Bərdədə “İslam Həmrəyliyi gənclərin gözü ilə”
A A A
07/12/2017
Oxunma sayısı : 12423
Bərdə rayon Mərkəzi Kitabxanasında Gənclər və İdman idarəsinin təşkilatçılığı və rayonun fəal gənclərinin iştirakı ilə “İslam Həmrəyliyi gənclərin gözü ilə” mövzusunda Dəyirmi masa keçirilib. 
 
qht.az-a daxil olan məlumata görə, tədbirə Mədəniyyət və Turizm Şöbəsindən, Rayon Mərkəzi Xəstəxanasından, Təhsil Şöbəsindən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsindən nümayəndələr, Bərdə regional “ASAN xidmət” mərkəzin könüllüləri,b Dövlət İdarəetmə və Texnologiya kollecinin və ali məktəblərin tələbələri və fəal gənclər dəvət olunmuşdular. 
 

 
Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin rəis müavini Aydın Qasımov açaraq  bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi deyil: “Müstəqillik qazandıqdan sonra Azərbaycan hakimiyyəti İslam həmrəyliyi məsələsinə həmişə diqqət yetirib. Xüsusən ulu öndər Heydər Əliyev Azərbaycanda xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn kimi ölkə daxilində dindarların problemləri ilə maraqlanmış, dövlət və din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsində çox işlər görmüş, xarici siyasətdə isə İslam amilinə xüsusi diqqət yetirmişdir. Ölkə rəhbərinin “İslam həmrəyliyi” ilə bağlı çağırışını ulu öndər Heydər Əliyevin hələ 1993-cü ildə irəli sürdüyü “İslam birliyi” ideyasının məntiqi davamı kimi dəyərləndirmək lazımdır. Bu gün İslam dünyası çətin dövr yaşayır – çoxsaylı münaqişələr, terror, radikalizm, məzhəbçilik kimi hallar artır. Biz bu dəhşət saçan mənzərənin çıxış yolunu həm də həmrəylikdə görürük. İslam həmrəyliyi eyni maraqları yox, eyni dəyərləri bölüşənlərin birliyidir. Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və IV İslam Həmrəyliyi Oyunları əslində Azərbaycandan İslam dünyasına verilən önəmli mesajdır. Azərbaycan xalqının mədəniyyətə, sivilizasiyalararası dialoqa verdiyi önəmin nəticəsində hər bir gənc istənilən kürsüdən məğrurluqla çıxış edə bilir. Bu gün Azərbaycan gəncinin üstün keyfiyyətlərindən biri bütün dinlərə hörmət etməkdir. Bütün dinlərə hörmətlə yanaşan ümummilli lider Heydər Əliyev sülhə, əmin-amanlığa böyük önəm verirdi və bu siyasət  Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir”.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin baş məsləhətçisi  Rahib İbrahimov çıxış edərək Azərbaycanda dinlər arasında heç vaxt qarşıdurma, məzhəb ayrı-seçkiliyinin olmadığından, tolerant və multikultural mühitin mövcudluğundan,dini radikalizm, ekstremizm və onun fəsadlarından qorunması üçün gənclərin  maariflənməsinin, radikal qrupların təsirinə məruz qalmamaları baxımından mühüm əhəmiyyəti olduğundan danışdı və dini təriqətlərin radikal yönümlü fəaliyyətləri barədə geniş və ətraflı məlumat verib.
 
Daha sonra çıxış edən Mərkəzi Kitabxananın Uşaqlara Xidmət Şöbəsinin müdiri Sevda Süleymanova, T.İsmayılov adına şəhər 1№li tam orta məktəbin müəllimi Tamella Hüseynova ,fəal gənclər Ruslan Əhmədov,vNəsibə Kərimova və başqaları dövlətimizin gənclər siyasəti, gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz ruhunda tərbiyə olunması, bu dəyərlərin ümumi prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması  barədə və maarifləndirici işin gücləndirilməsinin vacibliyindən danışıblar.
 
