“Ziyalı sözü”nün ilk qonağı Rəşad Məcid olub
A A A
10/10/2017
Oxunma sayısı : 1537

|

GƏNCLƏR ÜÇÜN TƏHSİL MƏRKƏZİ İLƏ AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN BİRGƏ LAYİHƏSİNƏ START VERİLİB


QHT.az xəbər verrGənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin birgə həyata keçirdiyi “Ziyalı sözü” layihəsi öz işinə başlayıb. Binəqədi rayon Gənclər Evində start verilən layihənin ilk qonağı AYB-nin Gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru, şair və publisist Rəşad Məcid olub. Binəqədi rayon Gənclər evində baş tutan görüşdə GTM-in üzvləri, Azərbaycan Dillər Universitetinin tələbələri, gənc fəallar və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan GTM-in və layihənin rəhbəri Fəxrəddin Həsənzadə layihənin məqsədi haqqında geniş məlumat verib, Rəşad Məcid yaradıcılığından söz açıb: “Bu zamana qədər biz bir çox ziyalılarımız, millət vəkillərimizlə görüşlər təşkil etmişik. Sonradan “Ziyalı sözü” adlı layihə təşkil etmək qərarına gəldik. Layihənin ilk qonağını isə təhsil mərkəzimizin üzvləri özləri səsvermə yolu ilə seçiblər. Bu, heç də təsadüfi deyil. Rəşad Məcid həm şair, həm də şəxsiyyət kimi hamı, xüsusən də gənclər üçün maraqlı və örnək ziyalılarımızdandır”.


Uzun illərdir həm AYB-də, həm də “525-ci qəzet”də gənclərlə birgə işlədiyini deyən Rəşad Məcid bu gün də gənclərlə görüşdən məmnunluq duyduğunu deyib: “25 il öncə noyabrın 17-də “525-ci qəzet” ilk dəfə dərc olunanda mən gənclərə müraciət edərək demişdim ki, bu qəzet gənclərin qəzetidir, hər zaman istedadlı gənclərin üzünə açıq olacaq. 25 il keçməsinə baxmayaraq, bu günün özündə də bütün nəsillərin dəyərli yazıları qəzetimizdə məmnuniyyətlə çap olunur. 2004-cü ildə Yazıçılar Birliyində Gənclərlə iş üzrə katib seçildim. Orada Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Gənc Ədiblər Məktəbi yaratdıq. Həmin Gənc Ədiblər Məktəbindən məzun olan 50 nəfərə diplom verdik ki, onların çoxu hazırda çağdaş ədəbiyyatımızda tanınan imzalardır. Ondan sonra ikinci və üçüncü Gənc Ədiblər Məktəbi də təşkil olundu. Üçüncü Gənc Ədiblər hələ də davam etməkdədir. Hər ay orada tanınmış yazarlarla ustad dərsləri təşkil olunur. Onların da içərisində istedadlı, gələcəyinə ümid etdiyimiz gənclər var. 2007-ci ildən cənab prezidentin gənc yazarların, rəssamların, bəstəkarların fəaliyyətinə stimul vermək məqsədilə ayırdığı təqaüd də var ki, o da gənclərə çox böyük dəstəkdir. Ondan başqa da Azərbaycanda gənclərə qarşı ümumən böyük diqqət olduğu heç birimizə sirr deyil. Müxtəlif fondlar yaradılır, 2014-cü ildə gənclər üçün prezident mükafatı təsis olunub, bütün bunlar çox önəmlidir. Mənim, gənclərlə işləyən biri kimi, onlarda ən çox qiymətləndirdiyim cəhət istedad, bilik, savad, əzmkarlıq, zəhmətkeşlikdir”.


