ATƏT PA-da Qrup yaradıldı - Azay Quliyev Qrupun kordinatoru seçildi
A A A
07/08/2017
Oxunma sayısı : 18721

|

ATƏT Parlament Assambleyasının Belarusun paytaxtı Minskdə keçirilən 26-cı illik sessiyası çərçivəsində iyulun 8-də Azərbaycan nümayəndə heyətinin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin təşəbbüsü ilə “ATƏT PA-nınİpək Yoluna Dəstək Qrupu”  (Silk Road Support Group of the OSCE PA, SRG) təsis edilib. 

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından QHT.az-a verilən məlumata görə, təsis yığıncağını açıq elan edən Azərbaycan nümayəndə heyətinin ATƏT PA-dakı rəhbəri və Milli Məclisin sədr müavini Bahar Muradova İpək Yolunun tarixi rolundan danışaraq onun müasir dünyadakı əhəmiyyətini qeyd edib. Bahar Muradova İpək Yoluna Dəstək Qrupunun yaradılmasının üzv ölkələr üçün xüsusi önəm daşıdığını vurğulayaraq iştirakçı ölkələrə bu təklifə dəstək verdiklərinə görə Azərbaycan Respublikasının Milli Məclisi adından təşəkkür edib.

Azay Quliyev çıxışında ATƏT PA-nın prezidenti Kristine Muttonenə, Baş Katib Roberto Montellya, Monteneqronun spikeri İvan Brayoviçə, Bosniya və Herseqovinanın spikeri Borisa Çolaka, nümayəndə heyətlərinin rəhbərlərinə tədbirdə iştirak etdiklərinə və irəli sürdüyü təşəbbüsü dəstəklədiklərinə görə təşəkkür edib. Qrupun məqsəd və məramından danışan Azay Quliyev belə bir təşəbbüsün gerçəkləşməsi nəticəsində İpək Yolu Qrupu ölkələrinin bir-birinə daha da yaxınlaşacağına, ATƏT dəyərlərinin təşviqinə, üzv ölkələrin milli maraqlarının təmin olunmasına və onlar arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın inkişafına töhvə verəcəyini bildirib.

ATƏT PA-nın Prezidenti Kristine Muttonen çıxışında Assembleyada İpək Yoluna dəstək Qrupun yaradılması ideyasını yüksək qiymətləndirib və onu təşkilat üçün mühüm və maraqlı təşəbbüs adlandırıb. Xanım Muttonen Qrupa olan yüksək marağı da qeyd edərək onun gələcəkdə parlament diplomatiyasına və ölkələr arası dialoqa xüsusi töhvə verəcəyinə inandığını qeyd edib.

Baş Katib Roberto Montella da öz növbəsində ATƏT PA-da belə bir qurumun yaradılmasını alqışladığını və qurumun vitse prezidenti Azay Quliyevin təşkilatda göstərdiyi aktiv fəaliyyəti təqdir etdiyini bildirib.

Daha sonra çıxış edən Monteneqronun spikeri İvan Brayoviç, Rumıniyanın nümayəndə heyətinin rəhbəri Viktor Ponta, Gürcüstan nümayəndə heyətinin üzvü və ATƏT PA-nın vitse –prezidenti George Sereteli, Albaniyanın nümayəndə heyətinin rəhbəri Arta Dade, Serbiyanın nümayəndə heyətinin rəhbəri Stefano Miladinoviç, İspaniyanın nümayəndə heyətinin üzvü,UNESCO-nun İpək Yolu şəbəkəsinin rəhbəri Joze Maria Çikuillo, İsveçrənin nümayəndə heyətinin rəhbəri Filippo Lombardi və digərləri çıxış edərək ATƏT PA-da İpək Yolu Qrupunun yaradılması təşəbbüsünü dəstəklədilər.

Müzakirələrdən sonra İpək Yolu Qrupunun yaradılması ilə bağlı Protokolun rəsmi imzalanma mərasimi oldu.

17 ölkənin- Azərbaycan,Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Rumıniya, Serbiya, İsveçrə, İspaniya, Tacikistan, Türkiyə və Ukraynaın təsisçiliyi ilə “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu” (Silk Road Support Group of the OSCE PA, SRG) təsis edilib.

