Tələbələrlə sup içən rektor
A A A
10/04/2017
Oxunma sayısı : 12067
Seymur Verdizadə

Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışan tələbə dostum dünən bizdə qonaq olanda belə dedi: “İki gün əvvəl universitetimizin yeməkxanasında rektorumuzu gördük. Tələbələrlə birlikdə nahar edirdi. Növbədə dayananda yerimizi ona vermək istəsək də, razı olmadı”.

Söhbət Pedaqoji Universitetin rektoru postuna üç ay əvvəl təyinat almış professor Cəfər Cəfərovdan getdiyi üçün zərrə qədər də təəccüblənmədim. Çünki 2006-cı ildə təsis edilmiş Azərbaycan Turizm İnstitutunda (indiki Azərbaycan Turizm və Menecment Universiteti – S.V) onun əzm və qətiyyəti sayəsində rüşvətsiz sistem yaratmaq mümkün olmuşdu. Azərbaycanda ali təhsil müəssisələrinin rüşvət bataqlığında çabaladığı bir vaxtda Turizm və Menecment Universitetində heç bir müəllimin ixtiyarı yox idi ki, tələbədən rüşvət alsın. Sadə bir insan olan rektor tələbələrlə birlikdə nahar edir, onlarla ata, böyük qardaş kimi davranır, həlli mümkün olan problemləri təmənnasız yoluna qoyurdu. İndi olduğu kimi, Turizm və Menecment Universitetində çalışdığı dövrdə də Cəfər müəllimin qapısı tələbələrin üzünə həmişə açıq idi. Məqamı gəldiyi üçün yazmaq istəyirəm. Soyadımı daşıyan bir qohumum üç-dörd il əvvəl Turizm və Menecment Universitetində təhsil alırdı. Üçüncü kursa keçəndə məlum oldu ki, qohumumun 8 fəndən kəsiri var. Şəxsi münasibətimiz yaxşı olsa da, həmin kəsirləri düzəltdirmək üçün bir dəfə də Cəfər müəllimə müraciət etmədim. Onun prinsipiallığı, mənim isə əxlaqım buna imkan vermirdi...

Cəfər Cəfərovun təhsil sistemində rüşvətxorluğa qarşı 10 il əvvəl başlatdığı mübarizədən indi yazmağım səbəbsiz deyil. Açıq danışmaqda fayda var. Heç kimə sirr deyil ki, Azərbaycanda rüşvət almayan adama bir qədər qəribə nəzərlərlə baxırlar. Hətta çoxları öz çirkin əməllərinə haqq qazandırmaq üçün belə deyirlər: “Rüşvət almadan işləmək mümkün deyil”. Amma Cəfər müəllim sübut etdi ki, rüşvət almadan işləmək nəinki mümkündü, hətta qocaman bir universitetin rektoru postuna təyinat almaq da olar.

Hazırda Turizm və Menecment Universitetində hökm sürən müsbət ab-havanı mən əvvəllər Bakı Slavyan Universitetində də (BSU) müşahidə etmişəm. Akademik Kamal Abdulla BSU-da rektor işlədiyi vaxt rüşvətxorluğa qarşı amansız mübarizə aparırdı. Kamal müəllim yaşın verdiyi üstünlükdən istifadə edərək, tələbələrlə öz doğma balası kimi rəftar edir, onların daxili potensialının üzə çıxması üçün əlindən gələni əsirgəmirdi. Həmin illlərdə BSU-da keçirilən bir neçə tədbirdə iştirak etmişəm. Kamal müəllimin sağında da, solunda da həmişə tələbələr otururdu. Cəfər Cəfərov kimi Kamal Abdulla da universitetin yataqxanasında tələbələrlə birlikdə nahar edir, dekan və kafedra müdirlərinin onları incitməsinə imkan vermirdi. Sonrasını isə hamı bilir. Kamal müəllimin Azərbaycan elminin inkişafındakı xidmətləri, xüsusilə də rəhbərlik etdiyi təhsil müəssisəsində neqativ hallara qarşı apardığı mübarizə yüksək qiymətləndirilərək, 2014-cü ildə onu Dövlət müşaviri kimi mühüm bir posta təyin etdilər. Və digər məmurlar da gördülər ki, məsul vəzifəyə təyinat almağın yolu həm də təmiz işləməkdən keçir.

