“İslam Həmrəyliyi – Azərbaycan nümunəsi”
A A A
08/31/2017
Oxunma sayısı : 53918

 “İslam Həmrəyliyi – Azərbaycan nümunəsi”

mövzusu istiqamətində

 

MÜ SA B İ Q Ə

 

elan olunur.

 

Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, Islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Ölkəmizin  İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz   ifadəsini   tapmışdır.   IV   İslam Həmrəyliyi   Oyunlarının   2017-ci ildə Bakı şəhərində keçirilməsi də ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaratdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar olaraq, yazı və poster /foto müsabiqəsi  elan edirik.

Respublika   səviyyəsində müsabiqəni təşkil etməkdə əsas məqsədimiz İslam həmrəyliyinə mədəni və dini müxtəlifliyin harmoniyası   prizmasından yanaşaraq, məsələnin aktuallığını daha da artırmaq və bəşəri dəyərlərin bir daha üzə çıxarılmasına dəstək olmaqdır.

Müsabiqədə iştirak etmək istəyənlər aşağıda göstərilmiş mövzulara və tələblərə uyğun olaraq yazı və poster/foto vəsaitlərini hazırlamalıdırlar:

1.     “Azərbaycan Həmrəylik nümunəsi kimi ”,

2.     “İslam elm tarixində Azərbaycan məktəbi”

3.     “Yeni dünya çağırışları: Avropa və İslam”,

4.     “İslam mədəniyyəti və sivilizasiyalararası münasibətlər”

5.     “Yeni dünya çağırışları: Azərbaycan və İslam”,

6.     “İslam və demokratiya: Tarix və Müasirlik”,

7.     “İslam həmrəyliyi: Dini və Mədəni müxtəlifliyin harmoniyası”,

8.     “İslam həmrəyliyi: Müasir çağırışlar və Dini maarifləndirmə”,

9.      “Heydər Əliyev irsi və İslam həmrəyliyi “,

10.   “İslam sivilizasiyası: müasir dini baxışlar və yeni dünya”,

11.  “İslam mədəniyyətində qadın”,

12.  “İslam və iqtisadi inkişaf”,

13.   “İslam Mədəniyyəti: Problemlər və Perspektivlər”.

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

·       Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi;

·       Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

·       Oxucu üçün informasiyalılıq dərəcəsi;

·       Cari vəziyyəti və nəticələri analiz etmək;

·       Statistik məlumatları analiz etmək;

·       Təkliflər irəli sürmək (digər uğurlu təcrübələri qeyd etmək və s);

·       Dünya təcrübəsi ilə müqayisə;

·       Mənbələri qeyd etmək.

Müsabiqənin tələbləri:

Müsabiqə ilə  maraqlanan HƏR KƏS iştirak edə bilər.

·       Hər iştirakçı müsabiqəyə yalnız bir yazı təqdim edə bilər;

·       Hazırlanan məqalələr müsabiqəyə təqdim olunana qədər heç bir KİV-də dərc olunmamalıdır;

·       Məqalə 2000-8000 işarə həcmində olmalıdır;

·       Mətn Times New Roman 14, sərlövhələr 16 şriftlə yazılmalı;

·       Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;

Müsabiqə üçün təqdim ediləcək yazılar arasından 10 ən yaxşı yazı seçiləcək və hər qalibə  300  AZN  mükafat veriləcək.

 Posterlərin orijinal ölçüsü A1 formatda olmalıdır. Təqdim edilən elektron posterə maksimum 400 sözdən ibarət olan və posteri təsvir edən mətn (azərbaycan, ingilis, rus dillərində) əlavə oluna bilər. Posterin üzərində heç bir dövlət,  ictimai və özəl təşkilatın loqosu olmamalıdır. Posterin yuxarı sol küncündə Təşkilat Komitəsi tərəfindən yerləşdiriləcək müvafiq loqo üçün  9 x 9  sm ölçüdə boş yer saxlanılmalıdır.

 Müsabiqə üçün təqdim ediləcək posterlər arasından 5 ən yaxşı poster / foto seçiləcək və hər qalibə   200 AZN   mükafat veriləcək.

Qaliblər   Münsiflər heyəti (Münsiflər heyəti – xüsusi meyarlarla seçilmiş, xarici ölkələrdə dövlət dəstəyi ilə müxtəlif mövzularda həyata keçirilən layihələrin rəhbərləri və müsabiqə istiqaməti üzrə təcrübəli elmi mütəxəssislərdən ibarətdir) tərəfindən seçiləcək.

Müsabiqə materiallarının təqdim edilməsi üçün son tarix: 15 Oktyabr, 2017-ci il.

Müsabiqə üçün hazırlanmış materiallar bu ünvana göndərilməlidir–    [email protected] ,  [email protected]

Əlaqə telefonları:  (012) 431 47 67 (3430, 2272)

Azərbaycan Fotoqrafları ictimai birliyi

ŞƏRHLƏR
XƏBƏRLƏR
Hansı QHT-lərin sosial xidmət mərkəzləri var - Siyahı - 18 / 07 / 2018 20:22
"Yay məktəbi"nin iştirakçıları "AccessBank"ın fəaliyyəti ilə tanış olublar - 18 / 07 / 2018 18:48
Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir - 18 / 07 / 2018 18:43
Mühasibat uçotu üzrə yeni tədris proqramının ilkin versiyası müzakirə olundu - 18 / 07 / 2018 18:29
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33
Layihənin yekun təqdimat mərasimi keçirilib - 12 / 07 / 2018 10:05
“Loqos” daha bir yeniliyə imza atdı. - 12 / 07 / 2018 08:38