Öz ömür yolundan, ədəbi mühitə gəlişindən söz açan, xatirələrini tədbir iştirakçıları ilə bölüşən şair gənclərlə bağlı gileyini də dilə gətirib: “Müşahidələrimə əsasən təəssüflə deyə bilərəm ki, müasir gənclərin böyük qismi çox passivdir. Mən 15 yaşımda artıq gələcəyimi necə quracağımı, hansı sənətlə məşğul olacağımı bilirdim. İndiki bəzi gənclər, xüsusən oğlanlar isə 20-25 yaşları olmasına baxmayaraq, həyatları, gələcəkləri ilə bağlı dəqiq bir təsəvvürləri yoxdur. İkinci əsas məsələ isə mütaliə qabiliyyətinin inkişafıdır. Azərbaycanda əsas məsələ gözəl danışığa malik insanların, xüsusən gənclərin çox az olmasıdır. Bu da kitab oxumamaqdan irəli gəlir. Hər hansı bir insan həyatda uğur əldə etmək istəyirsə, birinci növbədə gözəl danışığa malik olmalıdır. Çünki söz ehtiyatı çox, nitqi gözəl olan insan fikirlərini də daha yaxşı ifadə edəcək. Buna təsir edən əsas amillərdən biri də şeir əzbərləməkdir. Ta uşaqlıqdan çoxlu şeir əzbərləmək lazımdır”.


Daha sonra qonaq tədbir iştirakçılarının suallarını cavablandırıb, görüş diskussiya şəklində davam edib.


Şairlərin sevgisi haqqında olan suallara cavab verərkən R.Məcid deyib ki, sevgi yalnız qarşı cinsə deyil, həyatdakı çox şeyə, gördüyün işə də olmalıdır. Sevgisiz həyat ümumiyyətlə yoxdur: “Dəlicəsinə” adlı essemdə bu mövzuya toxunmuşam. Mənim fikrimcə, insan bir şeyi ürəkdən, dəlicəsinə istəyirsə, arzulayırsa, mütləq nə vaxtsa o arzusuna çatır. Əgər çatmayıbsa, deməli, hardasa o sevgi zəifləyib”.


Şairin gənclərin “Sizi gələcəkdə hansı şeiriniz xatırladacaq”- sualına cavabı da maraq doğurub: “Yazıçılıq iynəylə quyu qazmaq kimi bir şeydir. Şairlik sənət deyil, həyat tərzidir. Mənim on beş il şeir yazmadığım olub. Buna görə də hansı şeirimin yaşayıb, yaşamayacağını deyə bilmərəm. Ancaq indiki zamanda “Bir də gəlməyəcək” şeirimin qazandığı uğuru misal göstərə bilərəm. O şeirim hər kəs tərəfindən çox sevildi. Mənim özüm isə gəncliyimdə yazdığım “Yastıq” şeirimi daha çox sevirəm. Ramiz Rövşən deyir ki, şeir nə qədər yadda qalırsa, odur. Elə şairlər var ki, cild-cild yazıblar, ancaq yadda qalmayıblar”.


Tədbirdə R.Məcid ən çox sevdiyi şəhər haqqında danışarkən Şuşadan söz açıb: “Mən Şuşa kimi qeyri-adi yer görməmişəm. Şuşa həm də tarixdir. Oranın mənə təsiri çox olub”.


Sonda şair gənclərdən tövsiyələrini də əsirgəməyib: “Mənim fikrimcə, gənclərə dəstək olmağın birinci şərti özünəinam yaratmaqdır. Bir insanda azca bacarıq, qabiliyyət, işıq gördünsə, onu daha da ruhlandırmalısan. Bir insanın istəyi, qabiliyyəti varsa, o, əvvəl-axır öz yerini mütləq tapır, istəyinə çatır”.


Görüşdə şairin “Bir də gəlməyəcək”, “Yaxşı ki...” şeirləri səsləndirilib.


Sonda R.Məcid özünün imzalı kitablarını gənclərə hədiyyə edib.

