Doğmalarımızı unutmuşuq...
A A A
09/08/2017
Oxunma sayısı : 11175
Nigar Adil

Doğmalarımızı unutmuşuq... 

Sosial şəbəkələr həyatımıza elə daxil olub ki, artıq hər kəs internetsiz bir dövr arzulayır. Və bəzən də nostaljiyə qapılır. İnternetsiz həmin illəri yenidən yaşamaq üçün sosial şəbəkə hesablarından qısa müddətli də olsa imtina etməyə çalışırlar. Amma çoxları bunu bacarmır. Bir növ sosial şəbəkələrdən imtina etmək insanın iradi gücünün göstəricisi olub. Və bu iradi güclə bir çoxları özlərini diqqət mərkəzində, onları izləyən insanları isə nigarançılıqda saxlamağa çalışırlar. Məsələn, iri hərflərlə, "Bu aralar sosial şəbəkə hesablarımı bağlayıram. Hələlik" - yazırlar. Təbii ki, bu hər kəsin şəxsi işidi. Nə zaman istəsə öz hesabını bağlaya və ya aça bilər. Amma bunu insanların hissləri ilə oynayaraq etməyin adı nədir? Əgər sənin işlərin çoxdursa, ya da psixoloji gərginliyin varsa, tək qalmaq istəyirsənsə bunu səssiz - sədasız et. Sənə görə narahat olan insan, səni düşünən insan onsuz da səninlə hər vəchlə əlaqə yaradacaq.

Zatən, hər səhərimiz bir olay, faciə ilə açılır. Daha sənin intihar ab - havalı tərkedişlərini düşünmək bizlərə ağır gəlir. İnsanların sizə görə gərginlikdə, narahatlıqda qalmaları sizə bu qədərmi zövq verir? Və iki gün keçməmiş heç nə olmamış kimi yenidən səhifələrinizi aktiv etmənizə nə ad verək? Heç sizə üzülərək yazılan rəyləri oxuyarkən özünüzdən və etdiyiniz hərəkətdən iyrəndinizmi?

Son zamanlar sosial şəbəkədə bu tip mesajlar, statuslar yazanların səhifələrini incələdim. Onların niyə bunu etdiklərini deyəsən anladım. Müşahidələrimə əsasən bu insanların bu cür davranışlarının yalnız bir səbəbi var: LİKE.

Bəli, like. Yazdığı statuslara, paylaşdığı fotolara, musiqilərə, şeirlərə onları qane edəcək qədər bəyənmə sayının olmaması, digər dostunun paylaşımlarına gələn bəyənmə sayının qısqanclığı insanları hər üsuldan istifadə etməyə "məcbur" edir.

Yəqin ki, bəyənmə sayına bu qədər həris olan insanlar bizlərə yaxın günlərdə yeni manşetli xəbər də təqdim edəcəklər: "Facebookda onu like etmədiyinə görə .... bıçaq zərbəsi ilə qətlə yetirdi". Bu başlığı oxuyan hər kəs: "bir like görə dəyərdimi",  deyəcək.

Sosial şəbəkə ilə bağlı narahatlıq tək bununla bitmir. Bu gün yaşından və sosial mövqeyindən asılı olmayaq hər kəsin sosial şəbəkə hesabı var. Onlarla yad insan bir - biri ilə dostdu. Real həyatda bəlkə də bir - birlərinə vaxt ayıramazkən, sosial şəbəkənin mesaj imkanlarından yararlanaraq saatlarla söhbətləşib, fikir mübadiləsi apara bilirlər. Burada hər kəs həmişə nəyəsə vaxt tapır. Amma real həyatda...  Biz artıq öz doğmalarımızı unutmuşuq. İndi yadlar bizə doğma olur. Öz övladına vaxt ayırmayan valideyn yad, bağışlayın sosial şəbəkədəki dostuna, saatlarla vaxt ayıra bilir, dərdlərini, sevincini onunla bölüşür. Bu problem istənilən yaş həddində mövcuddur. Orta yaşlı valideynlər də, uşaqlar da həmişə kənar, yad insanların onlarla həmfikir olduqlarını, onları anladıqlarını düşünürlər. Bəzən, bu durumlarda kimlərinsə təsiri altına düşmələri, kimlərdənsə maddi və mənəvi istifadələr, təhdid və s. kimi problemlər meydana çıxır. Bir cəmiyyətin bu qədər sosiallaşması artıq ciddi narahatlığa səbəb olmalıdı. Hər kəs fərd olaraq bu "yükdən" qurtulmağa çalışmalıdı.

