“Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda tədbr keçirilib
A A A
07/15/2017
Oxunma sayısı : 16075

|


ŞƏHID AILƏLƏRINİNƏ VƏ MÜHARIBƏ ƏLILLƏRINƏ
DÖVLƏT QAYĞISI KƏNARDA QALMAMALIDIRLAR!

                                                                                                                                                                                                    

      15 iyul 2017-ci il-cı il tarixindən Şirvan şəhərində Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maaliyyə dəstəyi ilə, Şirvan şəhərində “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layi­hə­sində nəzərdə tutulmuş “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda iclas keçirildi.

       İclasda  adiyyəti olan idarələrin, Şirvan şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsəllər şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər idarəsinin, Dövlət Sığorta Kommersiya Şirkətinin Şirvan şəhər şöbəsinin, Şirvan şəhər Dövlət Sosial Müdafiə Fondunun, Şirvan şəhər Mərkəzi Xəstəxanasının, QHT rəhbərlərinin, Qarabağ müharibəsi şəhid ailələri, Əfqanstan, Qarabağ müharibəsi və Çernobıl əlilləri iştirak etdilər.

  Tədbiri giriş sözü ilə açan layihənin direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun prezidenti Sərraf Oruc  iclasa başlamazdan öncə iclas iştirakçılarından, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların  xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

     Sonra Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, həyata keçirilən layihənin əsas məqsədi, şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarına və həmçinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almış Əfqanıstan, Qarabağ müharibəsi əlillərinin və Çernobıl qəzasının əlillərinin xarici ölkələrdə müalicələrinin, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir.

Şəhid ailələrinə, müharibə əlillərinə, ve­teran­larınaəhalinin həs­sas təbəqəsi hesab olunan  in­sanlara qay­ğı göstərmək həm cəmiy­yətin, həm də dövlətin başlıca vəzifələ­rin­dən biridir!

      Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid olmuş soydaşlarımızın ailələrinin, Əfqanstan, Qarabağ müharibəsi əlillərinin və Çernobıl qəzasınında sağlamlıqlarını itirmiş şəxslərin tibbi reabilitasiyası və sosial müdafiəsi “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi reabiltiasiyası və sosial müdafiəsi” haqqında Azərbaycan Respublikasının qanununa əsasən aidiyyatı  dövlət idarələri tərəfindən təmin olunmalı və onların hər birinin sosial təminatı günü-gündən yaxşılaşdırılmalıdır.

    Adları qeyd olunan vətəndaşların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını  ar­tır­­maq məqsədi ilə, Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev müvafiq Fərman və Sərəncamlar imzalamışdır. Bu gündə bu təbəqəyə diqqət və qayğını artırmaq üçün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən müxtəlif fərman və sərən­camlar imzalanaraq davam etdirilir.

     Amma çox təəsüflər olsun ki, şəhid ailələri və müharibə əlillərinin əksər hissəsi son illər, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Fərman və Sərəncam haqqında qanunları bilmədikləri üçün onlara şamil edilmiş imtiyazlardan faydalana bilməyərək çox vaxt tibbi-sosial problemlərlə üzləşirlər. Buna görə də çox vaxt aidiyyati olan icra orqanlarında, tibb müəssələrində şəhid ailələri və müharibə əlillərinə olan biganəlik və laqeyd münasibət onları mənən sarsıdır. Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtı-vaxtında müalicə almırlar. Buna görə də onlarda yeni-yeni xəstəliklər yaranaraq vaxtsız dünyasını dəyişirlər.

    Dövlət, hökumət orqanlarının, idarələrinin, təşkilatların rəhbərləri və digər vəzifəli şəxslər Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində şəhid olmuş soydaşlarımızın ailələrinə, müharibə əlil və veteranlarına layiqincə xidmət göstərərək onları hökumətdən incik salmamalıdılar. Vəzifəli şəxslər hər bir vətəndaşı qəbul edərkən unutmamalıdır ki, torpaqlarımızın 20 faizi hələ də yadelli erməni işğalçılarının əsarəti altındadr. Qəbul etdikləri ailələrdə işğal olunmuş torpqlarımızın azad olunması üçün əsgər, zabitlər, Mübariz İbrahimov, Murad Mirzəyev kimi yeni-yeni Milli Qəhramanlarımız böyüyür. Məmurlar, vəzifəli şəxslər xoşagəlməz rəftarları ilə onların vətənpvərlik ruhlarını və hisslərini sarsıtmamalıdırlar!

