Dəyərlərimizin məhv olmaması üçün hökmən torpaqlarımıza qayıtmalıyıq - Foto, Video
A A A
08/23/2017
Oxunma sayısı : 47731



















“Öz yürd-yuvalarndan didərgin düşən soydaşlarımızın milli-mənəvi dəyərləri də özləri kimi köçkün həyatı yaşayır”-bu fikirlər "Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibovaya məxsusdur.

 QHT.az xəbər verir ki, “Qaçqın və məcburi köçkün əhalidə milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi naminə media ilə iş” adlı layihə çərçivəsində Şəkidə bir qrup məcburi köçkünlə keçirilən görüşdə Bəsti Nəsibova deyib ki, insanlar kompakt şəklində yaşayanda öz adət-ənənələrini, milli dəyərlərini qoruyur və nəsillərdən nəsillərə ötürürlər: “Amma təəssüflər olsun ki, köçkünlərimiz pərakəndə halında yaşadıqlarından həmin yerlərin adətlərinə uyğunlşmq məcburiyyətində qalırlar. Bizim də məqsədimiz bu dəyərlərin yaşamasına dəstək olmaqdır.” İctimai Birliyin sədri onu da vurğulayıb ki, Azərbaycan gec-tez öz torpaqlarını geri qaytaracaq. Lakin narahatlıq doğuran odur ki, yaşlı nəsil dünyasını dəyişir. Yeni nəsil isə bu dəyərlərdən uzaqlaşır.

 Vətəndaş cəmiyyəti təmsilçisi bu işdə medianın rolunu xüsusi vurğulayıb. Ağdam şəhərindən məcburi köçkün olan Burzu Mirzəliyev də vətəndən ayrı yaşamağın ağır olduğunu və daim o torpaqlara dönmək niyyətində olduqlarını bildirib. Onun sözlərinə görə, indiki gənclərin çoxu artıq bir çox dəyərli ənənələrimizi bilmirlər və o ənənələr də insanlar kimi ölüb gedir. Burzu Mirzəliyev hesab edir ki, dəyərlərimizin məhv olmaması üçün hökmən torpaqlarımıza qayıtmalıyıq. Laçın sakini Nazir Hüseynov da ermənilərin məqsədyönlü şəkildə bir çox tarixi abidələri məhv etdikləini və azərbaycanlıların izlərinin tamam silinməsinə çalışdıqlarnı dilə gətirib. O həmçinin deyib ki, məsələn Laçında toy-büsat bir başqa şəkildə keçirilərdi. O toylar təkcə şənlik xarateri daşımırdı, gənclərə örnək olacaq çox məqamlar var idi. Hər sağlıqda, təbrikdə böyüklərə hörmət, ehtiram kimi şüarlar səslənirdi. Tədbirin sonunda səslənən təkliflərin reallaşdırılması üçün görüləcək digər işlərdən də dnışılıb.


 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə Bakı,Gəncə, Goranboy, Mingəçevir şəhərlərində də reallaşdırlıb. Xatırladaq ki, “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB 29 noyabr 2013-cü ildə yaranıb. İB 2014-cü ildə Xaçmaz, Quba, Lənkəran, Masallı və Bakıda “Milli adət-ənənələrin qorunmasında və dirçəldilməsində ənənəvi və yeni mediadan istifadə”, 2015-ci ildə Qəbələ, Xaçmaz, Tovuz, Mingəçevir və Bakıda “Milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği”, 2016-cı ildə Mingəçevir, Xaçmaz, Şəki, Qəbələ və Bakıda “Qloballaşmanın milli-mənəvi dəyərlərə təsiri” mövzusunda layihələr həyata keçirib.

 






Gələcəyə Baxış Avropaya İnteqrasiya ictimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Hansı QHT-lərin sosial xidmət mərkəzləri var - Siyahı - 18 / 07 / 2018 20:22
"Yay məktəbi"nin iştirakçıları "AccessBank"ın fəaliyyəti ilə tanış olublar - 18 / 07 / 2018 18:48
Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir - 18 / 07 / 2018 18:43
Mühasibat uçotu üzrə yeni tədris proqramının ilkin versiyası müzakirə olundu - 18 / 07 / 2018 18:29
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33
Layihənin yekun təqdimat mərasimi keçirilib - 12 / 07 / 2018 10:05
“Loqos” daha bir yeniliyə imza atdı. - 12 / 07 / 2018 08:38