Çevrilmiş maşın və qəzadan sonrakı həyat…
A A A
06/18/2017
Oxunma sayısı : 33163

Əgər ölməmisənsə, deməli, sənə heç nə olmayıb – çevrilmiş avtomobilin içərisində düşündüyüm ilk fikir bu oldu. Sonra qızımı səslədim, “sağam” dedi, sonra yoldaşım da “ölməmişəm” cavabı verdi.

Kəməri aça bilməyib arasından sivişib pəncərədən çölə çıxdım. Qızım ağlayırdı, adamlara “onu xilas edin” deyə, bağırdım. Minnətdarlıq etməyə söz yoxdur, onlar mələklərə döndülər. Qızım xilas oldu. Yoldaşımsa, ona halaldı, toxtaq idi. Deyirdi: “Qorxma, sağam. Bircə bu dar yuvadan çıxa bilim”. Onu da çıxartdıq.
Ölüm-itim çox görmüşəm. Hadisədən zərrə də şoka düşmədim. “Cerato” KİA, “RİO” KİA-ya dəydi, RİO əvvəl böyrü üstə, sonra arxası üstə çevrildi. Olduq kəllə-mayallaq. Tanış mənzərə idi. 1995-ci il, Qazaxın Bala Cəfərli kəndində traktorla “pozitsiya”ya qalxırıq. Əsgərlər qaça-qaça gəlib ərazidə mina olduğunu dedilər. Sürücü özünü çaşdırb, traktoru sağa sürdü, ora da dərə. Aşdıq. O, öldü. Mən çətinliklə qurtuldum? sanki bu gün üçün məşq edirdim.

***

Eynisini Naxçıvani küçəsi ilə Ağasadıq Gəraybəylinin kəsişməsində yaşadım. Yolumun dibində “yol ver” nişanı varmış. Ağacların qanadları uzanıb və işarə görünməz olub. Görünməzliyin qaranlığına düşən təkcə mən deyilmişəm, haraya gəlmiş axsayan qadın, üzündə çapığı olan oğlan bu yerdə eyni aqibəti yaşadığını dedilər.
Baş yoldan gələn sürücü də dostumdur. Gəldi, vurdu. 3 gün öncə ona çoxdandı görüşmədiyimizi yazmışdım. Avtomobildən düşüb, məni gördü və dedi: “Buyur, görüşdük”.

Mənim avtomobilim ələ gələn deyil, onun avtomobilinin də qabağı yoxdur. İnsanlığımızsa sap-sağlam yerindədir. Hadisə baş verəndə ölmədiyimiz üçün qucaqlaşdıq, ayrılanda hələ də sağ qaldığımız üçün. Ölməmisənsə, sənə heç nə olmayıb.

Qohumlarıma, dostlarıma, həmkarlarıma, millət vəkillərimə, iş yoldaşlarıma, Facebbok dostlarıma o qədər minnətdaram ki… Onların diqqətinə, məhəbbətinə, qayğısına adekavat cavab verim deyə, Allah məni mütləq ikinci dəfə yaratmalıydı. Bir ömür bəs etməz dostlarımın diqqət, qayğı və yaxşılıqlarının qarşısına çıxmağa.

Azərbaycanda – Sizin aranızda yaşamaq çox gözəldir. Dostumla toqquşdum, dostlar ölümdən qurtardı, dostların dəstəyi ilə psixoloji baryeri aşdıq. Vətən dostlarmış. Söz verirəm, heç vaxt ölməyəcəm. Sizi də göz bəbəyim kimi qoruyacam. Beləcə şad və xürrəm yaşayacağıq bir yerdə.

***

Mən aşan avtomobilin içərisində anladım ki, yeganə səadət sevdiklərinlə bir yerdə yaşamaqdır. Elə orada – çevrilmiş avtomobilin içərisində ailənlə birgəsənsə və dostların da hərəsi öz evində, öz aşmamış avtomobillərində sağdırlarsa, hər şeyin var demək. Şanslı adamsan, xoşbəxt adamsan. Yaşa, çevrilmiş avtomobili özünün ən geniş dünyan bilib, onun içərisində yaşa!

