Büdcə müzakirələrində vətəndaş cəmiyyətinin iştirakının genişləndrilməsi üçün Təkliflər Paketi hazırlanıb
A A A
07/14/2017
Oxunma sayısı : 23658

|

Açıq Hökumət Platforması Milli Məclisdə dövlət büdcəsinin layihəsi ilə bağlı  müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakını müzakirə edib

Avrasiya Əməkdaşlıq Fondu ilə imzalanmış müqavilə üzrə icra olunan “AHT Platforması fəaliyyətdə” layihəsi çərçivəsində Milli Məclisdə dövlət büdcəsinin layihəsi ilə bağlı  müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakının qiymətləndirilməsinin nəticələri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Platforma üzvləri və digər QHT təmsilçiləri, Milli Məclis apratının əməkdaşı iştirak edib.

Dəyirmi masanı giriş sözü ilə açan Platformanın koordinatoru Əliməmməd Nuriyev bildirib ki,  vətəndaş cəmiyyətinin dövlət büdcəsininin qəbulu ilə bağlı müzakirələrdə fəal iştirakı çox vacib məsələdir: “Vətəndaş cəmiyyətinin bu müzakirələrdə iştirakı şəffaflığa, hesabatlılığa, ictimai maraqların daha dolğun nəzərə alınmasına xidmət edir. Eyni zamanda vətəndaş cəmiyyətinin qərarların qəbulu prosesinə cəlb olunmasının yaxşı nümunəsi sayıla bilər. Digər tərəfdən Açıq Hökumət prinsipləri də məhz bu yanaşmanı əsas götürür.  Bu baxımdan Açıq Hökumət Platforması öz töhfəsini verməyə çalışır. Platformanın üzvü  olan  “Jurnalist Ekspert Mərkəzi” İB-nin ekspertləri QHT-lər və Milli Məclis komitələri arasında sorğu keçirib, hesabat hazırlayıb. Yeni yanaşmaların və mexanizmlərin tətbiq edilməsi baxımından aparılan araşdırma, verilən təkliflər  əhəmiyyətlidir”.

Platformanın üzvü “AHT Platforması fəaliyyətdə” layihəsinin əlaqələndiricisi Sabit Bağırov qeyd edib ki, araşdırma çox aktual mövzuya həsr edilib. Bu sahədəki mövcud çatışmamazlıqları qeyd etməklə, tövsiyyələri əhatə edir. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti əvvəlki dövrlərlə müqayisədə son illər büdcə müzakirələrində çox fəal iştirak etmir. Bu sahədə əlavə səylərə ehtiyac var.

Açıq Hökumət Platformasının üzvü  olan  “Jurnalist Ekspert Mərkəzi” İB (JEM)  sədri Ceyhun Musaoğlu Milli Məclisdə dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakının qiymətləndirilməsiməqsədi ilə keçirilən sorğunun nəticələrini təqdim edib.

C.Musağolu qeyd edib ki, sorğu anketlərini fəal, nüfuzlu 54 QHT, o cümlədən Milli Məclsin 7  Komitəsi və 1 şöbəsi  cavablandırıb. Sorğuda iştirak etmələri üçün 500-dən çox QHT-nin e-mail ünvanlarına və 14 Komitəyə sorğu blankı göndərilib.Sorğunu cavablandıran vətəndaş cəmiyyəti institutları təmsilçilərinin ümumi qənaətinə görə, QHT-lərin büdcə müzakirələrinə cəlb olunması prosesində problemlər var: “Cavablardan belə məlum olur ki, QHT-lərin büdcə müzakirələrində iştirakına həm özləri, həm də Milli Məclisin (MM) komitələri az maraq göstərir.

Sorğudan görünür ki, büdcə müzakirələrinə QHT-lər cəlb olunasalar da, bu say qənaətbəxş deyil. 49 QHT rəhbəri düşünür ki, onların müzakirələrdə iştirakında məhz MM komitələr maraqlı deyil. Komitələrin sorğusu bu iddianı həm təsdiqləyir, həm də yox. 7 Komitədən 4 -ü bildirib ki, müzakirələrə qatılmaqda QHT-lər maraqlı deyil.  Komitələrin cavablarından da belə aydın olur ki, qarşı tərəf müzakirələrdə iştirak etmələri üçün təşəbbüs göstərməlidirlər.

