Şuranın dəstəyi ilə əlilliyi olan şəxslərin hüquqlarına dair növbəti ictimai maarifləndirmə tədbiri Ağcabədi rayonunun Hindarx qəsəbəsində keçirilib
A A A
07/14/2017
Oxunma sayısı : 18860

|

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək” adlı layihəsinin icrasını uğurla davam etdirir.

QHT.az xəbər verir ki, bu günlərdə həmin layihə çərçivəsində növbəti ictimai maarifləndirmə tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti (RİH) və Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının Qadınlar şurası ilə birgə Ağcabədi rayonu X.Həsənov adına Hindarx qəsəbə 2 saylı ümumi orta məktəbində keçirib.

Tədbirdə Ağcabədi RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşı Ceyhun Mamedov, YAP Ağcabədi rayon təşkilatı Qadınlar şurasının sədri Radə Qafarova, RİH-in Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Qasımov, qəsəbədə fəaliyyət göstərən məktəbəqədər və ümumtəhsil müəssisələrinin rəhbərləri və müəllimləri, bələdiyyə üzvləri, tibb işçiləri, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin nümayəndələri, qəsəbə sakinləri, müharibə veteranlları, əlilliyi olan şəxslər və s. iştirak ediblər.

Birliyin sədri Ramilə Rasimqızı tədbirdə giriş sözü ilə çıxış edərək iştirakçıları salamladıqdan, rəhbərlik etdiyi layihənin məqsədi, vəzifələri və əhəmiyyəti barədə onlara ətraflı məlumat verdikdən sonra belə bir aktual mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, maarifləndirmə tədbirinin keçirilməsi üçün yaradılan şəraitə görə isə Ağcabədi Rayon İcra Hakimiyyətinə, YAP Ağcabədi rayon təşkilatına və X.Həsənov adına Hindarx qəsəbə 2 saylı ümumi orta məktəbinin rəhbərliyinə təşəkkürünü bildirib.

Şuranın dəstəyi ilə icra edilən layihənin əsas məqsədinin - əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlarla hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliği üçün qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin irəli sürülməsi və bu sahədə ictimai maarifləndirmə tədbirlərinin təşkil edilməsi yolu ilə onların hüquqlarına hörmət hissinin aşılanmasına və barələrində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək verməkdən ibarət olduğu diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən Ağcabədi RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşı Ceyhun Mamedov və YAP Ağcabədi rayon təşkilatı Qadınlar şurasının sədri Radə Qafarova əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və sosal problemlərinin həlli sahəsində rayon rəhbərliyi tərəfindən həyata keçirilən fəaliyyət və qarşıda duran vəzifələr barədə məlumat vermiş, regionlarda bu qəbildən olan insanların cəmiyyətə inteqrasiyası baxımından mühüm önəm kəsb edən yüksək ixtisaslı pedaqoji kadrlara, o cümlədən psixoloqlara, sosial işçilərə və digər reabilitasiya mütəxəssislərinə, müasir avadanlıqlarla təchiz olunmuş xüsusi təhsil müəssisələrinə böyük ehtiyac yarandığını, buna görə də yaxın gələcəkdə bu istiqamətdə dövlətimiz tərəfindən müvafiq addımların atılacağına ümidvar olduqlarını vurğulamışlar.

Daha sonra əlilliyin anlayışı, səbəbləri və qrupları, əlillik terminologiyası, əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasının yeni meyarları, əlilliyə yanaşmada tibbi və sosial model anlayışları, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının müdəalarına uyğun olaraq insan hüquqlarına əsaslanan bir model kimi qəbul edilən sosial modelin üstün cəhətləri, hazırda ölkəmizdə tibbi modeldən sosial modelə keçid istiqamətində aparılan islahatlar, əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlara hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliğ olunmasının əhəmiyyəti və digər məsələlər barədə layihənin eksperti tərəfindən iştirakçılara ətraflı məlumat verilib.

Eyni zamanda əlillik məsələlərinə dair milli qanunvericilikdə təsbit edilən, habelə beynəlxalq təcrübədə qəbul olunmuş bəzi terminlər, istifadəsi məsləhət görülməyən söz və ifadələr, zəruri reabilitasiya vasitələri və protez-ortopedik məmulatlar, əlilliyi olan şəxslərin milli qanunvericilik və beynəlxalq hüquqi aktlarda təsbit olunmuş insan hüquqları, onların müdafiəsi üzrə mövcud dövlətdaxili və beynəlxalq təsisatlar, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və sosial inklüziyası (bərabər imkanların təminatı) ilə bağlı mövcud problemlər və onların həlli sahəsində dövlətimiz tərəfindən görülən işlərdən haqqında söhbət aparılıb, həmçinin müzakirələr zamanı iştirakçılar tərəfindən verilmiş çoxsaylı suallar cavablandırılıb.

