“Bəzi redaksiyalarda jurnalistə sağıcı kimi yanaşırlar” – Tanınmış jurnalistdən etiraz
A A A
07/11/2017
Oxunma sayısı : 3232
Seymur Verdizadə: “”Karusel jurnalistikası”ndan istifadə jurnalistin özünəqəsd prosesinin başlanğıcıdır…”

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə “Şərq” qəzetinin suallarını cavablandırarkən media orqanlarında, sayt və qəzetlərdə mövzuların, xəbərlərin, informasiyaların təkrar olunmasına, bir-birinə bənzəməsinə, hətta nöqtə-vergülünə kimi tamamilə eyni olmasına münasibət bildirib.

S.Verdizadə deyib ki, mövcud problemin yaranmasının başlıca səbəbi mətbuatın maddi-texniki bazasının zəif olmasıdır.

Ekspertin sözlərinə görə, hamını tənqid edən media nümayəndələri mühüm məqamlarda öz fəaliyyətini də mühakimə etməkdən çəkinməməlidir:

“Hazırda redaksiyaların əksəriyyətində əməkdaşların sayı iki əlin barmaqlarını ötmür. Səkkiz-on nəfərlə gündəlik qəzet çıxarmaq əməkdaşlardan xüsusi bacarıq, zəhmət və cəsarət tələb edir. Xüsusi istedad sahibi olan zəhmətkeş jurnalistlərin bir çoxu hələ bir neçə il əvvəl öz fəaliyyət istiqamətlərini dəyişiblər. Peşəkar jurnalistlərin mətbuatı tərk etməsi 2000-ci ilin əvvəllərinə təsadüf edir. “Media həmrəyliyi”, yaxud “xəbər paylaşımı” kimi təqdim edilən anlayış əslində, “karusel jurnalistikası” deməkdir.

Mən bu cür hallarla ilk dəfə 2005-ci ildə qarşılaşmışam. Ayağını redaksiyadan bir addım kənara qoymayan müxbirin iş vaxtı başa çatanda redaktora 6-7 xəbər təqdim etdiyinin şahid olmuşam. Hələ o vaxtdan 5-6 jurnalist öz aralarında şəbəkə yaradıb, birgə fəaliyyət göstərirdilər. 2005-ci ildə “Xəzər” qəzetində redaktor işləyəndə seçdiyim sərlövhələrin ertəsi gün onlarla qəzetdə yer aldığını görmüşəm. Məncə, “karusel jurnalistika” oxucuya hörmətsizlikdir”.
JAM sədri deyib ki, “karusel jurnalistikası”nın inkişafı mətbuatın rəngini dəyişib, qəzet səhifələrini boz-bulanıq, cansıxıcı edib:

“Bu cür “jurnalistika” oxucuların mətbuata marağının azalmasına gətirib çıxarıb. “Karusel jurnalistikası”ndan istifadə təkcə oxucuya və redaksiya rəhbərliyinə hörmətsizlik deyil, həm də jurnalistin özünəqəsd prosesinin başlanğıcıdır. Bu cür fəaliyyətlə məşğul olan jurnalist getdikcə tənbəlləşir, yaradıcılıq imkanlarını itirir, axtarışlardan geri qalır. Yalnız tələbkar redaktor korpusunun sayəsində belə mənfi halların qarşısını almaq mümkündür. Nəhayət, jurnalist özü dərk etməlidir ki, ən böyük pisliyi özünə edir. Təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycan mətbuatında ixtisaslaşma prosesi zəif gedir. İqtisadiyyatdan, idmandan, mədəniyyətdən, səhiyyədən yaxşı yaza bilən jurnalistlərin sayı çox azdır. Günün səhəri Milli Məclisin üzvü Tahir Kərimli ilə müsahibəyə gedən jurnalisti axşam müğənni Elza Seyidcahanın konsertinə göndərmək mətbuatın faciəsidir”.

Jurnalist vurğulayıb ki, tədbirlərdən hazırlanan xəbərlərin biri-birinə bənzəməsi ciddi faciə deyil. Əsas faciə odur ki, xəbərə çevrilməyə layiq olmayan tədbirlər də mətbuatda işıqlandırılır:

“Münasibət jurnalistikasından, tədbir jurnalistikasından əl çəkmək lazımdır. Jurnalistin vəzifəsi təkcə mətbuat konfranslarından xəbər hazırlamaqdan ibarət deyil. Onsuz da informasiya agentlikləri bu işlə məşğul olurlar. Əsl jurnalist daim axtarışda olmalı, özəl xəbərləri, oxunaqlı reportajları, hadisələrə özünəməxsus yanaşma tərzi ilə oxucunu heyrətləndirməyi bacarmalıdır”.

