Müstəqil Azərbaycanın Milli, Dövlət və Ərazı Təhlükəsizliyi
A A A
07/11/2017
Oxunma sayısı : 73468
Nəsimi Qarabağlı 
"Dünya Azərbaycanlılarının Vətənpərvərləri”
 İctimai Birliyinin (DAVİB) prezidenti
     

Dövlətin və millətin təhlükəsizliyi geniş anlayışdır. Bu, hərbi, siyasi, iqtisadi sahələrdən tutmuş ekoloji və informasiya təhlükəsizliyinə qədər geniş spektri əhatə edir. Azərbaycanın qanunverici və icraedici orqanları sadalanan sahələrin hər biri üzrə lazımi qanun və qərarlar qəbul edərək, onları həyata keçirmək istiqamətində mühüm addımlar atır.

Bildiyimiz kimi, ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldiyi zaman ölkədə çox ağır vəziyyətidi. O, bir tərəfdən sosial-psixoloji tənəzzülün və siyasi gərginliyin aradan qaldırılması imkanlarını səfərbər edir, dövlət quruculuğunun möhkəmləndirilməsi istiqamətində işlər aparır, digər tərəfdən də kənardan Azərbaycanı təhdid edən təhlükələrin qarşısının alınması istiqamətində çoxşaxəli fəaliyyət göstərirdi. Azərbaycanın daxili və xarici təhlükələrdən uzaqlaşması, varlığının qorunması və inkişafının təməli qeyd etdiyimiz kimi Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldiyi o illərdə qoyulurdu. Məhz prezident İlham Əliyev bu təməllər üzərində qurulan Azərbaycanın təhlükəsiz inkişafını bir az daha sistemləşdirərək, yeni hədəflərə doğru istiqamətləndirdi. 

İlham Əliyevin dövlətin suverenliyinin, müstəqilliyinin, Konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, ərazi bütövlüyünün, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsi yönümündə apardığı siyasət uğurla davam etməkdədir. 

 Azərbaycanda ictimai-siyasi sabitliyin varlığı, dünya xalqları ilə dostluq şəraitində yaşaması istəyi ölkəmizin müasir və qüdrətli dövlətə çevrilməsində mühüm rol oynayır. Buna baxmayaraq, dünyada və bölgədə baş verən hadisələr, Azərbaycanın daxilində və xaricində hələ də var olan mümkün təhdidlər dövlətimizin təhlükəli çağırışlarla daima üzləşdiyini də ortaya qoyur. Azərbaycan torpaqlarının işğal altında olması və Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması dövlətimizə ən başlıca təhdiddir.                       
Milli Məclisdə 75 bənddən ibarət olan qəbul olunmuş Hərbi Doktrinada da qeyd olunub ki, Azərbaycanın yeganə düşməni Ermənistan və torpaqlarımızın işğal altında saxlanılması Azərbaycanın ən böyük təhlükəsizlik problemi olmaqdadır.                                                                                                                      

1990-cı illərin əvvəllərində yaranan ATƏT-in Minsk Qrupu bu müddətdə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etməməsi vəziyyəti dahada gərginləşdirir. Halbuki, Minsk Qrupuna həmsədr olan dövlətlər – Amerika Birləşmiş Ştatları, Fransa və Rusiya Cənubi Qafqazda maraqları olduğunu gizlətmirlər. Ancaq adı çəkilən dövlətlərin Cənubi Qafqazın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməsi üçün fəaliyyətlərini yetərli saymaq mümkün deyil. ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməsi yönümündə bir neçə görüş və danışıqlarına gəlin qısaca nəzər yetirək.                                                                                                                                     
Bir vaxtlar uzun illərin danışıqlarından sonra vasitəçilər Praqada münaqişənin həllinin əsas istiqamətlərini qarşıduran tərəflərə təqdim etdilər. Qeyri-rəsmi olaraq buna Praqa prosesi adı verildi. Vasitəçilər bunun ardınca, ATƏT xarici işlər nazirlərinin Madrid toplantısında Praqa prosesinin davamı kimi yeni plan irəli sürdülər. Praqa prosesinə dəstək verən Azərbaycan hakimiyyəti bəzi qüsurlarına rəğmən, Madrid planını da qəbul etdi. Çünki həm Praqa, həm də Madrid prosesi münaqişənin mərhələli həllini ehtiva edirdi. Yəni birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalı, məcburi köçkünlər geri qayıtmalı, status və digər məsələlər isə ikinci mərhələdə müzakirəyə çıxarılmalıdır. Azərbaycan bu planı qəbul etdi və dövlət başçısı İlham Əliyevin də söylədiyi kimi, aylardır Ermənistandan cavab gəlmədiki, gəlmədi. Ancaq həmişəki, kimi Ermənistan hakimiyyəti məsələni uzatmaqla məşğuldu. Həmsədrlər isə özlərinin hazırladıqları planı Ermənistana qəbul etdirməkdə acizlik nümayiş etdirmişdilər.
       