Azərbaycan yeni dövrün astanasındadır. Yeddi min manata aldığı ayaqqabını rəngini bəyənmədiyi üçün sürücüsünün başına çırpan icra başçılarının, tualetə girəndə gənc müstəntiqi əlində aftafa qapının ağzında gözlətdirən prokurorların, saçı-saqqalı ağarmış qoca mayoru toyuq tutmaq üçün bağ evindəki qaranlıq hinə itələyən polis rəislərinin meydanı getdikcə daralır. Məmurlar ya nəfislərinə hakim olub təmiz işləməli, ya da vəzifələri ilə vidalaşmalıdırlar. Başqa yol yoxdur! //qafqazinfo.az

ŞƏRHLƏR
XƏBƏRLƏR
“Qəhrəmanlar ölmürlər” layihə çərçivəsində seminar keçirilib - 18 / 12 / 2017 14:34
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 illik fəaliyyətini qeyd etdi - 18 / 12 / 2017 14:28
QHT təmsilçisinin qeyri-adi toyu - 18 / 12 / 2017 07:12
Xaçmazlı gənclər “Arifə bir işarə” üçün bir araya gəldi - 17 / 12 / 2017 17:25
В Баку прошла конференция на тему «Туркманчайский мирный договор – 190: по следам исторической правды» - 17 / 12 / 2017 14:39
Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq, 2020-ə vəsiqə qazanarsa... - 16 / 12 / 2017 23:14
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin bəyanatı - 16 / 12 / 2017 19:21
Media kapitanlarının Türkiyə səfəri davam edir - 16 / 12 / 2017 13:19
“Şalvar ala bilməyənlər arvad alırlar” - Tanınmış jurnalistdən valideynlərə sərt ittiham - 16 / 12 / 2017 13:09
Parisdə azərbaycanlı girovlarla bağlı aksiya keçirilib - 15 / 12 / 2017 15:46
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 yaşını qeyd etdi - 15 / 12 / 2017 14:29
Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib - 15 / 12 / 2017 13:13
Respublika Veteranlar Təşkilatı ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının əməkdaşlığı veteran hərəkatına xüsusi tövhələr verəcək - 15 / 12 / 2017 06:50
Azay Quliyev növbəti dəfə seçiciləri ilə görüşdü - 14 / 12 / 2017 21:13
Sahib Məmmədov -55 - 14 / 12 / 2017 20:28
Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib - 14 / 12 / 2017 15:00
Bakıda Aİ və UNİCEF-in "Uşaqlar üçün ədliyyə" adlı birgə layihəsi üzrə hesabatın təqdimatı olub - 14 / 12 / 2017 13:49
Hadi Rəcəbli: "Birinci qrup gözdən əlillər təhsil haqqından azad edilə bilər" - 14 / 12 / 2017 12:15
Hicran Hüseynova: "Ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil" - 14 / 12 / 2017 11:53
Azərbaycan media təmsilçilərinin İstanbul şəhərinə səfər proqramı başlayıb - 14 / 12 / 2017 11:44
"İrsimizə atəş açmayın" filminin təqdimatı keçiriləcək - 14 / 12 / 2017 11:00
UNİCEF nümayəndəsi: "Əlilliyi olan uşaqların təhsilə cəlb olunmasına xüsusi diqqət edirik" - 14 / 12 / 2017 10:50
Layihə çərçivəsində növbəti seminar keçirilib - 14 / 12 / 2017 07:42
"Çıraqov və qeyriləri Ermənistana Qarşı" işi üzrə İctimai TV-də müzakirələr aparılıb - Video - 14 / 12 / 2017 07:24
Əlillər işlə təminatda hansı problemlərlə üzləşir? - 13 / 12 / 2017 16:09
BAMF prezidenti BMT-nin Nyu Yorkdakı baş qərargahında görüşlər keçirib - 13 / 12 / 2017 11:37
Azərbaycanlı QHT nümayəndələri Almaniyada keçiriləcək tədbirdə iştirak edəcək. - 13 / 12 / 2017 11:00
Orduda QHT və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir - 13 / 12 / 2017 09:15
Şabran gəncləri “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramınən icrasına cəlb edildi - 13 / 12 / 2017 08:29
Dahi rəhbər Heydər Əliyev xalqımıza xoşbəxt, firavan həyat bəxş edib - 12 / 12 / 2017 19:28