Ötən il “Təhsil, mədəniyyət, idman məsələləri” və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar layihələr uğurla icra edilib
A A A
07/17/2017
Oxunma sayısı : 7840
Həsən Səmədov
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 
Katibliyinin məsləhətçisi

Azərbaycan Respublikasında ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri də vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Ölkəmizin sürətli iqtisadi və sosial inkişafı vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində dövlətin imkanlarını genişləndirir, qeyri-hökumət təşkilatlarını dəstəkləmək üçün yeni imkanlar açır. 
 
Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, təhsil, idman, mədəniyyət istiqamətlərində əsaslı tədbirlər həyata keçirilmişdir. Ötən dövrdə Azərbaycan təhsili həm məzmun, həm də struktur baxımından yeniləşmiş, bu sahənin beynəlxalq əlaqələri genişlənmiş, dünya təhsil sisteminə inteqrasiya intensivləşmişdir. 
 
Ümummilli liderimizin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən yeni mərhələyə qədəm qoymuşdur. 1997-ci il iyul ayının 31-də cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra respublikada idman hərəkatının genişlənməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmış, Azərbaycan beynəlxalq miqyasda idman ölkəsi kimi tanınmışdır. 
2016-cı ildə də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qeyd edilən sahələrə xüsusi diqqət yetirmiş və təhsil, idman, mədəniyyət sahəsi üzrə təklif edilən layihələrə dəstəkləmişdir. 2016-cı ildə Şuranın fəaliyyəti çox məhsuldar olub. Şuranın Əsasnaməsinə uyğun olaraq QHT-lərə maliyyə dəstəyi ilə yanaşı məlumat, metodiki, konsultativ və təşkilati-texniki yardımı da davam etdirilmişdir.
 
Ötən il “Təhsil, mədəniyyət və idman məsələləri” istiqaməti üzrə elan edilən müsabiqəyə 68 layihə təklif edilib ki, onlardan da 48-i dəstəklənib. Maliyyələşən layihələrə ümumilikdə 442000 manat vəsait ayrılıb. Layihələrə 67 daimi, 115 müvəqqəti işçi cəlb edilib. Qeyd edilən istiqamət üzrə ümumilikdə 9 təlim, 105 tədbir keçirilib. 4807 nəfər həyata keçirilən layihələrdən faydalanıb. Layihələr Bakı şəhəri və ölkənin 19 regionunda icra edildi. Həyata keçirilən layihələrin nəticəsi olaraq, 2 kitab, (“Ana yurdum, Qarabağ”, “Şeir çələngi”) 1 broşur, 12 buklet nəşr edildi, 3 sayt, 2 sosial çarx, 2 televiziya verilişi hazırlanıb və yayımı təmin olunub. 
 
