"Generaldır, ancaq anlamır ki, uşağın başını yox, pulunu kəsmək lazımdır..."
A A A
07/15/2017
Oxunma sayısı : 22664
Seymur VERDİZADƏ,
Qafqazinfo.az

Sovet dövründə itlər insanlardan tez qudururdular. Çünki insanlar nəzarətdə idi, rejim onların cızığından çıxmasına imkan vermirdi. Cızığından çıxan adama elə qulaqburması verirdilər ki, çığırtısı ətrafa yayılırdı...

Biz uşaq olanda qohumlarımızdan biri Bakıda tikinti idarəsinin müdiri işləyirdi. Bakının yarısını həmin adam tiksə də, özü ikiotaqlı, darısqal mənzildə yaşayırdı. Az-çox pulu olsa da, evini təmir elətdirməyə qorxurdu. Bilirdi ki, bir gün başının üstünü kəsdirib soruşacaqlar: bu qədər pulu hardan almısan? 

O vaxt varlılar da sadə həyat yaşamağa məhkum idilər. O vaxt kasıblar varlıların uşaqlarının sürdükləri bahalı maşınların təkərləri altında qalıb xurd-xəşil olmurdular. Sovet hökuməti həmin uşağı dədəsininin kürəyinə şəlləyirdi...

1991-ci ildə sovet hökuməti dağıldı, biz müstəqil olduq. Müstəqillik Tanrının Azərbaycan xalqına bəxş etdiyi ən gözəl nemətdir. Təəssüf ki, bu gözəl nemətdən məmurlara, onların qohum-qardaşına daha çox pay düşdü. Anadoluda bir məsəl var: dövlətin malı dənizdir, yeməyən donuzdur. Ölkəmiz müstəqil olandan sonra bəzi məmurlarımız bu prinsipi əsas götürüb, dövlətin malını talan etməyə girişdilər. Tanrı Azərbaycan xalqına o qədər var-dövlət bəxş edib ki, hələ də axırına çıxa bilmirlər...

Pul həmişə naqis insanı yolundan azdırıb, onu qudurdub. Azərbaycanda insanların pulu artdıqca, onlar haqda ağlagəlməz söhbətlər dolaşmağa başladı. Məsələn, 3-4 il əvvələ kimi danışırdılar ki, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov dincəldiyi istirahət mərkəzlərinin birində samovarı dollarla qaynadıb...

Bu barədə əvvəllər də yazmışam. Varlı adamlardan biri deyirmiş ki, özünün hündür maşını ilə gedəndə, yolun kənarındakı insanlar onun gözünə qarışqa boyda görünürmüş. Bizim kimi sadə adamlar onların gözünə qarışqa boyda göründüyü üçün istədikləri vaxt əzib keçirlər.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun yol hərəkəti qaydasını pozduğu üçün ona irad bildirən avtobus sürücüsünü vəhşicəsinə döyməsi qudurğan məmur övladları ilə bağlı problemi yenidən gündəmə gətirdi. Diqqətimi ən çox cəlb edən məqam Novruzəli müəllimin hər üç uşağının başını ölkə başçısının ayaqları altında kəsməyə hazır olduğunu bəyan etməsi oldu. Adam çiyinlərində general ulduzları daşıyır, amma anlamır ki, uşağın başını yox, pulunu kəsmək lazımdır. Əgər Orucov yoldaş oğlu Rüstəmə bahalı maşınlar, dəbdəbəli evlər almasaydı, ayda ona 50-60 min manat xərclik verməsəydi, o, bu gün atasının üzünü qara eləməzdi. 

Bu, həmin Rüstəmdir ki, yol qəzası törədib piyadanı öldürdüyü üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum edilib. Gərək, Novruzəli müəllim bir kisə rüşvət verib, oğlunu vaxtından əvvəl azadlığa çıxarmayaydı. Rüstəm ağlı başına gələnə kimi həbsxanada qalsaydı, atası bu gün evdə oturub qohum-qardaşın təsəlliverici sözlərini dinləməzdi.

Novruzəli Orucov sıravi hərbi müəllim olub. Ziya Məmmədovla, Əliağa Hüseynovla dostluq əlaqələri onun general mərtəbəsinə qədər yüksəldib. Ziya Məmmədov, Əliağa Hüseynov olmasaydı, Novruzəli Orucovun uşaqları indi yamaqlı şalvar geyinirdilər. 