    Daha sonra Sərraf Orucov layihədə nəzərdə tutulmuş ən ağır problemlərdən biri olan, müharibə əlilərinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almışların xarici ölkələrdə müalicə olunmalarında yaranmış problemlərlə əlaqədar  və  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-ında elektron xidmət vasitəsi ilə əlliliyin təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi və sonuncu müayinə barədə məlumat almaq üçün, əlil vətəndaşlara "Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı (https://www.e-gov.az/az/services) e-xidməti yaradılması barəsində  iclas iştirakçılarına ətraflı məlumat verdi. 

      Sərraf Orucov çıxışının sonunda ümüd edərək bildirdi ki, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinnin həllinə dəstək mərkəzinin yaradılması” layihəsi sahəsində görüləcək işlər, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid olmuşların ailələrinin, əlil olmuş şəxslərin və hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədi ilə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikasının Qanununun icrasına ictimai  dəstək verərək öz xeyirli  tövhəsini verəcəkdir.                                         

   Şirvan şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsəllər şöbəsinin müdir əvəzi Adəm Hüseynov çıxış edərək bildirdi ki, Şirvan şəhərində 157 şəhid ailəsi, onlardan 3 nəfəri ölümündən sonra Azərbaycanin Milli Qəhranı adna layiq görülmüşdür. 125 nəfər Qarabağ müharibəsi əlili 160 nəfər Əfqanstan  müharibəsinin veteranı və  99 nəfər isə Çernobıl qəzasınında sağlamlığını itirmiş əlil var. Bu insanlar hərvaxt Şirvan şəhər İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalovun tapşırığına əsasən 1-ci növbədə İcra Hakimiyyətinin diqqət və qayğsı altında olaraq, onların tibbi-sosial məsələlərinin həlində yaxından köməklik göstərir, onlardan əlimizdən gələn köməkliyi əsirgəməmişik. Bu diqqət-qayğı olub və  bundan sonrada davam etdiriləcəkdir.

      Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər idarəsinin rəisi, polkovnik-leytenat Rəfət Abdullayev, Şirvan şəhər Dövlət Sosial Müdafiyə Fondunun müdüri Nazim Hüseyinov, Şirvan şəhər Mərkəzi Xəstəxanasının həkimi  Əbülhəsən İbrahimov, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Şirvan şəhər şöbəsinin sədri Pənah Xankişiyev  çıxış edərək şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarında və həmçinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almışların xarici ölkələrdə müalicə olunmalarında yaranmış problemlərlə əlaqədar iclas iştirakçılarına ətraflı məlumat verdilər.  Çıxış edənlər öz çıxışlarnın sonunda belə bir əhəmiyyətli “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layi­hə­sini müsbət qiymətləndirdilər və layihənin icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fonduna öz təşəkkürlərini bildirdilər.

        Lyihənin direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Oruc “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layi­hə­sininin Şirvan şəhərində işgüzar və effektli keçməsində birgə əməkdaşlıq edərək şərait yaradıb yaxından köməklik göstərdikləri üçün Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalova,  Şirvan şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsəllər şöbəsinin müdir əvəzi Adəm Hüseyinova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər idarəsinin rəisi, polkovnik-leytenat Rəfət Abdullayevə, Şirvan şəhər Dövlət Sosial Müdafiə Fondunun müdüri Nazim Hüseynova, Şirvan şəhər Mərkəzi Xəstəxanasının həkimi Əbülhəsən İbrahimova, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Şirvan şəhər şöbəsinin sədri Pənah Xankişiyevə öz təşəkkürünü bildirdi. 

 Iclasda şəhid ailələrinə, Əfqanstan, Qarabağ müharibəsi və Çernobıl əlillərinə “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi və sosial hüquqları” haqqında maarifləndirmə kitabları paylanıldı.

        Iclas şəhid ailələrinin, Əfqanstan, Qarabağ müharibəsi və Çernobıl əlillərinin tibi-sosial məsələləri və sığorta pul vəsaitlərini almaları barəsində sualları cavablandırlıb aydınlıq gətirilərək  yekunlaşdı.

