Deputat Rüfət Quliyev: Neofaşizm və neonasizmi baş qaldırmağa qoymayaq
A A A
03/31/2017
Oxunma sayısı : 16174

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə Daimi komissiyasının islasında Assambleya Şurasının “Nasızmin bəraətinin və antihitler koalisiyası döyüşçülərinin xatirəsinin təhqir edilməsinin yolverilməzliyi barədə” Bəyanatı müzakirə edilib.

QHT.az xəbər verir ki, müzakirələrdə Daimi komissiya sədrinin müavini deputat Rüfət Quliyev çıxış edib. O, çıxışında qeyd etmişdir ki, bəşər tarixinin ən dəətli və dağıldıcı müharibəsi olan İkinci Dünya müharibəsi döyüşçülərinin xatirəsi həmişə hamımız üçün əziz olub və bu, həmişə də belə olacaqdır. Ancaq son vaxtlar bəzi ölkələrdə, o cümlədən Rusiyanın özündə də neofaşist ünsürlər, nasizım elemenləri baş qaldırmaqdadır. Rusiya Federasiyası özü nasizmə qarşı model qərarların təşəbbuskarı olsa da, oradakı özlərini “skinxed” adlandıranlar qeyri-rus millətlərinə nifrət zəminində cinayətlər törədir, faşizmin təbligilə məşqul olur, müharibədə həlak olanların müqəddəs ruhlarını təhqir edir, onların şərəfinə ucaldılmış heykəl və abidələri dağıdır, qəhrəmanlıqlarının izinin qalmamasına çalışılar. Rusiya dövlət Arxiv İdarəsinin aparıcı mütəxəssisləri öz çıxış və məqalələrində müharibə qəhrəmanlarının şücaətinə şübhə ilə yanaşır, bəzilərinin kəmağıl olduqlarını da iddia edirlər. O cümlədən 28 Panfilovcuların mövcud olmamaları, Qastellonun, Aleksandr Matrosovun igidliklərinin uydurma olması, “Gənc qvardiya”nın əfsanəvi üzvü Zoya Kosmodemyanskayanın ruhi xəstə olması kimi əsassız iddialar irəli sürürlər. Belə qərəzli, qeyri-obyektiv məlumatlar xüsusilə gənclər arasında çaşqınlıq yaradır və onlarda vətənpərvərlik hislərinin açılanmasına mənfi təsir göstərir.

Bu tendensiya bir şıra Avropa ölkələrindən MDB ölkərinə yoluxmuşdur və təkcə Rusiyada deyil, Birlik ölkələrinin bəzilərində də özünü büruzə verir. Belə neqativ halların qarşısı tam kəskinliyi ilə alınmalıdır. Faşizmin bel sütünunu qıran qəhrəman Sovet əsgəri dünyanı faşizm taunundan xilas edib. Bu gün biz varıqsa, həmin xilaskar əsgərə borcluyuq və bu, heç vaxt unudulmamalıdır. Antihitler koalisiyasının hər bir döyüşçüsünün xatirəsi millətindən asılı olmayaraq həmişə bizim üçün əziz olmalıdır.

Böyük Vətən müharibəsində təkcə Azərbaycandan 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycan xalqının igid oğlu Həzi Aslanov isə bu yüksək ada 2 dəfə layiq görülmüşdür. Sloveniya xalqı indi də Mehdi Hüseynzadənin qəhrəmanlığı ilə fəxr edir və onun məzarı orada xüsusi qayğı ilə əhatə olunub. Hətta o, Sloveniyanın Milli Qəhrəmanıdır, ölkədə onun muzeyi fəaliyyət göstərir. Bu ölkədə səfərdə olan hər bir azərbaycanlı üçün onun məzarı və muzeyi ilk ziyarət yeridir. Qafur Məmmədovun, Gəray Əsədovun, Züleyxa Seyidməmmədovanın və Azərbaycanın digər qəhrəman oğul və qızlarının igidlikləri hər zaman xalqımızın qəlbindədir və biz heç zaman düşünməmişik bu müharıbə bizim ərazidə olmayıb və Qələbə də bizim üçün xüsusi əhəmiyyət kəsb etmir.

Əksinə, biz bu qəhrəmanlıq tariximizlə fəxr edirik. Bu müharibədə 700 minə yaxın Azərbaycan vətəndaşı iştirak edib və onların yarısından çoxu qanlı döyüşlərdə həlak olub. Onları unutmaq böyük mənəviyyətsizlik olardı. Hər il Qələbə bayramı ərəfisində möhtərəm Prezidentimiz cənab İlham Əliyev müharibə veteranlarına birdəfəlik maddi yardımlar göstərilməsi, məət şəraitlərinin daha da yaxşılaşdırılması üçün sərəncamlar verir və onların xatirəsinə sonsuz ehtiram göstərir.

