"Vətənpərvərliyin təbliğində aprel döyüşləri" layihəsi başa çatıb
A A A
07/14/2017
Oxunma sayısı : 4099

|

Beynəlxalq Mətbuat Mərkəzində Əsgər Ailələrinə Dəstək İctimai Birliyi “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” adlı layihəyəni hesabat tədbirini keçirib. Tədbirdə şəhid ailələri, müharibə veteranları, əlilləri, QHT nümayəndələri iştirak edirdi.Əvvəlcə  şəhidlərimizin xatirəsi yad edilib. Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş tanıtım filminə baxılıb.

Daha sonra  İctimai Birliyin sədri Mətanət Əsgərqızı qeyd edib ki, layihə 2017-ci il aprelin 14-dən start verib. Üç ay müddətində icra olunan layihədə Əsgər Ailələrinə Dəstək İctimai Birliyi hansı işləri gördü? 

Layihənin əsas məqsədi Aprel döyüşlərində həlak olan Bakı, Mingəşevir şəhərlərindən, Tərtər, Şəmkir rayonlarından olan şəhidlərin ailələrinin problemlərinin həllində köməklik etmək, onların mübarizə yolunun örnək olduğunu gənclərə nümunə göstərmək idi. İctimai Birlik qarşıya qoyulan məsələləri həll etməyə nail oldu. 
Şəhid ailələri ilə 40-dan çox görüş olub. İctimai Birlik Aprelin 1-20 tarixlərində həlak olan şəhidlərimizin anım tədbirlərində iştirak etdib.
Tədbirlərdən biri Türkiyənin Anadolu Dövlət Universitetinin “Azərbaycan Proqramları” nda təşkil olunub. Tədbirdən sonra iki şəhid ailəsindən olan gənc Anadolu Dövlət Universitetinin “Azərbaycan Proqramları” nın hazırlıq kursuna ödənişsiz qəbul olunub. İmtahanlarda qazansalar 5 il ödənişdən azad olacaqlar.
Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin dönə-dönə ictimailəşdirdiyi məsələ  Sabunçu rayonunda ailənin yeganə övladı, atasız böyüyən şəhid Əlizamin İslamovun anasının evinin təmir məsələsi idi.  Həmin evin yüksək səviyyədə təmir olunması təmin olundu. İctimai Birlik Azəravtoyol ASC-nın rəhbərliyinə müraciət etməklə şəhid ailəsinin həyətinə 29.04.2017-ci ildə iki dəfə ağır texika cəlb olunaraq  ərazi qayalardan təmizlənib. Mayın 7-də şəhid anasının həyətində iməclik keçirilib. Orucluqda İctimai Birlik şəhid ailələrinin bir qrupu ilə hər bir şey təmin olunmaqla şəhid Əlizamin İslamovun anasına iftar süfrəsi verib.
2017-ci il aprelin 29-da «Climbaku» İdman Dırmanması Mərkəzində Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) və Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə İdman Dırmanmasının boldrinq növü üzrə”Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş Kubok” yarışı keçirildi. Iki aprel şəhidinin  ailəsinin nümayəndəsinin  ödənişsiz idman kurslarına getmək istəkləri təmin olunub.

 “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi Böyük Vətən Müharibəsi veteranları ilə görüşüb. 101 yaşlı Elmar Paşayevi ziyarət edib
Daha bir tədbir Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsində keçirilib. Beş yüzə qədər şəxsi heyət iştirak edib.
Şəmkir rayonunda Nizami Gəncəvinin adını daşıyan məktəbdə növbəti tədbir keçirilib.Aprel şəhidi Təbriz Əsgərovun doğmaları iştirak ediblər.

“Vətənpərvərliyin təbliğindəAprel döyüşləri” adlı layihənin bir tədbirini də  Mingəçevir şəhər Gənclər Mərkəzində keçirib. Tədbirdə aprel şəhidləri Adil Adilzadənin, Teymur Qasımovun, Rahim Tağıyevin doğmaları iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” adlı layihə çərçivəsində Tərtər Rayon Gənclər Mərkəzində tədbir keçirib. Aprel şəhidi Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov iştirak edib.
Şəhidimiz Mahir Quliyevin anası Lalə Quliyeva  Yasamal rayonunda  oğlunun yada düşməməsindən, şəhidimiz Məhəmməd Xasay oğlu Rüstəmovun anası isə  İctimai Birlikdən dəstək  istəyib ki, oğlunun adı əbədiləşsin.
Əsgər Ailələrinə Dəstək İctimai Birliyi 1 iyun Uşaqları Müdafiə Günü münasibəti ilə aprel şəhidlərinin, əlillərin və döyüşçülərin övladlarına Megafun Əyləncə Mərkəzində istirahət, əyləncə və yemək təşkil edib.

