Şuranın dəstəyi ilə Ağcabədi rayonunda əlilliyi olan şəxslərin hüquqlarına dair ictimai maarifləndirmə tədbiri keçirilib
A A A
07/13/2017
Oxunma sayısı : 14587

|

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi tərəfindən Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının Qadınlar şurası ilə birgə Ağcabədi rayonu M.Həsənov adına Rəncbərlər kənd tam orta məktəbində Rəncbərlər bələdiyyəsinin, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin nümayəndələrinin, müəllimlərin, kənd sakinlərinin, müharibə veteranllarının və əlilliyi olan şəxslərin iştirakı ilə ictimai maarifləndirmə tədbiri keçirilib. 


QHT.az xəbər verir ki, birliyin sədri Ramilə Rasimqızı tədbirdə giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan “Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək” adlı layihənin məqsədi, vəzifələri və əhəmiyyəti barədə onlara məlumat verib.  Belə bir aktual mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, maarifləndirmə tədbirinin keçirilməsi üçün yaradılan şəraitə görə isə Ağcabədi Rayon İcra Hakimiyyətinə, YAP Ağcabədi rayon təşkilatına və M.Həsənov adına Rəncbərlər kənd tam orta məktəbinin rəhbərliyinə təşəkkürünü bildirib.  
Qeyd olunub ki, hazırda icra edilən layihənin əsas məqsədi - əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlarla hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliği üçün qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin irəli sürülməsi və bu sahədə ictimai maarifləndirmə tədbirlərinin təşkil edilməsi yolu ilə onların hüquqlarına hörmət hissinin aşılanmasına və barələrində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək verməkdən ibarətdir.

   Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatı Qadınlar şurasının sədri Radə Qafarova əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və sosal problemlərinin həlli sahəsində rayon səviyyəsində görülmüş müsbət işlər barədə məlumat verib, regionlarda bu qəbildən olan insanların cəmiyyətə inteqrasiyası baxımından mühüm önəm kəsb edən ixtisaslı pedaqoji kadrlara, müasir avadanlıqlarla təchiz olunmuş xüsusi təhsil müəssisələrinə böyük ehtiyac olduğunu vurğulayıb, bununla əlaqədar müvafiq təkliflərini diqqətə çatdırıb. 

 Daha sonra layihənin eksperti tərəfindən əlilliyin anlayışı, səbəbləri və qrupları, əlillik terminologiyası, əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasının yeni meyarları, əlilliyə yanaşmada tibbi və sosial model anlayışları, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının müdəalarına uyğun olaraq insan hüquqlarına əsaslanan bir model kimi qəbul edilən sosial modelin üstün cəhətləri, hazırda ölkəmizdə tibbi modeldən sosial modelə keçid istiqamətində aparılan islahatlar, əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlara hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliğ olunmasının əhəmiyyəti və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verilib.

Bundan əlavə əlillik məsələlərinə dair milli qanunvericilikdə təsbit edilən, habelə beynəlxalq təcrübədə qəbul olunmuş bəzi terminlər, istifadəsi məsləhət görülməyən söz və ifadələr, zəruri reabilitasiya vasitələri və protez-ortopedik məmulatlar, əlilliyi olan şəxslərin milli qanunvericilik və beynəlxalq hüquqi aktlarda təsbit olunmuş insan hüquqları, onların müdafiəsi üzrə mövcud dövlətdaxili və beynəlxalq təsisatlar, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və sosial inklüziyası (bərabər imkanların təminatı) ilə bağlı mövcud problemlər və onların həlli sahəsində dövlətimiz tərəfindən həyata keçirilən fəaliyyətlər barədə də fikirlər bildirilib, eləcə də qarşıdan duran vəzifələr barədə geniş müzakirələr aparılıb.  

Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının nümayəndəsi Mehman Novruzov, M.Həsənov adına Rəncbərlər kənd tam orta məktəbinin direktor müavini Mehman Nagıyev və digərləri əhalinin əlilliyi olan şəxslərin hüquqları ilə bağlı maariflənməsinə xidmət edən bu layihənin regionlarda da yüksək səviyyədə icra olunmasına görə Şuraya və təşkilatın rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Əlillərin Cəmiyyətə İnteqrasiyası İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Sahib Məmmədov: "Vəkillərin peşə fəaliyyətinə dövlətin dəstəyi alqışa layiqdir" - 23 / 02 / 2018 13:54
Veteranlar Xocalı soyqırmı abidəsini ziyarət etdilər - 23 / 02 / 2018 11:28
Ərdəbildə Xocalıya həsr olunmuş beynəlxalq konfrans keçiriləcək - 23 / 02 / 2018 11:27
Təməlində dostluğun və doğmalığın dayandığı ailə - 23 / 02 / 2018 08:41
Xocalılar Avropada - Azərbaycanın “Böyüməyən uşaqlar”ı təqdim olundu - FOTOLAR - 23 / 02 / 2018 08:34
Niyaməddin Orduxanlı Avropa Parlamentinin 500 deputatına rəsmi müraciət etdi - 23 / 02 / 2018 08:34
Sumqayıt hadisələri - məkrli planlar - 23 / 02 / 2018 08:09
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzalayıb - 22 / 02 / 2018 13:51
Azay Quliyev: Ermənistanın beynəlxalq layihələrdən kənarda qalmasının səbəbi onun işğalçılıq siyasətidir - 22 / 02 / 2018 13:26
Cəsarət Hüseynzadə: "İşğal faktına, qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların hüquqlarının pozulmasına biganə qalmamağa çağırırıq” - 22 / 02 / 2018 10:03
"Avropada yaşayan bir erməni görmüsünüz Sərkisyana qarşı aksiya keçirsin?!” - Orduxana Orduxanlıdan sual - 22 / 02 / 2018 10:02
Jasarat Huseynzadeh: "We kindly appeal to the members of the European Parliament not to remain indifferent to the fact of occupation, violation of the rights of refugees and internally displaced persons" - 22 / 02 / 2018 09:43
İlham Əliyev Ağsaqqallar Şurasının sədrinə “İstiqlal” ordeni təqdim edib - 22 / 02 / 2018 08:17
Xocalının “Böyüməyən uşaqlar”ı Bosniya və Hersoqovinada... - 21 / 02 / 2018 08:19
Bakıda “İrrealizm” adlı rəsm sərgisi açılıb - 20 / 02 / 2018 18:11
Jurnalistlər üçün müsabiqə elan edildi: “Vərəm haqqında ən yaxşı məqalə” - 20 / 02 / 2018 17:36
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 1500 manat müəyyən edildi - 20 / 02 / 2018 15:34
Şuranın ASAN Radio ilə əməkdaşlığı çərçivəsində radio proqram hazırlanır - 20 / 02 / 2018 14:00
“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək - FOTO - VİDEO - 20 / 02 / 2018 13:39
«Müvəkkil» Sizi HR kurslarına dəvət edir - 19 / 02 / 2018 16:49
Azay Quliyev Vyanaya səfərə gedir - 19 / 02 / 2018 15:00
Ayaz Mirzəyev: “Mən hər gün sınaq qarşısındayam” - MÜSAHİBƏ - 19 / 02 / 2018 14:30
Sabuhi Abbasov: " Whole world recognized the territorial integrity of Azerbaijan " - 19 / 02 / 2018 14:26
ASGA sədri Avropa parlamentinə müraciət ünvanladı: "Avropa dəyərlərini erməni çirkablarına batırmayın" - 19 / 02 / 2018 14:21
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Uşaqlar və müharibə” mövzusunda tədbir keçirilib - 19 / 02 / 2018 13:38
QHT sədrinə ağır itki üz verib - 19 / 02 / 2018 13:34
50 manatlıq artistlər - 19 / 02 / 2018 12:53
Umud Mirzəyev: “Lars Adaktusson davranışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrə ciddi zərbə vurur” - 19 / 02 / 2018 12:39
“Bizim planet”də Azərbaycanın siyasi və iqtisadi inkişafından danışılıb - 19 / 02 / 2018 10:06
ƏSMİD İctimai Birliyi Ümumi yığıncağını keçirdi - 17 / 02 / 2018 17:30