“Müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili” layihəsinin yekun tədbiri keçirilib
A A A
08/12/2017
Oxunma sayısı : 16329

|





Avqustun 11-də Müvəkkil Hüquq Mərkəzi tərəfindən həyata keçirilən “Müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili” layihəsinin yekunları ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov, layihənin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 4 ay müddətində həyata keçirildiyini bildirb.

Təşkilat rəhbəri əlavə edib ki, həyata keçirilən layihənin məqsədi müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili edilməsi ilə onların maariflənməsinə xidmət etməkdir. Layihə çərçivəsində 5 qeyri – hökumət təşkilatı ilə əməkdaşlıqda maarifləndirici görüşlər təşkil edilmişdir. Bu görüşlərdə ümumilikdə 100-ə yaxın müharibə və əmək veteranı, 20 yanvar əlili, sağlamlıq imkanları məhdud şəxslər və digər həssas sosial qrup nümayəndələri iştirak etmişdir.

Tədbirlərdə görüş iştirakçılarını maraqlandıran məsələlər ilə bağlı məlumatlar vermiş və ehtiyacı olan şəxslər təşkilatın ofisinə dəvət edilərək əlavə hüquqi yardım göstərilmişdir. Bundan başqa layihə çərçivəsində təşkilatın ofisinə müraciət edən 30 yaxın vətəndaşa hüquqi yardım göstərilmişdir.


Təşkilatın sədr müavini Mobil Vəkiloğlu qeyd edib ki, informasiya əlçatanlığının təmin edilməsi məqsədi ilə müharibə veteranları, əlillər və digər həssas sosial qruplar bağlı müvafiq qanunvericilik aktları haqqında informasiyalar, müvafiq sosial qrupların imtiyazları və hüquqlar ilə bağlı məlumatlar hazırlanaraq təşkilatın saytı- www.muvekkil.az-da “Sizin Hüquqlarınız” bölməsinə daxil edilmişdir.

Layihə çərçivəsində əməkdaşlıq edilən təşkilat rəhbərlərindən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin sədri İlham Əliyev, “20 yanvar” ictimai birliyinin sədr mavini Mustafa Əliyev bu kimi layihələrin əhəmiyyətini və həssas qruplar üçün göstərilən hüquqi xidmətin vacibliyini qeyd etmişlər.

Müzakirələrdə iştirak edən, strategiya.az saytının rəhbəri İsmayıl Qasımov, “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə, jurnalistlər və QHT nümyəndələrindən Mahir Qəribov, Elnur Elturk, Bəxtiyar Abdullayev və digər layihə çərçivəsində görülən fəaliyyətlə bağlı fikirlərini və təkliflərini bildirmişlər.

Müvəkkil Hüquq Mərkəzi ictimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev “Azadlıq” qəzetinə cavab verdi - 18 / 10 / 2017 03:25
Hadi Rəcəbli: QHT-lərin böyük əksəriyyəti maarifləndirmə baxımından böyük işlər görürlər. - 17 / 10 / 2017 19:08
Vətəndaşların müraciətlərinə necə baxılmalıdır? – Video - 17 / 10 / 2017 17:05
“Bu, Azay Quliyevə qarşı qısqanclıq və kəmfürsətlikdir” - 17 / 10 / 2017 16:40
“Ziyalı sözü”nün növbəti qonağı Şəhriyar del Gerani olub - 17 / 10 / 2017 16:30
“Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili” davam edir - 17 / 10 / 2017 16:00
Şura sədri Azay Quliyev başsağlığı verib - 17 / 10 / 2017 15:56
Şurada QHT sədrləri ilə görüş keçirilib - 17 / 10 / 2017 15:49
“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda Dəyirmi Masa keçirildi - 17 / 10 / 2017 15:49
Azay Quliyev ATƏT-in Qırğızıstandakı seçkilərlə bağlı rəyini açıqlayıb - 16 / 10 / 2017 15:53
QHT Forumu Mədəniyyət və Turizm Nazirliyində “İntellektual insan və vətəndaş cəmiyyəti” adlı dəyirmi masa keçirib - 16 / 10 / 2017 15:42
Miqrantların ölkə ərazisində daimi yaşaması və müvəqqəti olma şərtləri müzakirə olunub - 16 / 10 / 2017 07:45
QHT Naxçıvanda tədbir təşkil etdi - 15 / 10 / 2017 17:24
“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda dəyirmi masa keçiriləcək - 15 / 10 / 2017 17:15
“Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsinin təqdimat mərasimi keçirilib - 14 / 10 / 2017 20:38
Sahib Məmmədov: Dağlıq Qarabağa qanunsuz səfər edənlər cəzalandırılmalıdır - 14 / 10 / 2017 20:29
“İslamdakı gözəllik, danışan əllərlə “ adlı elmi-proktiki konfrans keçirilib - 14 / 10 / 2017 19:20
Seymur Verdizadə: Ölkəmizdə fəaliyyət göstərən internet resurslarının təhlükəsizliyi yüksək səviyyədə deyil - 14 / 10 / 2017 12:07
Emin Həsənli: Böyük dövlətlər imperialist siyasət aparırlar - Audio - 13 / 10 / 2017 18:43
Erməni mediasına çalışan Azərbaycan haqqında obyektiv danışa bilməz – Səbuhi Abbasov - 13 / 10 / 2017 17:32
"İslam Həmrəyliyi ili: silsilə maarifləndirici tədbirlər" layihəsinə start verilib - 13 / 10 / 2017 17:12
“Sağlamlıq Naminə Təbiblər” ictimai birliyinin nümayəndələri peşə reabilitasiya mərkəzində olub - 13 / 10 / 2017 13:36
Şuranın dəstəyilə M. Ə. Sabirin “virtual muzeyinin” təqdimatı olacaq - 13 / 10 / 2017 13:05
Jurnalist təşkilatı cəbhə bölgəsində vətənpərvərlik təbliğatı aparıb - 13 / 10 / 2017 12:58
“Məni çağırırsan, Azərbaycan” fotosərgi. - 12 / 10 / 2017 20:01
Gülayə Səfərova: “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər” - 12 / 10 / 2017 19:56
QHT rəhbəri Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb - 12 / 10 / 2017 19:27
ASGA sədri ATƏT-in tədbirində internet mediadan danışacaq – AVSTRİYADA - 11 / 10 / 2017 18:43
Xaçmazda insan alveri ilə bağlı maarifləndirmə tədbiri keçirilib - 11 / 10 / 2017 18:26
Azərbaycana ayrı-ayrı donorlar tərəfindən qeyri-leqal yol ilə də vəsait daxil olur - 11 / 10 / 2017 18:18