Vüqar Zifəroğlu: "Tələbələrimiz üçün daha maraqlı, praktik və aktiv ortam yaradılacaq"
A A A
07/14/2017
Oxunma sayısı : 18611


Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin yeni dekanı Vüqar Zifəroğlunun "Qaynarinfo"ya müsahibəsi:

- Səhv etmirəmsə Jurnalistika fakültəsi tarixində ən gənc dekansınız. Oxuduğunuz fakültənin dekanı olmaq necə bir hissdir? Bu fakültəyə vaxtilə Azərbaycanın tanınmış jurnalistləri rəhbərlik ediblər. Bu sizdə kompleks yaratmır?

- Təbii ki, kompleks yaratmır. Lakin məsuliyyət hissini artırır. Jurnalistika fakültəsi ənənəsi olan, zəngin mənəvi irsə malik bir fakültədir. Burada çalışan hər müəllim istər davranışı, istər elmi ilə bu irsin layiqli daşıyıcısı olmaq üçün səmimi olaraq çalışır. Nəsir İmanquliyev, Nurəddin Babayev, Famil Mehdi kimi nəhənglərin, ustad qələm sahiblərinin məktəb qoyub getdikləri,  Şirməmməd Hüseynov kimi müasir Azərbaycan jurnalistikasının canlı korifeyinin professoru olduğu bir fakültədə dekan olmaq, mənim üçün həm ikiqat məsuliyyət, həm də şərəfdir. 

MİNİMAL KEÇİD BALI MƏHDUDİYYƏTİ TƏTBİQ EDİLMƏLİDİR

- Uzun illərdir ki, jurnalistika fakültəsində müəllim kimi də fəaliyyət göstərirsiniz. Əvvəllər 500-600 bal yığan tələbələr bu fakültəyə qəbul olurdusa, qabiliyyət imtahanının tətbiq edilməsindən sonra demək olar ki, qəbul balları yarıbayarı aşağı düşüb. Ümumiyyətlə bu metod effekt verirmi? Əvvəlki tələbələrlə indiki tələbələr arasında nə kimi fərqlər müşahidə olunur? 11-ci sinifi yenicə bitirən, 300 balı güclə toplayan şagirdin inşa yazı qabiliyyəti nə dərəcədə yüksək ola bilər?

- Əslində ciddi məqama toxunursunuz. Və haqsız da deyilsiniz. Amma icazənizlə mən bu məsələyə həm də bir az fərqli yöndən diqqət çəkmək istərdim. Məsələn, 3 il bundan əvvələ qədər jurnalistikaya qəbul olunanların əksəriyyəti hüquqa balı çatmayanlar idi. Onlar peşəyə maraq göstərmirdilər və biz nə qədər çalışsaq da, əksəriyyəti sadəcə ali təhsili başa vurmaq və diplom almaq həvəsinə dərslərdə iştirak edirdilər. Yəni onların praktik jurnalistikaya gəlmək kimi bir hədəfləri olmurdu. Bu il artıq 4 il olacaq ki, bakalavr pilləsinə qəbul iki turda həyata keçirilir və ikinci tur xüsusi qabiliyyət imtahanıdır. Yəni jurnalistikaya marağı olanlar 3-cü qrupa qəbul üzrə ümumi test imtahanından sonra Dövlət İmtahan Mərkəzinin saytında təqdim edilən xüsusi elektron ərizəni doldururlar və ikinci tur - esse, yazı müsabiqəsində iştirak edirlər. Yəni marağı olanlar müsabiqəyə qatılırlar, artıq balı çatmayanlar kodlaşma ilə avtomatik olaraq düşmürlər. Müsabiqədən müsbət nəticə alanlar jurnalistika ixtisasına qəbul olunurlar. Yazıya qoyulan tələb burada orta məktəb səviyyəsindədir və əslində kifayət qədər maraqlı yazı qabiliyyəti, düşüncə tərzi olan uşaqlara rast gəlmək olur. Bal məsələsinə gəldikdə isə razıyam. Məncə minimal keçid balı məhdudiyyəti də tətbiq edilməlidir. 



- Məzunlarınızın işlə təmin olunması hansı səviyyədədir, jurnalistika fakültəsi müasir tələblərə cavab verən kadrlar yetişdirə bilirmi?

