Elşən Musayev: Bu gün ad günümdür...
A A A
08/11/2017
Oxunma sayısı : 10889


Elşən Musayev

Ruh kimiyəm mən, hər ad günümdə. Vücudumdan çıxıb görünməz oluram. Dolaşıram o başdan üzü bu başa. Boxça götürüb yollanıram keçmişə, itirdiklərimi yol boyunca yığa-yığa gəlirəm. Uşaqkən hər ad günümdə dovğa bulayan, təndir başında sırf mənim üçün balaca kökə yapan nənəmi, sanki adətmiş kimi saçımı qarşdıraraq (əlində hədiyyə, yanında qırmızı sovet onluğu) yuxudan oyadıb alnımdan öpüb təbrik edən atamı, nə az-nə çox düz 4 il - "O gördüyün dağın arxasında oyuncaq dükanı var” – deyə başımı aldadan babamı və illər uzunu itirdiyim bütün əzizlərimi yığıb, toplayıb qayıdıram. Oturduram onları masaya.  Üzərində hamının rəsmi olan iri bir tort kəsirəm. Sonra başlayıram tamadalığa.  

Hamı bir-birindən xəbərsizdir. Məsələn, atam anama qəribəbaxır. Amma fikrini Fidanla yayındırıram. Tanış edirəm onu nəvəsi ilə. Ardınca çönüb nənəmə deputat mandatımı göstərirəm. Əməllicə sevinir. Bir az kənardakı dostlardan isəməktəbdə ilk sevdiyin qızın, məhəllədəki yiyəsiz baxçamızın, zamanında 20-cə qəpik müqabilində bir dondurma, bir xoruz şirniquşu ilə mümkünatı olan xoşbəxtliyin aqibətini xəbər alıram...

Əqrəblər İsveç saatına köklənsə də, masa İsveç masası deyil. Arzular da, ümidlər də masaya servis olunub. Fəqət, heç nədoyacaq qədər deyil, sadəcə hamıya çatacaq qədərdir.


***

Mən - düz 6-cı sinifə keçənə qədər elə bilmişəm, rus dilindəcanavara "nu poqadi” deyirlər. 


Mən – xoşbəxtliyi daim rüzgar sanmışam. Əsib aldanmışam,əsməyib yenə aldanmışam. 


Mən – əlcəklərimi yayda qurutmuşam, qolsuz köynəklərimi qışda suya çəkmişəm. 


Mən -  heç nəyi itirib ayılmamışam. Hər şeyi ayılıb itirmişəm.


***


Masa səssizdir. Qədəhlər quruca süzülür, qalxır, toqquşur, boşalır.

Etməyin belə. Lütfən. 

Bu gün ad günümdür axı mənim....

ŞƏRHLƏR
XƏBƏRLƏR
Azay Quliyev “Azadlıq” qəzetinə cavab verdi - 18 / 10 / 2017 03:25
Hadi Rəcəbli: QHT-lərin böyük əksəriyyəti maarifləndirmə baxımından böyük işlər görürlər. - 17 / 10 / 2017 19:08
Vətəndaşların müraciətlərinə necə baxılmalıdır? – Video - 17 / 10 / 2017 17:05
“Bu, Azay Quliyevə qarşı qısqanclıq və kəmfürsətlikdir” - 17 / 10 / 2017 16:40
“Ziyalı sözü”nün növbəti qonağı Şəhriyar del Gerani olub - 17 / 10 / 2017 16:30
“Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili” davam edir - 17 / 10 / 2017 16:00
Şura sədri Azay Quliyev başsağlığı verib - 17 / 10 / 2017 15:56
Şurada QHT sədrləri ilə görüş keçirilib - 17 / 10 / 2017 15:49
“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda Dəyirmi Masa keçirildi - 17 / 10 / 2017 15:49
Azay Quliyev ATƏT-in Qırğızıstandakı seçkilərlə bağlı rəyini açıqlayıb - 16 / 10 / 2017 15:53
QHT Forumu Mədəniyyət və Turizm Nazirliyində “İntellektual insan və vətəndaş cəmiyyəti” adlı dəyirmi masa keçirib - 16 / 10 / 2017 15:42
Miqrantların ölkə ərazisində daimi yaşaması və müvəqqəti olma şərtləri müzakirə olunub - 16 / 10 / 2017 07:45
QHT Naxçıvanda tədbir təşkil etdi - 15 / 10 / 2017 17:24
“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda dəyirmi masa keçiriləcək - 15 / 10 / 2017 17:15
“Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsinin təqdimat mərasimi keçirilib - 14 / 10 / 2017 20:38
Sahib Məmmədov: Dağlıq Qarabağa qanunsuz səfər edənlər cəzalandırılmalıdır - 14 / 10 / 2017 20:29
“İslamdakı gözəllik, danışan əllərlə “ adlı elmi-proktiki konfrans keçirilib - 14 / 10 / 2017 19:20
Seymur Verdizadə: Ölkəmizdə fəaliyyət göstərən internet resurslarının təhlükəsizliyi yüksək səviyyədə deyil - 14 / 10 / 2017 12:07
Emin Həsənli: Böyük dövlətlər imperialist siyasət aparırlar - Audio - 13 / 10 / 2017 18:43
Erməni mediasına çalışan Azərbaycan haqqında obyektiv danışa bilməz – Səbuhi Abbasov - 13 / 10 / 2017 17:32
"İslam Həmrəyliyi ili: silsilə maarifləndirici tədbirlər" layihəsinə start verilib - 13 / 10 / 2017 17:12
“Sağlamlıq Naminə Təbiblər” ictimai birliyinin nümayəndələri peşə reabilitasiya mərkəzində olub - 13 / 10 / 2017 13:36
Şuranın dəstəyilə M. Ə. Sabirin “virtual muzeyinin” təqdimatı olacaq - 13 / 10 / 2017 13:05
Jurnalist təşkilatı cəbhə bölgəsində vətənpərvərlik təbliğatı aparıb - 13 / 10 / 2017 12:58
“Məni çağırırsan, Azərbaycan” fotosərgi. - 12 / 10 / 2017 20:01
Gülayə Səfərova: “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər” - 12 / 10 / 2017 19:56
QHT rəhbəri Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb - 12 / 10 / 2017 19:27
ASGA sədri ATƏT-in tədbirində internet mediadan danışacaq – AVSTRİYADA - 11 / 10 / 2017 18:43
Xaçmazda insan alveri ilə bağlı maarifləndirmə tədbiri keçirilib - 11 / 10 / 2017 18:26
Azərbaycana ayrı-ayrı donorlar tərəfindən qeyri-leqal yol ilə də vəsait daxil olur - 11 / 10 / 2017 18:18