Qadınların sosial-psixoloji problemləri: zorakılıqdan, qətldən və intihardan çıxış yolu varmı?
A A A
08/03/2017
Oxunma sayısı : 17245
Neftin qiymətlərinin aşağı düşməsi fonunda yaranmış maliyyə böhranı, Azərbaycanda milli valyutanın devalvasiyası, inflyasiyanın artması cəmiyyətində bir sıra neqativ tendensiyaları üzə çıxarıb. İşsizlik, gəlirlərin azalması, əhalinin müəyyən təbəqəsinin borc içində olmasıvə s. sosial-psixoloji vəziyyəti gərginləşdirib. Əhalinin xüsusilə aztəminatlı və risq qruplarında təmsil olunan təbəqəsi ölkədə gedən prosesləri çətin keçirir. Bu vəziyyətdən necə çıxacaqlarını bilmir, onların gələcəyə olan ümid və inamları sarsılır. Nəticədə cəmiyyətdə bir sıra neqativ halların, eləcə də sosial bəla olan intiharların sayının durmadan artmasının şahidi oluruq. 

Bu problemlərin həllinə dəstək məqsədilə “Qadın Liderliyi Uğrunda” İB AR Prezidenti yanında QHT-lər Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsini həyata keçirir. 

Avqustun 3-də bu layihə çərçivəsində “Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunda Dəyirmi Masa keçirilib.

“Qadın Liderliyi Uğrunda” İB-nin sədri Ülkər Abdullayeva bildirib ki, apardıqları tədqiqatlar cəmiyyətdəsosial-psixoloji durumun getdikcə ağırlaşdığını göstərir. Qadınlara qarşı məişət zorakılığı, qız uşaqlarının zorlanması, öldürülməsi, intihara sürüklənməsi kimi neqativ hallaronları həyəcan təbili çalmağa vadar edib. Bu sosial bəlaların qarşısını almaq üçün effektiv iş aparmağa ehtiyac var. “Bizim heç birimiz bu bəlalardan sığortalanmamışıq. Bu cəmiyyətdə bizim uşaqlarımız, qızlarımız böyüyür. Onların xilası bizim bu problemlərin kökünə enərək onun həllinə çalışmağımızdankeçir. Biz sosial-psixoloji gərginliyin burulğanında çabalayan insanlara kömək əlimizi uzatmalı, onların problemlərini dinləyərək çıxış yolları tapmağa çalışmalıyıq. Bu işdə dövlətlə yanaşı QHT-lərin və KİV-lərin də üzərinə böyük məsuliyyət düşür” – deyən Ü.Abdullayeva bu məqsədlə həyata keçirdikləri layihədən bəhs edib. O, intiharlara, insanların ölümünə aparan sosial-psixoloji problemlərin aradan qaldırılması üçün maarifləndirmə və təbliğatyönümlü  tədbirlər həyata keçirdiklərini bildirib. Həmçinin mövzuya medianın diqqətini cəlb etmək üçün“Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunda ən yaxşı məqalələrin müsabiqəsini elan etdiklərini deyib.

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bu gün qadınlara qarşı zorakılığa yol verən, intihara əl atan, həyatından bezən insanların əksəriyyəti müharibə dövrünün stressini yaşayan, ya da həmin dövrdə dünyaya gələn insanlardır. Ailə modelinin keçid dövrünü yaşadığını, insanların həddindən çox informasiya qəbul etdiyini vurğulayan M.Zeynalova cəmiyyətdəki sosial-psixoloji gərginliyin əsas yükünün qadının üzərində olduğunu qeyd edib. Qadına özünü ifadə etmək imkanının verilməsini vacib sayan QHT sədri qadın həmrəyliyinin, stereotiplərin qırılmasının da vacibliyini ifadə edib. “Bizim cəmiyyətdə qadın əxlaqı təcəssüm etdirir. Əxlaq sözü gələndə hamı qadına baxır. Təəssüf ki, bizdə əxlaq sözünü fiziki mənada qavrayırlar və qadınlar ən çox bunun əziyyətini çəkirlər” – deyə hüquq müdafiəçisi bildirib. 