Bu arada, cəbhə bölgəsində vəziyyət gərginləşib, atəşkəsin pozulması hallarının sayı çoxalıb. Heçdə təsadüfü deyilki, bu günlərdə 1 ili tamam olan Ermənistan hakimiyyətinin növbəti təxribatı nəticəsində baş vermiş və bu təxribatların qarşısı daima güclənən Azərbaycan ordusu tərəfindən ləyaqətlə alınaraq, Azərbaycanın bir çox strateji əhəmiyyətli əraziləri, Lələ təpə kimi əhəmiyyətli məhşur bir təpə geri alınır.  Düşmənin belə təxribatlarının sonu hər dəfə olduğu kimi ciddi itki verərək geri çəkilməsi və Ermənistanın indiki cinayətkar hakimiyyətinin istefası tələblərinin çoxalmasıyla nəticələnir. Hər dəfə olduğu kimi ermənistan Azərbaycan hakimiyyətinin uğurlu  münaqişənin həlli planından diqqəti yayındırmaq üçün bu və digər təxribatlara əl atır. 

Belə olan halda Ermənistan vasitəçilərin hazırladığı son həll planını qəbul etməlidir, ya da ki, prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan digər vasitələr barədə düşünmək məcburiyyətində qalacaq. Onsuzda bu danışıqların heç bir nəticə verməyəcəyi təqdirdə, günü-gündən öz hərbi qüdrətini gücləndirən, peşəkar orduya və müasir hərbi texnikaya malik olan, özünün hərbi-sənayesinin daim gücləndirən Azərbaycanın bu savaşı başlaması və mütləq qələbə çalaraq öz əzəli torpaqlarını geri qaytaracağı şübhəsizdir. Dövlət başçısı beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü ilə xalqların özmüqəddəratlarını təyinetmə hüququnun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ziddiyyət təşkil etmədiyini söyləyib. Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində özmüqəddəratlarını təyin etmə hüququ tanınır.      
                                               
İlham Əliyev dünyada mövcud olan istənilən yüksək statuslu muxtariyyət modelinin Dağlıq Qarabağa tətbiqinin mümkünlüyünü də dəfələrlə bildirsədə                                 erməni separatçıları nə Madrid prinsiplərini qəbul edir, nə də yüksək muxtariyyət modelinə ciddi yanaşırlar. Belə olan halda erməni separatçıları Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli üçün alternativ yollara baş vurmaqdan başqa seçim imkanı qoymurlar. Azərbaycanın hərbi büdcəsi bütövlükdə Ermənistanın büdcəsindən olduqca çoxdur. Əlbətdəki yuxarıda qeyd etdiyim kimi, silahlı qüvvələrimizin gücləndiyini də əlavə etmək lazımdır. Ordumuz torpaqlarımızın işğaldan azad olunması məqsədilə prezidentin silahlı qüvvələr qarşısında qoyduğu istənilən vəzifəni yerinə yetirmək qabiliyyətindədir.                          

Azərbaycanın uzaq və yaxın qonşuları ilə münasibətləri təhlükəsizliyimizin davamlı hala gəlməsində vacib rol oynayır. Azərbaycanın Ermənistandan başqa düşmən və ya münasibətlərində ciddi problem yaşadığı ikinci dövlət yoxdur. 

