“Etibarlı gələcəyin qurulması üçün birgə fəaliyyət” layihəsinin yekun tədbiri keçirilib
A A A
07/15/2017
Oxunma sayısı : 8844

|

Qaradağ rayonu, Sahil qəsəbəsi, 9 nömrəli xüsusi internat məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin “Etibarlı gələcəyin qurulması üçün birgə fəaliyyət” adlı layihəsi çərçivəsində internat məzunları üçün nəzərdə tutulan aşpazlıq kurslarının bağlanış mərasimi keçirilib. Tədbirə başlamazdan öncə başda erməni təxribatı nəticəsində iyulun 4-də qətlə yetirilmiş Füzulinin Alıxanlı kənd sakini Sahibə Quliyeva və nəvəsi 2 yaşlı Zəhra Quliyeva olmaqla digər şəhidlərimiz xatırlanaraq ruhları bir dəqiqəlik sükutla yad edilib. 

Sonra tədbiri giriş sözü ilə açan Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri  Məlahət Abbasova layihənin əhəmiyyətindən danışıb: “Üç aylıq kursların əsas məqsədi yeniyetmə və gənclərin peşə vərdişlərinə yiyələnməsi, gələcəkdə bu sahədə uğurlu karyera qurulmasında onlara yardım etməkdir. 

Aşpazlıq sahəsinə marağı olan internat məzunlarının, gənc və yeniyetmələrin bu sahədə vərdişlərinin inkişafına töhfə vermək, onların bu peşəyə yiyələnərək müstəqil həyatda uğurlu karyera qurmalarına dəstək olmaq layihənin əsas amallarındandır. Odur ki, internat məzunlarının bu sahədə ixtisaslaşması gələcəkdə onların müstəqil həyata qədəm basmasında mühüm rol oynayacağı şübhəsizdir”.

Layihənin koordinatoru Vüqar Hacıyev bildirib ki, 30 nəfər üçün nəzərdə tutulan layihəyə 50 nəfər gənc müraciət etməsinə baxmayaraq kursun sonunda onların bilikləri test imtahanı vasitəsilə yoxlanılıb: “38 gənc imtahandan uğurla keçib”.

  
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Elgün Səfərov layihənin aktual olduğunu qeyd edib: “İnternat məkətbinin məzunları cəmiyyətin həssas qruplarıdır, onlara xüsusi diqqətlə yanaşaraq karyera qurumlarına yardımçı olmaq lazımdır. Bu baxımdan layihə böyük əhəmiyyətə malikdir. Təmsil etdiyim qurum hər zaman belə məsələlərə xüsusi diqqətlə yanaşır və çalışmalar aparır” 
 
Daha sonra təlimçi kulinar-aşpaz Məleykə Salahova, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili, Əsgərlərə  Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əskərqızı, Balans İqtisadi Maarifləndirmə İctimai Birliyinin könüllüsü Vüsalə Bayramova çıxış ediblər. Bildirilib ki, layihənin davamı olaraq kursu uğurla bitirənlərə iş tapmasına yaxından köməklik göstərilməyə çalışılması  təqdirəlayiq haldır. 

Sonda layihə iştirakçılarına sertifikat və təşəkkürnamələr təqdim edilib. Həmçinin layihəyə informasiya dəstəyi göstərən KİV nümayəndələri də təltif ediliblər. 

Qeyd edək ki, İştirakçılar aşpazlıq kursları müddətində kulinar təlimçi Məleykə Salahovanın rəhbərliyi ilə Azərbaycan və Avropa mətbəxindən müxtəlif yemək və şirniyyatlar hazırlamağı öyrəniblər. Layihə 2017-ci il aprelin 15-dən iyulun 15-dək davam edib. 

Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Sumqayıtda insan alveri ilə mübarizə sahəsində media işçilərinin rolu müzakirə olunacaq - 21 / 09 / 2017 18:10
QHT-lərlə hökumət qurumları arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub - Şəmkirdə - 21 / 09 / 2017 18:06
Fərasət Qurbanov : Bu gün QHT-lər cəmiyyətimizin inkişafını təmin edən ən vacib institutlardan birinə çevrilib - 21 / 09 / 2017 18:01
İcra Hakimiyyətinin başçısı Şuranın Fəxri Fərmanı ilə təltif edildi - 21 / 09 / 2017 17:48
Vüsal Quliyev: “Dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır” - 21 / 09 / 2017 17:21
Elitar Gimnaziyada və 160 saylı orta məktəbdə “Sülh göyərçinləri” tədbiri keçirilib - 21 / 09 / 2017 15:43
İlham Əliyev BMT-də Zəhranın qətlindən danışdı - Canlı Yayım - 20 / 09 / 2017 16:11
Vətənpərvərlik ölkə təhlükəsizliyinin qarantıdır - 20 / 09 / 2017 13:50
Sahib Məmmədov: “Azərbaycanın uğurları hər zaman kimlərdəsə qıcıq yaradıb” - 20 / 09 / 2017 13:30
Ağcabədidə insan alverinə qarşı mübarizə ilə bağlı tədbir keçirilib - 20 / 09 / 2017 13:11
Nigar Ağakişiyeva: Şura QHT sektorunun inkişafı üçün dəstəyini davam etdirir - 19 / 09 / 2017 15:34
Dilqəmin oğlu ATƏT-in sammitində çıxış etdi - Video - 19 / 09 / 2017 12:25
Sahib Məmmədov: Varşavada Ermənistan tərəfi susduruldu! -Video - 19 / 09 / 2017 11:53
Masallıda “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib - 18 / 09 / 2017 14:12
“Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb - 18 / 09 / 2017 14:07
Hərə bir əsgər, hər ev bir səngər - 18 / 09 / 2017 14:05
Azər Həsrət ATƏT-in Varşava toplantısında – Videolar - 18 / 09 / 2017 14:01
Bilik Fondunun İnformasiya təminatı sektoru ilə BDU-nun jurnalistika fakültəsi arasında Niyyət sazişi imzalandı - 18 / 09 / 2017 13:48
QHT “Sərhəd” sənədli filminin çəkilişlərinə başlayır - 18 / 09 / 2017 06:03
QHT rəhbərləri QHT TV ilə bağlı fikirlərini bildirdilər - Müsahibələr - 16 / 09 / 2017 19:45
Hində yaşayan adamdan nicat uman milyonçu - 16 / 09 / 2017 17:04
Mediamızın babası… Vətəndir, torpaqdır Rey – 50 - 16 / 09 / 2017 05:27
İslam həmrəyliyi - təhlükəsiz cəmiyyət və sülhə çağırış - 15 / 09 / 2017 17:54
Şuranın dəstəyilə şəhid ailələrinin sosial problemlərinə dair tədbir keçirilib - 15 / 09 / 2017 17:25
Şuranın dəstəyi ilə Əlilliyi Olan Şəxslərin layihəsi davam edir. - 14 / 09 / 2017 15:04
Sərraf Oruc: Azərbaycanda ilk dəfə “QHT TV” internet televiziyası ictimaiyyətə müjdə edildi - 14 / 09 / 2017 06:57
Bakıda “Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” mövzusunda tədbir təşkil olunub - 14 / 09 / 2017 04:30
QHT TV-nin təqdimat mərasimi keçirilib - 13 / 09 / 2017 21:07
Günel Səfərova: ATƏT qanunsuz seçkilərin və saxta müşahidəçiliyin qarşısını almalıdır - VİDEO - 13 / 09 / 2017 11:13
QHT TV-nin təqdimat mərasimi keçiriləcək - 12 / 09 / 2017 21:14