Məktəblilərin sağlamlığının qorunmasına, fiziki tərbiyəsinin artılmasına, habelə onların zərərli vərdişlərdən uzaqlaşdırılmasına və sağlam həyat tərzi keçirməsinə kömək məqsədi ilə Bakı şəhərinin 7 rayonunda (Nərimanov, Nəsimi, Binəqədi, Səbail, Sabunçu, Nizami və Xəzər) “Məktəblilər üçün sağlamlıq forumlarının təşkili” aksiyası zamanı 700 nəfər yeniyetmə və gəncin iştirakı ilə sağlamlıq forumları, yazı müsabiqəsi, əl işləri və rəsm sərgiləri, ödənişsiz tibbi müayinələr təşkil edildi, maarifləndirici materiallar paylandı və maarifləndirmə işləri aparıldı. Forumda millət vəkili, yerli icra hakimiyyətinin nümayəndələri, Rayon Gənclər və İdman İdarəsinin rəisləri, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları, həkim və ekspertlər çıxış etmişlər. Yeniyetmə və gənclərin iştirakı ilə voleybol, şahmat, domino çempionatları, “Rio-2016 Yay Olimpiya oyunlarına dəstək kampaniyası” çərçivəsində flaşmoblar, Bakı şəhəri və Masallı rayonunda futbol yarışları təşkil edildi. Bakı, Gəncə, Bərdə, Göygöl, Biləsuvar, şəhər və rayonlarında yaşayan yüzlərlə istedadlı uşaq və gənclərin  istedadları üzə çıxarılaraq aidiyyəti yaradıcılıq qurumlarına təqdim olundu. Şamaxı, Gədəbəy, Qazax və Tovuz rayonlarında 225 nəfər yeniyetmənin iştirakı ilə aşıq sənətini gənclər arasında təbliğ etmək, onlara aşıq sənətinin sirlərini öyrətmək məqsədi ilə “Misri” gənc aşıqların səs incisi” adlı təlimlər təşkil edildi, ustad dərsləri keçirildi və 30 nəfər seçilmiş yeniyetmənin səs yazıları CD-lərə yazıldı. Göygöl və Samux rayonlarının orta məktəblərində təşkil olunan 60 seminar və 4 məsləhət saatı nəticəsində 40 müəllimin İKT sahəsində bilik və bacarıqları artırıldı. Sumqayıt şəhərinin 10 ümumtəhsil məktəbində aztəminatlı ailələrlə görüşlər, seçim turnirləri, digər maarifləndirmə tədbirləri təşkil etməklə sambo və cüdoya həvəsi olan yeniyetmələr üçün peşəkar məşqçilərin rəhbərliyi altında ödənişsiz təlimlər təşkil edildi. Azərbaycan müəllifləri üçün İP (beynəlxalq) kodlar alındı və onların əsərləri beynəlxalq kataloqda qeyd olundu. Bakı şəhəri və Mingəçevirdə keçirilən təlimlər zamanı 350 nəfər gənc “Erasmus Mundus” proqramı barədə ətraflı biliklərə yiyələndilər. 300 nəfər məktəblinin iştirakı ilə “Yeniyetmə və gənclərin yol hərəkəti qaydaları haqqında maarifləndirilməsi” kampaniyası təşkil edildi və məktəblərdə Azərbaycan Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə kiçik səhnəciklər nümayiş etdirildi. Rio-De-Janeyro XXXI yay olimpiya-paralimpiya oyunlarına lisenziya qazanan idmançıların iştirakı ilə görüşlər keçirildi, Rio-De-Janeyroda keçiriləcək “XXXI yay olimpiya-paralimpiya” oyunlarına azarkeş dəstəyi toplanaraq, paralimpiya oyunları boyunca qhtxeber.az saytına birbaşa Rio-De-Janeyro şəhərindən xəbərlər və videomateriallar yollandı və ictimaiyyətə təqdim edildi. 40 nəfər paralimpiyaçı arasında boulinq idman növü üzrə çempionat, 7 ölkənin iştirakı ilə “Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə” həsr olunmuş beynəlxalq yarış keçirildi, 3 qalib kubok, medal və sertifikatla mükafatlandırıldı. “Poliqlot” tərcümə proqramının elektron lüğət bazasına bir neçə istiqamətdə əlavə kitablar (lüğətlər) daxil edilərək zənginləşdirildi. Goranboy rayonu, Ağcakənd qəsəbəsində 30 nəfər məcburi köçkün ailəsindən olan uşaqlar üçün yay təlim düşərgəsi təşkil edildi. Qusar rayonunda 20 gənc xanım dərzilik peşəsinə yiyələndi və əl işlərindən ibarət sərgi təşkil edildi. “Ümumilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə” həsr olunmuş “EL-1” döyüş növü üzrə yarış keçirildi və idmançılardan ibarət qrupla Gəncə şəhərinə Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinin müşayiəti ilə avto-yürüş təşkil edildi. Şəhər əhalisi təşkil edilən yürüşü böyük izdihamla qarşıladı və alqışladı. Tədbir “CBC Sport” kanalı rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək təşkilatın layihə rəhbəri Elçın Çobanzadə adı çəkilən kanalda yayımlanan “Döyüş klubu” verlişinə ekspert təyin olundu. Aksiya KİV-lərdə işıqlandırılmış və geniş tamaşaçı auditoriyasına təqdim edilmişdir.
 