Bu ölkədə Novruzəli Orucovdan yüz dəfə savadlı, bacarıqlı kadrlar var ki, orta məktəbdə tutduqları hərbi müəllim vəzifəsindən o tərəfə qalxa bilmirlər. 

Bəxt adamın üzünə güləndə, gərək Tanrısına şıllaq atmasın...

ŞƏRHLƏR
XƏBƏRLƏR
Sahib Məmmədov: "Vəkillərin peşə fəaliyyətinə dövlətin dəstəyi alqışa layiqdir" - 23 / 02 / 2018 13:54
Veteranlar Xocalı soyqırmı abidəsini ziyarət etdilər - 23 / 02 / 2018 11:28
Ərdəbildə Xocalıya həsr olunmuş beynəlxalq konfrans keçiriləcək - 23 / 02 / 2018 11:27
Təməlində dostluğun və doğmalığın dayandığı ailə - 23 / 02 / 2018 08:41
Xocalılar Avropada - Azərbaycanın “Böyüməyən uşaqlar”ı təqdim olundu - FOTOLAR - 23 / 02 / 2018 08:34
Niyaməddin Orduxanlı Avropa Parlamentinin 500 deputatına rəsmi müraciət etdi - 23 / 02 / 2018 08:34
Sumqayıt hadisələri - məkrli planlar - 23 / 02 / 2018 08:09
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzalayıb - 22 / 02 / 2018 13:51
Azay Quliyev: Ermənistanın beynəlxalq layihələrdən kənarda qalmasının səbəbi onun işğalçılıq siyasətidir - 22 / 02 / 2018 13:26
Cəsarət Hüseynzadə: "İşğal faktına, qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların hüquqlarının pozulmasına biganə qalmamağa çağırırıq” - 22 / 02 / 2018 10:03
"Avropada yaşayan bir erməni görmüsünüz Sərkisyana qarşı aksiya keçirsin?!” - Orduxana Orduxanlıdan sual - 22 / 02 / 2018 10:02
Jasarat Huseynzadeh: "We kindly appeal to the members of the European Parliament not to remain indifferent to the fact of occupation, violation of the rights of refugees and internally displaced persons" - 22 / 02 / 2018 09:43
İlham Əliyev Ağsaqqallar Şurasının sədrinə “İstiqlal” ordeni təqdim edib - 22 / 02 / 2018 08:17
Xocalının “Böyüməyən uşaqlar”ı Bosniya və Hersoqovinada... - 21 / 02 / 2018 08:19
Bakıda “İrrealizm” adlı rəsm sərgisi açılıb - 20 / 02 / 2018 18:11
Jurnalistlər üçün müsabiqə elan edildi: “Vərəm haqqında ən yaxşı məqalə” - 20 / 02 / 2018 17:36
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 1500 manat müəyyən edildi - 20 / 02 / 2018 15:34
Şuranın ASAN Radio ilə əməkdaşlığı çərçivəsində radio proqram hazırlanır - 20 / 02 / 2018 14:00
“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək - FOTO - VİDEO - 20 / 02 / 2018 13:39
«Müvəkkil» Sizi HR kurslarına dəvət edir - 19 / 02 / 2018 16:49
Azay Quliyev Vyanaya səfərə gedir - 19 / 02 / 2018 15:00
Ayaz Mirzəyev: “Mən hər gün sınaq qarşısındayam” - MÜSAHİBƏ - 19 / 02 / 2018 14:30
Sabuhi Abbasov: " Whole world recognized the territorial integrity of Azerbaijan " - 19 / 02 / 2018 14:26
ASGA sədri Avropa parlamentinə müraciət ünvanladı: "Avropa dəyərlərini erməni çirkablarına batırmayın" - 19 / 02 / 2018 14:21
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Uşaqlar və müharibə” mövzusunda tədbir keçirilib - 19 / 02 / 2018 13:38
QHT sədrinə ağır itki üz verib - 19 / 02 / 2018 13:34
50 manatlıq artistlər - 19 / 02 / 2018 12:53
Umud Mirzəyev: “Lars Adaktusson davranışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrə ciddi zərbə vurur” - 19 / 02 / 2018 12:39
“Bizim planet”də Azərbaycanın siyasi və iqtisadi inkişafından danışılıb - 19 / 02 / 2018 10:06
ƏSMİD İctimai Birliyi Ümumi yığıncağını keçirdi - 17 / 02 / 2018 17:30