Gürcüstanla siyasi və iqtisadi münasibətlər, həyata keçirilən birgə layihələrin (Bakı-Tiflis-Poti neft və Bakı-Tiflis-Ərzurum qaz boru xətləri, Bakı-Tiflis-Ceyhan, inşa edilən Bakı-Tiflis-Qars dəmiryolu) həcmi o səviyyəyə çatıb ki, qonşu ölkənin keçmiş prezidenti Mixail Saakaşvili hətta Azərbaycanla konfederasiyanın yaradılması zərurətindən danışırdı. Çünki Tiflisdə anlayırlar ki, qonşu Ermənistanla müqayisədə məhz Azərbaycanla münasibətlər Gürcüstanın inkişafına və təhlükəsizliyinin artırılmasına yardım edir. Gürcüstanın indiki hakimiyyətidə bunu indidə anlayır və əlaqələrin inkişafına hər bir vəclə çalışırlar.

İran rəsmiləri açıqlamalarında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirsələrdə, çox təəssüf ki, bu, İranın işğalçı Ermənistanla sıx münasibətlər qurmasına da mane olmur. Ermənistan keçmiş illərdə və elə indi də iqtisadi mövcudluğunu məhz İranın yardımları hesabına gerçəkləşdirir, uzunillərdirki iki ölkə arasında enerji və nəqliyyat layihələri gündəmə gətirilir. Buna rəğmən, Azərbaycan üçüncü ölkələrin daxili işlərinə qarışmamaq siyasətindən çıxış edərək İranla dinc və mehriban qonşuluq münasibətlərinə üstünlük verir.

 Azərbaycan müstəqilliyini qazandıqdan sonra Rusiya ilə münasibətlərdə müəyyən gərginlik hökm sürürdü. Bu gərginlik 2000-ci illərin əvvəllərindən etibarən azalmağa başladı. O illərdə Rusiyada hakimiyyət başına gələn Vladimir Putin ilk xarici səfərini Azərbaycana etdi. İki dövlət arasında siyasi təmaslar və ticarət mübadiləsi artdı. Mübahisə yaradacaq Xəzərin statusu ilə bağlı tərəflər razılığa gələrək, dənizin özlərinə adi olan sərhədlərini müəyyənləşdirdilər. 

Ancaq əfsuslar olsunki, Rusiya Azərbaycan torpaqlarını işğal edən Ermənistana dəstəyini azaltmayıb. Əksinə, Rusiya tarixən olduğu kimi Ermənistanı öz patronajlığına götürərək hamillik etməkdən heçdə vaz keçmir. Bir vaxtlar İrəvana səfər edən Rusiyanın eks prezidenti Dmitri Medvedev bu ölkənin prezidenti Serj Sərkisyanla hərbi sazişi yeniləyərək Rusiyanın Ermənistandakı hərbi bazasının müddətini 49 illiyə uzatdılar. Hələm üstəlik həmin hərbi bazanın Ermənistanın təhlükəsizliyinə cavabdeh olması maddəsi də sənədə əlavə olundu. Aydındır ki, bu saziş Azərbaycanın siyasi və ictimai dairələrində sakit qarşılana bilməzdi. Elə məhz bu səbəbdəndə, Rusiya prezidentinin həmin ərəfələr İrəvan səfərindən bir neçə gün sonra Azərbaycana səfər etməsi məhz bu narazılıqla bağlı idi. 

Və Rusiyanın eks prezidentinin Bakıda imzaladığı sənədlər bir daha ondan xəbər verirdi ki, əslində Moskva üçün Cənubi Qafqazda ən faydalı tərəfdaş Azərbaycandır. Rusiya kasıb və dotasiyasız mövcudluğu mümkün olmayan Ermənistanla müqayisədə Azərbaycanla daha geniş əməkdaşlıq imkanlarına malikdir. Dmitri Medvedevin İlham Əliyevlə Bakıda imzaladığı qaz anlaşması bunun bariz nümunəsi idi. Əgər Medvedev Bakıya ilk səfərində 1 milyard kubmetr Azərbaycan qazının alınmasına dair saziş imzalamışdısa, ikinci gəlişində anlaşmada bu rəqəm 2 milyard kubmetrə çatdı və gələcəkdə ixracatın daha da artırılacağına şərait yarandı. Bildiyimiz kimi, Azərbaycanla Rusiya arasında ticarət mübadiləsinin həcmi də ilbəil artır. Bütün bunlar onu diktə edir ki, Azərbaycanı strateji tərəfdaş adlandıran Rusiya bu mənada Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindəki siyasətinə göz gəzdirməli və vasitəçiliyini bu yöndə qurmalıdır. Əks halda, yəni Rusiya-Ermənistan hərbi əməkdaşlığının bir az daha genişləndirilməsi və işğalçıya yeni növ silahların ötürülməsi Azərbaycanı da adekvat addımlara sövq edə bilər. Hərbi doktrinamızda da vurğulanıb ki, bölgədə hərbi-siyasi şəraitin dəyişəcəyi halda Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır. 

