Qaçqın və məcburi köçkün əhalinin milli-mənəvi dəyərlərinin qorunmasında medianın rolu müzakirə edilib
A A A
07/18/2017
Oxunma sayısı : 5459

|

Milli dəyərlər hər bir xalqın sərvətidir, həm də tarixi və qədimliyini ortaya qoyur. Azərbaycan ərazilərinin 20%-i işğal altındadır. İşğal edilmiş torpaqlarda tariximiz və mədəniyyətimizin bir parçası olan abidələrimiz məhv edilir. 

QHT.az İnterAz-a istinadən  xəbər verir ki, iyulun 14-də “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi Gəncə şəhərində “Qaçqın və məcburi köçkün əhalidə milli-mənəvi dəyərlərin möhkəmləndərilməsi naminə media ilə iş” layihəsi çərçivəsində tədbir keçirib. Tədbirdə çıxış edən “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova layihə ilə bağlı geniş məlumat verib. Bildirib ki, layihənin keçirilməsində məqsəd öz ölkəsində qaçqın və məcburi köçkün həyatı yaşayan insanların milli-mənəvi dəyərlərinin qorunmasına diqqəti cəlb etməkdir.  B.Nəsibova xüsusi ilə, gənclərin bu sahədə  fəal olmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, qloballaşan dünyada milli-mənəvi dəyərlərimizin itirilməsi qorxusu var. Bu səbəbdən gənclər yaşlı nəsillə bərabər  dəyərlərimizin qorunması üçün əlllərindən  gələni əsirgəməməlidir. Bu istiqamətdə medianın da üzərində böyük məsuliyyət düşür. Efirlərdə, sosial mediada dəyərlərimizin təbliğatı, onların qorunması üçün geniş iş aparılmalı, maarifləndirmənin miqyası genişləndirilməlidir.

Gəncə şəhər icra hakimiyyətinin mətbuat katibi Kənan Məmmədov isə çıxışında bildirdi ki, qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması üçün mühüm addımlar atılır. Onlar artıq vaqonlarda deyil, daha yaxşı şəraiti olan evlərdə məskunlaşır. Belə olan halda bəzi insanlar düşünür ki, ərazilərimiz işğaldan azad edildikdə insanlar öz yurd-yuvalarına qayıtmayacaq. Lakin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər, insanların öz evlərinə qayıtması bunun tam əksini sübut etdi. Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlər öz doğma yurd-yuvaları ilə bağlı göstərdiyi bu həssaslığı milli-mənəvi dəyərləri ilə də bağlı göstərir və göstərəcək. 

Daha sonra çıxış edən Gəncə şəhər Gənclər və idman baş idarəsinin sektor Müdiri Rəşad əlizadə bildirdi ki, bu gün dövlət tərəfindən gənclərin ictimai həyatda fəallığının artırılması, həyat şəraitinin yaxşılaşdırılması üçün işlər görülür. Gənclər də öz növbəsində öz ölkələri üçün, onun milli-mənəvi dəyərlərinin qorunması üçün əllərindən gələni edirlər. Bunların içərisində vətənpərvərlik xüsusi yer tutur. Aprel döyüşləri bunun bariz nümunəsidir. Həmin döyüşlər zamanı gənclər öz ölkəsini qorumaq üçün hər an döyüşə hazır olduqlarını nümayiş etdirdi. 

Gəncə şəhərində keçirilən tədbirdə ictimaiyyət nümayəndələrinin, qaçqın və məcburi köçkünlərin iştirakı ilə müzakirələr aparılıb. QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən tədbirdə müzakirələrdə irad və təkliflər səsləndirilib. 

Qeyd edək ki, “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctima Birliyi 29 noyabr 2013-cü ildə yaranıb. 

Gələcəyə Baxış Avropaya İnteqrasiya ictimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədri: " Bəzi məmurlar da erməninin od qoyduğu ananı diləndirdilər" -Video - 19 / 08 / 2017 19:32
Layihə çərçivəsində Mingəçevir köçkün şəhərciyində tədbir keçirilib - 19 / 08 / 2017 18:03
ƏNCİR YARPAĞI - 19 / 08 / 2017 16:00
Bəy zabit formasında, gəlin isə “hərbi geyimin rəngi”ndə olan gəlinlikdə: Qeyri-adi toy - 19 / 08 / 2017 09:35
Sumqayıtda əlilliyi olan şəxslərlə görüş keçirilib - 18 / 08 / 2017 16:44
Müqəddəs cizgi: şanlı yolun tarixçəsi - 18 / 08 / 2017 16:28
Əliməmməd Nuriyev: "...İcra hakimiyyəti orqanları da məsuliyyətə cəlb olunmalıdır" - 17 / 08 / 2017 21:08
Şuranın dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı haqqında film çəkiləcək - 17 / 08 / 2017 18:46
“Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili”nə start verildi - 17 / 08 / 2017 11:07
Təhsil Nazirliyi qrant müsabiqəsi elan edir - 16 / 08 / 2017 20:45
Rusiyanın tanınmış azərbaycanlı vəkili ilə görüş keçirilib - 16 / 08 / 2017 16:52
Müvəkkil Hüquq Mərkəzi layihənin yekunları ilə bağlı tədbir keçirib - 14 / 08 / 2017 20:12
Aybəniz Haşımova “Qızlar Seminariyası”-nın qonağı oldu - 14 / 08 / 2017 08:41
"Qeyri-hökumət təşkilatların idarə olunması, hesabatlılıq və şəffaflıq" mövzusunda metodik vəsait hazırlanıb - 13 / 08 / 2017 19:39
Layihə çərçivəsində 25 qadın peşə bacarıqlarına yiyələnib - 12 / 08 / 2017 18:56
Layihə çərçivəsində məktəblilər tarixi abidələrlə tanış edilib - 12 / 08 / 2017 18:36
“Müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili” layihəsinin yekun tədbiri keçirilib - 12 / 08 / 2017 10:35
"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin dəstəyi ilə qadınlar peşə bacarıqlarına yiyələnib - 11 / 08 / 2017 21:09
Milli Qəhrəmanın ailəsi ziyarət edildi - 11 / 08 / 2017 19:12
Elşən Musayev: Bu gün ad günümdür... - 11 / 08 / 2017 18:41
“Kainatı kəşf edək” adlı fotomüsabiqə elan edilir. - 11 / 08 / 2017 14:56
Səbuhi Abbasov: “Bu fakt erməni terrorunun xislətini dünyaya nümayiş etdirir” - 10 / 08 / 2017 13:53
QHT türkiyəli həmkarlarına təbrik göndərdi - 10 / 08 / 2017 08:27
Jurnalistlər banklara müraciət etdi: “Ciddi problemlər var” - 10 / 08 / 2017 08:12
"FİDAN" qısametrajlı filminin təqdimatı keçirilib - 09 / 08 / 2017 11:39
Siyavuş Novruzov: "QHT-lərlə bağlı təkliflər gündəlikdədir". - 09 / 08 / 2017 09:22
Fransız jurnalist və yazıçı Jerar Kardon, QHT və ictimaiyyət nümayəndələri Alxanlı və Cocuq Mərcanlı kəndlərində olublar - 08 / 08 / 2017 22:19
Təmas xəttində yaşayan qaçqın və məcburi köçkün ailələrindən olan məktəblilərin tarixi abidələrə tanış edilib - 08 / 08 / 2017 20:31
QHT valideyn himayəsindən məhrum olmuş uşaqların problemlərini müzakirə edib - 08 / 08 / 2017 15:30
QHT sədri: “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” - 08 / 08 / 2017 13:59