Yeniyetmə rəssamlar Aprel döyüşləri qəhrəmanlarının obrazlarını yaradırlar -Foto
A A A
09/29/2017
Oxunma sayısı : 50984

|


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi (JEM) "Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi" layihəsi davam edir.  
JEM-dən verilən məlumata görə, 4 ay müddətində - iyul - noyabr ayları boyunca keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasında təhsil alan yeniyetmə rəssamlar 2016-ci ilin aprel döyüşlərində işğalçı Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərin şücaət göstərdiyi anın rəsmini çəkəcəklər. 

Layihəyə iyulun 17-də Filarmoniyada start verilib. JEM və təhsil ocağı rəhbərliyinin, rəsm müəllimlərinin və rəssamların, onların valideynlərinin iştirakı  ilə keçirilən təqdimat mərasimində Mərkəzin sədri  Ceyhun Musaoğlu görüləcək işlərin məqsədi, məramı, mahiyyəti barədə ətraflı məlumat verib. 
Artıq şəhidlərin obrazlarının eskizləri tamamlanmaq üzrədir. Bu barədə JEM-dən yayılan məlumatda bildirilir. Rəsm dərnəyinin rəhbəri Gilan Əzizxanlının koordinatorluğu ilə həvəslə işləyən yeniyetmə rəssamlar obrazlarını yaratdıqları qəhrəmanların həyat və döyüş yolu barədə ətarflı öyrəniblər, oxuduqlarından aldıqları təəssürat rəsmlərdə xüsusi qabardılır. 

G.Əzizxanlının sözlərinə görə, rəssamlarla yanaşı, onların valideynləri də övladlarının olduqca gərəkli və maraqlı layihəyə cəlb olunmalarından qürur duyur, layihəyə dəstək verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.  
Layihənin koordinatoru onu da vurğulayıb ki, məqsəd əsgərlərimizin qəhrəmanlıqlarını rəsmlərdə əbədiləşdirməklə yanaşı, gələcək nəslin yaradıcı nümayəndələrində vətənpərvərlik hissi oyatmaq, yeniyetmələri dövlətçilik ənənələrinə daim sadiq qalmağa, azərbaycançılıq məfkurəsinə söykənərək yaşayıb yaratmağa, Vətən uğrunda canlarından keçən şəhidlərlə qürur duymağa sövq etməkdir. 

Məlumatda deyilir ki, 50 qəhrəmanın təsvir olunduğu rəsm əsərlərinin çəkilmə prosesi tam yekunlaşandan sonra - noyabrda Azərbaycan Hərb Tarixi Muzeyində sərgi olacaq, tədbirdə rəsm müəllifləri ilə yanaşı şəhid ailələri, ictimaiyyət nümayəndələri, KİV orqanları əməkdaşlarının iştirakı nəzərdə tutulur. 
Sonda rəsm əsərləri muzeyə hədiyyə olunacaq, yeniyetmə rəssamlar diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.  

Rəssamlar qəhrəmanların obrazlarını yaradarkən,  tanınmış jurnalist Aida Eyvazlının aprel döyüşləri şəhidlərindən bəhs edən “Qalibiyyət - şahidlər və şəhidlər” kitabından yararlanıblar. Bu kitab qəhrəmanlarımızı yaxından tanımaq, onların obrazlarını daha dolğun canlandırmaq üçün yaxşı əyani vəsaitdir. 

Jurnalist Ekspert Mərkəzi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 20:05
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 13-cü buraxılışı hazırlanıb - Video - 14 / 10 / 2018 10:06
Nazirlik: 35 QHT ilə 57 layihə üzrə müqavilə imzalanıb - 13 / 10 / 2018 09:56
Məşğulluqda qadınalara qarşı ayrı-seçkilik varmı? - 12 / 10 / 2018 11:11
Layihənin yekun tədbiri keçiriləcək - 11 / 10 / 2018 19:11
QHT Brüsseldə beynəlxalq tədbir təşkil edib - 11 / 10 / 2018 08:58
Şuranın dəstəklədiyi layihənin növbəti seminarı Sumqayıt şəhərində təşkil olundu - 11 / 10 / 2018 08:42
“Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir - 10 / 10 / 2018 14:53