Şura Katibliyinin əməkdaşı "Ətraf mühit və sağlamlıq məsələləri: görülən işlər və nəticələr"dən yazdı
A A A
06/29/2017
Oxunma sayısı : 15534
Gülsəba Ələsgərova,
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi

Dünyada ekoloji vəziyyətin gərginləşməsi, qlobal iqlim dəyişmələri, atmosferin çirklənməsi, təbiətə qarşı düzgün münasibətin olmaması insanların ekoloji baxışlarının yenilənməsini tələb edir. Bu baxımdan ekoloji tərbiyə zəruridir. Ekoloji tərbiyə isə təkcə ekoloqların deyil, həm də geniş əhali kütləsinin vacib işi olmalıdır. Çünki gələcəyə sağlam nəsillər ötürmək istəyiriksə, təbiətə münasibət müsbət mənada dəyişməlidir. Ekolji cəhətdən təmiz şəhər, təmiz kənd uğrunda əsl mübarizə aparılmalı, “yaşıl qızılımız” olan meşələrimizi qorumalıyıq. Ekolji tərbiyə - təbiətə qarşı düzgün münasibət kiçik yaşlı uşaqlardan tutmuş böyüklərə kimi-hamı üçün vacibdir.

Çünki bütün canlıların yaşaması üçün zəruri olan atmosfer, su, torpaq çirklənirsə hansısa sağlamlıqdan danışmaq mümkün deyil. Bu məqalədə də Şuranın ətraf mühit və sağlamlıq məsələləri üzrə dəstəklədiyi QHT layihələri çərçivəsində görülmüş işlərə və əldə olan nəticələrə qısa nəzər salınıb.

Şura fəaliyyətə başladığı vaxtdan indiyədək adıçəkilən sahəyə aid yüzlərlə QHT layihəsini dəstəkləyib. Təkcə 2016-cı ildə bu istiqamət üzrə ümumi məbləği 405.000 AZN olan 44 layihə maliyyələşdirilib. Bu layihələrin icrası nəticəsində əldə olunan nəticələrin həm ekoloji, həm də tibbi maariflənmə baxımından ölçülə bilənliyi əvvəlki illərin göstəricilərindən də üstündür. Bu da Şuranın həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin aydın nəticəsidir. Şura artıq 9 ildir ki, QHT-lərə məlumat, konsultativ, metodiki, təşkilati-texniki və maliyyə yardımı istiqamətləri üzrə dövlət dəstəyini həyata keçirir.

Bunun nəticəsidir ki, ötən illər ərzində yüzlərlə QHT nümayəndəsinin bilik və bacarıqları inkişaf etdirilib, müxtəlif maarifləndirici vəsaitlərlə təmin olunub, təşkilati-texniki cəhətdən təchizatı artırılıb, fəaliyyətləri çoxsaylı kütləvi informasiya vasitələrində işıqlandırılıb, layihə yazılması və idarəedilməsində təcrübələri artırılıb. Bu gün QHT-lərimizin çoxu layihələrin səmərəliliyini artırmaq, ideya və təşəbbüslərinin daha ölçülə bilən nəticələr verməsi üçün effektiv tədbirlər təklif edirlər. QHT-lərimiz əvvəlki illərdə daha çox seminar, Dəyirmi masa və s. kimi tədbirlər təşkil edirdilərsə, artıq indi onlar “dörd divar” arasından çıxıb, ekoturlar, düşərgələr, aksiyalar, veloyürüşlər, iməciliklər, ağacəkmə kampaniyaları kimi kütləvi tədbirlərə üstünlük verirlər. Belə layihələr çərçivəsində məktəblilərlə Milli Parklar ərazisində ətraf mühitin müşahidə edilərək öyrənilməsi, uşaqların ekoloji təcrübə işlərinə cəlb olunması məqsədilə internat məktəblərindən, aztəminatlı ailələrdən olan 450 nəfər yeniyetmə və gənclərin olkəmizdə olan bütün Milli Parklara turları təşkil edilib, təbiətlə canlı təmas yaradılıb. Qəbələdə 30 nəfər imkansız və aztəminatlı ailələrdən olan yeniyetmə və gənclər üçün “Ekologiyanı qoruyaq” şuarı altında 1 yay düşərgəsi təşkil edilib. Yaşıl xəzinəmizi qorumaq məqsədilə Bakı, Gəncə, Samux, Şəmkir, İmişli, Sabirabad rayonlarında veloyürüşlər, müxtəlif ekoloji aksiyalar həyata keçirilib. Parklarda təmizlik aparılması üçün iməciliklər təşkil edilib, 500-dən artıq ağac əkilib.