"XXI əsrin qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova isə qeyd edib ki, qadınların başlıca problemləri elə qadınların özlərindən qaynaqlanır. “Müasir texnologiyalar, sosial şəbəkələr bir çox hallarda qadınların zəif tərəflərini üzə çıxarır. Onlar bəzən öz ailələrini, uşaqlarını atıb sosial şəbəkə vasitəsilə, ya da başqa yolla tanış olduqları kişilərə qoşulub qaçırlar. Nəticəsini düşünmədən atdıqları addımlar sonda qadınların faciəsinə çevrilir” – deyən M.Əmirhüseynovanın fikrincə, ailədaxili xəyanətlər, münaqişələr cinayətlərə gətirib çıxarmamalıdır. “Əgər ailədə dözülməz, həlli mümkün olmayan problemlər varsa, cütlük ayrıla bilər. Amma fiziki xətər toxundurmaq, öldürmək problemi həll etmir, əksinə, daha böyük problemlərin əsasını qoyur” – deyə QHT sədri bildirib.
Gənc Demokratlar İnstitutunun prezidenti Yeganə Hacıyevanın fikrincə, fikir formalaşdıran media zorakılığa və intihara dair informasiyaları mütəmadi olaraq yaymaqla cəmiyyəti bu cür hallara öyrəşdirir. “Qulaq o qədər belə informasiyalara öyrəşir ki, artıq cinayət baş verəndə, cəmiyyət ona lazım olan reaksiyanı göstərmir. Beləcə sosial-psixoloji problemlərin gətirdikləri bəlalar insanların gözündə adiləşir” – deyən Y.Hacıyevanın fikrincə, dövlət, vətəndaş cəmiyyəti institutları, media bu məsələdə sistemli iş aparmalıdır. 

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrəttexnoloji inkişafın asosiallaşmaya səbəb olduğunu, insanların öz həyatlarını sosial şəbəkələrə köçürdüyünü deyib. O,eyni zamanda məktəblərdə 90% müəllimin qadın olduğu, oğlan uşaqlarda qadınlarla bağlı komplekslərin həm də bu səbəbdən yarandığı qənaətindədir. A.Həsrət hesab edir ki, uşaqlar, gənc nəsil internetin təsiri altında yad dəyərləri mənimsəyir. Əgər ölkədə təhsilin səviyyəsi, mədəniyyət yüksəlsə, bu problemlər də azalacaq. Eyni zamanda ailə quran cütlüklər özlərinə uyğun həyat yoldaşları seçməlidirlər ki, sonra uyuşmazlıq problemi yaranmasın. 
“Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə isə müzakirə mövzusu olan problemlərin çoxunun cinsi münasibətlərin tənzimlənməməsindən doğduğu qənaətindədir: “Cinsi münasibətlər, seksual azadlıqlarla bağlı mövzularda tabular olduğundan, onlardan çox danışa bilmirik. Amma dərinə getsək, görəcəyik ki, cəmiyyətimizdəki problemlərin kökündə daha çox cinsi münasibətlərin düzgün tənzimlənməməsi dayanır”.

Pedaqoq Elşad Vəliyev hesab edir ki, qadınlar iqtisadi cəhətdən azad olmayınca, öz ayaqları üzərində durmağı öyrənməyincə, bu problemlər həllini tapmayacaq. 
Demokratik İslahatçı Gənclər İB-nin sədri Vüsalə Hüseynovaailələrin süni surətdə qorunmasının, partnyorlar arasında yaranmış problemlərin ört-basdır edilməsinin nəticədə cinayətə, intiharlara yol açdığını deyib. Onun fikrincə, problemlərin kökünü ailə institutumuzdakıyanlışlıqlarda, fərdlər arasında düzgün münasibətlərin qurulmamasında axtarmaq lazımdır. Onun fikrincə, dünyagörüşləri, səviyyələri fərqli insanlar eyni ailəni, eyni mühiti bölüşməyə can atmamalıdırlar. 
Pedaqoq Vəfa Vəliyevacinslərarasıaqressiyanın aradan qaldırılması, qadına neqativ münasibətin dəyişməsi üçün orta məktəbdən başlayaraq sistemli maarifləndirmə işlərinin aparılmasınını zəruri olduğunu deyib. “İnsanlar savadlı olanda, bir-birilərini başa düşəndə, aralarında sevgi, hörmət olanda, problemlər daha rahat həll olunur” – V.Vəliyeva əlavə edib. 

“Mənim təhsilim, mənim gələcəyim” layihəsinin rəhbəri Rəşad Bayramovisə cəmiyyətimizin psixologiyaya dair bilgiləndirilməyə ehtiyacı olduğunu vurğulayıb. Onun fikrincə, əgər ölkə vətəndaşları insan psixologiyasını dərindən bilsəydilər, bu qədər problemlər yaşanmazdı. O, orta və ali məktəblərdə psixologiya fənninin tədrisinin önəmindən bəhs edib. Həm də deyib ki, qadınlarla bağlı problemlərin həlli ailə institutunun düzgün formalaşmasından, erkən nikahların qarşısının alınmasından və savadsızlığın aradan qaldırılmasından keçir. 