Sonda isə Azay Quliyev yekdilliklə Qrupun kordinatoru, Mirkamal Əlizadə isə qrupun katibi seçilib.

 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
"Nə qədər ki, Zaur Kamallar, Zaur Bəxşəliyevlər efirdədir, TV-lərə baxan olmayacaq" - 17 / 11 / 2017 22:13
“Kimlərsə, bina pulu ilə əlli-yüz məzunumuza qonaqlıq verir, nə alternativi…” - 16 / 11 / 2017 20:51
ATƏT-in mənzil-qərargahında məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə həsr olunmuş tədbir keçirilib - 16 / 11 / 2017 19:55
Məhluqə Rəhimova: “50 şirkətə müraciət elədik, heç birindən cavab gəlmədi…” - 16 / 11 / 2017 15:25
Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib - 16 / 11 / 2017 11:16
Azay Quliyev: “Biz bu ənənəni davam etdirməliyik” - 16 / 11 / 2017 08:17
Hemofiliyanın müalicəsinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı hesabat təqdim olunacaq - 15 / 11 / 2017 21:13
“Böyük Tələbə layihəsi – 25” - 15 / 11 / 2017 18:09
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2017 14:47
“Bilməzdik ki, 15 il çəkəcək...” – Qələmli döyüşçülər haqda yubiley yazısı - 15 / 11 / 2017 10:21
Gənclər təşkilatı “Uşaq hüquqları aylığı “ çərçivəsində Şirvanda görüş keçirdi - 15 / 11 / 2017 10:00
“Öz peşəni seç” layihəsinin ilk tədbiri keçirilib - 15 / 11 / 2017 08:47
Sahib Məmmədov: 15-ə yaxın QHT PİN şəbəkəsinin üzvüdür - 15 / 11 / 2017 06:10
Qalib komandalar diplom və medallarla mükafatlandırıldı - 14 / 11 / 2017 20:22
Samir İmanovun kitabının imza günü təşkil olundu. - 14 / 11 / 2017 17:59
Şurada Film Festivalının Münsiflər Heyətinin iclası keçirilib - 14 / 11 / 2017 17:01
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Hərbi And” qəzetinin kollektivinin bir qismi ilə görüşdü - 14 / 11 / 2017 13:47
Gənclərin sahibkarlıq fəaliyyətinə Dəstək Xidməti yaradılır - 14 / 11 / 2017 13:21
Layihə çərçivəsində tədbir keçirilib - 14 / 11 / 2017 13:09
Türkiyənin Azərbaycandakı hərbi attaşesi xüsusi təyinatlı hərbçilərimizin bir qrupu ilə görüşüb - 14 / 11 / 2017 09:08
“Valideynlər hər hansı addım atarkən öz uşaqlarını da düşünməlidirlər” - 14 / 11 / 2017 08:53
BMAM -da yeni təyinatlar və çevik icra strukturu - 14 / 11 / 2017 08:24
Gənclər Fondunun maliyyə dəstəyi ilə Astarada gənclərə biznes-təlimi keçirilib - 13 / 11 / 2017 19:19
"Viruslu hepatit hökm deyil!" -Dəvət - 13 / 11 / 2017 16:25
CASCFEN təmsilçiləri Strasburqda - 13 / 11 / 2017 16:01
Şura “Əlilliyi olan uşaqların fiziki-mənəvi inkişafına sosial-psixoloji dəstək” verir - 13 / 11 / 2017 15:55
“Regionlarda yaşayan gənclər arasında sağlam həyat tərzinin təbliği” alayihə çərçivəsində maarifləndirici tədbir keçirilib - 13 / 11 / 2017 15:45
Təki vətən sağ olsun - 12 / 11 / 2017 07:55
Şuranın dəstəklədiyi layihə yekunlaşdı - 11 / 11 / 2017 20:25
QHT-nin nəzdində Muğam Dünyası klubu rəsmi olaraq fəaliyyətə başladı. - 11 / 11 / 2017 12:07