Rufiz Qonaqov: “Vətəndaş cəmiyyəti institutlarının formalaşmasında dövlətin mühüm rolu var”
A A A
07/04/2017
Oxunma sayısı : 41491
Rufiz Qonaqov:“Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutlarını, QHT-ləri, medianı özünün tərəfdaşı sayır. Bu, əlbəttə ki, Azərbaycan dövlətinin uğurudur”

Bu gün Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutlarının, azad medianın inkişafında maraqlı olduğunu həyata keçirdiyi siyasətdə təsdiqləyir. 

 Azərbaycan dövlət başçısı İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi rəsmi qəbulda çıxışı zamanı bildirib ki, cəmi 23 il ərzində – 1993-cü ildən başlayaraq Azərbaycan böyük inkişaf yolu keçib: “Azərbaycan azad dövlətdir, demokratik dövlətdir, demokratik inkişaf istiqamətində bir çox nailiyyətlərimiz var və bu proses davam etdirilməlidir. Bütün fundamental azadlıqlar Azərbaycanda bundan sonra da təmin ediləcək və xalqımız azadlıq şəraitində yaşayacaqdır”. Dövlət başçısı tərəfindən həyata keçirilən bu siyasət vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının, azad medianın inkişafına böyük təkan verib. 

Bu sahədə vəziyyəti dəyərləndirən tanınmış ekspert, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov “Palitra”ya açıqlamasında bildirdi ki, vətəndaş cəmiyyəti institutlarının üzərinə həmişə böyük məsuliyyət düşür: “Bu institutlar, adətən, dövlətlə cəmiyyət, insanlar arasında körpü rolunu oynayır. Azərbaycanın inkişaf etmiş vətəndaş cəmiyyəti institutları var və onların arasında qeyri-hökumət təşkilatları və KİV orqanları öndə gedir. QHT-lər olaraq bizim, eləcə də KİV orqanlarının üzərinə böyük vəzifələr düşür. Ən əsas vəzifə Azərbaycan dövlətinin maraqlarına xidmət etmək, dövlətçiliyin möhkəmləndirilməsinə, gücləndirilməsinə çalışmaq, eyni zamanda vətəndaşları düşündürən, narahat edən problemlərin həlli istiqamətində müxtəlif layihələr həyata keçirməkdir. Bu layihələr həm beynəlxalq, həm də Azərbaycan miqyasında həyata keçirilir. Bunun üçün Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurası və Gənclər Fondu tərəfindən həmin layihələr maliyyələşir. 

Bu yolla hər il QHT-lər və KİV orqanları tərəfindən minlərlə layihə həyata keçirilir”. Ekspert hesab edir ki, vətəndaş cəmiyyəti institutlarının inkişafı, aktiv şəkildə fəaliyyət göstərməsi çox vacibdir: “Bildiyiniz kimi, həm QHT sektorunda, həm də KİV-də başqa dövlətlərin maraqlarına xidmət edən şəxslər, təşkilatlar olub. Hətta ermənilərlə əməkdaşlıq edənlər də olub. Bu gün onların sayı çox azdır, demək olar ki, yox dərəcəsindədir. Bu, əlbəttə ki, Azərbaycan dövlətinin apardığı məqsədyönlü və uğurlu siyasətin nəticəsidir. Həmin uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının formalaşmasında dövlətin mühüm rolu var. Biz çalışmalıyıq ki, vətəndaş cəmiyyəti institutları daha da möhkəm olsun və Azərbaycan dövləti, hökuməti ilə bir tərəfdaş olaraq çıxış etsinlər, nəinki onlara alternativ olaraq. Vaxtilə adını qeyd etdiyim dövlət qurumları mövcud olmayanda vətəndaş cəmiyyəti institutları ilə bağlı xoşagəlməz fikirlər dolaşırdı. 