Tədbirə Bərdə rayon Gənclər və İdman idarəsinin rəis müavini Aydın Qasımov yekun vurdu.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Sahib Məmmədov: "Vəkillərin peşə fəaliyyətinə dövlətin dəstəyi alqışa layiqdir" - 23 / 02 / 2018 13:54
Veteranlar Xocalı soyqırmı abidəsini ziyarət etdilər - 23 / 02 / 2018 11:28
Ərdəbildə Xocalıya həsr olunmuş beynəlxalq konfrans keçiriləcək - 23 / 02 / 2018 11:27
Təməlində dostluğun və doğmalığın dayandığı ailə - 23 / 02 / 2018 08:41
Xocalılar Avropada - Azərbaycanın “Böyüməyən uşaqlar”ı təqdim olundu - FOTOLAR - 23 / 02 / 2018 08:34
Niyaməddin Orduxanlı Avropa Parlamentinin 500 deputatına rəsmi müraciət etdi - 23 / 02 / 2018 08:34
Sumqayıt hadisələri - məkrli planlar - 23 / 02 / 2018 08:09
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzalayıb - 22 / 02 / 2018 13:51
Azay Quliyev: Ermənistanın beynəlxalq layihələrdən kənarda qalmasının səbəbi onun işğalçılıq siyasətidir - 22 / 02 / 2018 13:26
Cəsarət Hüseynzadə: "İşğal faktına, qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların hüquqlarının pozulmasına biganə qalmamağa çağırırıq” - 22 / 02 / 2018 10:03
"Avropada yaşayan bir erməni görmüsünüz Sərkisyana qarşı aksiya keçirsin?!” - Orduxana Orduxanlıdan sual - 22 / 02 / 2018 10:02
Jasarat Huseynzadeh: "We kindly appeal to the members of the European Parliament not to remain indifferent to the fact of occupation, violation of the rights of refugees and internally displaced persons" - 22 / 02 / 2018 09:43
İlham Əliyev Ağsaqqallar Şurasının sədrinə “İstiqlal” ordeni təqdim edib - 22 / 02 / 2018 08:17
Xocalının “Böyüməyən uşaqlar”ı Bosniya və Hersoqovinada... - 21 / 02 / 2018 08:19
Bakıda “İrrealizm” adlı rəsm sərgisi açılıb - 20 / 02 / 2018 18:11
Jurnalistlər üçün müsabiqə elan edildi: “Vərəm haqqında ən yaxşı məqalə” - 20 / 02 / 2018 17:36
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 1500 manat müəyyən edildi - 20 / 02 / 2018 15:34
Şuranın ASAN Radio ilə əməkdaşlığı çərçivəsində radio proqram hazırlanır - 20 / 02 / 2018 14:00
“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək - FOTO - VİDEO - 20 / 02 / 2018 13:39
«Müvəkkil» Sizi HR kurslarına dəvət edir - 19 / 02 / 2018 16:49
Azay Quliyev Vyanaya səfərə gedir - 19 / 02 / 2018 15:00
Ayaz Mirzəyev: “Mən hər gün sınaq qarşısındayam” - MÜSAHİBƏ - 19 / 02 / 2018 14:30
Sabuhi Abbasov: " Whole world recognized the territorial integrity of Azerbaijan " - 19 / 02 / 2018 14:26
ASGA sədri Avropa parlamentinə müraciət ünvanladı: "Avropa dəyərlərini erməni çirkablarına batırmayın" - 19 / 02 / 2018 14:21
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Uşaqlar və müharibə” mövzusunda tədbir keçirilib - 19 / 02 / 2018 13:38
QHT sədrinə ağır itki üz verib - 19 / 02 / 2018 13:34
50 manatlıq artistlər - 19 / 02 / 2018 12:53
Umud Mirzəyev: “Lars Adaktusson davranışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrə ciddi zərbə vurur” - 19 / 02 / 2018 12:39
“Bizim planet”də Azərbaycanın siyasi və iqtisadi inkişafından danışılıb - 19 / 02 / 2018 10:06
ƏSMİD İctimai Birliyi Ümumi yığıncağını keçirdi - 17 / 02 / 2018 17:30