"FİDAN" qısametrajlı filminin təqdimatı keçirilib
A A A
08/09/2017
Oxunma sayısı : 15584
“Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Fidan” adlı qısametrajlı film çəkilib.

Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Toy: adət-ənənələr haqqında maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Qeyd edək ki, Layihənin həyata keçirilməsində məqsəd erkən nikahlar, onların törədə biləcəyi fəsadlar, ekən nikahların qarşısının alınması yönündə maarifləndirmə işlərinin aparılması, xüsusilə də bu mövzuda sosial çarxın çəkilməsi olub.

Layihənin əsas məqsədi gənclərin erkən nikaha qarşı həssalığının artırılması, bu problemin cəmiyyətimizə və ölkəmizin inkişafına necə təsir etməsinin əhəmiyyətinin geniş izah edilməsi, erkən nikah problemlərinin virtual aləmdə təbliğidir. 

Filmin  İyulun 27-də Qazax rayonunun Ədəbiyyat Muzeyində təqdamiat mərasimi keçirilib. Tədbirdə Qazax rayon  İcra Hakimiyyəti Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, gənclər, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Qazax rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi İsmayıl Süleymanov mərasimdə çıxış edərək layihə barədə ətraflı məlumat verib. Qeyd edib ki, erkən nikahlar və onun fəsadları mövzusuna həsr olunmuş “Fidan” adlı qısametrajlı filmin   çəkilişi 27-29 iyun 2017-ci il tarixlərdə aparılıb. 

Sonra film nümayiş olunub. Nümayişdən sonra filmin ssenari müəllifi və rejissoru Allahverdi Musayev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov və başqaları çıxış edərək erkən nikahların qarşısının alınmasında bu cür layihələrin böyük əhəmiyyət daşıdığını və belə tədbirlərin davam etdirilməsini qeyd ediblər.

İyulun 28-də isə film  Azərbaycan Yazıçılar Birliyinin Ağstafa rayon filialında nümayiş olunub.
Nümayişdən sonra Ağstafa rayon Gənclər və İdman İdarəsinin baş məsləhtçisi Turan Hüsrynov və Azərbaycan Yazıçılar Birliyinin Ağstafa rayon filialının sədri Firdovsi Heydərli çıxış edərək erkən nikahların qarşısının alınmasında bu cür layihələrin böyük əhəmiyyət daşıdığını və belə tədbirlərin davam etdirilməsini qeyd ediblər.

Qeyd edək ki, layihə rəhbəri Tükəzban Süleymanovadır. Filmdə rolları Allahverdi Musayev, Vüsalə Cəfərli, Qazax Dövlət Dram Teatrının aktyorlarından Hacı Hacıyev, Xanım Məmmədova, Aydın Orucov, Minayə İbrahimova canlandırıblar.

Öyrədərək Öyrənirik Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev “Azadlıq” qəzetinə cavab verdi - 18 / 10 / 2017 03:25
Hadi Rəcəbli: QHT-lərin böyük əksəriyyəti maarifləndirmə baxımından böyük işlər görürlər. - 17 / 10 / 2017 19:08
Vətəndaşların müraciətlərinə necə baxılmalıdır? – Video - 17 / 10 / 2017 17:05
“Bu, Azay Quliyevə qarşı qısqanclıq və kəmfürsətlikdir” - 17 / 10 / 2017 16:40
“Ziyalı sözü”nün növbəti qonağı Şəhriyar del Gerani olub - 17 / 10 / 2017 16:30
“Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili” davam edir - 17 / 10 / 2017 16:00
Şura sədri Azay Quliyev başsağlığı verib - 17 / 10 / 2017 15:56
Şurada QHT sədrləri ilə görüş keçirilib - 17 / 10 / 2017 15:49
“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda Dəyirmi Masa keçirildi - 17 / 10 / 2017 15:49
Azay Quliyev ATƏT-in Qırğızıstandakı seçkilərlə bağlı rəyini açıqlayıb - 16 / 10 / 2017 15:53
QHT Forumu Mədəniyyət və Turizm Nazirliyində “İntellektual insan və vətəndaş cəmiyyəti” adlı dəyirmi masa keçirib - 16 / 10 / 2017 15:42
Miqrantların ölkə ərazisində daimi yaşaması və müvəqqəti olma şərtləri müzakirə olunub - 16 / 10 / 2017 07:45
QHT Naxçıvanda tədbir təşkil etdi - 15 / 10 / 2017 17:24
“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda dəyirmi masa keçiriləcək - 15 / 10 / 2017 17:15
“Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsinin təqdimat mərasimi keçirilib - 14 / 10 / 2017 20:38
Sahib Məmmədov: Dağlıq Qarabağa qanunsuz səfər edənlər cəzalandırılmalıdır - 14 / 10 / 2017 20:29
“İslamdakı gözəllik, danışan əllərlə “ adlı elmi-proktiki konfrans keçirilib - 14 / 10 / 2017 19:20
Seymur Verdizadə: Ölkəmizdə fəaliyyət göstərən internet resurslarının təhlükəsizliyi yüksək səviyyədə deyil - 14 / 10 / 2017 12:07
Emin Həsənli: Böyük dövlətlər imperialist siyasət aparırlar - Audio - 13 / 10 / 2017 18:43
Erməni mediasına çalışan Azərbaycan haqqında obyektiv danışa bilməz – Səbuhi Abbasov - 13 / 10 / 2017 17:32
"İslam Həmrəyliyi ili: silsilə maarifləndirici tədbirlər" layihəsinə start verilib - 13 / 10 / 2017 17:12
“Sağlamlıq Naminə Təbiblər” ictimai birliyinin nümayəndələri peşə reabilitasiya mərkəzində olub - 13 / 10 / 2017 13:36
Şuranın dəstəyilə M. Ə. Sabirin “virtual muzeyinin” təqdimatı olacaq - 13 / 10 / 2017 13:05
Jurnalist təşkilatı cəbhə bölgəsində vətənpərvərlik təbliğatı aparıb - 13 / 10 / 2017 12:58
“Məni çağırırsan, Azərbaycan” fotosərgi. - 12 / 10 / 2017 20:01
Gülayə Səfərova: “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər” - 12 / 10 / 2017 19:56
QHT rəhbəri Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb - 12 / 10 / 2017 19:27
ASGA sədri ATƏT-in tədbirində internet mediadan danışacaq – AVSTRİYADA - 11 / 10 / 2017 18:43
Xaçmazda insan alveri ilə bağlı maarifləndirmə tədbiri keçirilib - 11 / 10 / 2017 18:26
Azərbaycana ayrı-ayrı donorlar tərəfindən qeyri-leqal yol ilə də vəsait daxil olur - 11 / 10 / 2017 18:18