Sosial şəbəkələrdə sərf etdiyimiz vaxtın ən azı yarı hissəsini öz doğmalarımıza, övladlarımıza həsr edə bilək. Bir cəmiyyət üçün bu qədər sosiallaşmaq fikrimcə, heç də doğru deyil.

ŞƏRHLƏR
XƏBƏRLƏR
Bəzi beynəlxalq təşkilatlar öz siyasi maraqları naminə Azərbaycana qarşı qərəzli bəyanatlar verməyə öyrəşiblər - 16 / 01 / 2018 22:48
"Müstəqil Azərbaycanın tarixində - 20 yanvar” mövzusuna həsr olunmuş tədbir keçiriləcək - 16 / 01 / 2018 19:48
"Eşşək" damğası - Ceyhun Musaoğlu yazır - 16 / 01 / 2018 19:42
QHT "Odlar Yurdu" Milli Mükafatına layiq görülüb. - 16 / 01 / 2018 19:33
Qrant müsabiqəsinin nəticələri açıqlandı - Qalib layihələrin siyahısı - 16 / 01 / 2018 18:46
Diqqət: Qrant müsabiqəsi elanı - 16 / 01 / 2018 18:40
Qərbin "demokratik institutları" dəyişməz ampluadadır - 16 / 01 / 2018 17:46
“Mətbuat xidmətlərinin rəhbərləri süddən çıxmış qaşıq deyillər” – Seymur Verdizadə - 16 / 01 / 2018 10:34
Türk dünyası jurnalistlərin Zirvə görüşü keçirilib - 16 / 01 / 2018 10:26
"Yayım" Assosiasiyası "Yeni nəşrlər” layihəsinə start verir! - 15 / 01 / 2018 16:56
"Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin illik hesabatı. - 15 / 01 / 2018 16:45
Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub - 15 / 01 / 2018 16:30
Sahib Məmmədov minnətdarlıq sertifikatı ilə təltif edilib - Dünya Bankının "Doing Business" layihəsi tərəfindən - 15 / 01 / 2018 07:23
Xəlil Rzanın təhqir olunmasına etiraz: "Ola bilsin ki, bu statusu yazanda sərxoş olub..." - 14 / 01 / 2018 20:33
Gənclər biomüxtəliflik və ətraf mühitlə praktiki olaraq tanış olacaqlar - 14 / 01 / 2018 15:41
Əli Həsənov: ATƏT-in media azadlığı ofisi və onunla həmrəy olan maraqlı dairələr öz mövqeyində daha balanslı, obyektiv olmalı və Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidirlər - 13 / 01 / 2018 17:51
"Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı" nələr etməli… - 13 / 01 / 2018 08:45
“Böyüməyən uşaqlar”a daha bir ölkədə təqdimat keçiriləcək - 12 / 01 / 2018 17:58
“QHT Məktəbi”nin qış təlimlərinə qəbul başladı - 12 / 01 / 2018 15:16
MQF-nin təşəbbüsü ilə Azərbaycan Tibb Universitetində Anatomiya Muzeyinin təqdimatı keçirilib - 12 / 01 / 2018 15:10
Emin Həsənli: “2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam tarixi bir hadisədir” - 12 / 01 / 2018 15:06
Maliyyə Nazirliyi QHT-lərə müraciət edib - 12 / 01 / 2018 14:54
Respublika Veteranlar Təşkilatında Dəyanət Səlimxanlının “İlahi Nur” kiatbının təqdimat mərasimi keçirilib - 12 / 01 / 2018 14:53
QHT -də “Könüllü necə olmalıdır?” - 12 / 01 / 2018 07:21
QHT sədri federasiyaya baş katib təyin olunub - 11 / 01 / 2018 17:20
Bu ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi mühüm hadisədir - 11 / 01 / 2018 17:13
Sahib Məmmədov: “Kütləvi şəkildə işdən çixarma kadr islahati deyil” - 11 / 01 / 2018 15:57
MQF-nin təşəbbüsü ilə İnsan Anatomiyası kafedrasının ictimai təqdimatı keçiriləcək. - 11 / 01 / 2018 15:41
Əliməmməd Nuriyev: “BDU-ya müstəqillik verilməsi 100 illik yubileyinə ən böyük töhfə olardı” - 11 / 01 / 2018 15:32
ADPU-da payız semestrinin imtahan sessiyasının monitorinqi keçirilib - 11 / 01 / 2018 15:12