“Qarşıdakı illərdə də dövlətimizin bilavasitə dəstəyi və qayğısı nəticəsində vətəndaş cəmiyyəti Azərbaycan üçün vacib və mühüm layihələri həyata keçirəcək”
A A A
06/02/2017
Oxunma sayısı : 22451
Rövşən Həmidov
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Katibliyinin aparıcı məsləhətçisi
Ötən illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə imzaladığı fərman və sərəncamlar dövlət – QHT münasibətlərinin inkişafın baxımından mühüm əhəmiyyət daşıyır.  
 
Azərbaycanda fəaliyyət göstərən ilk milli donor institutu, dövlətin QHT sektoru sahəsində siyasətini həyata keçirən başlıca qurum olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən ictimai problemlərin həllinə istiqamətlənən çoxsaylı vacib layihələri maliyyələşdirib.
 
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il “Multikulturalizm ili” elan olunmuşdur. Şuranın elan etdiyi müsabiqədə də bu mövzuda layihələrə xüsusi yer ayrılmışdır . Belə ki, 2016-cı il 1-ci və 2-ci qrant  müsabiqələrində “İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə” istiqaməti üzrə “Multikultural Azərbaycan: dəyərlərin qorunması, təbliği və tanıdılması” mövzusunda 11 layihə icra olunub ki, ümumilikdə bunlara 101.000 AZN vəsait ayrılıb. QHT-nin icra etdiyi bu layihələr çərçivəsində multikultural dəyərlərin qorunmasında vətəndaş cəmiyyətinin iştirakı ilə  müxtəlif seminarlar və təlimlər təşkil olunub. Layihələr əsasən “Gənclərə ölkədəki multikulturalizmi tanıtmaq mövzusunda tədbirlərin təşkili”, “Gənclərdə multikultural düşüncə dəyərlərinin formalaşdırılması aksiyalarının keçirilməsi”, “Tolerant Azərbaycanda dinlərarası dialoq və multikulturalizm: səyyar maarifçilik tədbirləri”, Sosial və internet mediada gənclərin multikulturalizmlə bağlı maarifləndirilməsi” , "Multikulturalizm həyat tərzimizdir", “Azərbaycan multikulturalizminin tarixi sosial-mədəni və ideolojı baxımdan təbliği”, “Multikultural Azərbaycan: örnəklərin toplanması və xaricdə təbliği”, “İslamda multikultralizm” gənclər arasında” və digər mövzuları əhatə edib.  Layihələr çərçivəsində 2 sosial çarx çəkilib, mətbuatda monitorinq aparılıb, yarışlar, rəsm sərgiləri təşkil olunub və sosial şəbəkələrdə kampaniyalar keçirilib. QHT-lər Şuranın dəstəyi ilə kitabçalar, köynəklər,bukletler, broşurlar, informatik plakatlar və flayerler hazırlayaraq nəşr edib.
 
Layihələr  Bakıda və müxtəlif regionlarda (Astara, Balakən, Zaqatala, Qax, Şəki, Göyçay, İsmayıllı, Şirvan, Cəlilabad, Tovuz və s.) icra olunub.
 
İstehlakçıların maarifləndirilməsi və onların hüquqlarının qorunması ölkədə fəaliyyət göstərən bir çox QHT-nin maraq dairəsinə düşüb və təşkilatlar bu istiqamətdə də bir çox layihələr icra ediblər. 2016-cı ildə Şura tərəfindəni istehlakçıların maarifləndirilməsi və onların hüquqlarının qorunmasına dair təşəbbüslərə həsr olunmuş bir çox layihələrə qrant ayrılıb. Adıçəkilən istiqamət üzrə 6 layihəyə 48.000 AZN maliyyə dəstəyi verilib. Layihələrin icrasına 13 nəfər cəlb olunub. Adıçəkilən mövzuda televiziyada 5 veriliş hazırlanmışdır. Regionlarda 19 tədbir həyata keçirilmiş, bu istiqamət üzrə 1 kitab və digər çap məhsulları hazırlanıb.
 
Regional təhlükəsizlik qlobal təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi olmaqla bərabər, onun davamlılığını şərtləndirən mühüm amillərdəndir. İstənilən dövlətin təhlükəsizliyi hazırda geniş siyasi, iqtisadi və mədəni inteqrasiyaya məruz qalan dünyada beynəlxalq təhlükəsizlik anlayışından kənar təsəvvür edilə bilməz. Məhz bu baxımdan, təhlükəsizliyin qorunması problemi bir çox beynəlxalq təşkilatların nizamnamə və sənədlərində də əksini tapır. 
 
Azərbaycan da regionun lider dövləti olaraq regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət və həssaslıqla yanaşır, bu istiqamətdə vacib işlər görür. Azərbaycan bölgədə və bütün dünyada məhz sülh və stabilliyin tərəfdar olmaqla Qafqaz regionununda təhlükəsizliyin etibarlı təminatı üçün əlindən gələni edir və müvafiq siyasəti davam etdirəcəyini dəfələrlə bəyan etməkdədir. 
 
Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası özünün elan etdiyi maliyyə yardımı müsabiqəsində regional təhlükəsizlik mövzusunu prioritet istiqamət kimi göstərir və hər il QHT-lərə bu mövzuda qrant ayırır. 2016-cı il də istisna təşkil etməyib. Belə ki, Regional təhlükəsizlik məsələlərinə dair təşəbbüslərə həsr olunmuş layihələr üzrə uğurlu nəticələr əldə olunmuşdur. Bu istiqamət üzrə 3 layihəyə 20.000 AZN məbləğində maliyyələ ayrılıb. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiyəsi  İctimai Birliyi icra etdiyi layihə çərçivəsində “Ermənistandakı Metsamor AES – nın yarada biləcəyi fəsadlar və onların aradan qaldırılması yolları haqqında” geniş araşdırma apararaq ətraflı hesabat hazırlayıb. “Azərbaycan “Free Person” İnsan Hüquqları Müdafiəsi” İctimai Birliyi “Regional Təhlükəsizlik Məsələləri üzrə Xəzər dənizi hövzəsi QHT-lərinin onlayn əməkdaşlıq şəbəkəsi” layihəsi çərçivəsində Xəzər sahili ölkələr arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində görüşlər təşkil edilmiş, həmçinin QHT-lər arasında əməkdaşlıq və dialoqun gücləndirilməsi üçün www.caspiannetwork.org veb səhifəsi yaradılmışdır. “Uğurlu Gələcək Naminə” Gənclər İctimai Birliyi isə həyata keçiridiyi layihə çərçivəsində Metsamor Atom Elektrik Stansiyasının region üçün yaratdığı təhlükədən bəhs edən videoçarx hazırlayıb.  
 
Bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki, qarşıdakı illərdə də dövlətimizin bilavasitə dəstəyi və qayğısı nəticəsində vətəndaş cəmiyyəti Azərbaycan üçün vacib və mühüm layihələri həyata keçirəcək, problemlərin həlli yolunda öz töhfələrini verəcəklər.

ŞƏRHLƏR
XƏBƏRLƏR
"Təki vətən sağ olsun" filminin təqdimatı keçiriləcək - 21 / 11 / 2017 19:16
“İslam sülh və həmrəylik dinidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib - 21 / 11 / 2017 15:52
"VƏTƏN ÖVLADI" sənədli filminin təqdimatı keçiriləcək - 21 / 11 / 2017 14:21
Şurada "Azərbaycanda iqtisadi islahatlar: vətəndaş cəmiyyətinin rolu” mövzusunda dəyirmi masa keçirilib - 21 / 11 / 2017 13:54
“Etimad” Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi ilə tanış olub - 21 / 11 / 2017 13:54
Brüsseldə “Əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının beynəlxalq müdafiəsi” mövzusunda tədbir keçirilib - QHT Şurasının dəstəyi ilə - 21 / 11 / 2017 04:57
“Azərbaycanda iqtisadi islahatlar və vətəndaş cəmiyyəti” mövzusunda dəyirmi masa keçirəcək. - 20 / 11 / 2017 16:04
Əli Həsənov Brüsseldəki Qarabağ Forumunda: “Bu cür mövqe ilə razılaşmaq mümkün deyil” - 20 / 11 / 2017 15:31
Gənclər təşkilatı Qarabağda “Qarabağ Regional Uşaq Forumu” keçirdi - 20 / 11 / 2017 14:56
QHT sədri İranda Şəhriyarın büstünün təhqir olunmasına etiraz etdi - 20 / 11 / 2017 14:42
Şuranın maliyyə dəstəyi ilə reallaşan layihəyə uğurla yekun vurulub - 20 / 11 / 2017 13:49
Tarixi saxtalaşdıranlara qarşı Azərbaycanın mövqeyi dəyişməzdir - 20 / 11 / 2017 12:38
"VƏTƏN ÖVLADI" sənədli filminin təqdimatı keçirilib - QHT TV - 19 / 11 / 2017 10:04
Hemofiliyalı pasientlərin müayinələi zamanı tibbi sosial sorğu anketlərinin təhlili yaxın 5 il üçün tələbatı müəyyən etdi - 18 / 11 / 2017 18:39
Dövlət Proqramının qiymətləndirilməsi və səhiyyədə ictimai nəzarətin təşkili ilə bağlı layihə icra edilir - 18 / 11 / 2017 16:58
Ermənipərəst PİN-in çirkin əməlləri və “milli” agentlər - 18 / 11 / 2017 16:54
Азай Гулиев: Группа международных НПО пытается нанести удар по процессам между Азербайджаном и ЕС - 18 / 11 / 2017 09:42
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib - 18 / 11 / 2017 08:20
"Nə qədər ki, Zaur Kamallar, Zaur Bəxşəliyevlər efirdədir, TV-lərə baxan olmayacaq" - 17 / 11 / 2017 22:13
“Kimlərsə, bina pulu ilə əlli-yüz məzunumuza qonaqlıq verir, nə alternativi…” - 16 / 11 / 2017 20:51
ATƏT-in mənzil-qərargahında məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə həsr olunmuş tədbir keçirilib - 16 / 11 / 2017 19:55
Məhluqə Rəhimova: “50 şirkətə müraciət elədik, heç birindən cavab gəlmədi…” - 16 / 11 / 2017 15:25
Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib - 16 / 11 / 2017 11:16
Azay Quliyev: “Biz bu ənənəni davam etdirməliyik” - 16 / 11 / 2017 08:17
Hemofiliyanın müalicəsinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı hesabat təqdim olunacaq - 15 / 11 / 2017 21:13
“Böyük Tələbə layihəsi – 25” - 15 / 11 / 2017 18:09
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2017 14:47
“Bilməzdik ki, 15 il çəkəcək...” – Qələmli döyüşçülər haqda yubiley yazısı - 15 / 11 / 2017 10:21
Gənclər təşkilatı “Uşaq hüquqları aylığı “ çərçivəsində Şirvanda görüş keçirdi - 15 / 11 / 2017 10:00
“Öz peşəni seç” layihəsinin ilk tədbiri keçirilib - 15 / 11 / 2017 08:47