Azərbaycan xarici siyasətində Qərb istiqamətinə, Avropa Birliyi və ABŞ-la münasibətlərə xüsusi önəm verir. Azərbaycanı bölgənin açar dövləti kimi qəbul edən Vaşinqton Xəzər hövzəsinə aid enerji resurslarının dünya bazarlarına çatdırılması və beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakına görə ölkəmizin rolunu yüksək qiymətləndirir. Əlbətdəki, ABŞ-ın indiki hakimiyyəti və ABŞ-prezidenti Trampın Qavqazda məhz Azərbaycana yaxın olmaq arzusu və strateji baxımdan gərəkli olması gələcək işguzar və diplomatik əlaqələrin qurulmasından irəli gələn bir amildir. Söz yoxki Trampa qədər ABŞ-Azərbaycan münasibətləri fasilələrlə olsada heçdə soyuq və pis deyildi. Məsələn,  Barak Obama hakimiyyəti vaxtında ABŞ-ın dövlət katibi Hillari Klinton və müdafiə naziri Robert Qeyts Azərbaycana səfər etməyi lazım bildilər. ABŞ prezidenti Barak Obamanın İlham Əliyevə ünvanladığı məktub da Azərbaycana verilən əhəmiyyətdən irəli gəlirdi. Və bütün bunların məntiqi davam kimi prezident İlham Əliyev Nyu-Yorkda ABŞ prezidenti Barak Obama ilə bir araya gələrək, qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi apardılar. Ümumilikdə ABŞ üçün Azərbaycan çox əhəmiyyətli və strateji, geo-siyasi baxımdan əlverişli bir qonşu olası ölkələrdən sayılır.

Heçdə gizli deyilki, Azərbaycanın bölgədə ən inanılmış müttəfiqi Türkiyədir. İki qardaş və strateji müttəfiq dövlət arasındakı münasibətlər tək bu dövlətlərə aid olmayıb, Cənubi Qafqazda sülh və əmin-amanlığı yaradacaq gücə malikdir. Türk dünyasının iki böyük şəxsiyyəti - Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözləri ilə Heydər Əliyevin “bir millət, iki dövlət” deyimi faktiki müttəfiqliyin hazırki və gələcək konturlarını müəyyənləşdirib. Azərbaycan və Türkiyənin hazırki iqtidarlarıda bu siyasəti uğurla davam etdirirlər. Məhz 7 il bundan öncə, 2010-cu ilin avqustun 16-da strateji müttəfiqlər aralarındakı münasibətlərdə yeni səhifə açıldı. Azərbaycan və Türkiyə prezidentləri  Bakıda “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə imzaladıqdan sonra İstanbulda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılmasına dair bəyannamə imzalandı. Həm müqavilə, həm də Tərəfdaşlıq Şurası müttəfiq münasibətləri daha üst səviyyəyə qaldırmaq imkanındadır. 

Mürəkkəb bölgədə varlığını qoruyan, sürətli inkişafa nail olan Azərbaycan həm Dağlıq Qarabağ münaqişəsinin həllində, həm də yaxın və uzaq qonşularla münasibətlərdə bir prinsipdən çıxış edir: həyata keçirilən siyasət Azərbaycanın milli, dövlət  və təhlükəsizlik maraqlarına xidmət etməlidir.

