Elməddin Behbud: Kontraktın şərtləri Azərbaycan üçün daha əlverişlidir
A A A
09/26/2017
Oxunma sayısı : 24237


“Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ölkə ictimaiyyəti, ziyalılar tərəfindən dərin razılıq hissi ilə qarşılanıb. Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud vaxtı 2050-ci ilədək uzadılan bu mühüm kontrakt barədə fikirlərini "Xalq" qəzeti ilə bölüşüb. QHT.az həmin müsahibəni təqdim edir:

–  Əvvəla onu qeyd edim ki, bu kontrakt Azərbaycan neft strategiyasında yeni səhifənin başlanğıcı oldu. Bu saziş Azərbaycan iqtisadiyyatının gələcək inkişafının qarantı olaraq, yaxın tariximizə önəmli hadisə kimi həkk olundu. Prezident İlham Əliyev “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimində geniş və məzmunlu çıxış etdi. Dövlət başçısının çıxışında xüsusilə bir məqam  mənim diqqətmi cəlb etdi.  Prezident bildirdi ki, ilk neft kontraktı imzanalananda Azərbaycan xəzinəsi boş və təhdidlər çox idi. Həmin vaxt iqtisadiyyatı yüksəltmək çox çətin və demək olar ki, mümkünsüz idi. O zaman Azərbaycanda siyasi intriqalar, Ermənistanla atəşkəsin yenicə imzalanması və o qədər etibarlı olmaması ehtimalı, eləcə də, ölkəmizin həddən ziyadə problemlərinin olması bir növ bu sazişin imzalanmasını çətinləşdirirdi. Çünki  həmin vaxt Azərbaycan çox riskli bir yer sayılırdı. Lakin ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və siyasi müdrikliyi sayəsində ölkəmiz dünyada özünü etibarlı tərəfdaş kimi tanıda bildi.

Böyük liderimiz Heydər Əliyev özünəməxsus müdrikliklə xarici kapitalı Azərbaycana cəlb edə bildi və 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. O dövrdə bu çox böyük tarixi nailiyyət idi. Ancaq 2017-ci ildə Azərbaycan artıq növbəti sazişin imzalanmasına tamam ayrı resurslar hesabına nail oldu. Birincisi, 14 il ərzində ölkəmizdə dinamik inkişafa nail olundu, sabitlik qorunub saxlanıldı, postneft dövrünə uyğun olaraq iqtisadiyyatın bütün sahələr üzrə inkişafı ilə bağlı konseptual yanaşma ortaya qoyuldu və ildən-ilə Azərbaycan qeyri-neft sektoru üzrə özünün istehsal imkanlarını artırdı. Bu proses indi də davam edir. Bu sahədə dövlət qurumları mütəmadi olaraq hesabatla çıxış edir və düşünürəm ki, postneft dövrüylə bağlı həyata keçirilən kompleks islahatların nəticəsini tezliklə görəcəyik.

Azərbaycan artıq  böyük  inkişaf yolu keçdiyi indiki şəraitdə bu kontraktı imzaladı. Belə desək, güclü və böyük reputasiyaya sahib  olduğumuz bir dövrdə bunu imzaladıq. Əlbəttə, ötən 14 il ərzində bütün bu nailiyyətlərə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin stabil əməkdaşlıq siyasəti sayəsində yiyələndik. O cəhətdən mən düşünürəm ki, gəldiyimiz bu yol, qazandığımız uğurlar bizə imkan yaradacaq ki, 2050-ci ilədək vaxtı uzadılan bu əhəmiyyətli neft sazişindən əldə etdiklərimiz daha böyük olsun.

Şübhəsiz ki, dövlətimizin məqsədi ilk növbədə əhalinin sosial rifah halının yüksəldilməsini təmin etməkdir. Əminik ki, yaxın illərdə həllini gözləyən digər problemlərimiz də aradan qaldırılacaq. Hesab edirəm ki,  kontraktın şərtləri Azərbaycan üçün daha  əlverişlidir. Belə ki, kontraktın imzalanmasından sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək,  bu da xarici kompaniyaların 2004-cü ildə imzalanmış “Əsrin müqaviləsi” layihəsi üzrə o zaman ödədikləri bonusdan müqayisə edilməyəcək dərəcədə çoxdur. Digər tərəfdən, yeni imzalanmış kontraktda SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın gələcək inkişafında kontraktın çox böyük iqtisadi əhəmiyyəti olacaqdır.  