Hesab edirəm ki, MDB –yə daxil olan ölkələrdə və antihitler koalisiyası ölkələrində faşizmin hər bir təzahürünin, keçmiş doyüşçülərin xatirəsinə hörmətsizliyin qarşısının alınması üçün təsirli tədbirlər görülməlı və belə hallara qətiyyətlə yol verilməməlidir. Biz bu doyüşçülərin ruhu qarşısında həmişə baş əyməli və onları unutmamalıyıq. Belə olmasa, 30-40 ildən sonra nasist qüvvələrin təsiri altında antihitler koalisiyası ölkələri xalqlarının bu qəhrəmanlıq epopeyası deformasiyalara, eroziyalara məruz qalıb unudula bilər. Bunu isə tarix heç kimə bağışlamaz. Iclasda çıxış edən Daimi komissiyanın digər üzvləri də Rüfət Quliyevin çıxışını dəstəkləmiş və bu məsələnin aktuallığını qeyd ediblər. Müzakirələrdə azərbaycandan olan deputat Rasim Musabəyov öz fəallığı ilə fərqlənmiş və Bəyanatın qəbul olunmasında onun birmənalı olaraq müstəsna rolu olmuşdur.

Qeyd etmək lazımdır ki, müharibə şəraitində yaşayan Azərbaycan üçün hərbi vətənpərvərlik məsələsinin böyük əhəmiyyəti var. Gənclərimizi vətənpərlik ruhunda tərbiyə etmək üçün qəhrəmanlarımız, Qarabağ şəhidləri geniş təbliğ olunur, onların döyüş şücaətləri əsgərlərimiz üçün örnək, qürur yeridir.

Qarabağ şəhidlərinin, veteranlarının ailələrinə gayğı möhtərəm Prezidentimizin daxili siyasi kursununun tərkib hissəsidir. 2016-ci il uğurlu aprel döyüşlərinin şəhid və iştirakçılarına xüsusi diqqət bariz nümunəsidir.

Heç kim və heç nə unudulmamalıdır. Unutsaq, unudulariq.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Sənin də döşünü kəssəydilər... - 16 / 12 / 2018 13:03
Siyəzən gəncləri cümhuriyyətin 100 illiyini qeyd etdi - 15 / 12 / 2018 17:53
USAID Azərbaycanla dostluq və tərəfdaşlıq əlaqələrini genişləndirməyə üstünlük verir - 15 / 12 / 2018 16:44
“Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsi çərçivəsində tədbir keçirilib - 14 / 12 / 2018 21:41
Bu gün Şura üzvünün doğum günüdür - Təbrik - 14 / 12 / 2018 21:05
“Heydər Əliyev və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirilib - 13 / 12 / 2018 17:19
Azərbaycan İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb - 13 / 12 / 2018 15:37
Appeal to Arsenal fans: Don’t applaud the murderer of two-year-old Zahra - 13 / 12 / 2018 15:26
“Arsenal” azarkeşlərinə müraciət: 2 yaşlı Zəhramızın qatilinə əl çalmayın! - 13 / 12 / 2018 15:22
QHT sədri: "Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi" - 12 / 12 / 2018 16:56
“Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə. - 12 / 12 / 2018 12:48
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - 12 / 12 / 2018 04:44
Qrant verə bilən dövlət qurumları - SİYAHI - 11 / 12 / 2018 15:37
“Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib - 11 / 12 / 2018 15:06
Respublika Veteranlar Təşkilatının VIII Plenumu keçirilib - 11 / 12 / 2018 14:56
Gənclər siyasəti sahəsinə ayrılan qrantlar Gənclər Fondu ilə razılaşdırılacaq - FƏRMAN - 11 / 12 / 2018 05:59
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib - 10 / 12 / 2018 17:30
Tbilisidə keçirilən beynəlxalq tədbirdə vərəmə qarşı birgə mübarizənin perspektivləri müzakirə olunub - 10 / 12 / 2018 16:42
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20
Ailə Dünyası "İlin Fovariti" Milli Mükafatına layiq görülüb - 08 / 12 / 2018 06:53
Göyçayın Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - 07 / 12 / 2018 16:30
Aprel şəhidinin həyat yoldaşı QHT təsis edib - 07 / 12 / 2018 15:59
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub-Video - 06 / 12 / 2018 17:41