Mediamızın babası… Vətəndir, torpaqdır Rey – 50
A A A
09/16/2017
Oxunma sayısı : 67868
Azər Sarıoğlu
 
İnsanların ən yaxşıları daimi yaşayır. Öz insanlığı, müdikliyi ilə zaman-zaman yaddaşlarda, qəlblərdə qalır. Məsələn, hər kəndin, məhəllənin xatırlanan kişiləri, ağbirçəkləri olur. Onların adları, əməlləri zaman-zaman nəsildən-nəsilə ötürülür, anılır.

Bir də görürsən ki, hansısa gənc görmədiyi, sadəcə, adını eşitdiyi və 100 il əvvəl kəndində yaşamış bir kişinin mərdliyindən danışır, ağbirçəkdən zərb-məsəl çəkir. Kişi babalarımız, xanım nənələrimiz öz sağlılarında urvatlı oturub-durmaları, xeyirxahlıqları, müdrik məsləhətləri, el-obanın xeyir-şərinə yaramaları-əməlləri ilə qazanıblar bu statusu. Özü də bu, təkcə yaşla bağlı bacarıq deyil, bir növ Allah vergisi kimidir. Belələri doğuşdan bu özəlliklərlə dünyaya gəlir və yaşa dolduqca həmin keyfiyyətlər daha da artır, onları başqalarından fərqləndirir, gənc ikən ağsaqqal, ağbirçək edir. Bizim “babamız” da belələrindəndir.

Onunla ilk dəfə 1999-ci ilin fevralında Milli Məclisin foyesində tanış oldum. Qəribə adam təsiri bağışladı. Adam elə bil anadan ağsaqqal doğulmuşdu. Bütün hərəkətləri, danışığı, mimikaları ilə yüz ilin kişilərini xatırladırdı. Qarabağlı koloriti də öz yerində. Adı da qəribə idi-Rey. Sonra bu fərqli və qəribə adamın elə köhnə kişilər kimi haqqpərəst, canıyanan, yurd sevgisi ilə yanaraq əriməyə başlayan birisi olduğunu gördüm. Daha sonra keçmiş kəşfiyyatçı, Qarabağ döyüşlərinin qazisi olaraq bu müqəddəs missiyanı mediaya daşımaq üçün jurnalistliyi seçdiyini də öyrəndim. Əslində jurnalistlika onun üçün təkcə özünü ifadə, problemləri yazmaqdan çox neçə-neçə köməksiz, yardıma ehtiyacı olan qazinin, şəhid ailələrinin dadına çatmaq üçün vasitə idi və məncə indi də belədir. Sirr deyil ki, jurnalisitkada tanınması və nüfuz sahibi olması ona qapıları daha rahat açmaqda vasitə olur. İndiyə kimi yüzlərlə döyüşçünün, qazinin, şəhid övladının dərd-sərindən ötrü, problemi üçün özünü oda atıb, neçə məmurun qapısının “dabanını çıxarıb”. O da belə rahatlıq tapır. Dost, yoldaş, insan yolunda cəfa çəkmək adamın alnına yazılıb. Jurnalist həmkarları üçün də belədir. Kimsə işsizdirsə, həmin adamın özündən xəbərsiz başqa dostlarla kömək etməyə çalışır, problemi varsa, yoluna qoymağa çalışır. Belə adamlar barəsində “filankəs dədəlik edir” deyirlər. Rey də sözün əsl mənasında dədəlik, babalıq edir.

Bilmirəm, “baba” ayamasını ona kim qoyub, ancaq yaman yapışır. Mən onu ilk tanışlıqdan, yuxarıda qeyd etdiyim kimi, baba kimi görmüşəm. Adamın hərdən əsəbiləşəndə mafiya babasına dönməsi olur. Medianın, qazilərin mənafelərinin azacıq tapdalanmasını görəndə, babalığı tutur. 

Mediamızın, qazilərin “babasıdır” axı.
Daha çox mediamızın babasıdır. Bütövlükdə isə qazi, həmkar, dost, yoldaş, baba, böyük insan Reyi birləşdirdkə vətəndir, torpaqdır Rey. Daha torpaq, vətən itirməyə səbrimiz yox- Allah Səni Qorusun Baba!

//turkustan.info

ŞƏRHLƏR
XƏBƏRLƏR
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 20:05
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 13-cü buraxılışı hazırlanıb - Video - 14 / 10 / 2018 10:06
Nazirlik: 35 QHT ilə 57 layihə üzrə müqavilə imzalanıb - 13 / 10 / 2018 09:56
Məşğulluqda qadınalara qarşı ayrı-seçkilik varmı? - 12 / 10 / 2018 11:11
Layihənin yekun tədbiri keçiriləcək - 11 / 10 / 2018 19:11
QHT Brüsseldə beynəlxalq tədbir təşkil edib - 11 / 10 / 2018 08:58
Şuranın dəstəklədiyi layihənin növbəti seminarı Sumqayıt şəhərində təşkil olundu - 11 / 10 / 2018 08:42
“Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir - 10 / 10 / 2018 14:53