“Dünya azərbaycanlılarının palitrası” kitabının Gürcüstanda təqdimatı keçirilib
A A A
07/14/2017
Oxunma sayısı : 11046

|


İyulun 14-də Diaspor Jurnalistləri Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin müəllifi olduğu

“Dünya azərbaycanlılarının palitrası” kitabının Gürcüstanda təqdimatı keçirilib. Tibilisidə M.F.Axundovun ev muzeyində keçirilən təqdimatda Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR Georgianın nümayəndələri, həmçinin azərbaycanlı ziyalılar, gənclər və jurnalistlər iştirak ediblər.

Tədbiri M.F.Axundovun ev muzeyinin direktoru Leyla Əliyeva açaraq qonaqları salamlayıb. O, kitabın dünya azərbaycanlılarının, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızın bir araya gəlməsində rolundan danışıb.

Tədbirdə iştirak edən Fuad Hüseynzadə bildirib ki, kitab dövlət müstəqilliyimizin 25 illiyi münasibətilə çap olunub. O qeyd edib ki, kitabda bu vaxta kimi diasporla bağlı müxtəlif KİV-lərdə çap olunan müsahibələrinin bir hissəsi yer alıb: "Ümumi olaraq kitabda 170 müsahibə toplanıb. 5 qitədəki aktiv soydaşlarımızdan alınan bu müsahibələr müxtəlif vaxtlarda dərc olunub. Hər bir müsahibə öz dövrünün reallığını əks etdirir". Müəllif nəzərə çatdırıb ki, kitabdakı diaspor üzvləri hər zaman dövlətçiliyi və Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyirlər.

Daha sonra kitabın xarici ölkələrdə təqtimatı ilə bağlı hazırlanmış slayd nümayiş olunub.

Təqdimatda Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva, Borçalı İrəli İctimai Birliyiyinin sədri Məhəbbət İmanov, Gürcüstanın Azərbaycanlı Hüquqşunaslar Assosiasiyasinın sədri Əli Bədirov, Gürcüstanın Qardabani rayon bələdiyyəsinin sədr müavini Rəfi Orucov çıxış edərək kitab haqqında öz fikirlərini bildiriblər.

Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli çıxış edərək DJB-nin keçirdiyi layihələrdən danışıb.

Xatırladaq ki, kitabın bundan əvvəl Rusiya, Yaponiya, İsveç, ABŞ, İsrail və Qazaxıstanda təqdimatı olub.

Diaspor Jurnalistləri Birliyi (DJB)

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
700 bal toplayan tələbələr ilə görüş keçirilib - 23 / 09 / 2017 21:20
“QHT-nin maliyyə mənbələri” mövzusunda məlumat sessiyası keçiriləcək - Elan - 23 / 09 / 2017 16:20
Layihə çərçivəsində Sumqayıt turu baş tutdu - 22 / 09 / 2017 17:45
“Referendumlar ləğv edilməlidir, bu, təhlükəsizlik və istiqlal üçün vacibdir” - Azay Quliyev - 22 / 09 / 2017 16:26
QHT-lərə Dövlət Dəstəyi Şurası Mingəçevirdə QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib - FOTO - 22 / 09 / 2017 16:17
Sumqayıtda insan alveri ilə mübarizə sahəsində media işçilərinin rolu müzakirə olunacaq - 21 / 09 / 2017 18:10
QHT-lərlə hökumət qurumları arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub - Şəmkirdə - 21 / 09 / 2017 18:06
Fərasət Qurbanov : Bu gün QHT-lər cəmiyyətimizin inkişafını təmin edən ən vacib institutlardan birinə çevrilib - 21 / 09 / 2017 18:01
Vüsal Quliyev: “Dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır” - 21 / 09 / 2017 17:21
Elitar Gimnaziyada və 160 saylı orta məktəbdə “Sülh göyərçinləri” tədbiri keçirilib - 21 / 09 / 2017 15:43
İcra Hakimiyyətinin başçısı Şuranın Fəxri Fərmanı ilə təltif edildi - 21 / 09 / 2017 03:40
İlham Əliyev BMT-də Zəhranın qətlindən danışdı - Canlı Yayım - 20 / 09 / 2017 16:11
"Yeni dövlət proqramı gənclərin inkişafı üçün yeni imkanlar yaradacaq"- GDPİD İctimai Birliyinin sədri Fərid Muradov - 20 / 09 / 2017 16:02
Vətənpərvərlik ölkə təhlükəsizliyinin qarantıdır - 20 / 09 / 2017 13:50
Sahib Məmmədov: “Azərbaycanın uğurları hər zaman kimlərdəsə qıcıq yaradıb” - 20 / 09 / 2017 13:30
Ağcabədidə insan alverinə qarşı mübarizə ilə bağlı tədbir keçirilib - 20 / 09 / 2017 13:11
Nigar Ağakişiyeva: Şura QHT sektorunun inkişafı üçün dəstəyini davam etdirir - 19 / 09 / 2017 15:34
Dilqəmin oğlu ATƏT-in sammitində çıxış etdi - Video - 19 / 09 / 2017 12:25
Sahib Məmmədov: Varşavada Ermənistan tərəfi susduruldu! -Video - 19 / 09 / 2017 11:53
Masallıda “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib - 18 / 09 / 2017 14:12
“Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb - 18 / 09 / 2017 14:07
Hərə bir əsgər, hər ev bir səngər - 18 / 09 / 2017 14:05
Azər Həsrət ATƏT-in Varşava toplantısında – Videolar - 18 / 09 / 2017 14:01
Bilik Fondunun İnformasiya təminatı sektoru ilə BDU-nun jurnalistika fakültəsi arasında Niyyət sazişi imzalandı - 18 / 09 / 2017 13:48
QHT “Sərhəd” sənədli filminin çəkilişlərinə başlayır - 18 / 09 / 2017 06:03
QHT rəhbərləri QHT TV ilə bağlı fikirlərini bildirdilər - Müsahibələr - 16 / 09 / 2017 19:45
Hində yaşayan adamdan nicat uman milyonçu - 16 / 09 / 2017 17:04
Mediamızın babası… Vətəndir, torpaqdır Rey – 50 - 16 / 09 / 2017 05:27
İslam həmrəyliyi - təhlükəsiz cəmiyyət və sülhə çağırış - 15 / 09 / 2017 17:54
Şuranın dəstəyilə şəhid ailələrinin sosial problemlərinə dair tədbir keçirilib - 15 / 09 / 2017 17:25