- Yetişdirir. Sayt rəhbərləri şəxsən mənə əvvəllər də dəfələrlə müraciət edərək tələbələrimizlə maraqlanıblar. Bu müraciətlər bizim bir çox müəllimlərimizə edilir. Biz maksimum dərəcədə onların işlə təmin olunmasına çalışırıq. Amma şübhəsiz ki, daha çox iş görməliyik. Jurnalistika statik deyil, dinamik peşədir və daim yenilənir. Maksimum çalışmalıyıq ki, bu dinamika, yeniliklər tədrisdə də tətbiq edilsin və bundan tələbələrimiz faydalansın. Təbii ki, bununla əlaqədar olaraq müxtəlif layihələrə start veriləcək. Biz onları müasir media işçisi olaraq hazırlamalıyıq ki, ciddi rəqabət şəraitində onlar özlərinə layiqli yer tuta bilsinlər. Bilirsiniz, bu gün mediadan gözləntilər çoxdur. Bu gözləntilərə cavab verəcək, peşəkar jurnalistlərin hazırlanmasına öz qatqımızı saxlamalıyıq. Bunun üçün nə lazımdırsa, əvvəllərdə edilib, yenə də ediləcək. Jurnalistika praktik vərdişləri sevən bir peşədir. Praktikadan gələn və indi də praktik jurnalist fəaliyyəti ilə məşğul olan biri kimi, bunu da xüsusilə vurğulamağı özümə borc bilirəm.

- Sosial şəbəkə hesabınızda növbəti tədris ilindən fakültədə yeni layihələr olacağından söz açmışdınız. Layihələr hansı istiqamətdə aparılacaq və bununla bağlı konkret ideyalarınız varmı?

- Təbii ki, var. Həm öz təkliflərimiz var, həm də son dərəcə maraqlı təkliflər almışıq. Düzdür, hələ tam təfsilatına varmaq istəməzdim, çünki bunların hər birinin üzərində hələ işlənməli, müzakirələr aparılmalıdır. Lakin bir şeyi əminliklə deyə bilərəm ki, tələbələrimiz üçün daha maraqlı, praktik və aktiv ortam yaradılacaq. 



EKSTREMAL JURNALİSTİKA FƏNNİ TƏDRİS EDİLƏCƏK
- Azərbaycan münaqişə vəziyyətdədir, regionda qeyri-stabillik hökm sürür. Ekstremal jurnalistika ilə bağlı tədris istiqaməti nəzərdə tutulurmu?

- Bəli, tədris planı dəyişdirildiyində ekstremal jurnaliatika fənninin seçmə fənn olaraq tədrisi nəzərdə tutulur. Ümumiyyətlə yalnız ekstremal jurnalistika deyil, informasiya müharibəsi, informasiya təhlükəsizliyinin tədrisi ilə bağlı da müəyyən işlər görüləcək. Tədris planında dəyişiklik edilənə qədər isə tələbələrimiz üçün ekspertlərin də iştirakı ilə dəyirmi masalar, seminarlar və görüşlər təşkil ediləcək və bu tədbirlərdə əsas mövzular da məhz sözügedən problemlər olacaq.  

- Jurnalistikanı bitirənlər həm iqtisadiyyatdan, həm siyasətdən, həm tibb sahəsindən və s. mövzularda yazırlar. Xaricdə belə bir ənənə var ki, başqa ixtisas üzrə təhsil alan tələbələrə 5-6 aylıq kurs keçirilir və daha sonra onlar öz sahələri üzrə peşəkar kadra çevrilirlər. Bizdə ixtisaslaşma hansı səviyyədədir?

- Maraqlı sualdır. Belə bir praktikanın tətbiqi də müsbət qiymətləndirilməlidir. Bir şərtlə ki, bu kurslar peşəkarlar tərəfindən aparılsın. Bizdə artıq səhv etmirəmsə 4 ildir ki, magistratura ixtisaslarımıza qəbul prosesində bütün qrup və ixtisalar üzrə bakalavrı bitirmiş tələbələr iştirak edə bilirlər. Müxtəlif ixtisaslara sahib magistrlərimiz var. Onların bir çoxu təhsillərini başa vurduqdan sonra jurnaist fəaliyyəti ilə məşğul olmaqdadırlar. Bundan əlavə, qeyd etdiyiniz kimi öz ixtisası üzrə jurnalist fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün müxtəlif kurslar, treninqlər də təşkil etmək olar. Məsələn, müraciət olarsa biz – Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi olaraq bunu edə bilərik. Bunun üçün bizim həm kadr potensialımız, həm də yetərli texniki bazamız artıq var.

