“QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri” adlı konfrans keçirilib - Qubada
A A A
10/08/2017
Oxunma sayısı : 42968

|


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Qubada “QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri” adlı konfrans keçirib.
 
QHT.az xəbər verir ki,  konfransda ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
 
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq ictimai problemlərin həllində, vətəndaş təşəbbüskarlığının təşviqində önəmli rol oynayırlar. 

F.Qurbanov QHT-lərin həyata keçirdiyi layihələr çərçivəsində görülən işlərin geniş auditoriyaya çatdırılması üçün KİV-lərlə qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi və effektivliyin artırılmasının zəruri olduğunu vurğulayıb.
 
İcraçı direktor vətəndaş cəmiyyətinin adları qeyd olunan iki mühüm institutu arasında qarşılıqlı səmərəli əlaqələrin qurulmasının ictimai problemlərin həllində böyük faydasının olduğunu deyib. Fərasət Qurbanov QHT-KİV münasibətlərinin inkişafı üçün Şuranın həyata keçirdiyi tədbirlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib.
 
Prezident Administrasiyasının məsul əməkdaşı, Şura sədrinin müavini Vüsal Quliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra dövlətin QHT sektorunun formalaşma istiqamətində atdığı ardıcıl addımların əhəmiyyətindən danışıb. 
V.Quliyev prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” və “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunduğunu və bu sənədlərin məntiqi davamı olaraq, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını diqqətə çatdırıb. O, həm QHT-lərə, həm də KİV-lərə dövlət dəstəyini rəsmiləşdirən və onların Azərbaycanın siyasi sistemində yerini daha da möhkəmləndirən bu addımların vətəndaş cəmiyyətinin əsaslarının gücləndirilməsinə böyük təkan verdiyini vurğulayb.
 
Şura sədrinin müavini QHT-lərin həyata keçirdiyi proqram və layihələr barədə ictimaiyyətin dolğun məlumat alması, habelə yerli səviyyədə problemlərin birgə araşdırılaraq dövlət qurumlarına təqdim edilməsi, sorğu və monitorinqlərin keçirilməsi baxımından KİV-lərlə qarşılıqlı əməkdaşlığın vacib olduğunu deyib.
 
Şuranın mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud “QHT-KİV münasibətlərində inkişaf meyilləri və yeni tələblər” mövzusunda geniş məruzə ilə çıxış edib. 

E. Behbud Şuranın QHT-lərin fəaliyyəti ilə bağlı ictimaiyyəti daha intensiv şəkildə məlumatlandırmaq, praktik və nəzəri məsələləri işıqlandırmaq üçün yaradılan media orqanları haqqında danışaraq qeyd edib ki, “Vətəndaş cəmiyyəti” jurnalı 2008-ci ilin oktyabrından etibarən ayda bir dəfə olmaqla nəşr olunur. QHT-lərin tribunasına çevrilən qhtxeber saytı isə 2009-cu ilin iyul ayından isə fəaliyyətə başlayıb. Elməddin Behbud QHT-lərin bilik və bacarıqlarının artırılması üçün Şuranın həyata keçirdiyi davamlı tədbirlərin ictimai birliklərin KİV-lərlə daha səmərəli və peşəkar əsasda əlaqələr qurmasına yardım etdiyini deyib. Məhz bunun nəticəsi olaraq QHT-lərin fəaliyyətinin medaiada işıqlandırılmasının keyfiyyət və kəmiyyət göstəricilərində xeyli irəliləyişlər müşahidə olunur. QHT-lərin media ilə əlaqələrinə diqqət çəkən E. Behbud deyib ki, “QHT-lər tədbirlərini sensasiyaya arxasınca qaçmadan hadisəyə çevirməyə nail olmalıdırlar. Media qurumları fəaliyyəti ictimai aktuallıq kəsb edən ideya və təşəbbüslərlə diqqəti çəkən təşkilatlarla əməkdaşlığa daha çox maraqlı olacaq”.
 
Mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri bildirib ki, QHT-lər fəaliyyətləri ilə bağlı informasiyalarının KİV-lərdə daha çox yayılması üçün xüsusi strategiyaya malik olmalı, ilk növbədə işə PR menecerlər cəlb olunmalı və özləri üçün ictimaiyyətlə əlaqələr üzrə kadrlar hazırlamağa çalışmalıdırlar.
 
Konfransda “QHT-KİV münasibətlərində yeni mərhələ: sosial jurnalistika” mövzusunda məruzə ilə çıxış edən lent.az saytının baş redaktoru Qabil Abbasoğlu bildirib ki, müasir jurnalistikanın əsas növlərindən biri də sosial şəbəkələrdir.

Hazırki dövrdə sosial media QHT-lər üçün yeni fürsətdir. QHT-lər bu imkandan, yəni daha geniş auditoriyaya çıxış imkanı olan sosial şəbəkələrdən səmərəli və peşəkar şəkildə istifadə etməyi bacarmalıdırlar. Əgər layihə doğrudan da kreativdirsə, maraqlıdırsa, media onun barədə məlumatlara təmənnasız olaraq yer ayıracaq.
 
Şuranın qhtxeber saytının baş redaktoru Sənan Nəcəfov “QHT və KİV üçün sosial şəbəkələrdə PR” mövzusunda geniş təqdimatla çıxış edib.
 
Diskussiya şəraitində keçən konfransda Şura üzvləri Anar Xəlilov, Emin Həsənli, KİV nümayəndələri Qurban Yaquboğlu, Elşad Məmmədli, Aqil Camal, Zülfüqar Hüseynzadə, Məmməd Gülməmmədov, Seymur Verdizadə, Aqil Ələsgər, QHT rəhbərləri Eynulla Xeyrullayev, Mirhəsən Seyidov, Gülayə Səfərova, Solmaz Əliyeva, Şahin Camalov, Cəsarət Hüseynzadə, Nüşabə Məmmədova, Sevinc Kərimova, Səməd Hətəmov, Məhluqə Rəhimova, Samirə Mustafayeva, Muğamat Əliyev, Mahirə Əmirhüseynova Xanım Əhmədzadə, Elməddin Muradlı, Rəhilə Mehdiyeva, Ədil Ədilzadə, İradə Polad, Nailə İsmayılova, İndira Şəmsivari, Məlahət Abbasova və digər şəxslər mövzu ilə bağlı fikirlər və təkliflərini səsləndiriblər.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Əlilliyi olan şəxslərin turları davam edir-FOTOLAR - 19 / 07 / 2018 16:06
QHT sədrinin müavini millət vəkillərinə səsləndi - Təcili - 19 / 07 / 2018 09:05
Hansı QHT-lərin sosial xidmət mərkəzləri var - Siyahı - 18 / 07 / 2018 20:22
Mühasibat uçotu üzrə mövcud tədris proqramlarının təkmilləşdirilməsi ilə bağlı ekspertlər tərəfindən təqdim olunan təkliflərin müzakirəsi keçirilib - 18 / 07 / 2018 19:06
"Yay məktəbi"nin iştirakçıları "AccessBank"ın fəaliyyəti ilə tanış olublar - 18 / 07 / 2018 18:48
Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir - 18 / 07 / 2018 18:43
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33