cabbarov xeyriyyəçilərin vergidən azad olunması təklifini DƏSTƏKLƏDİ - 30 / 11 / 2018 19:35
QHT sədri Üzeyir Hacıbəylinin ev muzeyində olub - 30 / 11 / 2018 17:15
ƏSMİD ictimai birliyinin ümumtəhsil məktəblərində təlimləri davam edir - 30 / 11 / 2018 11:03