Nə QHT-lər, nə də komitələrdən heç biri büdcə müzakirələrində vətəndaş cəmiyyətinin iştirakına ehtiyac olmadığını bildirməyib. Əksinə, 49 QHT böyük ehtiyac olduğunu deyib. Yanaşma onu göstərir ki, QHT-lər büdcə müzakirələrində iştiraklarının effektivliyinə inanırlar.

Baxmayaraq ki, 53 QHT- büdcə  müzakirələrinə qatılmadıqlarını bilidib, bununla belə  onların arasından 10 təşkilat komitələrə təkliflər verib. Üç QHT-nin təklifi qəbul olunub.

Maraqlıdır ki, sorğuda iştirak edən 7 komitədən 5-i müzakirələrə QHT nümayəndələrinin dəvət olunduğunu və ümumilikdə, 22 təklifin qəbul edildiyini bildiriblər.

QHT-lər əmindirlər ki, vətəndaş cəmiyyəti institutları komitələrin büdcə müzakirələrinə konkret töhfələr verə bilərlər. Bu sualı 3 təşkilat cavablandırmasa da, 36 QHT müsbət cavab verib.

Sorğunun maraqlı məqamlarından biri ondan ibarətdir ki, həm  QHT-lər, həm də komitələr vətəndaş cəmiyyətinin büdcə müzakirlərində iştirakı, parlamentlə QHT-ləri arasında əməkdşalığın inkişaf etdirilməsi məqsədi ilə təkliflər irəli sürüblər”.

JEM sədri nəticələrlə bağlı qənaətləri də açıqlayıb: “Vətəndaş cəmiyyəti institutunun büdcə müzakirələrində yaxından iştirakı ciddi töhfələr  verər. Bunun üçün mövcud mexanizmlər təkimilləşdirilməlidir. Hər iki tərəf dialoqun, müzakirə mühitinin yaradılmasına hazırdır və belə əməkdaşlığın  optimal büdcənin qəbulu baxımdan böyük töhfə verəcəyini yəqin ediblər”.

C.Musaoğlu sorğunun nəticələrinə əsasında Açıq Hökumət Platformaısnın təkliflərini də açıqlayıb:

– Komitələrin iclasları QHT-lərə açıq olsun;

– Platforma digər ixtisaslaşmış QHT-ləri və müstəqil ekspertləri də cəlb etməklə büdcə layihəsi ilə əlaqədar təkliflər paket hazırlayıb komitələrə təqdim edilməsi üzrə fəaliyyətlər həyata keçirsin;

– Platformanın təşkilatçılığı ilə Milli Məclisin Komitə rəhbərləri ilə VCT-lərin rüblük müzakirələri keçirilsin;

– Platformanın təşkilatçılığı ilə Milli Məclisdə vətəndaş cəmiyyəti qurumlarının Ekspert şurası yaradılsın;

– Milli Məclis  Komitələrnin AR Prezidenti yanında QHT-lə Dövlət Dəstəyi Şurasında formalaşan 7 qrupla əməkdaşlığı üçün təşəbbüslər edilsin;

– Milli Məclis və AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının imzaladığı Memoranduma uyğun olaraq, QHT-lərin mütamadi olaraq, müzakirələrə cəlb olunmaları üçün MM-də xüsusi əlaqələndirmə təsisatı yaransın.

Dəyirmi masa iştirakçılarının təklifləri və qeydləri  dinlənildikdən sonra Platformanın koordinatoru Ə.Nuriyev qeyd edib ki, təkliflər Açıq Hökumət Platforması adından Milli Məclis rəhbərliyinə təqdim olunacaq.