Bu gün tez-tez dünyanın bir sıra yerlərində, o cümlədən Azərbaycanda da meşə yanğınlarının baş verdiyi hadisələrə rast gəlirik. Belə yanğınların səbəbləri isə müxtəlifdir. İstər təbii, istərsə də subyektiv amillərdən qaynaqlanan yanğınlar təbiətin “ağ ciyəri” olan meşələrimizə ciddi ziyan vurur. Meşə yanğınlarına qarşı ictimai hərəkatın təşkili və yanğın ərazisində yaşıllaşdırma işlərinin həyata keçirilməsi layihələri çərçivəsində Şəki, Qəbələ, Qax və Balakən regionlarında təlimlər keçirilib.
Çimərliklərdə ekoloji və sanitar normalara əməl edilməsinə yardım tədbirlərinin təşkili məqsədilə təlim və Bakıətrafı çimərliklərdə monitorinq keçirilib. “Genetik modifikasiya olunmuş məhsullar insan sağlamlığı üçün təhlükə mənbəyi kimi”, “Biomüxtəlifliyin qorunması ərzaq təhlükəsizliyi və sağlamlığımızın əsasıdır” mövzularında 3 televiziya verilişi hazırlanaraq “EL”TV-də yayımlanıb.

IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsilə bağlı ölkəmizdə çoxsaylı turist axını müşahidə edilir. Qonaqların ölkəmizlə yaxından tanış olmaları, Azərbaycanın qədim mədəniyyətini və tarixi abidələri haqqında məlumat əldə etmələtri üçün “Azərbaycan” ölkəmizə gələn turistlər üçün məlumat kataloqu” hazırlanaraq nəşr edilib və turistlərə paylanıb.

Şuranın dəstəklədiyi layihələr çərçivəsində həmçinin Bakı şəhərində Park Bulvarda “Autizm xəstəlik deyil, fərqlilikdir!”adlı “28 Mall” Ticarət Mərkəzində xərçəng xəstəliklərinə qarşı sosial maarifləndirmə aksiyaları təşkil edilib.

Biz müharibə şəraitində yaşayan bir ölkəyik. Ona görə də əhali arasında tibbi maarifləndirmə, xüsusi ilə də ilk tibbi yardımların göstərilməsi təmas xəttində, cəbhəyanı bölgələrdə yaşayan insanlar üçün daha lazımlıdır. Cəbhə bölgəsində yaşayan əhalinin tibbi biliklərinin artırılması məqsədilə Ağdam, Bərdə, Ağcəbədi, Tərtər ,Göranboy, Füzuli rayonlarında 120 nəfər gənc qızlar və hərbi çağırış yaşlı gənclər üçün kurslar təşkil edilib.

Ümumilikdə QHT-lərin icra etdikləri layihələr çərçivəsində ətraf mühit və sağlamlıq məsələləri ilə bağlı 139 müxtəlif maaarifləndirici tədbirlər keçirilib, 2 sosial çarx çəkilib, 4 buklet, 12 broşur, 5 digər nəşr məhsulları çap olunub. Layihələr 47 rayon və şəhərdə həyata keçirilib.

Əldə olunan nailiyyətlərlə yanaşı təəssüflər olsun ki, müəyyən çatışmazlıqlar da mövcuddur. Bəzi QHT-lərimiz təsviri hesabatın dolğun yazılmasında, xüsusən də icra etdikləri layihələrin nəticəsini müfəssəl qeyd etməkdə, qoyduqları problemin həlli üçün təkliflərin verilməsində və s. məsələlərdə çətinlik çəkirlər. Ancaq belə halların da aradan qaldırılması üçün tərəfimizdən QHT-lərlə davamlı olaraq iş aparılır. Şura 2017-ci ildə ətraf mühit və sağlamlıq məsələləri üzrə 39 layihənin icrası üçün 249.900.0 AZN vəsait ayırıb. İnanıram ki, bu layihələrin həyata keçirilməsi nəticəsində daha səmərəli nəticələr əldə edəcəyik.


ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
700 bal toplayan tələbələr ilə görüş keçirilib - 23 / 09 / 2017 21:20
“QHT-nin maliyyə mənbələri” mövzusunda məlumat sessiyası keçiriləcək - Elan - 23 / 09 / 2017 16:20
Layihə çərçivəsində Sumqayıt turu baş tutdu - 22 / 09 / 2017 17:45
“Referendumlar ləğv edilməlidir, bu, təhlükəsizlik və istiqlal üçün vacibdir” - Azay Quliyev - 22 / 09 / 2017 16:26
QHT-lərə Dövlət Dəstəyi Şurası Mingəçevirdə QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib - FOTO - 22 / 09 / 2017 16:17
Sumqayıtda insan alveri ilə mübarizə sahəsində media işçilərinin rolu müzakirə olunacaq - 21 / 09 / 2017 18:10
QHT-lərlə hökumət qurumları arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub - Şəmkirdə - 21 / 09 / 2017 18:06
Fərasət Qurbanov : Bu gün QHT-lər cəmiyyətimizin inkişafını təmin edən ən vacib institutlardan birinə çevrilib - 21 / 09 / 2017 18:01
Vüsal Quliyev: “Dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır” - 21 / 09 / 2017 17:21
Elitar Gimnaziyada və 160 saylı orta məktəbdə “Sülh göyərçinləri” tədbiri keçirilib - 21 / 09 / 2017 15:43
İcra Hakimiyyətinin başçısı Şuranın Fəxri Fərmanı ilə təltif edildi - 21 / 09 / 2017 03:40
İlham Əliyev BMT-də Zəhranın qətlindən danışdı - Canlı Yayım - 20 / 09 / 2017 16:11
"Yeni dövlət proqramı gənclərin inkişafı üçün yeni imkanlar yaradacaq"- GDPİD İctimai Birliyinin sədri Fərid Muradov - 20 / 09 / 2017 16:02
Vətənpərvərlik ölkə təhlükəsizliyinin qarantıdır - 20 / 09 / 2017 13:50
Sahib Məmmədov: “Azərbaycanın uğurları hər zaman kimlərdəsə qıcıq yaradıb” - 20 / 09 / 2017 13:30
Ağcabədidə insan alverinə qarşı mübarizə ilə bağlı tədbir keçirilib - 20 / 09 / 2017 13:11
Nigar Ağakişiyeva: Şura QHT sektorunun inkişafı üçün dəstəyini davam etdirir - 19 / 09 / 2017 15:34
Dilqəmin oğlu ATƏT-in sammitində çıxış etdi - Video - 19 / 09 / 2017 12:25
Sahib Məmmədov: Varşavada Ermənistan tərəfi susduruldu! -Video - 19 / 09 / 2017 11:53
Masallıda “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib - 18 / 09 / 2017 14:12
“Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb - 18 / 09 / 2017 14:07
Hərə bir əsgər, hər ev bir səngər - 18 / 09 / 2017 14:05
Azər Həsrət ATƏT-in Varşava toplantısında – Videolar - 18 / 09 / 2017 14:01
Bilik Fondunun İnformasiya təminatı sektoru ilə BDU-nun jurnalistika fakültəsi arasında Niyyət sazişi imzalandı - 18 / 09 / 2017 13:48
QHT “Sərhəd” sənədli filminin çəkilişlərinə başlayır - 18 / 09 / 2017 06:03
QHT rəhbərləri QHT TV ilə bağlı fikirlərini bildirdilər - Müsahibələr - 16 / 09 / 2017 19:45
Hində yaşayan adamdan nicat uman milyonçu - 16 / 09 / 2017 17:04
Mediamızın babası… Vətəndir, torpaqdır Rey – 50 - 16 / 09 / 2017 05:27
İslam həmrəyliyi - təhlükəsiz cəmiyyət və sülhə çağırış - 15 / 09 / 2017 17:54
Şuranın dəstəyilə şəhid ailələrinin sosial problemlərinə dair tədbir keçirilib - 15 / 09 / 2017 17:25