Amma bu gün bunu demək olmaz. Vətəndaş cəmiyyəti institutları Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun qeyd etdiyi kimi, artıq dövlətin tərəfdaşıdır. Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutlarını, QHT-ləri, medianı özünün tərəfdaşı sayır. Bu, əlbəttə ki, Azərbaycan dövlətinin uğurudur”.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib. - 20 / 04 / 2018 13:49
Prezident ilham Əliyev bir daha sübüt etdi ki, vətən üçün xidməti olan heç kim unudulmayacaqdır - 20 / 04 / 2018 06:40
Şəhid ailələrinə 11 min manat pul veriləcək - Prezidentin fərmanı - 19 / 04 / 2018 17:52
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev - 19 / 04 / 2018 17:18
“Prezidentin qərarını alqışlayırıq”- QHT sədri - 19 / 04 / 2018 16:44
Şuranın dəstəyi ilə Azərbaycanın dövlət rəmzlərindən ibarət mobil tətbiqetmə hazırlanır - 19 / 04 / 2018 13:03
Bakıda və Respublikamızın regionlarında viruslu hepatitlərlə bağlı maarifləndirici flayerlər vərəmli pasiyentlər arasında paylanacaq - 19 / 04 / 2018 08:57
Hemofiliya xəstələrinin sayı niyə artır? - APA TV-də müzakirə - 18 / 04 / 2018 19:25
Sudan duru çıxan “kişi” - Raminə Eyvazqızı yazır ... - 18 / 04 / 2018 17:46
Atan jurnalist olsaydı, bir şalvarı 3 il geyinərdin... - 18 / 04 / 2018 13:50
"MQF-nin inkişafı: reallıqlar və perspektivlər" mövzusunda müşavirə keçirilib - 18 / 04 / 2018 12:18
QHT-lərin nəzərinə! - 18 / 04 / 2018 06:44
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev “QHT Xəbər”in qonağı olub - ASAN Radioda - 17 / 04 / 2018 19:28
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası mətbuat konfransı keçirib - Dünya Hemofiliya Günü ilə bağlı - 17 / 04 / 2018 18:52
Şuranın dəstəyilə milli ailə dəyərlərinin təbliğinə dair layihənin icrasına start verilib - 17 / 04 / 2018 09:09
Loqosda növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 16 / 04 / 2018 19:25
"Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun ekologiyasına dəyən ziyan barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasına start verildi - 16 / 04 / 2018 18:02
"Aqroturizmin inkişaf istiqaməti”nə dair müzakirələr aparılıb - 16 / 04 / 2018 16:08
Azay Guliyev makes speech on the OSCE/ODIHR’s observation mission for 11 April Presidential election held in Azerbaijan - 16 / 04 / 2018 14:38
Azay Quliyev: "ATƏT/DTIHB hesabatda yol verdiyi nöqsanlara yenidən baxmalı və onları aradan qaldırmalıdır" - 16 / 04 / 2018 13:57
11 aprel seçkilərinin mühüm məqamlarından danışlıdı - "Bizim Planet"də - 16 / 04 / 2018 12:12
Şuranın dəstəyilə “Hər şey vətən üçün!” - 16 / 04 / 2018 08:50
“Atatürkün heykəlini uçurdanlar dərhal cəzalanmalıdır!” - 15 / 04 / 2018 22:33
Dünya Hemofiliya Günü ilə bağlı mətbuat konfransı keçiriləcək. - 15 / 04 / 2018 21:37
Qibləsi bilinməyən qutu və yaxud seçkiyə ATƏT-in baxış bucağı - Cəsarət Hüseynzadə yazır... - 15 / 04 / 2018 11:25
“Yurd” Gənclər Təşkilatı ATƏT DTİHB-nun qərəzli hesabatına etiraz edir - 15 / 04 / 2018 08:38
ATU-nun Tədris terapevtik Klinikası uşaqlar üçün tibbi müayinə aksiyası keçirir - 14 / 04 / 2018 22:03
Tülküləri tanıyın, camaat belə deyir, söyüş briqadaları necə işləyir? – Sənan Nəcəfovun yazısı - 14 / 04 / 2018 15:20
Sahib Məmmədov: “45 milyon dollara yaxın pul yeyilib” - 14 / 04 / 2018 10:49
Azerbaycan'da İstikrar İlham Aliyev'le devam edecektir - 13 / 04 / 2018 18:31