Jurnalistlər banklara müraciət etdi: “Ciddi problemlər var”
A A A
08/10/2017
Oxunma sayısı : 43069
Dünyada baş verən maliyyə böhranı Azərbaycana da təsirsiz ötüşmədi. Qlobal böhran ölkəmizin iqtisadi qurumlarının işinə, xüsusilə də bank sektoruna ciddi təsir göstərdi.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da banklar demək olar, dövlətin əsas maliyyə sütunlarından biridir.

Ölkəmizdəki mövcud bank-müştəri təmaslarında yaranmış durumu nəzərə alaraq Parlament (Tərəfsiz) Jurnalistlər Birliyi (PJB) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bank  istehlakçılarının maliyyə savadlılığının artırılmasına dair layihə həyata keçirib.
PJB sədri Elşad Eyvazlının sözlərinə görə, layihə çərçivəsində jurnalistlər iqtisadçı ekspert və millət vəkilləri ilə birlikdə regionlarda olublar, əhali arasında görüşlər keçirilib, insanlarda kredit mədəniyyəti haqqında bilgilərə aid müzakirələr aparıblar.

Nəticədə Bakıdan kənarda insanların kredit mədəniyyəti haqqında anlayışlarının çox aşağı səviyyədə olduğu ortaya çıxıb: “Regionlarda görüşüb söhbət etdiyimiz elə adamlar var ki, heç bilmirdilər ki, krediti niyə götürüblər. Kredit borcu olanların əksəriyyəti borcu qaytarmağın vacib olduğunu sanmırlar. Məsələnin ən böyük fəsadlarında biri ondadır ki, banka depozit yerləşdirənlərin də durumu pisləşir. Müştəri kredit pulunu qaytarmırsa, bunu kim ödəməlidir? Axı adətən insanlara kredit digər müştərilərin əmanətindən verilir. Kredit qaytarılmadığına görə, digər vətəndaşların əmanətləri də təhlükə altına düşür, bank da bu müştərilər qarşısında etibarını itirir. Digər ciddi məsələ zaminlərlə bağlıdır. Krediti götürən adamdan daha çox zaminlər əziyyət çəkir. Bir çox halda isə bank nümayəndələrinin təqsiri ucbatından ciddi problemlərin yaranır”.
E.Eyvazlının sözlərinə görə, regionlarda keçirilən çoxsaylı görüşlər zamanı bəlli olub ki, kredit götürən vətəndaşların demək olar heç biri bankla bağlanan müqavilənin şərtlərini oxumur: “Əksəriyyətini ancaq  pul maraqlanırlar ki, müqavilədə nələrin olduğunu bilməyiblər. Ona görə də sonradan problemlər yaranıb. İndi elə vəziyyət yaranıb ki, imkanı olan insanlar da vaxtilə götürdüyü krediti qaytarmaq istəmirlər, sanki bu borcların silinəcəyini gözləyirlər. Hesab edirəm ki, bu məsələdə mediamız da arzuladığımız şəkildə işləmədi. İqtisadiyyatdan anlayışı olmayan bəzi ekspertlər mediaya çıxarıb müəyyən yanlış çağırışlar etdilər, insanları krediti qaytarmamağa çağırdılar. Bu da insanların səhv istiqamətə yönəltmiş oldu”.

Həyata keçirilən layihə çərçivəsində aparılan araşdırmalar göstərib ki, Azərbaycanın bütün bölgələrində bu məsələ ilə bağlı ciddi maarifləndirməyə ehtiyac var: “Hətta kəndbəkənd maarifləndirmə aparılmasına ehtiyac var. Kredit mədəniyyəti, maliyyə savadlılığı ilə bağlı görüşlər keçirilməli, durum haqqında bilgilər verilməlidir. Odur ki, Parlament Jurnalistlər Birliyi Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və bütövlükdə bütün banklara müraciət ünvanlayıb. Bu sahədə kifayət qədər təcrübəmiz var. Bizim təşkilata 100-dən artıq jurnalist daxildir, elə bir media qurumu yoxdur ki, orada təmsilçimiz olmasın. Bu baxımdan, media nümayəndələri olaraq regionlarda bu sahədə maarifləndirmə işlərinin aparılmasını təşkil etmək istəyirik. Digər tərəfdən, bu sahədə medianın monitorinqinin aparılmasına, yanlışların ortaya çıxarılmasına ehtiyac da var. Həqiqətən də banklar bu problemin həllində maraqlıdırlarsa, insanlar arasında kredit mədəniyyəti ilə bağlı maarifləndirici işlərin aparılmasına mütləq dəstək verməldirlər”.

Qeyd edək ki, PJB tərəfindən maliyyə savadlılığına, xüsusuilə də kredit mədəniyyətinə dair maarifləndirmə işlərinin aparılması, bu mövzuda medianın monitorinqinin aparılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və ölkədə fəaliyyət göstərən banklara müraciət hazırlanıb.

Parlament Jurnalistlər Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
"Yay məktəbi"nin iştirakçıları "AccessBank"ın fəaliyyəti ilə tanış olublar - 18 / 07 / 2018 18:48
Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir - 18 / 07 / 2018 18:43
Mühasibat uçotu üzrə yeni tədris proqramının ilkin versiyası müzakirə olundu - 18 / 07 / 2018 18:29
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33
Layihənin yekun təqdimat mərasimi keçirilib - 12 / 07 / 2018 10:05
“Loqos” daha bir yeniliyə imza atdı. - 12 / 07 / 2018 08:38
“Yayım” Assosiasiyası layihə üzrə yekun tədbirini keçirib - 12 / 07 / 2018 07:50