Ötən il cənab prezident İlham Əliyev dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması haqqında sərəncam imzalamışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elan edilən maliyyə yardımı müsabiqəsinə qeyd edilən mövzu prioritet istiqamət kimi daxil edilmiş və təqdim edilən layihələr dəstəklənmişdir.
 
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyi ilə bağlı tədbir və aksiyaların keçirilməsi” istiqaməti üzrə maliyyələşən 10 layihəyə ümumilikdə 101000 manat vəsait ayrıldı. Layihələrə 15 daimi, 31 müvəqqəti işçi cəlb edildi. 1075 nəfərin iştirakı ilə 15 tədbir keçirildi. Layihələr Bakı şəhəri, respublikanın 5 regionunda, Türkiyə və Belorusiyada həyata keçirildi. 
 
Həyata keçirilən layihələrin nəticəsi olaraq, 6 adda müxtəlif buklet, “Müstəqilliyimizin 25 illiyinə” həsr edilmiş 2 film (“Müstəqil Azərbaycan: 25 il quruculuq və inkişaf yolunda”, “25 illik tərəqqi və mübarizə akkordları”), 1 sosial çarx (“Azərbaycan Respublikasının müstəqilliyinin 25 illiyi”) hazırlandı, SƏS TV və SƏS İnformasiya Agentliyinin portalında yayımlandı və Bakı şəhəri, Fəvvarələr meydanında vətəndaşlara üzərində “Dövlət müstəqilliyinin 25 illiyini” əks etdirən döş nişanları paylandı, 2 sayt (“Azərbaycanşünaslıq akademiyası” elektron portalı-www.azakademiya.com, www.azerbaijan25.az) yaradıldı və istifadəyə verildi. Bundan əlavə dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar Bakı şəhərində gənclər arasında “Müstəqil Azərbaycanım” mövzusunda bilik yarışması keçirildi, qaliblər mükafatlandırıldı. “Azərbaycanın dövlət müstəqilliyinin 25 illik həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması” mövzusunda millət vəkilləri, dövlət qurumlarının nüməyandələri, ali təhsil müəssisələrinin müəllim və tələbələri, media nümayəndələrinin iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzi, həmçinin İstanbul şəhəri, Prof.Dr Türkan Salyan Kültür Mərkəzində, Səfirlik, Türk Dünyası Topluluğu başqanı, İstanbul Universitetinin müəllim və tələbə heyətinin, KİV və yerli televiziya nümayəndələrinin iştirakı ilə konfrans təşkil edildi. İstanbulda “Dövlət müstəqilliyinin 25-ci ilində Azərbaycan: uğurlar və inkişaf perspektivləri” mövzusunda tədbir təşkil edildi. Qeyd edildiyi kimi, müstəqilliyimizin 25 illiyinə həsr edilmiş tədbirlər Bakı şəhəri və ətraf regionlarla yanaşı Belarusiyada da həyata keçirilib. Belorusiyanın “Baranoviç” və “Yanki Kupala” adına Dövlət Universitetlərində 200 nəfərin iştirakı ilə “Müstəqilliyin 25 illiyi” ilə bağlı konfans keçirildi. Konfrans iştirakçılarına Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra keçdiyi inkişaf yolu haqqında geniş məlumat verildi, “Nezavisimıy Azerbaycan - 25” adlı film nümayiş etdirildi və eyni adda buklet və hədiyyəlik əşyalar (fincan, xalça, suvenirlər) təqdim edildi.
 
Artıq vətəndaş cəmiyyətinin tam təşəkkül tapmasına imkan verən normativ-hüquqi baza formalaşmışdır. Azərbaycanda bu gün mülki cəmiyyətin bütün institutları maneəsiz fəaliyyət göstərir, vətəndaş təşəbbüsləri dəstəklənir, qərarların qəbul edilməsi prosesində vətəndaşların və onların birliklərinin fəal iştirakı təmin olunur. Amma sözsüz ki, bu, hələ Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu işinin başa çatması barədə nəticəyə gəlməyə əsas vermir. Bildiyimiz kimi bu, kifayət qədər uzun, daim inkişafda olan - dinamik bir prosesdir. İnanıram ki, ölkəmizin müstəqillik əldə etməsi ilə bir vaxtda başlanmış bu iş uğurla davam etdiriləcək, Azərbaycan dövləti və cəmiyyəti bundan sonra da bu istiqamətdə mühüm nailiyyətlər əldə edəcəkdir.

