QHT Şuranın dəstəklədiyi layihənin yekununa həsr edilmiş tədbir təşkil edəcək - Dəvət
A A A
07/13/2017
Oxunma sayısı : 24235
Hörmətli Media, QHT və İctimaiyyət nümayəndələri,

Sizləri 15 iyul saat 15: 00-da Qaradağ rayonu, Sahil qəsəbəsi, 9 saylı xüsusi internat məktəbində Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Etibarlı gələcəyin qurulması üçün birgə fəaliyyət” adlı layihə çərçivəsində internat məzunları üçün təşkil edilmiş aşpazlıq kurslarının bağlanış mərasiminə dəvət edirik.
Bakı şəhəri 9 saylı xüsusi internat məktəbində keçirilən kursların əsas məqsədi yeniyetmə və gənclərin peşə vərdişlərinə yiyələnməsi, gələcəkdə bu sahədə uğurlu karyera qurulmasında onlara yardım etməkdir. 

Aşpazlıq sahəsinə marağı olan internat məzunlarının, gənc və yeniyetmələrin bu sahədə vərdişlərinin inkişafına töhfə vermək, onların bu peşəyə yiyələnərək müstəqil həyatda uğurlu karyera qurmalarına dəstək olmaq layihənin əsas amallarındandır. Odur ki, internat məzunlarının bu sahədə ixtisaslaşması gələcəkdə onların müstəqil həyata qədəm basmasında mühüm rol oynayacağı şübhəsizdir. 
Gələcəyin aşpazları olan kurs iştirakçılarına dərslərdə mətbəxdə təhlükəsizlik və davranış qaydaları, Azərbaycan mətbəxi barədə məlumat verilib. Dərslərdə nəzəri biliklərlə yanaşı həmçinin praktiki biliklər də verilib. İştirakçılar kulinar təlimçi Məleykə Salahovanın rəhbərliyi ilə müxtəlif təam və şirniyyatlar hazırlamışlar. Sonda onların bilikləri test imtahanı vasitəsilə yoxlanılıb, layihənin sonunda sertifikatla təmin ediləcəklər. 

Bağlanış mərasimində kursu uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim ediləcək. Mərasimdə QHT nümayəndələri, ziyalılar, media nümayəndələri, Qaradağ rayonu İcra Hakimiyyəti, QHT-lərə Dövlət Dəstəyi Şurasının və digər dövlət qurumlarının rəsmi şəxsləri də iştirak edəcək.

İştirak etmək istəyən hər bir kəs dəvətlidir.

Əlaqə vasitələri: (+99450)3287574; (+99450)7608134
Email: Office.sukib@gmail.com

Ünvan: Qaradağ Rayonu Sahil Qəsəbəsi, E.Quliyev küç,(Oba Marketlə üzbəzüz) 9 nömrəli Xüsusi İnternat Məktəbi 

Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin Mətbuat Xidməti

Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi

ŞƏRHLƏR
XƏBƏRLƏR
"Təki vətən sağ olsun" filminin təqdimatı keçiriləcək - 21 / 11 / 2017 19:16
“İslam sülh və həmrəylik dinidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib - 21 / 11 / 2017 15:52
"VƏTƏN ÖVLADI" sənədli filminin təqdimatı keçiriləcək - 21 / 11 / 2017 14:21
Şurada "Azərbaycanda iqtisadi islahatlar: vətəndaş cəmiyyətinin rolu” mövzusunda dəyirmi masa keçirilib - 21 / 11 / 2017 13:54
“Etimad” Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi ilə tanış olub - 21 / 11 / 2017 13:54
Brüsseldə “Əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının beynəlxalq müdafiəsi” mövzusunda tədbir keçirilib - QHT Şurasının dəstəyi ilə - 21 / 11 / 2017 04:57
“Azərbaycanda iqtisadi islahatlar və vətəndaş cəmiyyəti” mövzusunda dəyirmi masa keçirəcək. - 20 / 11 / 2017 16:04
Əli Həsənov Brüsseldəki Qarabağ Forumunda: “Bu cür mövqe ilə razılaşmaq mümkün deyil” - 20 / 11 / 2017 15:31
Gənclər təşkilatı Qarabağda “Qarabağ Regional Uşaq Forumu” keçirdi - 20 / 11 / 2017 14:56
QHT sədri İranda Şəhriyarın büstünün təhqir olunmasına etiraz etdi - 20 / 11 / 2017 14:42
Şuranın maliyyə dəstəyi ilə reallaşan layihəyə uğurla yekun vurulub - 20 / 11 / 2017 13:49
Tarixi saxtalaşdıranlara qarşı Azərbaycanın mövqeyi dəyişməzdir - 20 / 11 / 2017 12:38
"VƏTƏN ÖVLADI" sənədli filminin təqdimatı keçirilib - QHT TV - 19 / 11 / 2017 10:04
Hemofiliyalı pasientlərin müayinələi zamanı tibbi sosial sorğu anketlərinin təhlili yaxın 5 il üçün tələbatı müəyyən etdi - 18 / 11 / 2017 18:39
Dövlət Proqramının qiymətləndirilməsi və səhiyyədə ictimai nəzarətin təşkili ilə bağlı layihə icra edilir - 18 / 11 / 2017 16:58
Ermənipərəst PİN-in çirkin əməlləri və “milli” agentlər - 18 / 11 / 2017 16:54
Азай Гулиев: Группа международных НПО пытается нанести удар по процессам между Азербайджаном и ЕС - 18 / 11 / 2017 09:42
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib - 18 / 11 / 2017 08:20
"Nə qədər ki, Zaur Kamallar, Zaur Bəxşəliyevlər efirdədir, TV-lərə baxan olmayacaq" - 17 / 11 / 2017 22:13
“Kimlərsə, bina pulu ilə əlli-yüz məzunumuza qonaqlıq verir, nə alternativi…” - 16 / 11 / 2017 20:51
ATƏT-in mənzil-qərargahında məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə həsr olunmuş tədbir keçirilib - 16 / 11 / 2017 19:55
Məhluqə Rəhimova: “50 şirkətə müraciət elədik, heç birindən cavab gəlmədi…” - 16 / 11 / 2017 15:25
Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib - 16 / 11 / 2017 11:16
Azay Quliyev: “Biz bu ənənəni davam etdirməliyik” - 16 / 11 / 2017 08:17
Hemofiliyanın müalicəsinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı hesabat təqdim olunacaq - 15 / 11 / 2017 21:13
“Böyük Tələbə layihəsi – 25” - 15 / 11 / 2017 18:09
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2017 14:47
“Bilməzdik ki, 15 il çəkəcək...” – Qələmli döyüşçülər haqda yubiley yazısı - 15 / 11 / 2017 10:21
Gənclər təşkilatı “Uşaq hüquqları aylığı “ çərçivəsində Şirvanda görüş keçirdi - 15 / 11 / 2017 10:00
“Öz peşəni seç” layihəsinin ilk tədbiri keçirilib - 15 / 11 / 2017 08:47