“Vətənpərvərliyin təbliğində Aprel döyüşləri” layihəsinin icrası zamanı İctimai Birlik bir çox yeniliklərə imza atdıb. Şəhid ailələrinə iftar süfrələrində iştirak etmək üçün dəvətlər təşkil edib. 

İctimai Birlik bir şəhid ailəsinə qonaq olub.
Aprel şəhidi Urfan Vəlizadənin ailəsinin problemləri ilə maraqlanıb.  İctimai Birlik sədri ailənin bir sıra problemlərinin həllində kömək edəcəyinə söz verib. Əsgər Ailələrinə Dəstək İctimai Birliyi aprel şəhidi Urfan Vəlizadənin  ailəsinin asudə vaxtını təşkil edib. Beynəlxalq Muğam Mərkəzində gözəl musiqili gecə keçirilib.  Əsgər Ailələrinə Dəstək İctimai Birliyi bu layihə çərçivəsində daha bir yeniliyə imza atdı. Şəhid Urfan Vəlizadənin xatirə lövhəsinin inşasına start verildi.


Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı aprel şəhidi Xalıq Həsən oğlu Əzizzadənin bank borcuna görə məsələni ictimailəşdirmişdi. İctimai Birlik rəhbərinin müraciətinə I vitse-prezidentdən reaksiya: şəhidin banka olan borcu silinsin.

İctimai Birliyin Uğur Travelə müraciətindən sonra hər səyahətdə bir şəhid ailəsinin gəzintisinin təmin olunmasıdı. Artıq razılıq alınıb. İlk qrupda Aprel şəhidi Urfan Vəlizadəninhəyat yoldaşı gedəcək.

26 iyun Silahlı Qüvvələr Günü ilə bağlı Əsgər Ailələrinə Dəstək İctimai Birliyi bir qrup müharibə veteranı ilə Şəhidlər Xiyabanında şəhidlər yad edib. Aprel şəhidlərinin  valideynləri ilə görüş keçirilib. 
İctimai Birlik N saylı hərbi hissədə əsgərlərin bayram tədbirində iştirak edib. İctimai Birlik sədri əsgərlərimiz qarşısında çıxış edərək onlara güvəndiyimizi, Qələbə xəbərinin mücdəçisi olmaqlarını arzulayıb. Hərbi hissəyə İctimai Birliyin hədiyyəsi təqdim olunub. 

26 iyun tarixində Beyləqandan olan hərbiçimiz Tural Əhlimanlının anası Nəzakət Əhlimanlı ilə telefon əlaqəsi yaradıb . Bayramını təbrik edib.

Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı  şəhid Cabbarxan Hacıağayevgilə gələrək 26 iyun Silahlı Günü ilə bağlı valideynlərini təbrik edib. Xatırladaq ki,Cabbarxan Hacıağayevin iki məzarı var. Biri Lələtəpədə digəri Xocahəsəndədi. Bu ailə kirayədə yaşayır. Onların mənzil məsələsinin həllini İctinai Birlik üzərinə götürüb.

Daha sonra  İctimai Birlik Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun anasına qonaq olub.Tahir Həsənovun büstünün qoyulması üçün müraciət edib.Yaxın zamanda iş adamlarının dəstəyi ilə Tahir Həsənovun büstünün qoyulması təmin olunacaq.

İctimai Birlik iyulun 1-də millət vəkili Adil Əliyevin dəvəti ilə bir qrup aprel qələbəsinin iştirakçıları beynəlxalq turnirdə iştirak edib.


İyulun 2-də Əsgər Ailələrinə Dəstək İctimai Birliyi Abbasovlar ailəsindən bir dəvət alıb.Ailə hərbi xidmətdən qayıdan əsgərimizi qarşılayırdı. İctimai Birlik həmin tədbirdə iştirak edib.

İctimai Birlik sədri aprel şəhidi Qabil Orucəliyevin anası  ilə görüşüb. Şəhid anasının səhhəti ilə bağlı müalicə olunması üçün dəstək verəcəyinə söz verib. Əsgər Ailələrinə Dəstək İctimai Birliyi Naxçıvandan olan şəhidimiz Qabil Orucəliyevin anasının müalicəsi və döyüşlərdə şücaətlər göstərmiş Cəlal Mamıyevin əməliyyat olunması üçün  Ak.Mirqasımov adına Respublika Xəstəxanasının rəhbərliyinin qəbulunda olub. Söz verilib ki, onlara kömək olacaq. Şəhid anası müalicə alacaq, müharibə veteranı isə əməliyyat olunacaq.
 