Çingiz SƏFƏRLİ
Qaynarinfo.Az

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Sahib Məmmədov: "Vəkillərin peşə fəaliyyətinə dövlətin dəstəyi alqışa layiqdir" - 23 / 02 / 2018 13:54
Veteranlar Xocalı soyqırmı abidəsini ziyarət etdilər - 23 / 02 / 2018 11:28
Ərdəbildə Xocalıya həsr olunmuş beynəlxalq konfrans keçiriləcək - 23 / 02 / 2018 11:27
Təməlində dostluğun və doğmalığın dayandığı ailə - 23 / 02 / 2018 08:41
Xocalılar Avropada - Azərbaycanın “Böyüməyən uşaqlar”ı təqdim olundu - FOTOLAR - 23 / 02 / 2018 08:34
Niyaməddin Orduxanlı Avropa Parlamentinin 500 deputatına rəsmi müraciət etdi - 23 / 02 / 2018 08:34
Sumqayıt hadisələri - məkrli planlar - 23 / 02 / 2018 08:09
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzalayıb - 22 / 02 / 2018 13:51
Azay Quliyev: Ermənistanın beynəlxalq layihələrdən kənarda qalmasının səbəbi onun işğalçılıq siyasətidir - 22 / 02 / 2018 13:26
Cəsarət Hüseynzadə: "İşğal faktına, qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların hüquqlarının pozulmasına biganə qalmamağa çağırırıq” - 22 / 02 / 2018 10:03
"Avropada yaşayan bir erməni görmüsünüz Sərkisyana qarşı aksiya keçirsin?!” - Orduxana Orduxanlıdan sual - 22 / 02 / 2018 10:02
Jasarat Huseynzadeh: "We kindly appeal to the members of the European Parliament not to remain indifferent to the fact of occupation, violation of the rights of refugees and internally displaced persons" - 22 / 02 / 2018 09:43
İlham Əliyev Ağsaqqallar Şurasının sədrinə “İstiqlal” ordeni təqdim edib - 22 / 02 / 2018 08:17
Xocalının “Böyüməyən uşaqlar”ı Bosniya və Hersoqovinada... - 21 / 02 / 2018 08:19
Bakıda “İrrealizm” adlı rəsm sərgisi açılıb - 20 / 02 / 2018 18:11
Jurnalistlər üçün müsabiqə elan edildi: “Vərəm haqqında ən yaxşı məqalə” - 20 / 02 / 2018 17:36
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 1500 manat müəyyən edildi - 20 / 02 / 2018 15:34
Şuranın ASAN Radio ilə əməkdaşlığı çərçivəsində radio proqram hazırlanır - 20 / 02 / 2018 14:00
“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək - FOTO - VİDEO - 20 / 02 / 2018 13:39
«Müvəkkil» Sizi HR kurslarına dəvət edir - 19 / 02 / 2018 16:49
Azay Quliyev Vyanaya səfərə gedir - 19 / 02 / 2018 15:00
Ayaz Mirzəyev: “Mən hər gün sınaq qarşısındayam” - MÜSAHİBƏ - 19 / 02 / 2018 14:30
Sabuhi Abbasov: " Whole world recognized the territorial integrity of Azerbaijan " - 19 / 02 / 2018 14:26
ASGA sədri Avropa parlamentinə müraciət ünvanladı: "Avropa dəyərlərini erməni çirkablarına batırmayın" - 19 / 02 / 2018 14:21
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Uşaqlar və müharibə” mövzusunda tədbir keçirilib - 19 / 02 / 2018 13:38
QHT sədrinə ağır itki üz verib - 19 / 02 / 2018 13:34
50 manatlıq artistlər - 19 / 02 / 2018 12:53
Umud Mirzəyev: “Lars Adaktusson davranışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrə ciddi zərbə vurur” - 19 / 02 / 2018 12:39
“Bizim planet”də Azərbaycanın siyasi və iqtisadi inkişafından danışılıb - 19 / 02 / 2018 10:06
ƏSMİD İctimai Birliyi Ümumi yığıncağını keçirdi - 17 / 02 / 2018 17:30