ŞƏRHLƏR
XƏBƏRLƏR
QHT sədri: " Bəzi məmurlar da erməninin od qoyduğu ananı diləndirdilər" -Video - 19 / 08 / 2017 19:32
Layihə çərçivəsində Mingəçevir köçkün şəhərciyində tədbir keçirilib - 19 / 08 / 2017 18:03
ƏNCİR YARPAĞI - 19 / 08 / 2017 16:00
Bəy zabit formasında, gəlin isə “hərbi geyimin rəngi”ndə olan gəlinlikdə: Qeyri-adi toy - 19 / 08 / 2017 09:35
Sumqayıtda əlilliyi olan şəxslərlə görüş keçirilib - 18 / 08 / 2017 16:44
Müqəddəs cizgi: şanlı yolun tarixçəsi - 18 / 08 / 2017 16:28
Əliməmməd Nuriyev: "...İcra hakimiyyəti orqanları da məsuliyyətə cəlb olunmalıdır" - 17 / 08 / 2017 21:08
Şuranın dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı haqqında film çəkiləcək - 17 / 08 / 2017 18:46
“Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili”nə start verildi - 17 / 08 / 2017 11:07
Təhsil Nazirliyi qrant müsabiqəsi elan edir - 16 / 08 / 2017 20:45
Rusiyanın tanınmış azərbaycanlı vəkili ilə görüş keçirilib - 16 / 08 / 2017 16:52
Müvəkkil Hüquq Mərkəzi layihənin yekunları ilə bağlı tədbir keçirib - 14 / 08 / 2017 20:12
Aybəniz Haşımova “Qızlar Seminariyası”-nın qonağı oldu - 14 / 08 / 2017 08:41
"Qeyri-hökumət təşkilatların idarə olunması, hesabatlılıq və şəffaflıq" mövzusunda metodik vəsait hazırlanıb - 13 / 08 / 2017 19:39
Layihə çərçivəsində 25 qadın peşə bacarıqlarına yiyələnib - 12 / 08 / 2017 18:56
Layihə çərçivəsində məktəblilər tarixi abidələrlə tanış edilib - 12 / 08 / 2017 18:36
“Müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili” layihəsinin yekun tədbiri keçirilib - 12 / 08 / 2017 10:35
"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin dəstəyi ilə qadınlar peşə bacarıqlarına yiyələnib - 11 / 08 / 2017 21:09
Milli Qəhrəmanın ailəsi ziyarət edildi - 11 / 08 / 2017 19:12
Elşən Musayev: Bu gün ad günümdür... - 11 / 08 / 2017 18:41
“Kainatı kəşf edək” adlı fotomüsabiqə elan edilir. - 11 / 08 / 2017 14:56
Səbuhi Abbasov: “Bu fakt erməni terrorunun xislətini dünyaya nümayiş etdirir” - 10 / 08 / 2017 13:53
QHT türkiyəli həmkarlarına təbrik göndərdi - 10 / 08 / 2017 08:27
Jurnalistlər banklara müraciət etdi: “Ciddi problemlər var” - 10 / 08 / 2017 08:12
"FİDAN" qısametrajlı filminin təqdimatı keçirilib - 09 / 08 / 2017 11:39
Siyavuş Novruzov: "QHT-lərlə bağlı təkliflər gündəlikdədir". - 09 / 08 / 2017 09:22
Fransız jurnalist və yazıçı Jerar Kardon, QHT və ictimaiyyət nümayəndələri Alxanlı və Cocuq Mərcanlı kəndlərində olublar - 08 / 08 / 2017 22:19
Təmas xəttində yaşayan qaçqın və məcburi köçkün ailələrindən olan məktəblilərin tarixi abidələrə tanış edilib - 08 / 08 / 2017 20:31
QHT valideyn himayəsindən məhrum olmuş uşaqların problemlərini müzakirə edib - 08 / 08 / 2017 15:30
QHT sədri: “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” - 08 / 08 / 2017 13:59