PS. Yazı KİV-də Azərbaycanın milli təhlükəsizliyi haqda dərc edilmiş məqaləyə münasibətdir. 
                                                                           
                                                        

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib. - 20 / 04 / 2018 13:49
Prezident ilham Əliyev bir daha sübüt etdi ki, vətən üçün xidməti olan heç kim unudulmayacaqdır - 20 / 04 / 2018 06:40
Şəhid ailələrinə 11 min manat pul veriləcək - Prezidentin fərmanı - 19 / 04 / 2018 17:52
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev - 19 / 04 / 2018 17:18
“Prezidentin qərarını alqışlayırıq”- QHT sədri - 19 / 04 / 2018 16:44
Şuranın dəstəyi ilə Azərbaycanın dövlət rəmzlərindən ibarət mobil tətbiqetmə hazırlanır - 19 / 04 / 2018 13:03
Bakıda və Respublikamızın regionlarında viruslu hepatitlərlə bağlı maarifləndirici flayerlər vərəmli pasiyentlər arasında paylanacaq - 19 / 04 / 2018 08:57
Hemofiliya xəstələrinin sayı niyə artır? - APA TV-də müzakirə - 18 / 04 / 2018 19:25
Sudan duru çıxan “kişi” - Raminə Eyvazqızı yazır ... - 18 / 04 / 2018 17:46
Atan jurnalist olsaydı, bir şalvarı 3 il geyinərdin... - 18 / 04 / 2018 13:50
"MQF-nin inkişafı: reallıqlar və perspektivlər" mövzusunda müşavirə keçirilib - 18 / 04 / 2018 12:18
QHT-lərin nəzərinə! - 18 / 04 / 2018 06:44
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev “QHT Xəbər”in qonağı olub - ASAN Radioda - 17 / 04 / 2018 19:28
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası mətbuat konfransı keçirib - Dünya Hemofiliya Günü ilə bağlı - 17 / 04 / 2018 18:52
Şuranın dəstəyilə milli ailə dəyərlərinin təbliğinə dair layihənin icrasına start verilib - 17 / 04 / 2018 09:09
Loqosda növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 16 / 04 / 2018 19:25
"Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun ekologiyasına dəyən ziyan barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasına start verildi - 16 / 04 / 2018 18:02
"Aqroturizmin inkişaf istiqaməti”nə dair müzakirələr aparılıb - 16 / 04 / 2018 16:08
Azay Guliyev makes speech on the OSCE/ODIHR’s observation mission for 11 April Presidential election held in Azerbaijan - 16 / 04 / 2018 14:38
Azay Quliyev: "ATƏT/DTIHB hesabatda yol verdiyi nöqsanlara yenidən baxmalı və onları aradan qaldırmalıdır" - 16 / 04 / 2018 13:57
11 aprel seçkilərinin mühüm məqamlarından danışlıdı - "Bizim Planet"də - 16 / 04 / 2018 12:12
Şuranın dəstəyilə “Hər şey vətən üçün!” - 16 / 04 / 2018 08:50
“Atatürkün heykəlini uçurdanlar dərhal cəzalanmalıdır!” - 15 / 04 / 2018 22:33
Dünya Hemofiliya Günü ilə bağlı mətbuat konfransı keçiriləcək. - 15 / 04 / 2018 21:37
Qibləsi bilinməyən qutu və yaxud seçkiyə ATƏT-in baxış bucağı - Cəsarət Hüseynzadə yazır... - 15 / 04 / 2018 11:25
“Yurd” Gənclər Təşkilatı ATƏT DTİHB-nun qərəzli hesabatına etiraz edir - 15 / 04 / 2018 08:38
ATU-nun Tədris terapevtik Klinikası uşaqlar üçün tibbi müayinə aksiyası keçirir - 14 / 04 / 2018 22:03
Tülküləri tanıyın, camaat belə deyir, söyüş briqadaları necə işləyir? – Sənan Nəcəfovun yazısı - 14 / 04 / 2018 15:20
Sahib Məmmədov: “45 milyon dollara yaxın pul yeyilib” - 14 / 04 / 2018 10:49
Azerbaycan'da İstikrar İlham Aliyev'le devam edecektir - 13 / 04 / 2018 18:31