ULU ÖNDƏRİMİZLƏ ŞƏXSƏN GÖRÜŞMƏK MƏNƏ DƏ NƏSİB OLMUŞDUR
A A A
05/10/2017
Oxunma sayısı : 54464

MƏN ÖZÜMÜ HEYDƏR ƏLİYEV MƏKTƏBİNİN MƏZUNU HESAB EDİRƏM

 

1960-cı illərdən başlayaraq həyatımın demək olar yarım əsrini, Azərbaycanda və Azərbaycanı təmsilən xarici ölkə universitetlərində dərs demiş, müxtəlif mövzularda mühazirələr oxumuşam. Azərbaycanda baş verən bütün hadisələrin şəxsən şahidi olmuşam, çünki, mən həmin dövrün həyat dərsini almış, o dövrdə yetişmiş və özümü Heydər Əliyev məktəbinin məzunu hesab etmişəm və əlli il, daim O, dahi insanın ideyaları və siyasəti mənim həyat devizim olub və elmi-pedaqoji fəaliyyətimi onun prinsipləri əsasında yürütmüşəm. Azərbaycan xalqının milli iftixarı, ulu öndərimiz Heydər Əliyev ilə şəxsən görüşmək və onunla səmimi söhbət etmək mənə 1992-ci ilin avqust ayında nəsib olmuşdur. Mən ilk dəfə idi ki, Naxçıvana gedirdim. Mən Bakıdan ziyarətə bir müəllimə yoldaşım ilə getmişdim. Ziyarət edib qurban kəsdirdikdən sonra, qonaq olduğumuz evə gəldik.Axşam saat altı idi, ev sahibi Naxçıvanda ilk dəfə olduğumuzu bildiyi üçün “haranı görmək istəyirsiniz?” - deyə soruşduqda, mən Heydər Əliyev adına parkı və onun oradakı büstünü ziyarət etmək istədiyimi bildirdim. Bir çox yerləri gəzdik, parka gəldik, onun büstünü ziyarət etdik. Artıq gec idi, evə dönürdük. Bir qapının önündən keçirdik, qapı açıq idi, qarşısında qarabuğdayı bir qadın dayanmışdı. Qadın (Heydər Əliyevin bacısı Sənubər xanım olduğunu da sonradan bildim) bizi müşaiyət edən ev sahibindən: “Deyəsən, qonaqların var, haradan gəlirsiniz?” - deyə soruşdu. Mən həmən Heydər Əliyev parkını gəzərək, onun büstünü ziyarət etdiyimizi dedim. Qadın, “Heydər Əliyevi belə çox istəyirsənsə, bax, həyətdə oturub, gəlin içəri özünü ziyarət edin” – dedi. Mən bu möcüzənin qarşısında çaşıb qalmışdım. İçəriyə baxdım. Doğrudan da Heydər Əliyev idi. Gözlərimə inana bilmirdim, bu nə qəribə təsadüf idi. Gör, uca Allah mənim istəyimi harada və hansı şəraitdə mənə qismət edirdi. Çox səliqə ilə salınmış gül-çiçəkli bir həyətdə O, tək oturmuşdu, əynində qısaqol cizgili tenniska var idi. Utana-utana həyətə kecdik, “Buyurun, gəlin. Xoş gəlmisiniz”, - dedi və bizimlə çox səmimi görüşdü. Bir müddət söhbətə nədən, haradan başlayacağımı bilmədim, çünki belə bir dahinin qarşısında insan sıxılır. Etiraf edim ki, böyük sevinc içində idim, illərlə bu böyük əlçatmaz insan, müdrik öndərlə şəxsən görüşməyi, heç olmasa beş-on dəqiqə onunla danışmağı arzulamışdım. Söhbətə birinci O, başladı. Onun gülümsəyərək söhbətə başlaması bir andaca həyacanımın yox olmasına səbəb oldu. Mən onu çoxdan ziyarət etmək arzusunda olduğumu söylədim və arzumun məhz bu günə təsadüf etməsi də bir qismətdir, dedim. Allah evinin ziyarətindən sonra mənim arzumun yerinə yetməsi özü də bəlkə də Allahın möcüzəsidir. O, suallar verirdi. Qəbələ şəhərindən olduğumu dedikdə, dağlar qoynunda yerləşən o bölgənin saf havası və qayğıkeş insanlarından danışdı. Bakı-İsmayıllı-Qəbələ-Tbilisi yol projektindən danışdı və əlavə etdi: - “Təəssüf ki, Moskvaya dəvət olunduğum üçün bu projekti axıra çatdıra bilmədim”. Mən isə: “Heydər Əliyeviç, biz qəbələlilərin yolu ki, çəkilib, biz hər dəfə o yolu gedərkən Sizə dua edirik, çünki, Bakı-Qəbələ yolu 100 km. qısalıb, üstəlik dağların arasından keçən o yol füsünkarlığı, təbiət mənzərəsi ilə əsl istirahət zonasıdır, o yollar insana zövq verir. Biz Qəbələ camaatı o yola “Heydər Əliyev yolu” deyirik. O, gülərək, “sağ olun”, - dedi. Sonra da xeyli ümumi vəziyyətdən, təhsildən danışdıq. Gəlişimizin məqsədi onu çox sevdiyimiz üçün ziyarət olduğunu dedikdə, “Bu gün oğlum da qızları ilə Moskvadan məni görməyı gəliblər” - dedi və üzünü evə çevirərək, “İlham, oğlum, bura gəl, Bakıdan qonaqlarımız var”.  İlham müəllim həyətə enərək yanımıza gəldi, xüsusi hörmətlə bizimlə görüşüb, bir az oturduqdan sonra, atasından izin alıb qızlarının yanına qayıtdı. Atasına qarşı olan bu sayğı və hörmət də diqqətdən yayına bilməzdi. Bu haqqında danışdığımız şəxs, Heydər Əliyevin ailəsində yetişmiş, əsli-nəcabəti ilə örnək, Azərbaycan elminə böyük töhfələr vermiş, bir ziyalı ananın tərbiyəsini görmüş, atasının böyük siyasi məktəbini keçmiş, indi isə bütün dünyada onun ideyalarını və lahiyələrini uğurla həyata keçirən, onun layqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev idi. Deməli, mən, illərlə Heydər Əliyevlə görüşmək arzusunda olduğum halda, bir gündə iki Prezidentlə görüşmək qismətim olmuşdur… Əlbəttə, bu tarixi görüşün həyacanını mən heç vaxt unutmuram.

