Daha üç ölkə İpək Yoluna Dəstək Qrupuna qoşulub
A A A
10/04/2017
Oxunma sayısı : 5316

Andorrada ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun ilk iclası keçirilib.

Bu barədə AzVision.az-a qrupun katibi Mirkamal Əlizadə məlumat verib. İclası açan qrupun rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O, bu il iyulun 8-də Minskdə keçirilən təsis yığıncağından sonra görülən işlərlə bağlı məlumat verib. Üzv ölkələr İpək Yoluna Dəstək Qrupunun Əsasnaməsinə əlavə və dəyişikliyin yalnız konsensus yolu ilə edilməsi haqqında razılığa gəliblər. Bundan başqa, Avstriya, Polşa və Makedoniyanın ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna üzvlüyü haqqında müraciətlərinə baxılıb və yekdilliklə həmin ölkələr qrupun üzvlüyünə qəbul edilib.



İclasda Azərbaycanın və Çinin birgə təşkilatçılığı ilə Bakıda “Bir kəmər, bir yol” layihəsinə həsr olunan beynəlxalq konfransın keçirilməsi haqqında qərar qəbul edilib. Tədbirin tarixi, gündəliyi və iştirakçıları barədə məlumatın qısa müddət ərzində hazırlanıb üzv ölkələrə göndərilməsi qrupun katibliyinə tapşırılıb. Bundan başqa, Gürcüstan nümayəndə heyətinin üzvü Corc Tseritelinin İpək Yoluna Dəstək Qrupunun növbəti tədbirinin Gürcüstanda hökumət nümayəndələrinin iştirakı ilə keçirilməsi haqqında irəli sürdüyü təşəbbüs də dəstəklənib.



İclasda çıxış edən Milli Məclisin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə həyətinin rəhbəri Bahar Muradova “Bir kəmər, bir yol” layihəsi ilə bağlı Bakıda keçiriləcək konfransın əhəmiyyətini vurğulayıb və iştirakçıları Azərbaycan parlamenti adından tədbirin yüksək səviyyədə təşkil olunacağına əmin edib. İclasda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev təmsil etdiyi qurumun İpək Yoluna Dəstək Qrupu ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib və 2018-ci ildə İstanbulda birgə tədbirin keçirilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib. Sonda İpək Yoluna Dəstək Qrupunun loqosu, saytı, Tvitter hesabı və videoçarxı nümayiş etdirilib.



Xatırladaq ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu bu il iyul ayının 8-də Azay Quliyevin təşəbbüsü ilə Parlament Assambleyasının Minskdə keçirilən yay sessiyası çərçivəsində təsis edilib. Bu təşəbbüs 17 ölkə - Azərbaycan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Rumıniya, Serbiya, İsveçrə, İspaniya, Tacikistan, Türkiyə və Ukrayna tərəfindən dəstəklənib və qrup həmin ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin imzası ilə rəsmən yaradılıb.

Avstriya, Polşa və Makedoniyanın qrupa daxil olması ilə İpək Yoluna Dəstək Qrupuna üzv ölkələrin sayı 20-yə çatıb.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev “Azadlıq” qəzetinə cavab verdi - 18 / 10 / 2017 03:25
Hadi Rəcəbli: QHT-lərin böyük əksəriyyəti maarifləndirmə baxımından böyük işlər görürlər. - 17 / 10 / 2017 19:08
Vətəndaşların müraciətlərinə necə baxılmalıdır? – Video - 17 / 10 / 2017 17:05
“Bu, Azay Quliyevə qarşı qısqanclıq və kəmfürsətlikdir” - 17 / 10 / 2017 16:40
“Ziyalı sözü”nün növbəti qonağı Şəhriyar del Gerani olub - 17 / 10 / 2017 16:30
“Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili” davam edir - 17 / 10 / 2017 16:00
Şura sədri Azay Quliyev başsağlığı verib - 17 / 10 / 2017 15:56
Şurada QHT sədrləri ilə görüş keçirilib - 17 / 10 / 2017 15:49
“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda Dəyirmi Masa keçirildi - 17 / 10 / 2017 15:49
Azay Quliyev ATƏT-in Qırğızıstandakı seçkilərlə bağlı rəyini açıqlayıb - 16 / 10 / 2017 15:53
QHT Forumu Mədəniyyət və Turizm Nazirliyində “İntellektual insan və vətəndaş cəmiyyəti” adlı dəyirmi masa keçirib - 16 / 10 / 2017 15:42
Miqrantların ölkə ərazisində daimi yaşaması və müvəqqəti olma şərtləri müzakirə olunub - 16 / 10 / 2017 07:45
QHT Naxçıvanda tədbir təşkil etdi - 15 / 10 / 2017 17:24
“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda dəyirmi masa keçiriləcək - 15 / 10 / 2017 17:15
“Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsinin təqdimat mərasimi keçirilib - 14 / 10 / 2017 20:38
Sahib Məmmədov: Dağlıq Qarabağa qanunsuz səfər edənlər cəzalandırılmalıdır - 14 / 10 / 2017 20:29
“İslamdakı gözəllik, danışan əllərlə “ adlı elmi-proktiki konfrans keçirilib - 14 / 10 / 2017 19:20
Seymur Verdizadə: Ölkəmizdə fəaliyyət göstərən internet resurslarının təhlükəsizliyi yüksək səviyyədə deyil - 14 / 10 / 2017 12:07
Emin Həsənli: Böyük dövlətlər imperialist siyasət aparırlar - Audio - 13 / 10 / 2017 18:43
Erməni mediasına çalışan Azərbaycan haqqında obyektiv danışa bilməz – Səbuhi Abbasov - 13 / 10 / 2017 17:32
"İslam Həmrəyliyi ili: silsilə maarifləndirici tədbirlər" layihəsinə start verilib - 13 / 10 / 2017 17:12
“Sağlamlıq Naminə Təbiblər” ictimai birliyinin nümayəndələri peşə reabilitasiya mərkəzində olub - 13 / 10 / 2017 13:36
Şuranın dəstəyilə M. Ə. Sabirin “virtual muzeyinin” təqdimatı olacaq - 13 / 10 / 2017 13:05
Jurnalist təşkilatı cəbhə bölgəsində vətənpərvərlik təbliğatı aparıb - 13 / 10 / 2017 12:58
“Məni çağırırsan, Azərbaycan” fotosərgi. - 12 / 10 / 2017 20:01
Gülayə Səfərova: “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər” - 12 / 10 / 2017 19:56
QHT rəhbəri Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb - 12 / 10 / 2017 19:27
ASGA sədri ATƏT-in tədbirində internet mediadan danışacaq – AVSTRİYADA - 11 / 10 / 2017 18:43
Xaçmazda insan alveri ilə bağlı maarifləndirmə tədbiri keçirilib - 11 / 10 / 2017 18:26
Azərbaycana ayrı-ayrı donorlar tərəfindən qeyri-leqal yol ilə də vəsait daxil olur - 11 / 10 / 2017 18:18