Güclü olmaq istəmirəm... Nigar Adil yazır
A A A
10/04/2017
Oxunma sayısı : 15205

Güclü olmaq istəmirəm...

Nigar Adil

Çöldə payız. İçimdə isə yüz ilin görünməmiş "qış"- ını yaşayıram. İşə adapdə olmaq istəyirəm. Baş vermiş hər şeyi, hər kəsi unutmaq üçün. Özümü toparlamağa çalışıram. Saytları açıram. Ölkə saytları da sanki mənimlə bərabər "qış"dadılar. Yetinmirəm, türk, rus, hətta "salam-sağ ol" dan başqa heç nə bilmədiyim ingilis saytlarını, fransız saytlarını açıram. Bu qar əriməlidi, nəsə məni ovutmalıdı, nəsə mənə ümid verməlidi ümidi ilə...

Amma bütün dünya, yerli saytlardakı yazılar, xəbərlər, şəkillər hamısı mənim üçün bir ovuc gərəksiz malzəmədi, sanki. Elə bir hansısa pazlı yığmaq sənə həvalə olunub. Bitirməyin üçün pazılın hansısa bir hissəsini tapa bilmirsən. Bütün evi, ətrafı, hətta dünyanı dörd dolanırsan. Tapılmır ki, tapılmır. İtirmədiyinə əminsən, çünki indicə əlinlə, gözlərinin önündə təzə qutudan çıxartmısan. Amma o bir hissə yoxdu ki, yoxdu... Elə bil bəxtin, şansın, tanrın səninlə qanlı - bıçaqlıdı.

Həytında çatışmayan hissələrlə, hissəciklərlə razılaşa, qəbul edə bilmirsən. Hər daim NİYƏ sualı sənə bütün ətrafını dörd dolandırır. O an hər kəs sənin üçün dəyərsizləşir, hər şey anlamını itirir. NİYƏ - lərdə boğulduğunu görürsən sadəcə. Və bu da səni məhv edir.

Qəlbinə bir damcı gün işığı arzulayırsan. Günəşin şüasının mində bir hissəsinin "qar"ları əritməsinə çalışırsan, ümid edirsən, çabalayırsan. Amma... Dediyin sözlər, sevgi ilə toxunduğun hər şey buz baltası kimi səni doğrayan an bütün dəyərlər gözündə cılızlaşır, bütün sevgilər nifrətə dönür. Səs tellərin, boğazın partlayana qədər YETƏR deyib qışqırmaq istəyirsən. Ətrafına baxırsan. Olduğun ortam buna müsaid deyil. Nə zamansa müsaid olacaqmı? Təbii ki, yox. Heç vaxt belə bir ortam olmayacaq, heç vaxt o buzlar əriməyəcək və günəşin mində bir zərrəsi, işığı, şüası sənə ümid verməyəcək.

Bəs doğru olan nədir? Ən doğru olan ikiqanadlı bir canlı olmaqdı, deyəsən. İstədiyin vaxt istəmədiyin, istənmədiyin ortamdan, hər yerdən, hər kəsdən baş götürüb getməkdir ən doğru olanı. Fərqi yoxdu, qarğa oldun, sərçə oldun, lap elə ağcaqanad olsan belə yetərlidi. Yetər ki, canın istəməyəndə, istənilməyəndə gedə biləsən. Hamıdan, hər kəsdən... uzaqlara... lap uzaqlara...

Payızın küləyində üşü, qışın qarında don, amma yetər ki, insanların "küləyində", "qarında" donma...

Bəzən saytlar, tv- lər bas - bas bağıraraq "yüz ilin şaxtası bu qış"-  deyirlər, yazırlar. Amma təbiət ən sərt qışında belə bizə, insanların bizə yaşatdığı "qış" qədər əlacsız, ümidsiz qoymur.

Bütün bunlardan sonra həyat sənin boğazından yekə bir "medal" asır: "GÜCLÜ QADIN"

Al, hər şey sənin olsun. Dünyanın bütün gücləri, əzələləri, dərdləri, "qışları", "küləkləri"...

Kim deyir ki, mən bu "medal" uğrunda yarışıram? Mən xoşbəxt olmağa tələsirəm, çabalayıram...

Artıq güclü-filan olmaq istəmirəm. Qoy, bütün güclər sənin - həyatın olsun. Mənə bir günəşim və payızım yetər. Mənə sevgi yetər, mənə qayğı yetər, qar dənəsi boyda xoşbəxtlik yetər. Güclü olmaqla günəşli olmaq olmur, sevgi olmur, xoşbəxtlik olmur...

ŞƏRHLƏR
XƏBƏRLƏR
Əlilliyi olan şəxslərin turları davam edir-FOTOLAR - 19 / 07 / 2018 16:06
QHT sədrinin müavini millət vəkillərinə səsləndi - Təcili - 19 / 07 / 2018 09:05
Hansı QHT-lərin sosial xidmət mərkəzləri var - Siyahı - 18 / 07 / 2018 20:22
Mühasibat uçotu üzrə mövcud tədris proqramlarının təkmilləşdirilməsi ilə bağlı ekspertlər tərəfindən təqdim olunan təkliflərin müzakirəsi keçirilib - 18 / 07 / 2018 19:06
"Yay məktəbi"nin iştirakçıları "AccessBank"ın fəaliyyəti ilə tanış olublar - 18 / 07 / 2018 18:48
Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir - 18 / 07 / 2018 18:43
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33