Sorunun nəticələri barədə TƏQDİMATI buradan yükləmək olar.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
"Təki vətən sağ olsun" filminin təqdimatı keçiriləcək - 21 / 11 / 2017 19:16
“İslam sülh və həmrəylik dinidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib - 21 / 11 / 2017 15:52
"VƏTƏN ÖVLADI" sənədli filminin təqdimatı keçiriləcək - 21 / 11 / 2017 14:21
Şurada "Azərbaycanda iqtisadi islahatlar: vətəndaş cəmiyyətinin rolu” mövzusunda dəyirmi masa keçirilib - 21 / 11 / 2017 13:54
“Etimad” Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi ilə tanış olub - 21 / 11 / 2017 13:54
Brüsseldə “Əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının beynəlxalq müdafiəsi” mövzusunda tədbir keçirilib - QHT Şurasının dəstəyi ilə - 21 / 11 / 2017 04:57
“Azərbaycanda iqtisadi islahatlar və vətəndaş cəmiyyəti” mövzusunda dəyirmi masa keçirəcək. - 20 / 11 / 2017 16:04
Əli Həsənov Brüsseldəki Qarabağ Forumunda: “Bu cür mövqe ilə razılaşmaq mümkün deyil” - 20 / 11 / 2017 15:31
Gənclər təşkilatı Qarabağda “Qarabağ Regional Uşaq Forumu” keçirdi - 20 / 11 / 2017 14:56
QHT sədri İranda Şəhriyarın büstünün təhqir olunmasına etiraz etdi - 20 / 11 / 2017 14:42
Şuranın maliyyə dəstəyi ilə reallaşan layihəyə uğurla yekun vurulub - 20 / 11 / 2017 13:49
Tarixi saxtalaşdıranlara qarşı Azərbaycanın mövqeyi dəyişməzdir - 20 / 11 / 2017 12:38
"VƏTƏN ÖVLADI" sənədli filminin təqdimatı keçirilib - QHT TV - 19 / 11 / 2017 10:04
Hemofiliyalı pasientlərin müayinələi zamanı tibbi sosial sorğu anketlərinin təhlili yaxın 5 il üçün tələbatı müəyyən etdi - 18 / 11 / 2017 18:39
Dövlət Proqramının qiymətləndirilməsi və səhiyyədə ictimai nəzarətin təşkili ilə bağlı layihə icra edilir - 18 / 11 / 2017 16:58
Ermənipərəst PİN-in çirkin əməlləri və “milli” agentlər - 18 / 11 / 2017 16:54
Азай Гулиев: Группа международных НПО пытается нанести удар по процессам между Азербайджаном и ЕС - 18 / 11 / 2017 09:42
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib - 18 / 11 / 2017 08:20
"Nə qədər ki, Zaur Kamallar, Zaur Bəxşəliyevlər efirdədir, TV-lərə baxan olmayacaq" - 17 / 11 / 2017 22:13
“Kimlərsə, bina pulu ilə əlli-yüz məzunumuza qonaqlıq verir, nə alternativi…” - 16 / 11 / 2017 20:51
ATƏT-in mənzil-qərargahında məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə həsr olunmuş tədbir keçirilib - 16 / 11 / 2017 19:55
Məhluqə Rəhimova: “50 şirkətə müraciət elədik, heç birindən cavab gəlmədi…” - 16 / 11 / 2017 15:25
Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib - 16 / 11 / 2017 11:16
Azay Quliyev: “Biz bu ənənəni davam etdirməliyik” - 16 / 11 / 2017 08:17
Hemofiliyanın müalicəsinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı hesabat təqdim olunacaq - 15 / 11 / 2017 21:13
“Böyük Tələbə layihəsi – 25” - 15 / 11 / 2017 18:09
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2017 14:47
“Bilməzdik ki, 15 il çəkəcək...” – Qələmli döyüşçülər haqda yubiley yazısı - 15 / 11 / 2017 10:21
Gənclər təşkilatı “Uşaq hüquqları aylığı “ çərçivəsində Şirvanda görüş keçirdi - 15 / 11 / 2017 10:00
“Öz peşəni seç” layihəsinin ilk tədbiri keçirilib - 15 / 11 / 2017 08:47