Əlilliyi olan şəxslərin, o cümlədən bu qəbildən olan uşaqların sosial-hüquqi müdafiəsi və onların reabilitasiyası məsələlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın daim diqqət mərkəzində olan məsələlələrdən olduğu böyük minnətdarlıq hissi ilə qeyd edilib.

Tədbirdə çıxış edən qəsəbə ziyalıları əhali arasında əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına xidmət edən belə bir ictimai maarifləndirmə tədbirinin Ağcabədi rayonunun kənd və qəsəbə fəallarının iştirakı ilə keçirilməsini yüksək qiymətləndirdiklərini, buna görə də Şuraya və təşkilatçılara təşəkkür ediklərini bildirmişlər.

Əlillərin Cəmiyyətə İnteqrasiyası İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib. - 20 / 04 / 2018 13:49
Prezident ilham Əliyev bir daha sübüt etdi ki, vətən üçün xidməti olan heç kim unudulmayacaqdır - 20 / 04 / 2018 06:40
Şəhid ailələrinə 11 min manat pul veriləcək - Prezidentin fərmanı - 19 / 04 / 2018 17:52
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev - 19 / 04 / 2018 17:18
“Prezidentin qərarını alqışlayırıq”- QHT sədri - 19 / 04 / 2018 16:44
Şuranın dəstəyi ilə Azərbaycanın dövlət rəmzlərindən ibarət mobil tətbiqetmə hazırlanır - 19 / 04 / 2018 13:03
Bakıda və Respublikamızın regionlarında viruslu hepatitlərlə bağlı maarifləndirici flayerlər vərəmli pasiyentlər arasında paylanacaq - 19 / 04 / 2018 08:57
Hemofiliya xəstələrinin sayı niyə artır? - APA TV-də müzakirə - 18 / 04 / 2018 19:25
Sudan duru çıxan “kişi” - Raminə Eyvazqızı yazır ... - 18 / 04 / 2018 17:46
Atan jurnalist olsaydı, bir şalvarı 3 il geyinərdin... - 18 / 04 / 2018 13:50
"MQF-nin inkişafı: reallıqlar və perspektivlər" mövzusunda müşavirə keçirilib - 18 / 04 / 2018 12:18
QHT-lərin nəzərinə! - 18 / 04 / 2018 06:44
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev “QHT Xəbər”in qonağı olub - ASAN Radioda - 17 / 04 / 2018 19:28
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası mətbuat konfransı keçirib - Dünya Hemofiliya Günü ilə bağlı - 17 / 04 / 2018 18:52
Şuranın dəstəyilə milli ailə dəyərlərinin təbliğinə dair layihənin icrasına start verilib - 17 / 04 / 2018 09:09
Loqosda növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 16 / 04 / 2018 19:25
"Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun ekologiyasına dəyən ziyan barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasına start verildi - 16 / 04 / 2018 18:02
"Aqroturizmin inkişaf istiqaməti”nə dair müzakirələr aparılıb - 16 / 04 / 2018 16:08
Azay Guliyev makes speech on the OSCE/ODIHR’s observation mission for 11 April Presidential election held in Azerbaijan - 16 / 04 / 2018 14:38
Azay Quliyev: "ATƏT/DTIHB hesabatda yol verdiyi nöqsanlara yenidən baxmalı və onları aradan qaldırmalıdır" - 16 / 04 / 2018 13:57
11 aprel seçkilərinin mühüm məqamlarından danışlıdı - "Bizim Planet"də - 16 / 04 / 2018 12:12
Şuranın dəstəyilə “Hər şey vətən üçün!” - 16 / 04 / 2018 08:50
“Atatürkün heykəlini uçurdanlar dərhal cəzalanmalıdır!” - 15 / 04 / 2018 22:33
Dünya Hemofiliya Günü ilə bağlı mətbuat konfransı keçiriləcək. - 15 / 04 / 2018 21:37
Qibləsi bilinməyən qutu və yaxud seçkiyə ATƏT-in baxış bucağı - Cəsarət Hüseynzadə yazır... - 15 / 04 / 2018 11:25
“Yurd” Gənclər Təşkilatı ATƏT DTİHB-nun qərəzli hesabatına etiraz edir - 15 / 04 / 2018 08:38
ATU-nun Tədris terapevtik Klinikası uşaqlar üçün tibbi müayinə aksiyası keçirir - 14 / 04 / 2018 22:03
Tülküləri tanıyın, camaat belə deyir, söyüş briqadaları necə işləyir? – Sənan Nəcəfovun yazısı - 14 / 04 / 2018 15:20
Sahib Məmmədov: “45 milyon dollara yaxın pul yeyilib” - 14 / 04 / 2018 10:49
Azerbaycan'da İstikrar İlham Aliyev'le devam edecektir - 13 / 04 / 2018 18:31