Hazırladı: Anar TURAN,
“Xalq qəzeti”

Demokratik Azərbaycan Naminə Gənclərin ictimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Qəhrəmanlar ölmürlər” layihə çərçivəsində seminar keçirilib - 18 / 12 / 2017 14:34
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 illik fəaliyyətini qeyd etdi - 18 / 12 / 2017 14:28
QHT təmsilçisinin qeyri-adi toyu - 18 / 12 / 2017 07:12
Xaçmazlı gənclər “Arifə bir işarə” üçün bir araya gəldi - 17 / 12 / 2017 17:25
В Баку прошла конференция на тему «Туркманчайский мирный договор – 190: по следам исторической правды» - 17 / 12 / 2017 14:39
Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq, 2020-ə vəsiqə qazanarsa... - 16 / 12 / 2017 23:14
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin bəyanatı - 16 / 12 / 2017 19:21
Media kapitanlarının Türkiyə səfəri davam edir - 16 / 12 / 2017 13:19
“Şalvar ala bilməyənlər arvad alırlar” - Tanınmış jurnalistdən valideynlərə sərt ittiham - 16 / 12 / 2017 13:09
Parisdə azərbaycanlı girovlarla bağlı aksiya keçirilib - 15 / 12 / 2017 15:46
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 yaşını qeyd etdi - 15 / 12 / 2017 14:29
Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib - 15 / 12 / 2017 13:13
Respublika Veteranlar Təşkilatı ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının əməkdaşlığı veteran hərəkatına xüsusi tövhələr verəcək - 15 / 12 / 2017 06:50
Azay Quliyev növbəti dəfə seçiciləri ilə görüşdü - 14 / 12 / 2017 21:13
Sahib Məmmədov -55 - 14 / 12 / 2017 20:28
Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib - 14 / 12 / 2017 15:00
Bakıda Aİ və UNİCEF-in "Uşaqlar üçün ədliyyə" adlı birgə layihəsi üzrə hesabatın təqdimatı olub - 14 / 12 / 2017 13:49
Hadi Rəcəbli: "Birinci qrup gözdən əlillər təhsil haqqından azad edilə bilər" - 14 / 12 / 2017 12:15
Hicran Hüseynova: "Ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil" - 14 / 12 / 2017 11:53
Azərbaycan media təmsilçilərinin İstanbul şəhərinə səfər proqramı başlayıb - 14 / 12 / 2017 11:44
"İrsimizə atəş açmayın" filminin təqdimatı keçiriləcək - 14 / 12 / 2017 11:00
UNİCEF nümayəndəsi: "Əlilliyi olan uşaqların təhsilə cəlb olunmasına xüsusi diqqət edirik" - 14 / 12 / 2017 10:50
Layihə çərçivəsində növbəti seminar keçirilib - 14 / 12 / 2017 07:42
"Çıraqov və qeyriləri Ermənistana Qarşı" işi üzrə İctimai TV-də müzakirələr aparılıb - Video - 14 / 12 / 2017 07:24
Əlillər işlə təminatda hansı problemlərlə üzləşir? - 13 / 12 / 2017 16:09
BAMF prezidenti BMT-nin Nyu Yorkdakı baş qərargahında görüşlər keçirib - 13 / 12 / 2017 11:37
Azərbaycanlı QHT nümayəndələri Almaniyada keçiriləcək tədbirdə iştirak edəcək. - 13 / 12 / 2017 11:00
Orduda QHT və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir - 13 / 12 / 2017 09:15
Şabran gəncləri “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramınən icrasına cəlb edildi - 13 / 12 / 2017 08:29
Dahi rəhbər Heydər Əliyev xalqımıza xoşbəxt, firavan həyat bəxş edib - 12 / 12 / 2017 19:28