"Toy: adət-ənənələr haqqında maarifləndirmə tədbirlərinin keçirilməsi" layihəsi
A A A
07/28/2017
Oxunma sayısı : 657

|

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Toy: adət-ənənələr haqqında maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində çəkilmiş “Fidan” adlı qısametrajlı filmin (sosial çarxın) təqdimat mərasimi keçirilib.

27.07.2017-ci il tarixdə Ədəbiyyat Muzeyinin akt zalında keçirilən təqdimat mərasimində İcra Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, gənclər, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Qazax rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi İsmayıl Süleymanov mərasimdə çıxış edərək layihə barədə ətraflı məlumat verib. Qeyd edib ki, erkən nikahlar və onun fəsadları mövzusuna həsr olunmuş “Fidan” adlı qısametrajlı filmin (sosial çarxın) çəkilişi 27-29 iyun 2017-ci il tarixlərdə aparılıb. Layihənin həyata keçirilməsində məqsəd erkən nikahlar, onların törədə biləcəyi fəsadlar, ekən nikahların qarşısının alınması yönündə maarifləndirmə işlərinin aparılması, xüsusilə də bu mövzuda sosial çarxın çəkilməsidir. Layihə əsasən, mövzunu özündə tam əks etdirən təbliğat xarakterli müasir formatlı yaradıcı əsərlərin yaradılması, Azərbaycanın bəzi regionlarında qız uşaqlarının haqlarının pozulması məsələlərinə olan həssaslığın artırılması ilə yanaşı, sağlam ailə təməlini dağıda biləcək bu kimi yalnış addımların aradan qaldırlmasına dəstək olmaq məqsədi daşıyır. Layihənin əsas məqsədi gənclərin erkən nikaha qarşı həssalığının artırılması, bu problemin cəmiyyətimizə və ölkəmizin inkişafına necə təsir etməsinin əhəmiyyətinin geniş izah edilməsi, erkən nikah problemlərinin virtual aləmdə təbliğidir. Layihənin əsas vəzifələri isə mövzu ilə bağlı maarifləndirmə işləri aparmaq, mövzunun aktuallığını və ciddiliyini fərqli rakursdan insanlara çatdırmaq, yeniyetmə və gənclərin sənətin yeni və fərqli istiqamətlərinə marağını artırmaqdır.

Sonra film nümayiş olunub. Nümayişdən sonra filmin ssenari müəllifi və rejissoru Allahverdi Musayev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov və başqaları çıxış edərək erkən nikahların qarşısının alınmasında bu cür layihələrin böyük əhəmiyyət daşıdığını və belə tədbirlərin davam etdirilməsini qeyd ediblər.

28.07.2017-ci il tarixdə isə Ağstafa rayon Yazıçılar Birliyində keçirilən təqdimat mərasimində idarə, müəssisə və təşkilat rəhbərləri, gənclər, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə İsmayıl Süleymanov açmış və layihə barədə qısaca məlumat vermişdir. Daha sonra film nümayiş etdirilmişdir. Filmdən sonra tədbir iştirakçıları film barədə maraqlı müzakirə aparmışlar. Ağstafa rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Turan Hüseynov, eləcə də, Ağstafa rayon Yazıçılar Birliyinin sədri  Firdovsi Heydərli film barədə yüksək fikirlər söyləmişlər.

Tədbir iştirakçılarına maarifləndirici bukletlər və disklər paylanmışdır.

Məlumat üçün qeyd edək ki, layihə rəhbəri Tükəzban Süleymanovadır. Filmdə rolları Allahverdi Musayev (bəy), Vüsalə Cəfərli (gəlin), Qazax Dövlət Dram Teatrının aktyorlarından Hacı Hacıyev (bəyin atası), Xanım Məmmədova (bəyin anası), Aydın Orucov (gəlinin atası), Minayə İbrahimova (gəlinin anası) canlandırıblar.


Öyrədərək Öyrənirik Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi

ŞƏRHLƏR
XƏBƏRLƏR
QHT rayon çempionatına start verdi - 18 / 12 / 2017 19:46
"Misir media nümayəndələrinin Bakıya səfəri səmərəli və yaddaqalan olub" - “Əl-Əhram” qəzeti - 18 / 12 / 2017 19:41
“Qəhrəmanlar ölmürlər” layihə çərçivəsində seminar keçirilib - 18 / 12 / 2017 14:34
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 illik fəaliyyətini qeyd etdi - 18 / 12 / 2017 14:28
QHT təmsilçisinin qeyri-adi toyu - 18 / 12 / 2017 07:12
Xaçmazlı gənclər “Arifə bir işarə” üçün bir araya gəldi - 17 / 12 / 2017 17:25
В Баку прошла конференция на тему «Туркманчайский мирный договор – 190: по следам исторической правды» - 17 / 12 / 2017 14:39
Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq, 2020-ə vəsiqə qazanarsa... - 16 / 12 / 2017 23:14
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin bəyanatı - 16 / 12 / 2017 19:21
Media kapitanlarının Türkiyə səfəri davam edir - 16 / 12 / 2017 13:19
“Şalvar ala bilməyənlər arvad alırlar” - Tanınmış jurnalistdən valideynlərə sərt ittiham - 16 / 12 / 2017 13:09
Parisdə azərbaycanlı girovlarla bağlı aksiya keçirilib - 15 / 12 / 2017 15:46
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 yaşını qeyd etdi - 15 / 12 / 2017 14:29
Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib - 15 / 12 / 2017 13:13
Respublika Veteranlar Təşkilatı ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının əməkdaşlığı veteran hərəkatına xüsusi tövhələr verəcək - 15 / 12 / 2017 06:50
Azay Quliyev növbəti dəfə seçiciləri ilə görüşdü - 14 / 12 / 2017 21:13
Sahib Məmmədov -55 - 14 / 12 / 2017 20:28
Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib - 14 / 12 / 2017 15:00
Bakıda Aİ və UNİCEF-in "Uşaqlar üçün ədliyyə" adlı birgə layihəsi üzrə hesabatın təqdimatı olub - 14 / 12 / 2017 13:49
Hadi Rəcəbli: "Birinci qrup gözdən əlillər təhsil haqqından azad edilə bilər" - 14 / 12 / 2017 12:15
Hicran Hüseynova: "Ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil" - 14 / 12 / 2017 11:53
Azərbaycan media təmsilçilərinin İstanbul şəhərinə səfər proqramı başlayıb - 14 / 12 / 2017 11:44
"İrsimizə atəş açmayın" filminin təqdimatı keçiriləcək - 14 / 12 / 2017 11:00
UNİCEF nümayəndəsi: "Əlilliyi olan uşaqların təhsilə cəlb olunmasına xüsusi diqqət edirik" - 14 / 12 / 2017 10:50
Layihə çərçivəsində növbəti seminar keçirilib - 14 / 12 / 2017 07:42
"Çıraqov və qeyriləri Ermənistana Qarşı" işi üzrə İctimai TV-də müzakirələr aparılıb - Video - 14 / 12 / 2017 07:24
Əlillər işlə təminatda hansı problemlərlə üzləşir? - 13 / 12 / 2017 16:09
BAMF prezidenti BMT-nin Nyu Yorkdakı baş qərargahında görüşlər keçirib - 13 / 12 / 2017 11:37
Azərbaycanlı QHT nümayəndələri Almaniyada keçiriləcək tədbirdə iştirak edəcək. - 13 / 12 / 2017 11:00
Orduda QHT və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir - 13 / 12 / 2017 09:15