Əsgər Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən aprel döyüşlərində  iştirak edən Kapitan Hikmət Məmmədovun, aprel şəhidi Adil Adilzadənin valideynlərinin evlə təmin olunması ilə, şəhid Elsevər Hüseynovun oğlunun təhsil ödənişinin dəstəklənməsi üçün iş adamlarına müraciətlər edib. İki məsələ həllini tapıb.Yaxın zamanlarda mətbuatda bununla bağlı məlumat veriləcək. 
Bir qrup Qarabağ müharibəsi veteranı Əsgər Ailələrinə Dəstək İctimai Birliyinə AZƏRSUdan şikayət edib. Binəqədi rayonu 1-ci Mədən küçəsi korpus 18-də vəziyyətin dözülməz olduğunu və antisanitariyanın hansı həddə çatdığını görməyə dəvət ediblər. İctimai Birlik ərazidə olub. Aidiyyəti orqanlara müraciətlər olub.
Alxanlıda baş verən hadisə ilə bağlı İB bəyanat yayıb.
Əsgər Ailələrinə Dəstək İctimai Birliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmiş Emin Tarix oğlu Əliyevin Silahlı Qüvvələrin Baş Klinik Hospitalında səhhəti ilə maraqlanaraq, görüşub. Emin Əliyev ötən ilin aprel döyüşlərində ağır yaralanıb. Onun müalicəsi davam edir.
İctimai Birliyə daha bir şəhid ailəsindən müraciət olub.Tovuz rayonundan 1992-ci il aprelin 27-də şəhid olan Namiq Məcid oğlu Məmmədovun həyat yoldaşı, oğlu Anar Məmmədovun uzun illər Azərbaycan ordusunda qulluq etdiyini, xəstəliyi məhz səngərdə qazandığını qeyd edərək müalicə üçün kömək etməyi xahiş edib. Əsgər Ailələrinə Dəstək İctimai Birliyi Anar Məmmədovun müalicəsi üçün aidiyyıti üzrə müraciət edib.

Şəhid Toğrul Məmmədovun iyulun 15-də ilinin keçirilməsi üçün Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova müraciət olunub.
 Daha bir aprel döyüşçümüz  Bəhruz Muradov əllilik ala bilmədiyini, Bərdə Rayon İcra Hakimiyyətinin ona qarşı ədalətsiz mövqe tutduğundan şikayət edib. İctimai Birlik məsələlərin həllində dəstək olacağına söz verib. 
Əsgər Ailələrinə Dəstək İctimai Birliyi Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya, bu layihəni etimad göstərib maliyyələşdirdiyinə görə Azərbaycan Respublikasınının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, cənab Azay Quliyevə, Dövlət Dəstəyi Şurasının Katibliyinin İcraçı Direktoru Fərasət Qurbanova, şura nümayəndəsi Gülsəba Əsgərovaya,  Sabunçu, Binəqədi, Xətai, Tərtər, Mingəçevir, Şəmkir  Rayon İcra hakimmiyyətlərinə, Türkiyənin Anadolu Dövlət Universitetinin “Azərbaycan Proqramları” nın koordinatoru Azər Hətəmova, AzTV-nin rəhbərliyinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, Ekalogiya və Təbii Sərvətlət Nazirliyinə, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (Fairex) vitse-prezidenti Arzu Mustafayevə, Yeni Həyat Şirkətlər qrupunun rəhbərliyinə , Pitsa Mamamiya fast-food Restoranının rəhbəri Ruslan Hacıyevə, Ələsgər Həkimova, Uğur Travelin rəhbəri cənab Davud bəyə , AzTV-nin rəhbərliyinə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi Tofiq Tağıyevə, Mirqasımov adına Respublika Klinik Xəstəxanasının rəhbərliyinə, iş adamları  Füzuli Məmmədova( Naxçıvanski), Elman Əsədullayevə,  heykəltaraş Cəfər Axundova, üç ay ərzində layihəni işıqlandıran bütün mətbuat orqanlarına  minnətdarlıq bildirir.

Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin 

sədri Mətanət Əsgərqızı

Əsgər Ailələrinə Dəstək İctimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Müvəkkil Hüquq Mərkəzi maarifləndirici görüşləri davam etdirir - 23 / 07 / 2017 19:17
"Ev alan jurnalistlər niyə susur?!" - 23 / 07 / 2017 15:04
Gənclər təşkilatı Milli Mətbuat günün Həsən bəy Zərdabinin vətənində qeyd etdi - 23 / 07 / 2017 14:21
QHT rəhbərləri prezidentin jurnalistlərə diqqət və qayğısını yüksək qiymətləndirdilər - QHT TV - 22 / 07 / 2017 20:46
Azerbaycan Evi Derneği başkanı Iğdır valisi Enver Ünlü ‘yü makamında ziyaret etdi - 22 / 07 / 2017 17:21
“Bölgələrdə əlillər arasında kiçik və orta sahibkarlığın inkişafina dəstəyin təşkili” layihəsi çərçivəsində Beyləqanda təlim keçirilib - 22 / 07 / 2017 17:05
РАЗМЫШЛЕНИЯ О ВСТРЕЧЕ ДВУХ ПРЕЗИДЕНТОВ - 22 / 07 / 2017 16:39
Azərbaycan və Rusiya prezidentlərinin görüşü ölkələrimiz arasında əməkdaşlığın yüksələn xətlə davam etdiyini göstərir - 22 / 07 / 2017 14:18
Azərbaycan Milli QHT Forumu mətbuat nümayəndələrini bir yerə yığdı - 21 / 07 / 2017 18:13
QHT Forumu mətbuat günü ilə bağlı tədbir keçirib - QHT TV - 21 / 07 / 2017 16:58
Azərbaycan jurnalistikası vətəninə, xalqına, dövlətinə, millətinə sədaqətli olmalı və daha sıx bağlanmalıdır. - 21 / 07 / 2017 15:53
“QHT təmsilçilərinə də ev verilməsi bütövlükdə ictimai sektora dəstəkdir” – Aqil Camal - 21 / 07 / 2017 15:42
Şuranın dəstəyilə icra edilən “İşgüzar ol, həyatını qur!” layihəsinə yekun vurulub - 21 / 07 / 2017 15:41
Prezident İlham Əliyev hər günümüzü tarixə çevirməkdədir... - 21 / 07 / 2017 15:38
Şura 2017-ci il ikinci rübdəki fəaliyyətinə yekun vurub - 21 / 07 / 2017 15:21
Veteranların sağlamlığına xüsusi diqqət göstərilir - 20 / 07 / 2017 20:50
Milli Mətbuatın 142 illiyi ərəfəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tədbir keçirilib - 20 / 07 / 2017 20:47
Bu dövlətin, prezident İlham Əliyevin Azərbaycan vətəndaşına, müxtəlif sahədə Azərbaycanın inkişafına xidmət edən insanlara verdiyi dəyər və qiymətdir. - 20 / 07 / 2017 17:49
Bu gün mətbuat camiyəsi üçün əlamətdar gündür - 20 / 07 / 2017 17:04
QHT sədri : Prezidentin yüzlərlə jurnalistə ev bağışlaması dünyada ilk hadisədir - 20 / 07 / 2017 15:13
Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini açıqladı - Siyahı - 20 / 07 / 2017 15:00
DİQQƏT! Təsviri hesabatın bazaya göndərilməsi üçün video təlimat - 20 / 07 / 2017 13:50
Gənclər təşkilatı Qarabağda 40 qaçqın və məcburi köçkün ailəyə hüquqi yardım etdi - 20 / 07 / 2017 13:37
QHT Forumu Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirəcək - 20 / 07 / 2017 13:33
Diqqət! QHT-lərin nəzərinə! - 20 / 07 / 2017 13:24
Rauf Zeyni: "Layihə müəllifləri vətəndaş cəmiyyətinin inkişafını düşünərək, internet televiziyasının yaradılmasını təklif ediblər" - 20 / 07 / 2017 13:22
Gənclərlə yaşlı nəslin fikir ayrılığı milli mənəvi dəyərlər mövzusunda da toqquşdu. - 19 / 07 / 2017 15:54
Gənclər Fondu 10-cu qrant müsabiqəsinə yekun vurdu - 19 / 07 / 2017 15:29
Azərbaycanda ilk dəfə QHT-lər üçün ixtisaslaşmış internet televiziya yaradılır - 19 / 07 / 2017 06:48
Bərdədə “Bölgələrdə əlillər arasında kiçik və orta sahibkarlığın inkişafina dəstəyin təşkili” layihəsi çərçivəsində təlim keçirilib - 19 / 07 / 2017 06:30