 

         Azərbaycan Respublikası  «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu

         


Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
"Təki vətən sağ olsun" filminin təqdimatı keçiriləcək - 21 / 11 / 2017 19:16
“İslam sülh və həmrəylik dinidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib - 21 / 11 / 2017 15:52
"VƏTƏN ÖVLADI" sənədli filminin təqdimatı keçiriləcək - 21 / 11 / 2017 14:21
Şurada "Azərbaycanda iqtisadi islahatlar: vətəndaş cəmiyyətinin rolu” mövzusunda dəyirmi masa keçirilib - 21 / 11 / 2017 13:54
“Etimad” Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi ilə tanış olub - 21 / 11 / 2017 13:54
Brüsseldə “Əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının beynəlxalq müdafiəsi” mövzusunda tədbir keçirilib - QHT Şurasının dəstəyi ilə - 21 / 11 / 2017 04:57
“Azərbaycanda iqtisadi islahatlar və vətəndaş cəmiyyəti” mövzusunda dəyirmi masa keçirəcək. - 20 / 11 / 2017 16:04
Əli Həsənov Brüsseldəki Qarabağ Forumunda: “Bu cür mövqe ilə razılaşmaq mümkün deyil” - 20 / 11 / 2017 15:31
Gənclər təşkilatı Qarabağda “Qarabağ Regional Uşaq Forumu” keçirdi - 20 / 11 / 2017 14:56
QHT sədri İranda Şəhriyarın büstünün təhqir olunmasına etiraz etdi - 20 / 11 / 2017 14:42
Şuranın maliyyə dəstəyi ilə reallaşan layihəyə uğurla yekun vurulub - 20 / 11 / 2017 13:49
Tarixi saxtalaşdıranlara qarşı Azərbaycanın mövqeyi dəyişməzdir - 20 / 11 / 2017 12:38
"VƏTƏN ÖVLADI" sənədli filminin təqdimatı keçirilib - QHT TV - 19 / 11 / 2017 10:04
Hemofiliyalı pasientlərin müayinələi zamanı tibbi sosial sorğu anketlərinin təhlili yaxın 5 il üçün tələbatı müəyyən etdi - 18 / 11 / 2017 18:39
Dövlət Proqramının qiymətləndirilməsi və səhiyyədə ictimai nəzarətin təşkili ilə bağlı layihə icra edilir - 18 / 11 / 2017 16:58
Ermənipərəst PİN-in çirkin əməlləri və “milli” agentlər - 18 / 11 / 2017 16:54
Азай Гулиев: Группа международных НПО пытается нанести удар по процессам между Азербайджаном и ЕС - 18 / 11 / 2017 09:42
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib - 18 / 11 / 2017 08:20
"Nə qədər ki, Zaur Kamallar, Zaur Bəxşəliyevlər efirdədir, TV-lərə baxan olmayacaq" - 17 / 11 / 2017 22:13
“Kimlərsə, bina pulu ilə əlli-yüz məzunumuza qonaqlıq verir, nə alternativi…” - 16 / 11 / 2017 20:51
ATƏT-in mənzil-qərargahında məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə həsr olunmuş tədbir keçirilib - 16 / 11 / 2017 19:55
Məhluqə Rəhimova: “50 şirkətə müraciət elədik, heç birindən cavab gəlmədi…” - 16 / 11 / 2017 15:25
Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib - 16 / 11 / 2017 11:16
Azay Quliyev: “Biz bu ənənəni davam etdirməliyik” - 16 / 11 / 2017 08:17
Hemofiliyanın müalicəsinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı hesabat təqdim olunacaq - 15 / 11 / 2017 21:13
“Böyük Tələbə layihəsi – 25” - 15 / 11 / 2017 18:09
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2017 14:47
“Bilməzdik ki, 15 il çəkəcək...” – Qələmli döyüşçülər haqda yubiley yazısı - 15 / 11 / 2017 10:21
Gənclər təşkilatı “Uşaq hüquqları aylığı “ çərçivəsində Şirvanda görüş keçirdi - 15 / 11 / 2017 10:00
“Öz peşəni seç” layihəsinin ilk tədbiri keçirilib - 15 / 11 / 2017 08:47