 

prof. Minirə QARAYEVA,

alim-pedaqoq,

“Xoş Niyyət” Xeyriyyə İctimai Birliyinin prezidenti;

Dünya Konstitutsiya və Parlament Assosasiyasının (WCPA)

Fəxri Vitse-prezidenti.


Minirə Qarayeva

ŞƏRHLƏR
XƏBƏRLƏR
"Təki vətən sağ olsun" filminin təqdimatı keçiriləcək - 21 / 11 / 2017 19:16
“İslam sülh və həmrəylik dinidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib - 21 / 11 / 2017 15:52
"VƏTƏN ÖVLADI" sənədli filminin təqdimatı keçiriləcək - 21 / 11 / 2017 14:21
Şurada "Azərbaycanda iqtisadi islahatlar: vətəndaş cəmiyyətinin rolu” mövzusunda dəyirmi masa keçirilib - 21 / 11 / 2017 13:54
“Etimad” Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi ilə tanış olub - 21 / 11 / 2017 13:54
Brüsseldə “Əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının beynəlxalq müdafiəsi” mövzusunda tədbir keçirilib - QHT Şurasının dəstəyi ilə - 21 / 11 / 2017 04:57
“Azərbaycanda iqtisadi islahatlar və vətəndaş cəmiyyəti” mövzusunda dəyirmi masa keçirəcək. - 20 / 11 / 2017 16:04
Əli Həsənov Brüsseldəki Qarabağ Forumunda: “Bu cür mövqe ilə razılaşmaq mümkün deyil” - 20 / 11 / 2017 15:31
Gənclər təşkilatı Qarabağda “Qarabağ Regional Uşaq Forumu” keçirdi - 20 / 11 / 2017 14:56
QHT sədri İranda Şəhriyarın büstünün təhqir olunmasına etiraz etdi - 20 / 11 / 2017 14:42
Şuranın maliyyə dəstəyi ilə reallaşan layihəyə uğurla yekun vurulub - 20 / 11 / 2017 13:49
Tarixi saxtalaşdıranlara qarşı Azərbaycanın mövqeyi dəyişməzdir - 20 / 11 / 2017 12:38
"VƏTƏN ÖVLADI" sənədli filminin təqdimatı keçirilib - QHT TV - 19 / 11 / 2017 10:04
Hemofiliyalı pasientlərin müayinələi zamanı tibbi sosial sorğu anketlərinin təhlili yaxın 5 il üçün tələbatı müəyyən etdi - 18 / 11 / 2017 18:39
Dövlət Proqramının qiymətləndirilməsi və səhiyyədə ictimai nəzarətin təşkili ilə bağlı layihə icra edilir - 18 / 11 / 2017 16:58
Ermənipərəst PİN-in çirkin əməlləri və “milli” agentlər - 18 / 11 / 2017 16:54
Азай Гулиев: Группа международных НПО пытается нанести удар по процессам между Азербайджаном и ЕС - 18 / 11 / 2017 09:42
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib - 18 / 11 / 2017 08:20
"Nə qədər ki, Zaur Kamallar, Zaur Bəxşəliyevlər efirdədir, TV-lərə baxan olmayacaq" - 17 / 11 / 2017 22:13
“Kimlərsə, bina pulu ilə əlli-yüz məzunumuza qonaqlıq verir, nə alternativi…” - 16 / 11 / 2017 20:51
ATƏT-in mənzil-qərargahında məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə həsr olunmuş tədbir keçirilib - 16 / 11 / 2017 19:55
Məhluqə Rəhimova: “50 şirkətə müraciət elədik, heç birindən cavab gəlmədi…” - 16 / 11 / 2017 15:25
Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib - 16 / 11 / 2017 11:16
Azay Quliyev: “Biz bu ənənəni davam etdirməliyik” - 16 / 11 / 2017 08:17
Hemofiliyanın müalicəsinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı hesabat təqdim olunacaq - 15 / 11 / 2017 21:13
“Böyük Tələbə layihəsi – 25” - 15 / 11 / 2017 18:09
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2017 14:47
“Bilməzdik ki, 15 il çəkəcək...” – Qələmli döyüşçülər haqda yubiley yazısı - 15 / 11 / 2017 10:21
Gənclər təşkilatı “Uşaq hüquqları aylığı “ çərçivəsində Şirvanda görüş keçirdi - 15 / 11 / 2017 10:00
“Öz peşəni seç” layihəsinin ilk tədbiri keçirilib - 15 / 11 / 2017 08:47