Gənclər üçün Təhsil Mərkəzi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev “Azadlıq” qəzetinə cavab verdi - 18 / 10 / 2017 03:25
Hadi Rəcəbli: QHT-lərin böyük əksəriyyəti maarifləndirmə baxımından böyük işlər görürlər. - 17 / 10 / 2017 19:08
Vətəndaşların müraciətlərinə necə baxılmalıdır? – Video - 17 / 10 / 2017 17:05
“Bu, Azay Quliyevə qarşı qısqanclıq və kəmfürsətlikdir” - 17 / 10 / 2017 16:40
“Ziyalı sözü”nün növbəti qonağı Şəhriyar del Gerani olub - 17 / 10 / 2017 16:30
“Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili” davam edir - 17 / 10 / 2017 16:00
Şura sədri Azay Quliyev başsağlığı verib - 17 / 10 / 2017 15:56
Şurada QHT sədrləri ilə görüş keçirilib - 17 / 10 / 2017 15:49
“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda Dəyirmi Masa keçirildi - 17 / 10 / 2017 15:49
Azay Quliyev ATƏT-in Qırğızıstandakı seçkilərlə bağlı rəyini açıqlayıb - 16 / 10 / 2017 15:53
QHT Forumu Mədəniyyət və Turizm Nazirliyində “İntellektual insan və vətəndaş cəmiyyəti” adlı dəyirmi masa keçirib - 16 / 10 / 2017 15:42
Miqrantların ölkə ərazisində daimi yaşaması və müvəqqəti olma şərtləri müzakirə olunub - 16 / 10 / 2017 07:45
QHT Naxçıvanda tədbir təşkil etdi - 15 / 10 / 2017 17:24
“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda dəyirmi masa keçiriləcək - 15 / 10 / 2017 17:15
“Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsinin təqdimat mərasimi keçirilib - 14 / 10 / 2017 20:38
Sahib Məmmədov: Dağlıq Qarabağa qanunsuz səfər edənlər cəzalandırılmalıdır - 14 / 10 / 2017 20:29
“İslamdakı gözəllik, danışan əllərlə “ adlı elmi-proktiki konfrans keçirilib - 14 / 10 / 2017 19:20
Seymur Verdizadə: Ölkəmizdə fəaliyyət göstərən internet resurslarının təhlükəsizliyi yüksək səviyyədə deyil - 14 / 10 / 2017 12:07
Emin Həsənli: Böyük dövlətlər imperialist siyasət aparırlar - Audio - 13 / 10 / 2017 18:43
Erməni mediasına çalışan Azərbaycan haqqında obyektiv danışa bilməz – Səbuhi Abbasov - 13 / 10 / 2017 17:32
"İslam Həmrəyliyi ili: silsilə maarifləndirici tədbirlər" layihəsinə start verilib - 13 / 10 / 2017 17:12
“Sağlamlıq Naminə Təbiblər” ictimai birliyinin nümayəndələri peşə reabilitasiya mərkəzində olub - 13 / 10 / 2017 13:36
Şuranın dəstəyilə M. Ə. Sabirin “virtual muzeyinin” təqdimatı olacaq - 13 / 10 / 2017 13:05
Jurnalist təşkilatı cəbhə bölgəsində vətənpərvərlik təbliğatı aparıb - 13 / 10 / 2017 12:58
“Məni çağırırsan, Azərbaycan” fotosərgi. - 12 / 10 / 2017 20:01
Gülayə Səfərova: “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər” - 12 / 10 / 2017 19:56
QHT rəhbəri Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb - 12 / 10 / 2017 19:27
ASGA sədri ATƏT-in tədbirində internet mediadan danışacaq – AVSTRİYADA - 11 / 10 / 2017 18:43
Xaçmazda insan alveri ilə bağlı maarifləndirmə tədbiri keçirilib - 11 / 10 / 2017 18:26
Azərbaycana ayrı-ayrı donorlar tərəfindən qeyri-leqal yol ilə də vəsait daxil olur - 11 / 10 / 2017 18:18