QHT 2 yaşlı Zəhranın qatillərindən bəhs edən bəyanatı ingilis və alman dilndə Almaniyanın paytaxtı Berlində insanlara təqdim edib
A A A
07/10/2017
Oxunma sayısı : 39895
Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonu Alxanlı kəndinin dinc sakinləri Allahverdiyeva Sahibə İdris qızı və 2 yaşlı Quliyeva Zəhra Elnur qızına qarşı törətdiyi vəhşilik Azərbaycan ictimayyətinin diqqət mərkəzindədir. Körpə qatillərinin əsl simasını dünya ictimayyətinə göstərmək üçün genişmiqyaslı tədbirlər görülür. Azırbaycan Maarifçi Gənclər Təşkilatı da dinc insanların qatillərinin varlığından bəhs edən bəyanat yayıb.


“2 yaşlı Zəhranın amansızlıqla qətlə yetirilməsi nə insani, nə də müharibə şəraiti qanunlarına uyğun gəlmir. Bu, insanlığa sığmayan hücumdur. Bütün dünya bunu görməli, bilməli və səssiz qalmamalıdır” kimi fikirlərin yer aldıgı bəyanat ingilis və alman dilində tərcümə olunaraq Berlində Bradenburq qapıları önündə yıgışan turistlərə və yerli sakinlərə təqdim olunub. AMGT rəhbəri Ruhiyyə Aslanova arzuedənlərə münaqişə haqda daha geniş məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Bundan baqşa AMGT nümayəndələri bu amansız qətli dünya ictimayyətinə çatdırmaq məqsədilə Almaniyadakı diaspor təşkilatlarının keçirtdiyi etiraz mitinqinə də qatılıb.

Bəyanatın mətnini təqdim edirik.

“Azərbaycan Maarifçi Gənclər Təşkilatı (AMGT) Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonu Alxanlı kəndinin dinc sakinləri Allahverdiyeva Sahibə İdris qızı və 2 yaşlı Quliyeva Zəhra Elnur qızına qarşı törətdiyi vəhşiliyi qətiyyətlə qınayır. Ermənistanın təcavüzkarlığı nəticəsində Azərbaycan torpaqlarının işğalı və 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün olmasına səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi artıq 30 ilə çatmaqdadır.
Münaqişənin nizamlanması və bölgədə sülh və əmin-amanlığın bərqərar olunması üçün çoxsaylı beynəlxalq təşəbbüslərə baxmayaraq Ermənistanın destruktiv mövqeyi problemin həllinə doğru addım atmağa imkan verməyib. Son illər dünyanın bir sıra nöqtələrindəki münqaişələrlə bağlı nüfuzlu beynəlxalq təşkilatların prinsipial mövqeyi sayəsində həmin münaqişələrin həlli ilə bağlı irəliləyişlərin əldə edilməsi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dünya birliyinin həmin prinsipiallığı nümayiş etdirmədiyni söyləməyə əsas verir. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və digər qurumların Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarına dair bəyanatlarına baxmayaraq onlar münaqişəsinin nizamlanması prosesində təcavüzkar Ermənistanı konstruktivliyə sövq etmək üçün sərəncamlarında olan rıçaqlardan istifadə etmirlər. Nəticədə Ermənistan-Azərbaycan münaqişəsi dinc insanların həyatlarını itirməsinə səbəb olur.

