İnsan alveri ilə məşğul olan cinayətkarlar yalançı nikahlardan da istifadə edirlər - Şok Fakt
A A A
10/11/2017
Oxunma sayısı : 2318

|



Bu fikirlər“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi  tərəfindən Xaçmaz rayonunda insan alveri ilə bağlı  təşkil olunan maarifləndirmə tədbirində səsləndirilib.

QHT.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Məlumatlı ol ki, insan alveri qurbanı olmayasan” layihəsi çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan Xaçmaz rayon İcra Hakimiyyətinin ictimai-siyasivə hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Şıxəliyeva rayonda insan alveri ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verərək,  bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatları ilə aparılan əməkdaşlığı yüksək qiymətləndirib. Bu istiqamətdə müxtəlif qurumların birgə fəaliyyətinin vacib olduğunu bildirib.

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova  “Məlumatlı ol ki, insan alveri qurbanı olmayasan” layihəsi haqqında geniş məlumat verərək bildirib ki, insan alveri ilə bağlı  maarifləndirmə fəaliyyəti çərçivəsindən müxtəlif aksiyalar keçirilib, bukletlər, yaddaş kitabçaları hazırlanıb və eyni zamanda hüquqi yardımlar göstərilib. Təşkilat rəhbəri insan alveri haqqında geniş məlumat verərək, onun potensial qurbanları və həyata keçirilmə yolları haqqında məlumat verib.

Gülayə Səfərova  insan alverinin qurbanı olmuş şəxslərin həyat hekayələri haqqında bəzi məqamları görüş iştirakçılarına çatdırmaqla, insan alveri  ilə məşğul olan mütəşəkkil cinayətkar qrupların həyata keçirdiyi  müxtəlif metodlar haqqında geniş informasiya verib. Bu prosesdə yalançı evliliklər istifadə olunaraq “həyat yoldaşı” tərəfindən xanımının cinsi istismara cəlb olunduğu haqqında faktların da  mövcud olduğu bildirilib.  

 
 Ekspert qeyd edib ki, əksər hallarda insan alverinin qurbanları öz qohumları, qonşuları  və rəfiqələri tərəfində tora salınır. Çünki bu prosesdə  psixoloji məqamlar əsas rol oynayır. Bununla yanaşı təşkilat tərəfindən hazırlanmış insan alevri ilə bağlı Yaddaş kitabçaları iştirakçılara təqdim olunub.


Təşkilat rəhbəri əlavə edib ki, insan alveri dedikdə cinsi istismar ilə yanaşı məcburi əməyə cəlb edilmə də başa düşülür. Bununla da bağlı Azərbaycanda faktlar mövcuddur.

Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşı polis leytenantı Emin Nəhmətov rayonda bu istiqamətə görülən tədbirlərdən danışıb və qeyd edib ki, insan alverinə qarşı mübarizə dövlət qurumları ilə yanaşı hər bir vətəndaşın dəstəyi həll edici və mühümdür.

Daha sonra görüş iştirakçılarını maraqlandıran məsələlər ilə bağlı əlavə informasiya verilib.

Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev “Azadlıq” qəzetinə cavab verdi - 18 / 10 / 2017 03:25
Hadi Rəcəbli: QHT-lərin böyük əksəriyyəti maarifləndirmə baxımından böyük işlər görürlər. - 17 / 10 / 2017 19:08
Vətəndaşların müraciətlərinə necə baxılmalıdır? – Video - 17 / 10 / 2017 17:05
“Bu, Azay Quliyevə qarşı qısqanclıq və kəmfürsətlikdir” - 17 / 10 / 2017 16:40
“Ziyalı sözü”nün növbəti qonağı Şəhriyar del Gerani olub - 17 / 10 / 2017 16:30
“Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili” davam edir - 17 / 10 / 2017 16:00
Şura sədri Azay Quliyev başsağlığı verib - 17 / 10 / 2017 15:56
Şurada QHT sədrləri ilə görüş keçirilib - 17 / 10 / 2017 15:49
“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda Dəyirmi Masa keçirildi - 17 / 10 / 2017 15:49
Azay Quliyev ATƏT-in Qırğızıstandakı seçkilərlə bağlı rəyini açıqlayıb - 16 / 10 / 2017 15:53
QHT Forumu Mədəniyyət və Turizm Nazirliyində “İntellektual insan və vətəndaş cəmiyyəti” adlı dəyirmi masa keçirib - 16 / 10 / 2017 15:42
Miqrantların ölkə ərazisində daimi yaşaması və müvəqqəti olma şərtləri müzakirə olunub - 16 / 10 / 2017 07:45
QHT Naxçıvanda tədbir təşkil etdi - 15 / 10 / 2017 17:24
“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda dəyirmi masa keçiriləcək - 15 / 10 / 2017 17:15
“Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsinin təqdimat mərasimi keçirilib - 14 / 10 / 2017 20:38
Sahib Məmmədov: Dağlıq Qarabağa qanunsuz səfər edənlər cəzalandırılmalıdır - 14 / 10 / 2017 20:29
“İslamdakı gözəllik, danışan əllərlə “ adlı elmi-proktiki konfrans keçirilib - 14 / 10 / 2017 19:20
Seymur Verdizadə: Ölkəmizdə fəaliyyət göstərən internet resurslarının təhlükəsizliyi yüksək səviyyədə deyil - 14 / 10 / 2017 12:07
Emin Həsənli: Böyük dövlətlər imperialist siyasət aparırlar - Audio - 13 / 10 / 2017 18:43
Erməni mediasına çalışan Azərbaycan haqqında obyektiv danışa bilməz – Səbuhi Abbasov - 13 / 10 / 2017 17:32
"İslam Həmrəyliyi ili: silsilə maarifləndirici tədbirlər" layihəsinə start verilib - 13 / 10 / 2017 17:12
“Sağlamlıq Naminə Təbiblər” ictimai birliyinin nümayəndələri peşə reabilitasiya mərkəzində olub - 13 / 10 / 2017 13:36
Şuranın dəstəyilə M. Ə. Sabirin “virtual muzeyinin” təqdimatı olacaq - 13 / 10 / 2017 13:05
Jurnalist təşkilatı cəbhə bölgəsində vətənpərvərlik təbliğatı aparıb - 13 / 10 / 2017 12:58
“Məni çağırırsan, Azərbaycan” fotosərgi. - 12 / 10 / 2017 20:01
Gülayə Səfərova: “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər” - 12 / 10 / 2017 19:56
QHT rəhbəri Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb - 12 / 10 / 2017 19:27
ASGA sədri ATƏT-in tədbirində internet mediadan danışacaq – AVSTRİYADA - 11 / 10 / 2017 18:43
Xaçmazda insan alveri ilə bağlı maarifləndirmə tədbiri keçirilib - 11 / 10 / 2017 18:26
Azərbaycana ayrı-ayrı donorlar tərəfindən qeyri-leqal yol ilə də vəsait daxil olur - 11 / 10 / 2017 18:18