Ağdamda su təmizləyici qurğu istifadəyə verildi - Layihə çərçivəsində
A A A
10/11/2017
Oxunma sayısı : 1619

|


Azərbaycan Milli QHT Forumu (MQF)  və “JTI Caucasus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin maliyyə dəstəyi ilə 11 oktyabr 2017-ci il tarixində Ağdam  rayonunun Dördyol qəsəbəsinin sakinlərini içməli su ilə təmin etmək məqsədilə quraşdırılmış su təmizləyici qurğunun açılış mərasimi keçirildi.

Tədbirdən öncə Ağdam Rayon İcra Hakimiyyəti başçısı cənab Raqub Məmmədov ilə görüş keçirildi. Cənab Raqub Məmmədov Dördyol qəsəbəsinin sakinlərini içməli su ilə təmin etmək məqsədilə quraşdırılmış su təmizləyici qurğunun açılış mərasimi münasibəti ilə Milli QHT Forumuna və “JTI Caucasus” şirkətinə öz minnətdarlığını bildirdi. Sonra İcra Hakimiyyəti başçısının birinci müavini cənab Allahverən Əliyev Dördyol qəsəbəsində su layihəsinin açılış mərasimində çıxış edərək MQF-ə və “JTI Caucasus” şirkətinə bu layihəni gerçəkləşdirdiklərinə görə öz dərin minnətdarlığını bildirdi. 

Daha sonra Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni çıxış edərək ölkə prezidenti cənab İlham Əliyevin Regionların Sosial-İqtisadi İnkişafı çərçivəsində regionların sürətli inkişafını qeyd etdi və Ağdam rayonunun da bu mənada xeyli inkişaf etdiyini vurğuladı.Su layihəsinə dəstək verdiyinə görə Ağdam Rayon İcra Hakimiyyətinə və “JTI Caucasus” şirkətinə öz minnətdarlığını bildirdi. 

“JTI Caucasus” şirkətinin meneceri cənab Əli Verdiyev MQF ilə birlikdə 6-cı layihənin icra olunduğunu qeyd edərək MQF-əvə Ağdam Rayon icra başçısına öz dərin təşəkkürünü bildirdi. O həmçinin JTI şirkətinin MQF ilə birlikdə həyata keçirdiyi 6 layihəni, ümumilikdə isə Azərbaycanda 8 belə layihə həyata keçirdiklərini vurğuladı.
Layihənin rəhbəri Günel İbrahim 6-cı layihənin həyata keçirildiyini qeyd etdi və JTI şirkətinə öz təşəkkürünü bildirdi. O həmçinin əlavə edərək bildirdi ki, belə layihələrin həyata keçirilməsi rayonlarda, xüsusilə də Ağdam rayonunda davam etdiriləcəkdir.

Sonda Rauf Zeyni çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə  işğal altında olan torpaqlarımız azad olunduqdan sonra Ağdamda, Şuşada, Xankəndində və bütövlükdə Qarabağda belə sosial layihələr həyata keçiriləcək.

Bununla da, layihənin açılış mərasimi uğurla başa çatdı və tədbirdə iştirak edənlər yeni çəkilmiş bulağın suyundan daddılar.

Azərbaycan Milli QHT Forumu (MQF)

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev “Azadlıq” qəzetinə cavab verdi - 18 / 10 / 2017 03:25
Hadi Rəcəbli: QHT-lərin böyük əksəriyyəti maarifləndirmə baxımından böyük işlər görürlər. - 17 / 10 / 2017 19:08
Vətəndaşların müraciətlərinə necə baxılmalıdır? – Video - 17 / 10 / 2017 17:05
“Bu, Azay Quliyevə qarşı qısqanclıq və kəmfürsətlikdir” - 17 / 10 / 2017 16:40
“Ziyalı sözü”nün növbəti qonağı Şəhriyar del Gerani olub - 17 / 10 / 2017 16:30
“Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili” davam edir - 17 / 10 / 2017 16:00
Şura sədri Azay Quliyev başsağlığı verib - 17 / 10 / 2017 15:56
Şurada QHT sədrləri ilə görüş keçirilib - 17 / 10 / 2017 15:49
“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda Dəyirmi Masa keçirildi - 17 / 10 / 2017 15:49
Azay Quliyev ATƏT-in Qırğızıstandakı seçkilərlə bağlı rəyini açıqlayıb - 16 / 10 / 2017 15:53
QHT Forumu Mədəniyyət və Turizm Nazirliyində “İntellektual insan və vətəndaş cəmiyyəti” adlı dəyirmi masa keçirib - 16 / 10 / 2017 15:42
Miqrantların ölkə ərazisində daimi yaşaması və müvəqqəti olma şərtləri müzakirə olunub - 16 / 10 / 2017 07:45
QHT Naxçıvanda tədbir təşkil etdi - 15 / 10 / 2017 17:24
“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda dəyirmi masa keçiriləcək - 15 / 10 / 2017 17:15
“Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsinin təqdimat mərasimi keçirilib - 14 / 10 / 2017 20:38
Sahib Məmmədov: Dağlıq Qarabağa qanunsuz səfər edənlər cəzalandırılmalıdır - 14 / 10 / 2017 20:29
“İslamdakı gözəllik, danışan əllərlə “ adlı elmi-proktiki konfrans keçirilib - 14 / 10 / 2017 19:20
Seymur Verdizadə: Ölkəmizdə fəaliyyət göstərən internet resurslarının təhlükəsizliyi yüksək səviyyədə deyil - 14 / 10 / 2017 12:07
Emin Həsənli: Böyük dövlətlər imperialist siyasət aparırlar - Audio - 13 / 10 / 2017 18:43
Erməni mediasına çalışan Azərbaycan haqqında obyektiv danışa bilməz – Səbuhi Abbasov - 13 / 10 / 2017 17:32
"İslam Həmrəyliyi ili: silsilə maarifləndirici tədbirlər" layihəsinə start verilib - 13 / 10 / 2017 17:12
“Sağlamlıq Naminə Təbiblər” ictimai birliyinin nümayəndələri peşə reabilitasiya mərkəzində olub - 13 / 10 / 2017 13:36
Şuranın dəstəyilə M. Ə. Sabirin “virtual muzeyinin” təqdimatı olacaq - 13 / 10 / 2017 13:05
Jurnalist təşkilatı cəbhə bölgəsində vətənpərvərlik təbliğatı aparıb - 13 / 10 / 2017 12:58
“Məni çağırırsan, Azərbaycan” fotosərgi. - 12 / 10 / 2017 20:01
Gülayə Səfərova: “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər” - 12 / 10 / 2017 19:56
QHT rəhbəri Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb - 12 / 10 / 2017 19:27
ASGA sədri ATƏT-in tədbirində internet mediadan danışacaq – AVSTRİYADA - 11 / 10 / 2017 18:43
Xaçmazda insan alveri ilə bağlı maarifləndirmə tədbiri keçirilib - 11 / 10 / 2017 18:26
Azərbaycana ayrı-ayrı donorlar tərəfindən qeyri-leqal yol ilə də vəsait daxil olur - 11 / 10 / 2017 18:18