Tamxil Ziyəddinoğlu: "Jurnalistikamızın birinci vəzifəsi dünyanın "kor" gözünü açmaqdır"
A A A
07/06/2017
Oxunma sayısı : 44687
İyunun 4-də Füzuli rayonunun Alxanlı kəndində Ermənistanın vandalizm aktına qurban gedən 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və onun nənəsi - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızınının ölümü bütün cəmiyyətdə şok effekti yaradıb. Sosial şəbəkələrdəki aktivlik- hadisənin pislənməsi, beynəlxalq müstəvidə tanıtımına cəhd- kifayət qədər normal olsa da, diasporaların fəaliyyəti o qədər də gözə dəymir. 

Belə məqamda əsas “döyüşçü zümrəsi”ndən biri hesab edilən jurnalistika nə etməlidir?
Faciənin baş verdiyi günlərdə jurnalistlər daha çox nələrə idiqqət verməlidirlər?

Hərbi Jurnalistlər Birliyinin sədri, uzun illərdir ki, hərbi mövzuları işıqlandıran jurnalist Tamxil Ziyəddinoğlu Moderator.az saytına açıqlamasında gənc məsləkdaşlarına bunları tövsiyyə edib:

“Biz Hərbi Jurnalistlər Birliyi adından erməni faşistlərinin əməllərini pisləyən bəyanatla çıxış etdik. "Zəhra faciə"sinin baş verdiyi günlərə gəlincə, bu faciələr təkcə bu günlərin faciəsi deyil. "200 ildir ki, Çar Rusiyası tərəfindən ərazilərimizə köçürülən ermənilər, körpələrimizin, qocalarımızın qanın axıtmaqla, terror, soyqırımı törətməklə məşğuldurlar. Vətənimizin elə bir yeri yoxdur ki, erməni quldurları millətimizin qanını axıtmasın. Ötən əsrin mart soyqırımları, indi Ermənistan adlanan qədim Azərbaycan ərazilərindən Azərbaycan türklərinin son nəfərinə qədər qovulması, Ağdaban faciəsi, Xocalı soyqırımı və saymadığımız neçə-neçə erməni vəhşiliklərini dünya ictimaiyyəti görməzdən gəlir. Bizim jurnalistikanın birinci vəzifəsi dünyanın "kor" gözünü açmaq, dünyadakı ikiüzlülərin "kar" qulağını informasiya seli ilə yumaq, həqiqəti onlara dönə-dönə anlatmaqdır. Bu xüsusilə xarici dil bilən gənclərimizə aiddir. Vacib deyil ki, hamı jurnalist olsun. Bu saat internet medianın imkanları hamıya şans verir ki, millətinin mənafeyini, dövlətinin mövqeyini müdafiəyə qalxa bilsin. Erməni faşizminin ən iyrənc tərəfi informasiya müharibəsini də öz xislətlərinə uyğun aparmalarıdır. Bu millət üçün müqəddəs heç nə yoxdur. Bizim borcumuz öz fəaliyyətimizlə onların iyrənc təbliğatının qarşısını operativ-düz, doğru informasiyalarla almaq, ümumiyyətlə bütün cəbhələrdə vətəndaş mövqeyi nümayiş etdirməkdir. Bu yolda bütün həmkarlarıma uğurlar arzulayıram. 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. - 22 / 06 / 2018 09:47
Vəkillər Kollegiyası QHT-lərə Dövlət Dəstəyi Şurasını 10 illik yubileyi münasibəti ilə təbrik etmişdir - 22 / 06 / 2018 08:47
Şuranın dəstəyilə Xaçmazda ailə dəyərləri müzakirə olunub - 22 / 06 / 2018 08:32
Nazir Türkiyədə səfərdə olmuş Qazilərimiz ilə görüşüb - 21 / 06 / 2018 20:18
QHT Pansionatda məskunlaşan kimsəsiz qocalar arasında stolüstü idman oyunları üzrə yarış təşkil edib - 20 / 06 / 2018 13:39
Şuranın dəstəyilə xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədilə təlimlər təşkil olunub - 20 / 06 / 2018 07:05
“Loqos” da ShushaPost.az saytının təqdimatı keçirilib - 19 / 06 / 2018 06:31
"Ailə adətləri və süfrə mədəniyyəti" mövzusunda təlim keçirilib - 18 / 06 / 2018 19:55
Anfisa Zinyeddin: “Erkən yaşda alilələrin qurulması, uşaqların, təhsildən yayınması, uşaqların əməyə cəlb olunması, usaqlara qarsı zorakılıq edilməsi, usaq hüquqlarının pozulması deməkdir” - 18 / 06 / 2018 06:37
Şuranın dəstəyi ilə “Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsinin verlişlərinin cəklişləri və yayinlanmasina başlanılıb - 18 / 06 / 2018 06:24
Poeziya dəqiqələri: Müəllif və ifaçı QHT sədri - 17 / 06 / 2018 15:37
“Qalxan və qılınc” sənədli filminin təqdimatı olub - 16 / 06 / 2018 10:43
Azərbaycanda qaçqın statusu almış şəxslərlə Dövlət Miqrasiya Xidmətində görüş olub - 16 / 06 / 2018 07:19
QHT sədrinə ağır itki üz verib - 16 / 06 / 2018 06:45
ASGA Şuranın dəstəyi ilə növbəti layihəsinin təqdimatını etdi –"ShushaPost" - 15 / 06 / 2018 19:46
Ramazan bayramı münasibəti ilə tədbir keçirilib - 15 / 06 / 2018 19:37
Ramazan ayı İslam dininin ən gözəl aylarından biridir! - 15 / 06 / 2018 07:45
Azərbaycan Diabet Liqası "Diabetə birlikdə qalib gələk!" şüarı altında yürüş keçirir - 14 / 06 / 2018 19:20
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr davam edir - 14 / 06 / 2018 17:36
Şuranın dəstəyi ilə inklüziv təhsillin təbliğinə həsr olunmuş ictimai maarifləndirmə tədbirləri davam etdirilir - 14 / 06 / 2018 16:48
Şuranın dəstəklədiyi layihə çərçivəsində ilk təlim Ucarda baş tutub - 14 / 06 / 2018 13:00
Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstə rən Liderlik məktəbinin üzvləri “Loqos”da olublar - 14 / 06 / 2018 12:51
Şuranın dəstəyilə ‘NGO Azerbaijan’ adli mobil applikasiya təqdim edildi - 14 / 06 / 2018 09:07
Əlilliyi olan şəxslər arasında kiçik biznes və ailə təsərüfatının yaradılması imkanları müzakirə olunub - 14 / 06 / 2018 08:08
Bilik Fondu bölgələrdəki abituriyentlərə universitetləri yaxından tanıtdırdı - 14 / 06 / 2018 07:55
Şuranın dəstəyi ilə sahibkarlığın inkişafı ilə bağlı veriliş hazırlanacaq - 14 / 06 / 2018 06:20
Şuranın dəstəyi ilə “Məişət zorakılığı insan alverinə yol açır”mövzusunda təlim təşkil edildi - 14 / 06 / 2018 05:31
Şuranın maliyələşdirdiyi layihəyə yekun vuruldu - 14 / 06 / 2018 05:28
Sahib Məmmədov Milli Məclisə və QHT sədrlərinə səsləndi: Bu ciddi məsələdir - 13 / 06 / 2018 21:24
Azərbaycan dilinin təbliği ilə bağlı tədbir təşkil ediləcək - 13 / 06 / 2018 18:57