S.Verdizadənin fikrincə, sovet dövründə olduğu kimi, redaksiyalarda şöbələri bərpa etmək lazımdır:

“Hər bir jurnalist konkret sahə üzrə ixtisaslaşmalıdır. Jurnalist üzümçü, ya da pambıqçı deyil ki, onun üçün plan müəyyənləşdirəsən. Təəssüf ki, bəzi redaksiyalarda jurnalistə “sağıcı” kimi yanaşırlar. Sağıcı səhər və axşam inəkdən bir vedrə süd sağdığı kimi jurnalistdən də gündə bir səhifə material yazmaq tələb olunur. Bu cür hallar mətbuatı nüfuzdan salır, jurnalistin ortaya qoyduğu işin keyfiyyətinə mənfi təsir göstərir. Redaksiyalar jurnalistlərin əməyinə yüksək qiymət verməlidir. Jurnalist aldığı məvaciblə özünü, ailəsini təmin etməlidir ki, gözü onun-bunun əlində və ya işində olmasın”.


ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Müvəkkil Hüquq Mərkəzi maarifləndirici görüşləri davam etdirir - 23 / 07 / 2017 19:17
"Ev alan jurnalistlər niyə susur?!" - 23 / 07 / 2017 15:04
Gənclər təşkilatı Milli Mətbuat günün Həsən bəy Zərdabinin vətənində qeyd etdi - 23 / 07 / 2017 14:21
QHT rəhbərləri prezidentin jurnalistlərə diqqət və qayğısını yüksək qiymətləndirdilər - QHT TV - 22 / 07 / 2017 20:46
Azerbaycan Evi Derneği başkanı Iğdır valisi Enver Ünlü ‘yü makamında ziyaret etdi - 22 / 07 / 2017 17:21
“Bölgələrdə əlillər arasında kiçik və orta sahibkarlığın inkişafina dəstəyin təşkili” layihəsi çərçivəsində Beyləqanda təlim keçirilib - 22 / 07 / 2017 17:05
РАЗМЫШЛЕНИЯ О ВСТРЕЧЕ ДВУХ ПРЕЗИДЕНТОВ - 22 / 07 / 2017 16:39
Azərbaycan və Rusiya prezidentlərinin görüşü ölkələrimiz arasında əməkdaşlığın yüksələn xətlə davam etdiyini göstərir - 22 / 07 / 2017 14:18
Azərbaycan Milli QHT Forumu mətbuat nümayəndələrini bir yerə yığdı - 21 / 07 / 2017 18:13
QHT Forumu mətbuat günü ilə bağlı tədbir keçirib - QHT TV - 21 / 07 / 2017 16:58
Azərbaycan jurnalistikası vətəninə, xalqına, dövlətinə, millətinə sədaqətli olmalı və daha sıx bağlanmalıdır. - 21 / 07 / 2017 15:53
“QHT təmsilçilərinə də ev verilməsi bütövlükdə ictimai sektora dəstəkdir” – Aqil Camal - 21 / 07 / 2017 15:42
Şuranın dəstəyilə icra edilən “İşgüzar ol, həyatını qur!” layihəsinə yekun vurulub - 21 / 07 / 2017 15:41
Prezident İlham Əliyev hər günümüzü tarixə çevirməkdədir... - 21 / 07 / 2017 15:38
Şura 2017-ci il ikinci rübdəki fəaliyyətinə yekun vurub - 21 / 07 / 2017 15:21
Veteranların sağlamlığına xüsusi diqqət göstərilir - 20 / 07 / 2017 20:50
Milli Mətbuatın 142 illiyi ərəfəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tədbir keçirilib - 20 / 07 / 2017 20:47
Bu dövlətin, prezident İlham Əliyevin Azərbaycan vətəndaşına, müxtəlif sahədə Azərbaycanın inkişafına xidmət edən insanlara verdiyi dəyər və qiymətdir. - 20 / 07 / 2017 17:49
Bu gün mətbuat camiyəsi üçün əlamətdar gündür - 20 / 07 / 2017 17:04
QHT sədri : Prezidentin yüzlərlə jurnalistə ev bağışlaması dünyada ilk hadisədir - 20 / 07 / 2017 15:13
Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini açıqladı - Siyahı - 20 / 07 / 2017 15:00
DİQQƏT! Təsviri hesabatın bazaya göndərilməsi üçün video təlimat - 20 / 07 / 2017 13:50
Gənclər təşkilatı Qarabağda 40 qaçqın və məcburi köçkün ailəyə hüquqi yardım etdi - 20 / 07 / 2017 13:37
QHT Forumu Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirəcək - 20 / 07 / 2017 13:33
Diqqət! QHT-lərin nəzərinə! - 20 / 07 / 2017 13:24
Rauf Zeyni: "Layihə müəllifləri vətəndaş cəmiyyətinin inkişafını düşünərək, internet televiziyasının yaradılmasını təklif ediblər" - 20 / 07 / 2017 13:22
Gənclərlə yaşlı nəslin fikir ayrılığı milli mənəvi dəyərlər mövzusunda da toqquşdu. - 19 / 07 / 2017 15:54
Gənclər Fondu 10-cu qrant müsabiqəsinə yekun vurdu - 19 / 07 / 2017 15:29
Azərbaycanda ilk dəfə QHT-lər üçün ixtisaslaşmış internet televiziya yaradılır - 19 / 07 / 2017 06:48
Bərdədə “Bölgələrdə əlillər arasında kiçik və orta sahibkarlığın inkişafina dəstəyin təşkili” layihəsi çərçivəsində təlim keçirilib - 19 / 07 / 2017 06:30