Ceyhun MUSAOĞLU


ŞƏRHLƏR
XƏBƏRLƏR
Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib. - 20 / 04 / 2018 18:48
Prezident ilham Əliyev bir daha sübüt etdi ki, vətən üçün xidməti olan heç kim unudulmayacaqdır - 20 / 04 / 2018 06:40
Şəhid ailələrinə 11 min manat pul veriləcək - Prezidentin fərmanı - 19 / 04 / 2018 17:52
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev - 19 / 04 / 2018 17:18
“Prezidentin qərarını alqışlayırıq”- QHT sədri - 19 / 04 / 2018 16:44
Şuranın dəstəyi ilə Azərbaycanın dövlət rəmzlərindən ibarət mobil tətbiqetmə hazırlanır - 19 / 04 / 2018 13:03
Bakıda və Respublikamızın regionlarında viruslu hepatitlərlə bağlı maarifləndirici flayerlər vərəmli pasiyentlər arasında paylanacaq - 19 / 04 / 2018 08:57
Hemofiliya xəstələrinin sayı niyə artır? - APA TV-də müzakirə - 18 / 04 / 2018 19:25
Sudan duru çıxan “kişi” - Raminə Eyvazqızı yazır ... - 18 / 04 / 2018 17:46
Atan jurnalist olsaydı, bir şalvarı 3 il geyinərdin... - 18 / 04 / 2018 13:50
"MQF-nin inkişafı: reallıqlar və perspektivlər" mövzusunda müşavirə keçirilib - 18 / 04 / 2018 12:18
QHT-lərin nəzərinə! - 18 / 04 / 2018 06:44
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev “QHT Xəbər”in qonağı olub - ASAN Radioda - 17 / 04 / 2018 19:28
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası mətbuat konfransı keçirib - Dünya Hemofiliya Günü ilə bağlı - 17 / 04 / 2018 18:52
Şuranın dəstəyilə milli ailə dəyərlərinin təbliğinə dair layihənin icrasına start verilib - 17 / 04 / 2018 09:09
Loqosda növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 16 / 04 / 2018 19:25
"Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun ekologiyasına dəyən ziyan barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasına start verildi - 16 / 04 / 2018 18:02
"Aqroturizmin inkişaf istiqaməti”nə dair müzakirələr aparılıb - 16 / 04 / 2018 16:08
Azay Guliyev makes speech on the OSCE/ODIHR’s observation mission for 11 April Presidential election held in Azerbaijan - 16 / 04 / 2018 14:38
Azay Quliyev: "ATƏT/DTIHB hesabatda yol verdiyi nöqsanlara yenidən baxmalı və onları aradan qaldırmalıdır" - 16 / 04 / 2018 13:57
11 aprel seçkilərinin mühüm məqamlarından danışlıdı - "Bizim Planet"də - 16 / 04 / 2018 12:12
Şuranın dəstəyilə “Hər şey vətən üçün!” - 16 / 04 / 2018 08:50
“Atatürkün heykəlini uçurdanlar dərhal cəzalanmalıdır!” - 15 / 04 / 2018 22:33
Dünya Hemofiliya Günü ilə bağlı mətbuat konfransı keçiriləcək. - 15 / 04 / 2018 21:37
Qibləsi bilinməyən qutu və yaxud seçkiyə ATƏT-in baxış bucağı - Cəsarət Hüseynzadə yazır... - 15 / 04 / 2018 11:25
“Yurd” Gənclər Təşkilatı ATƏT DTİHB-nun qərəzli hesabatına etiraz edir - 15 / 04 / 2018 08:38
ATU-nun Tədris terapevtik Klinikası uşaqlar üçün tibbi müayinə aksiyası keçirir - 14 / 04 / 2018 22:03
Tülküləri tanıyın, camaat belə deyir, söyüş briqadaları necə işləyir? – Sənan Nəcəfovun yazısı - 14 / 04 / 2018 15:20
Sahib Məmmədov: “45 milyon dollara yaxın pul yeyilib” - 14 / 04 / 2018 10:49
Azerbaycan'da İstikrar İlham Aliyev'le devam edecektir - 13 / 04 / 2018 18:31