Deyəsən, Orta Şərqi münaqişəsiz heç zaman görməyəcəyik
A A A
10/04/2017
Oxunma sayısı : 27583
Əkrəm Bəydəmirli

Deyəsən, Orta Şərqi münaqişəsiz heç zaman görməyəcəyik


Orta Şərqdə, xüsusilə, müsəlman dünyasında,  münaqişə ocaqlarında gedən prosesləri narahatlıqla izləyirik. Münaqişənin biri həll olunmamış digəri biri alovlanmağa başlayır.  Sanki  dirijor çubuğu ilə idarə olunan bu proseslər regionu ancaq fəlakətə sürükləyir. Heç şübhəsiz ki, bəzi dairələrə məxsus beyin mərkəzlərinin, gözə görünən və görünməyən qüvvələrin layihəsi olan belə münaqişələr məqsədli şəkildə uzadılır. Görəsən, birbaşa  insanlıq  əleyhinə, islam dininə qarşı yönələn belə prosesləri niyə dayandırmaq mümkün olmur?  

Politologiyada, elmi nəzəriyyələrdə göstərilən  metodologiyalar, Qərbin əlində bayraq etdiyi beynəlxalq hüquq nağılı  təəssüf  ki,  kağız, üzərində, kitablarda qalır. Belə layihələri cızan dairələrdən mərhəmət  gözləmək sadəlövlükdür.  
Təbii ki, ikili standartlardan, separatizmə dəstəkdən uduzan isə qlobal geosiyasət və həmin münaqişə bölgələrində yaşayan dinc insanlardır. İkili standartlar tədricən beynəlxalq hüquq sistemini iflic vəziyyətinə salır. Şübhə yoxdur ki, bundan sonra da meydana paradoksal geosiyasi situasiyalar çıxacaq. Bu  da münaqişələrin həllinə əngəl olacağı fikrini bir daha təsdiqləyir. Əlqərəz  bu siyasi proseslərdə səmimiyyət axtarmaq mənasızdır.

Bir anlıq  nəzər salaq  Əfqanıstanda, İraqda, başqa müsəlman ölkələrində  hərbi münaqişlər necə yarandı.  Hətta o dövrdə, yəni 80-ci illərə kimi  həmin regionu tədqiq edən, ora gedib-gələn tərcüməçi kimi çalışan azərbaycanlılar da bu fikirləri təsdiqləyirlər ki,  vaxtılə  Əfqanıstanda  şahlıq dövründə  indikindən fərqli olaraq  normal  həyat tərzi olub. Təbi ki, o anlama gəlməsin, əfqan xalqı kef çəkirdi. Hər halda həmin ölkənin əhalisi belə demək mümdürsə  zamanın tələblərinə, ölkənin iqtisadi potensialına uyğun yaşayırdı.  Sovet İttifaqı ilə ABŞ-ın  hərbi poliqonuna  çevrilən kimi Əfqanıstan çokməyə başladı. Əfqanıstana ixrac olunan  azadlıq, əgər buna azadlıq demək mümkündürsə, görün ölkəni  hara gətirib çıxarıb. 

Geopolitik maraqlara,  regionun sərvətlərinin yenidən bölüşdürülməsinə  xidmət edən digər layihə, oxşar ssenari İraqda  baş tutdu. Dünyanın ən zəngin neft ölkələrindən biri olan İraqın başı  fəlakətlərdən heç vaxt iraq olmadı.. 1988-89-cu illərdə  iqtisadi inkişafa görə, siyasi ekspertlər İraqı Şərqin Yaponiyası  adlandırırdılar  Səddam Hüseynin Qərbə və xüsusilə, ABŞ-a meydan oxuması, nəhayət Küveytin işğalı  İraqın  çöküşünə zəmin yaratdı. İndi terror təşkilatlarından  qurtulmağa can atan bu ölkə daha bir təlatümlə üzləşdi. Müsəlman dünyasında heç bir dəstək almayan  İraqın Kürd Muxtariyyətinin müstəqillik referendumu keçirnəsi bölgəni yeni münaqişə, müharibə meydanına  çevirəcəyi şübhəsizdir. Kürdüstanın yaranması təkcə İran, İraq, Türkiyə üçün deyil, bütün region dövlətləri o cümlədən Suriya üçün təhdiddir.

Bütün bu prosesləri izlədikcə, bu  qənaətə gəlmək olar ki, regional konfliktlərin həllinə mane olan faktorlar  münaqişə tərəflərinin maraqlarından  daha çox separatizmə dəstək verən, bu prosesləri idarə edən  böyük qüvvələrin strateji maraqlarıdır.  Bu çox təhlükəli gələcəkdir. Bir sözlə  hazırkı  məqamda Qarabağda və digər ərazilərdə  separatçılara dəstək verən qüvvələr bu dəstəkdən imtina etsələr bir çox  münaqişələrin çozülməsi xeyli tezləşər.

Bəs, Orta Şərqdə  bu tipli münaqişələrdən  qurtulmaq üçün nəyi etmək məqbul olar?  İlk öncə islam silizasiyasına ehtiyac var.  Əslində islam həmrəylinin zəif olması, bir çox hallarda Orta Şərqdə arzuolunmayan  proseslərə rəvac verir. Şübhəsiz ki,  münaqişənin dərinləşməsində,  islam dininin gözdən salınmasında  maraqlı  qüvvələrin layihəsini ifşa etmək üçün  islam dövlətləri və xalqları arasında  səmimi həmrəyliyə ehtiyac var.

 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və bu sahədə mühüm addımların atılması  çox zəruri idi. Bütün bu addımlar islam həmrəyliyinə  önəmli töhfədir. Digər müsəlman dövlətlərinin belə addımlar atacağına ümid etmək olar.
 Ən əsası odur ki, islami dəyərlərin yayılmasına xidmət edən, islamın mahiyyəti ilə vəhdət təşkil edən  belə həmrəylik  toplumların, fərdlərin, müxtəlif  məzhəb sabiblərinin  öz potensialını, enerjisini dövlətin,  cəmiyyətin dağılmasına deyil, onun inkişafına sərf edər.

ŞƏRHLƏR
XƏBƏRLƏR
Əlilliyi olan şəxslərin turları davam edir-FOTOLAR - 19 / 07 / 2018 16:06
QHT sədrinin müavini millət vəkillərinə səsləndi - Təcili - 19 / 07 / 2018 09:05
Hansı QHT-lərin sosial xidmət mərkəzləri var - Siyahı - 18 / 07 / 2018 20:22
Mühasibat uçotu üzrə mövcud tədris proqramlarının təkmilləşdirilməsi ilə bağlı ekspertlər tərəfindən təqdim olunan təkliflərin müzakirəsi keçirilib - 18 / 07 / 2018 19:06
"Yay məktəbi"nin iştirakçıları "AccessBank"ın fəaliyyəti ilə tanış olublar - 18 / 07 / 2018 18:48
Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir - 18 / 07 / 2018 18:43
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33