Tədbirdə pedaqoqlar Gülər Musayeva, Xəyalə Məmmədova və digər şəxslər öz fikir və təkliflərini səsləndiriblər. 
Ülkər Abdullayeva bildirib ki, burada səslənən fikir və təkliflər KİV-də yayımlanacaq və paket şəklində əlaqədar dövlət qurumlarına göndəriləcək. 

Qadın Liderliyi Uğrunda ictimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev “Azadlıq” qəzetinə cavab verdi - 18 / 10 / 2017 03:25
Hadi Rəcəbli: QHT-lərin böyük əksəriyyəti maarifləndirmə baxımından böyük işlər görürlər. - 17 / 10 / 2017 19:08
Vətəndaşların müraciətlərinə necə baxılmalıdır? – Video - 17 / 10 / 2017 17:05
“Bu, Azay Quliyevə qarşı qısqanclıq və kəmfürsətlikdir” - 17 / 10 / 2017 16:40
“Ziyalı sözü”nün növbəti qonağı Şəhriyar del Gerani olub - 17 / 10 / 2017 16:30
“Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili” davam edir - 17 / 10 / 2017 16:00
Şura sədri Azay Quliyev başsağlığı verib - 17 / 10 / 2017 15:56
Şurada QHT sədrləri ilə görüş keçirilib - 17 / 10 / 2017 15:49
“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda Dəyirmi Masa keçirildi - 17 / 10 / 2017 15:49
Azay Quliyev ATƏT-in Qırğızıstandakı seçkilərlə bağlı rəyini açıqlayıb - 16 / 10 / 2017 15:53
QHT Forumu Mədəniyyət və Turizm Nazirliyində “İntellektual insan və vətəndaş cəmiyyəti” adlı dəyirmi masa keçirib - 16 / 10 / 2017 15:42
Miqrantların ölkə ərazisində daimi yaşaması və müvəqqəti olma şərtləri müzakirə olunub - 16 / 10 / 2017 07:45
QHT Naxçıvanda tədbir təşkil etdi - 15 / 10 / 2017 17:24
“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda dəyirmi masa keçiriləcək - 15 / 10 / 2017 17:15
“Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsinin təqdimat mərasimi keçirilib - 14 / 10 / 2017 20:38
Sahib Məmmədov: Dağlıq Qarabağa qanunsuz səfər edənlər cəzalandırılmalıdır - 14 / 10 / 2017 20:29
“İslamdakı gözəllik, danışan əllərlə “ adlı elmi-proktiki konfrans keçirilib - 14 / 10 / 2017 19:20
Seymur Verdizadə: Ölkəmizdə fəaliyyət göstərən internet resurslarının təhlükəsizliyi yüksək səviyyədə deyil - 14 / 10 / 2017 12:07
Emin Həsənli: Böyük dövlətlər imperialist siyasət aparırlar - Audio - 13 / 10 / 2017 18:43
Erməni mediasına çalışan Azərbaycan haqqında obyektiv danışa bilməz – Səbuhi Abbasov - 13 / 10 / 2017 17:32
"İslam Həmrəyliyi ili: silsilə maarifləndirici tədbirlər" layihəsinə start verilib - 13 / 10 / 2017 17:12
“Sağlamlıq Naminə Təbiblər” ictimai birliyinin nümayəndələri peşə reabilitasiya mərkəzində olub - 13 / 10 / 2017 13:36
Şuranın dəstəyilə M. Ə. Sabirin “virtual muzeyinin” təqdimatı olacaq - 13 / 10 / 2017 13:05
Jurnalist təşkilatı cəbhə bölgəsində vətənpərvərlik təbliğatı aparıb - 13 / 10 / 2017 12:58
“Məni çağırırsan, Azərbaycan” fotosərgi. - 12 / 10 / 2017 20:01
Gülayə Səfərova: “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər” - 12 / 10 / 2017 19:56
QHT rəhbəri Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb - 12 / 10 / 2017 19:27
ASGA sədri ATƏT-in tədbirində internet mediadan danışacaq – AVSTRİYADA - 11 / 10 / 2017 18:43
Xaçmazda insan alveri ilə bağlı maarifləndirmə tədbiri keçirilib - 11 / 10 / 2017 18:26
Azərbaycana ayrı-ayrı donorlar tərəfindən qeyri-leqal yol ilə də vəsait daxil olur - 11 / 10 / 2017 18:18