QHT sədri: "Gələcəyə baxışımızı birgə dəyişməliyik"
A A A
08/01/2017
Oxunma sayısı : 34701
Lənkəranda meyiti quyudan tapılan 6 günlük körpənin ölümü hamımızı sarsıtdı. Ənənəvi mediadan da gücülü təsirə malik olan sosial şəbəkələrdə bu hadisəyə qarşı ciddi etirazlar oldu.
 
Ziyalılar, jurnalistlərlə yanaşı sıravi vətəndaşlar da insanlığa sığışmayan bu hadisəyə etirazda həmrəylik nümayiş etdirdilər.
 
“Qızımı oğlumdan heç fərqləndirmirəm, əksinə üstün tuturam”- deyənlər də az olmadı. Bütün bunlar əlbəttə ki, təqdirə layiqdir. Heç şübhəsiz ki, sosial şəbəkələrdə müşahidə etdiyimiz bu ictimai qınaq dalğası həm kimlərisə bundan sonra qız övladına ögey münasibətdən çəkindirəcək, həm də bu istiqamətdə maarifləndirmə funksiyasını xeyli gücləndirəcək. Amma bir məsələ də var ki, sosial şəbəkələrdə daha çox cəmiyyətin müasir düşüncəli insanları və bir də internetlə maraqlanan, ona əli daha rahat çatan insanlar olur. Sosial şəbəkələrdəki belə aksiyaları da əsasən elə onlar özləri görürlər. Geri düşüncəlilər, müasir dövrün üstünlükləri ilə maraqlanmayanların isə bunlardan xəbəri olmur.
 
Gəlin etiraf edək. Məgər bizim içərimizdə, ailəmizdə, yaxınımızda qıza ögey yanaşmalar azdır? Rayonlarımızın  bəzilərində, bəlkə də çoxunda qız uşağı doğulanda “başın sağ olsun” deyirlər, oğlu olmayana sonsuz kimi baxırlar. Oğlan uşaqları ilə müqayisədə qızların doğulmasına sevinənlər xeyli azdır.
 
7-ci əsrdə Məhəmməd Peyğəmbərin ərəblərin  körpə qızları diri-diri basdırmalarına qarşı çıxması, peyğəmbərin zamanında və ondan  sonrakı dövrlərdə İslam aləmində qız övladına dair mühüm rəvayətlərin yaranması, kitablara salınması həm də məhz bu cür naqisliklərin, vəhşiliklərin qarşısını almağa yönəlmiş addım idi.  

Belə rəvayətlərin birində deyilir ki, Həzrət İbrahim – o böyük ilahi peyğəmbər İsmayıl və İshaq kimi övladı olduqdan sonra Allahdan qız övladı istəyərək, nalə etməyə başladı. İmam Sadiq (ə) həzrətin duasını belə nəql edir: «Vəfat etdikdən sonra onun üçün ağlayan, ocağını isindirən bir övladı olsun deyə, Allahdan ona qız övladı nəsib etməsini istədi».(Vəsail, 21-ci cild, səh-361.)
 
Bu hədis deyir ki, "Peyğəmbərlər Atası" adlandırılan Həzrət İbrahim kimi ulu bir peyğəmbər qız övladından məhrum olmaqla barışmaq istəməyib, bu neməti əldə etmək üçün dua edir.
 
İslamda belə hədislər yetərincədir. Ancaq nə yazıqlar ki, nə müqəddəs kəlamlar, nə rəvayətlər, nə də elmi araşdırmalar, izahlar, tövsiyələr xüsusilə şərq təfəkküründə qız övlada olan münasibəti köklü şəkildə dəyişə bilmədi. Yaxın və orta şərqin bir çox yerlərində olduğu kimi Azərbaycanın da bəzi regionlarında qız məzarlıqları son dövrlərə qədər mövcud idi.    
 
Təfəkkürümüz hələ də dəyişməyib. Valideynlər qızları məktəbə qoymurlar, erkən ərə verirlər, “ölsən də ər evindən çıxmamalısan”- deyimi ilə hüquqlarını pozur və ömürlük məhvə məhkum edirlər.
 
Mənim rəhbərlik etdiyim təşkilatın əsas layihələri milli-mənəvi dəyərlərdir.  Bir çox ənənələrimizin yaşaması, gələcək nəsillərə ötürülməsi təşəbbüsü ilə çıxış edir, təbilğat aparırıq. Amma elə adət-ənələrimiz var ki, onlar birmənalı şəkildə sıradan çıxarılmalı, yaddaşlardan silinməlidir.
 
Artıq sosial şəbəkələrdə də yer alan və toylarda  bəh-bəhlə istifadə olunan bir detala diqqət çəkmək istəyirəm. Gəlin ər evinə ayaq basıb oturan kimi qucağına oğlan uşağı qoyurlar. Niyə? Sizə elə gəlmirmi ki, bu  adət özü artıq gəlinə bir mesajdır və qız uşaqlarına olan ögey münasibətin göstəricisidir.
 
Bizlər də vətəndaş cəmiyyətləri olaraq öz mövqelərimizi bildirik, Azərbaycanın dilbər guşələrindən olan, saysız-hesabsız gözəl adət-ənənələri ilə milli mədəniyyətimzi zənginləşdirən Lənkəranda baş vermiş hadisəni pisləyirik. Ancaq düşünürük ki, bu cür hadisələri yalnız pisləməklə  kifayətlənmək olmaz.
 
 “Gələcəyə Baxış” Avriopya İnteqrasiya İctimai Birliyi Azərbaycanda fəaliyyət göstərən digər QHT- lərə səslənir:
“Biz  vaxt itirmədən Lənkərana getməliyik. Həmin uşağın faciəsi baş verən həyətdə olmalıyıq. Rayon rəsmilərinin, ziyalılarının iştirakı ilə məsələyə yerində münasibət bildirməliyik. Əminik ki, bizim bu aksiyamız digər ailələrə təsirsiz ötüşməyəcək”.
 
Gələcəyə baxışımızı birgə dəyişməliyik.
 
Bəsti Nəsibova- “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri

Gələcəyə Baxış Avropaya İnteqrasiya ictimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
"Yay məktəbi"nin iştirakçıları "AccessBank"ın fəaliyyəti ilə tanış olublar - 18 / 07 / 2018 18:48
Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir - 18 / 07 / 2018 18:43
Mühasibat uçotu üzrə yeni tədris proqramının ilkin versiyası müzakirə olundu - 18 / 07 / 2018 18:29
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33
Layihənin yekun təqdimat mərasimi keçirilib - 12 / 07 / 2018 10:05
“Loqos” daha bir yeniliyə imza atdı. - 12 / 07 / 2018 08:38
“Yayım” Assosiasiyası layihə üzrə yekun tədbirini keçirib - 12 / 07 / 2018 07:50