Sonuncu hadisə, xüsusilə də 2 yaşlı Zəhranın amansızlıqla qətlə yetirilməsi nə insani, nə də müharibə şəraiti qanunlarına uyğun gəlmir. Bu, insanlığa sığmayan hücumdur. Bütün dünya bunu görməli, bilməli və səssiz qalmamalıdır. AMGT BMT, ATƏT-in Minsk Qrupunun həmsədrlərini, Avropa Şurasını və dinc insanların ölümünə biganə qalmayan digər beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli şəkildə nizamlamasına nail olmaq üçün sərəncamındakı imkanlardan istifadə etməyə çağırır. Əks təqdirdə 2 yaşlı Zəhra və gələcəkdə, təəssüf ki, baş verəcəyi labüd olan dinc insanların qətli hallarına görə beynəlxalq birlik də məsuliyyət daşıyır.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. - 22 / 06 / 2018 09:47
Vəkillər Kollegiyası QHT-lərə Dövlət Dəstəyi Şurasını 10 illik yubileyi münasibəti ilə təbrik etmişdir - 22 / 06 / 2018 08:47
Şuranın dəstəyilə Xaçmazda ailə dəyərləri müzakirə olunub - 22 / 06 / 2018 08:32
Nazir Türkiyədə səfərdə olmuş Qazilərimiz ilə görüşüb - 21 / 06 / 2018 20:18
QHT Pansionatda məskunlaşan kimsəsiz qocalar arasında stolüstü idman oyunları üzrə yarış təşkil edib - 20 / 06 / 2018 13:39
Şuranın dəstəyilə xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədilə təlimlər təşkil olunub - 20 / 06 / 2018 07:05
“Loqos” da ShushaPost.az saytının təqdimatı keçirilib - 19 / 06 / 2018 06:31
"Ailə adətləri və süfrə mədəniyyəti" mövzusunda təlim keçirilib - 18 / 06 / 2018 19:55
Anfisa Zinyeddin: “Erkən yaşda alilələrin qurulması, uşaqların, təhsildən yayınması, uşaqların əməyə cəlb olunması, usaqlara qarsı zorakılıq edilməsi, usaq hüquqlarının pozulması deməkdir” - 18 / 06 / 2018 06:37
Şuranın dəstəyi ilə “Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsinin verlişlərinin cəklişləri və yayinlanmasina başlanılıb - 18 / 06 / 2018 06:24
Poeziya dəqiqələri: Müəllif və ifaçı QHT sədri - 17 / 06 / 2018 15:37
“Qalxan və qılınc” sənədli filminin təqdimatı olub - 16 / 06 / 2018 10:43
Azərbaycanda qaçqın statusu almış şəxslərlə Dövlət Miqrasiya Xidmətində görüş olub - 16 / 06 / 2018 07:19
QHT sədrinə ağır itki üz verib - 16 / 06 / 2018 06:45
ASGA Şuranın dəstəyi ilə növbəti layihəsinin təqdimatını etdi –"ShushaPost" - 15 / 06 / 2018 19:46
Ramazan bayramı münasibəti ilə tədbir keçirilib - 15 / 06 / 2018 19:37
Ramazan ayı İslam dininin ən gözəl aylarından biridir! - 15 / 06 / 2018 07:45
Azərbaycan Diabet Liqası "Diabetə birlikdə qalib gələk!" şüarı altında yürüş keçirir - 14 / 06 / 2018 19:20
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr davam edir - 14 / 06 / 2018 17:36
Şuranın dəstəyi ilə inklüziv təhsillin təbliğinə həsr olunmuş ictimai maarifləndirmə tədbirləri davam etdirilir - 14 / 06 / 2018 16:48
Şuranın dəstəklədiyi layihə çərçivəsində ilk təlim Ucarda baş tutub - 14 / 06 / 2018 13:00
Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstə rən Liderlik məktəbinin üzvləri “Loqos”da olublar - 14 / 06 / 2018 12:51
Şuranın dəstəyilə ‘NGO Azerbaijan’ adli mobil applikasiya təqdim edildi - 14 / 06 / 2018 09:07
Əlilliyi olan şəxslər arasında kiçik biznes və ailə təsərüfatının yaradılması imkanları müzakirə olunub - 14 / 06 / 2018 08:08
Bilik Fondu bölgələrdəki abituriyentlərə universitetləri yaxından tanıtdırdı - 14 / 06 / 2018 07:55
Şuranın dəstəyi ilə sahibkarlığın inkişafı ilə bağlı veriliş hazırlanacaq - 14 / 06 / 2018 06:20
Şuranın dəstəyi ilə “Məişət zorakılığı insan alverinə yol açır”mövzusunda təlim təşkil edildi - 14 / 06 / 2018 05:31
Şuranın maliyələşdirdiyi layihəyə yekun vuruldu - 14 / 06 / 2018 05:28
Sahib Məmmədov Milli Məclisə və QHT sədrlərinə səsləndi: Bu ciddi məsələdir - 13 / 06 / 2018 21:24
Azərbaycan dilinin təbliği ilə bağlı tədbir təşkil ediləcək - 13 / 06 / 2018 18:57